Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-145/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı İddia tələbinə dair mülki iş üzrə (açar sözlər: mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də, 39 T 0406322;4476194 saylı koordinatlar üzrə, kəmərə paralel, 2ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə, Nərimanov rayonu, LO 38/10 ev 12 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş, fərdi yaşayış evinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də, 39 T 0406322; ******* saylı koordinatlar üzrə, kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə, Nərimanov rayonu, LO 38/10 ev 12 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş, fərdi yaşayış evi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndələri iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: - xx.xx.2022-ci il tarixli Tİ-nin 35 saylı komandasının qarovul rəisi əvəzi X4 atıcılar X2 və X3 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 1710-da 13-14 saylı postların ərazisində (Nərimanov rayonu, LO 38/10 ev 12) Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də, 39 T 0406322:4476194 saylı koordinatlar üzrə, kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə, vətəndaş Cavabdeh aid olduğu iddia edilən köhnədən inşa edilmiş, içərisində yaşayış olan evin dam örtüyünün yarasız vəziyyətə düşməsi səbəbindən üzərinə sahibi tərəfindən 7 metr enində 4 metr uzunluğunda taxta konstruksiyadan ibarət quraşdırma işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan quraşdırma işlərinin qanunazidd olduğu həmin şəxsə izah edilərək görülən işin dayandırılması və sökülməsi tələb edilmiş, lakin o edilən xəbərdarlığa məhəl qoymayaraq sökməkdən imtina edərək işi dayandırmayacağını bildirdi. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair yazılı xəbərdarlıq təqdim edildi. - Xəbərdarlıq məktubundan görünür ki, hazırki ünvan (ünvan 1mərtəri İdarəsinə məxsus, hal-hazırda istismarda olan Böyük Şor DŞ 500 mm-lik neft kəmərinin 126 km-liyi magistral neft kəmərinin mühafizə zonasındır. Qanunvericiliyə görə dövlət əhəmiyyətli belə torpaqları qanunsuz zəbt edərək üzərində tikinti işləri aparmaq ve ya digər analoji fəaliyyətləri həyata keçirmək qanunvericiliyə ziddir. Bununla əlaqədar, müvafiq qanunvericilikləri və AR Torpaq məcəlləsini (İX fəsil Maddə 111.) tələblərindən irəli gələnlər nəzərinə çatdırılır: Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər ve qurğuların sökülməsi də daxıl olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxanda göstərilənlərin qanunazidd olduğu barədə müvafiq qanunvericilikləri nəzərə alaraq xəbərdarlıq edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanı və 167 saylı Qərarı ilə neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılması, satış məqsədilə tikinti materiallarının yığılması qadağandır. Eyni zamanda neft kəmənlərınin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına gorə AR CM-nın 222-2 maddəsində cinayət məsuliyyəti vardır. Xəbərdarlıq 09 may 2022-ci il tarixdə Cavabdeh Baldadaş oğlu (AZE********) tərəfindən imza edilməklə alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilən kadastr məlumatlarına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli 10/2690 saylı rəydən görünür ki, Aparılmış ölçü işləri nəticəsində mübahisəli hasar fərdi yaşayış evi ilə ilə Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəməri arasındakı məsafənin 37 metr olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının Magistral neft boru kəmərlərinin mühafizə zonaları və istismarı bölməsinin (Vİ bölmə) 6.3. bəndində göstərilir ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Sərhədləri müəyyən olunmuş fərdi yaşayış evinin Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərindən 37 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağı daxilinə düşdüyü müəyyən olunmuşdur. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nərimanov rayonu, LO 38/10 ev 12 Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də, 39 T 0406322:4476194 saylı koordinatlar üzrə, kəmərə paralel, 2-ci sırada Cavabdeh tərəfindən fərdi yaşayış evi tikilmiş, quraşdırma işləri aparılmışdır. Aparılmış quraşdırma işlərinin qanunazidd olduğu cavabdehə izah edilərək görülən işin dayandırılması və sökülməsi tələb edilmiş, lakin o edilən xəbərdarlığa məhəl qoymayaraq sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair Cavabdeh yazılı xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlıq 09 may 2022-ci il tarixdə Cavabdeh Baldadaş oğlu (AZE********) tərəfindən imza edilməklə alınmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 22.2-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqlabağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının: 4.1-ci bəndinə əsasən, İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: 1)İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci maddəsinə əsasən, "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: 1)bina və qurğuların tikintisi. 6.2-ci maddəsinə əsasən, "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir (6.3). Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır (6.7). Məhkəmə araşdırması zamanı ünvan 4 ünvanında yerləşən Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü 126-cı km-də yerləşən neft kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsi, əgər yerləşirsə nə qədər məsafədə yerləşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli 10/2690 saylı rəyindən görünür ki, qərardadın icrası məqsədilə ekspert mübahisəli ünvanda olmuş, tədqiqat obyektinin fərdi yaşayış evi olması müəyyən edilmişdir. Aparılmış ölçü işləri nəticəsində mübahisəli hasar fərdi yaşayış evi ilə Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəməri arasındakı məsafənin 37 metr olduğu və fərdi yaşayış evinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağı daxilinə düşdüyü müəyyən olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə mübahisəli tikilinin birbaşa neft kəmərinin mühafizə zonasında yerləşməsi öz təsdiqini tapır. Məhkəmə iş üzrə təqdim edilən sübutları nəzərdə keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli 10/2690 saylı həmin rəy mötəbər sübut kimi qəbul edilməli və rəy üzrə gəlinən nəticə nəzərə alınmalıdır. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. Cavabdehin evinin yaxınlığında yerləşən həmin kəmərdə baş verə biləcək kiçik bir hadisə həmin ərazidə mühafizə zonasında yerləşən mübahisəli fərdi yaşayış evində yaşayan şəxslərin həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir (6.7). Məhkəmə araşdırması zamanı, cavabdeh tərəfindən həmin tikilinin inşa edilməsinə dair həmin neft kəmərlərini istismar edən iddiaçı təşkilat, müvafiq yerli icra hakimiyyəti orqanları və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırılması, bu barədə yazılı razılığı, icazənin alınmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bu hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Halbuki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının” tələbinə əsasən magistral neft kəmərlərinin mühafizə zonasında hər hansı tikinti işlərinin aparılması üçün qeyd edilən razılaşdırılmanın aparılması və yazılı icazənin alınması imperativ norma kimi qeyd edilmişdir. İndiki halda isə cavabdeh tərəfindən həmin tələblərə əməl edilməmiş, qanunvericiliyin tələbləri, habelə qeyd edilən qaydaların tələbləri pozulmuşdur. Mülki qanunvericiliyə əsasən, tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikdə özbaşına tikili hesab edilir. Özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Neft kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə cavabdeh arasında torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı bir razılaşmanın mövcud olması müəyyən edilməmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin tikili SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərindən 37 metr məsafədə yerləşdiyinə görə neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşür. Hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur, bununla da iddia tələbinə əsasən cavabdehin hüquqlarına müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır. Bununla yanaşı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, eyni tarixdə Cavabdeh aid olduğu iddia edilən köhnədən inşa edilmiş, içərisində yaşayış olan evin dam örtüyünün yarasız vəziyyətə düşməsi səbəbindən üzərinə sahibi tərəfindən 7 metr enində 4 metr uzunluğunda taxta konstruksiyadan ibarət quraşdırma işlərinin aparılması aşkar edilmişdir. Cavabdehə bu barədə xəbərdarlıq təqdim edilmiş, cavabdeh imza etməklə xəbərdarlığı rəsmi qaydada almışdır. Cavabdeh mübahisəli özbaşına tikilidə tikinti-quraşdırma işləri apararkən aidiyyəti inzibati orqanlardan lazımi icazələr almamış, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olma vizual müşahidə ilə mümkün olmasına - neft kəmərinin yerin üstündə olmaqla, mübahisəli tikilidən 37 metr aralıda yerləşməsinə - baxmayaraq qanunvericiliyə uyğun davranmamış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməmişdir. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. Avropa Məhkəməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığmı göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Neft kəmərinin mühafizə zonasında inşa edilmiş evdə yaşayış insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri o halda tətbiq oluna bilər ki, insan həyatı və sağlamlığı üçün təhlükə olmasın. Çünki həmin presedentlərlə qorunan mənafe insan həyatı və sağlamlığından üstün deyil. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına tikili olduğu üçün, eyni zamanda yerüstü neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçının mübahisəli tikilinin sökülməsi tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh qaçqınlıq statusu vardır. Məhkəmə hesab edir ki, Cavabdeh qaçqınlıq statusuna malik olmaqla dövlət rüsumu ödənilməsindən azad şəxslər kateqoriyasına daxil olduğundan, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Cavabdeh dövlət rüsumu ödənilməsindən azad olsa da, digər məhkəmə xərclərinin ödənilməsindən azad deyilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli. SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də, 39 T 0406322; ******* saylı koordinatlar üzrə, kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə, Nərimanov rayonu, LO 38/10 ev 12 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalı. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. VI. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də, 39 T 0406322; ******* saylı koordinatlar üzrə, kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 35 metr aralı məsafədə, Nərimanov rayonu, LO 38/10 ev 12 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-145/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-145/2023
14.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver