Məhkəmə qərarları › İş №e-2(005)-1465/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1465/2023

25.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1465/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Cavabdeh2 MMC ilə bağladığı 06 noyabr 2003-cü il tarixli, 148 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 01 noyabr 2004-cü il tarixli 315 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində yerləşən yeni yaşayış binasında A4 korpusu 11-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan mənzili 32658 ABŞ dollara almışdır. Lakin Cavabdeh2 MMC həmin mənzili iddiaçıya təhvil vermirdi. Bu səbəbdən iddiaçı Binəqədi Rayon Məhkəməsinə “mənzilə istifadə hüququnun tanınması” tələbi ilə müraciət etmişdi. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1919/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə İddiaçı istifadə və sahiblik hüquqları tanınaraq həmin mənzil Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin sözü gedən qətnaməsindən cavabdeh X3 apellyasiya şikayəti verərək həmin mənzilin ona məxsus olduğunu bildirmişdir. Belə ki, Ə.Müşkinaz ilə Xudafərin MMC arasında Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusunun 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə dair 06 noyabr 2003-cü il tarixli, 148 nömrəli müqavilə bağlamışdır və məzilin dəyəri tam şəkildə ödənilmişdir. Həmin müqavilə etibarsız müqavilədir. 06 noyabr 2003-cü il tarixli 148 saylı müqavilədə əks olunan imza cavabdeh X2 məxsus deyil. X1 Atatürk prospekti, ev C, 3078A, mənzil 23 nömrəli mənzili olduğu göstərilir. Həmin sənədlərdən görünür ki, X1 imza qrafasında olan imzası ilə 06 noyabr 2003-cü il tarixli, 148 saylı müqavilədə olan imzası bir-birinə uyğun gəlmir, tamamilə fərqlidirlər, bir-birlərinə ziddir. Həmin imza Cavabdeh1 məxsus deyil. Buna görə də həmin müqavilə etibarsız müqavilədir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində yerləşən yeni yaşayış binasında A4 korpusu 11-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan mənzili 2(103)-722/2023 saylı iş nömrəli işi üzrə məhkəmə proseslərinin birində X1 qardaşına sual ünvanlanmışdır ki, binanın tikintisi ilə əlaqədar mülkiyyətçilər tərəfindən bina təhvil verilmədiyi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilmişdir. Lakin həmin şikayətçilər və mülkiyyətçilər arasında onların adları yoxdur. Bu suala cavab olaraq bildirmişdir ki, 15 ildir ki, Azərbaycan Respublikasında yaşamırlar. Ona görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş başlayan zaman burada olmamışlar. Həmin mənzilə qapının kim tərəfindən qoyulması mübahisəsi zamanı cavabdehin qardaşı bildirmişdir ki, qapını 2015-ci ildə onlar qoymuşdur. Yəni 2015-ci ildə Azərbaycan Respublikasında olduqlarını bildirirlər. Əgər bunlar 2015-ci ildə AR-da olmuşlarsa, 15 ildi AR-da olmamışlarsa, onların ölkəni tərk etməsi 2000-ci ilə təsadüf edir. Bu da deməkdir ki, 2003-cü ildə bağlanmış müqavilə formal müqavilədir. Tərəf ölkədə olmaya-olmaya necə müqavilə bağlaya bilər. Bu müqavilə bağlandığı gündən etibarsızdır. Belə ki, bu müqavilə X1 qardaşı ilə Cavabdeh2 MMC rəhbərliyi arasında olan ət satışı arasında yaranmış borc münasibətlərinə əsasən geriyə bağlanmış müqavilədir. Həmçinin həmin şəxs məhkəmə tərəfindən mənzilə baxış keçirilərkən mənzilə qapını 2015-ci ildə qoyduqlarını bildirmişdir. 2015-ci ildə mənzilə qapını qoydurduqlarını bildirdikləri halda 15 il ölkədə olmaması 2000-ci ilə təsadüf edir. Müqavilə isə 2003-cü il tarixdə bağlanmışdır. Buradan da görünür ki, müqavilə cavabdeh X3 tərəfindən bağlanmamışdır. Belə ki, ya müqavilə sonrakı tarixdə bağlanmışdır, ya da ki müqavilə ümumiyyətlə X3 tərəfindən imzalanmamışdır. Eyni zamanda, təqdim edilən mövcud sənədlərdə X1 imzaları bir-birinə bənzəmir. Göründüyü kimi 06 noyabr 2003-cü il tarixli 148 saylı müqavilə imzalanan vaxt maraqlı şəxs X3 Azərbaycan Respublikasında olmamışdır. X3 2000-2015-ci il tarixlərində Azərbaycan Respublikasında olmadığı halda 06 noyabr 2003-cü il tarixli 148 saylı müqavilə X3 tərəfindən imzalana bilməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək, iddiaçının cavabdehlər arasında bağlanmış müqaviləni mübahisələndirmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin təmin edilməməsini xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 MMC-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə onun icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, X3 Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusunun 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə dair 41691 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyrikommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Binəqədi-21” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin fəaliyyət ərazisi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A-dır. İş materiallarında olan “Binəqədi-20” mənzil mülkiyyətçilərin müştərək cəmiyyətinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, “Binəqədi-20” mənzil mülkiyyətçilərin müştərək cəmiyyətinin adı “Binəqədi-21” mənzil mülkiyyətçilərin müştərək cəmiyyətinə dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2004-cu il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusunun 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə dair 32658 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı ********* manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh2 MMC-nin məktubundan görünür ki, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138, 97 kv.m yaşayış sahəsi 78,32 kv.m təşkil edən mənzili Bakı şəhəri, R.Rza küçəsi, ev 3/5, mənzil 70 qeydiyyatda olan vətəndaş İddiaçı Ağahəsən qızına xx.xx.2004-cü il tarixli 315 saylı müqavilə əsasında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 2002-2004-cü illər ərzində dövlət sərhəddindən hərəkət barədə İAMAS bazasında qeyd edilmişdir ki, X3 xx.xx.2002ci ildə çıxış, xx.xx.2003-cü ildə giriş, xx.xx.2003-cü ildə çıxış, xx.xx.2004-cü ildə giriş, xx.xx.2004-cü ildə çıxış, xx.xx.2004-cü ildə giriş, xx.xx.2004-cü ildə çıxış etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 2000-2015-ci illər ərzində dövlət sərhəddindən hərəkət barədə İAMAS bazasında qeyd edilmişdir ki, X3 xx.xx.2000ci ildə giriş,xx.xx.2000-ci ildə çıxış, xx.xx.2000-ci ildə giriş, xx.xx.2000-ci ildə çıxış, xx.xx.2001-ci ildə giriş, xx.xx.2001-ci ildə çıxış, xx.xx.2001-ci ildə giriş, xx.xx.2001-ci ildə çıxış, xx.xx.2001-ci ildə giriş, xx.xx.2001-ci ildə çıxış, xx.xx.2002-ci ildə giriş, xx.xx.2002-ci ildə çıxış, xx.xx.2002-ci ildə giriş, xx.xx.2002-ci ildə çıxış, xx.xx.2003-cü ildə giriş, xx.xx.2003-cü ildə çıxış, xx.xx.2004-cü ildə giriş, xx.xx.2004-cü ildə çıxış, xx.xx.2004-cü ildə giriş, xx.xx.2004-cü ildə çıxış, xx.xx.2005-ci ildə giriş, xx.xx.2005-ci ildə çıxış, xx.xx.2006-cı ildə giriş, xx.xx.2006-cı ildə çıxış, xx.xx.2006-cı ildə giriş, xx.xx.2006-cı ildə çıxış, xx.xx.2007-ci ildə giriş, xx.xx.2007-ci ildə çıxış, xx.xx.2007-ci ildə giriş, xx.xx.2007-ci ildə çıxış, xx.xx.2008-ci ildə giriş, xx.xx.2008-ci ildə çıxış, xx.xx.2008-ci ildə giriş, xx.xx.2009-cu ildə çıxış, xx.xx.2009-cu ildə giriş, xx.xx.2009-cu ildə çıxış, xx.xx.2009-cu ildə giriş, xx.xx.2009-cu ildə çıxış, xx.xx.2010-cu ildə giriş, xx.xx.2010-cu ildə çıxış, xx.xx.2013-cü ildə giriş, xx.xx.2013-cü ildə çıxış, xx.xx.2014-cü ildə giriş, xx.xx.2014-cü ildə çıxış, xx.xx.2014-cü ildə giriş, xx.xx.2014-cü ildə çıxış, xx.xx.2015-ci ildə giriş, xx.xx.2015-ci ildə çıxış etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 722/2023 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1919/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 7951/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2711/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2418/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-722/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2711/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzilin iddiaçı Cavabdeh1 təhvil verilməsi vəzifəsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7220/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qismən dəyişdirilmiş, Cavabdeh2 MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq X2 ödənilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 01 noyabr 2004-cü il tarixli 315 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində yerləşən yeni yaşayış binasında A4 korpusu 11-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Habelə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında 06 noyabr 2003-cü il tarixdə 148 saylı müqavilə bağlanmış, müqaviləyə görə adı çəkilən MMC, Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m olan mənzili Cavabdeh1 təhvil verməyi öhdəsinə götürmüşdür. Habelə məhkəmədə müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1919/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində yerləşən yeni yaşayış binasında A4 korpusu 11-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan mənzilinin İddiaçı təhvil verilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 722/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(001)-1919/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2418/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(103)-722/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7951/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2711/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda işin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında 06 noyabr 2003-cü il tarixli 148 nömrəli müqavilə bağlandığı tarixdə Cavabdeh1 ölkə hüdudlarından kənarda olduğundan müqavilədəki imzanın Cavabdeh1 tərəfindən icra edilməsi mümkün deyildi, habelə mübahisəli müqavilə Cavabdeh2 MMC-nin möhürü ilə rəsmiləşdirilməmiş, bundan başqa hazırki müqavilə yalan əqddir, cavabdehlər arasında olan “ət satışı” ilə əlaqədar borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmışdır. Həmin müqavilənin etibarsız müqavilə olmasını göstərən digər hal isə cinayət işi materiallarında olan xx.xx.2014-cü il tarixli Aktda cavabdehə məxsus müqavilənin aşkar edilməməsidir. Cavabdeh1 iddia tələbini qəbul etmir, sadalanan halların əsassız olduğunu, habelə iddiaçının belə iddia irəli sürməsi üçün subyektiv hüququnun olmadığını bildirir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir: “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair 18 mart 2022-ci il Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, iddiaçının dəlillərinə görə, mübahisəli müqavilə bağlanarkən Cavabdeh1 ölkə hüdudları xaricində olmuş, bu səbəbdən də həmin müqavilə 2003-cü il tarixində imzalana bilməzdi. Lakin işin faktiki halı ilə iddia tələbinin bu dəlili öz təsdiqi tapmadı. Məhkəmə həmçinin də, iddiaçının mübahisəli mənzilin Cavabdeh1 adına özgəninkiləşdirilməsinin formal, yalnız görünüş üçün olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı cavabdehlər arasında ət satışı ilə bağlı münasibətlərin olmasını iddia edir, həmin halla bağlı sübut qismində Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli qərarına istinad edir. Həmin qərardan görünür ki, Cavabdeh2 MMC onunla Cavabdeh1 arasında bağlanmış 06 noyabr 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil əslində Cavabdeh1 satılmamışdır, sonuncu bunun üçün hər hansı ödəniş etməmişdir, həmin müqavilə sadəcə olaraq “X9”na verəcəyi ətin təminatı olaraq bağlanılmışdır, yəni həmin müqavilə digər əqdi pərdələmək məqsədilə bağlanılmışdır. Apellyasiya məhkəməsi həmin dəlillərə münasibətdə hesab etmişdir ki, Cavabdeh1 Cavabdeh2 MMC ilə bağladığı müqavilə üzrə göstərilən məbləği MMC-yə ödədiyi barədə sübutları – ödəniş qəbzini məhkəməyə təqdim etmiş, MMC isə həmin qəbzin həqiqiliyini mübahisələndirməmiş, nə pulun real olaraq ödənilməməsi barədə, nə də aralarında mövcud olduğunu iddia etdiyi işgüzar fəaliyyətlə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə ilk öncə bildirir ki, yuxarıda qeyd olunan məhkəmə qərarı hazırki mülki mübahisə ilə bağlı preyudisial əhəmiyyət kəsb etmir. Digər tərəfdən isə cavabdeh cəmiyyət “X9”na verəcəyi ətin təminatı kimi məhz həmin işdəki mübahisəli mənzili nəzərdə tutmuş, eyni zamanda göründüyü kimi, məhkəmənin gəldiyi nəticə ilə cavabdehlər arasında işgüzar fəaliyyətlə bağlı iddia dəlili öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilə cavabdehlərin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Belə olanda məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında İddiaçı daha əvvəl bağlanmış və mənzil ilkin olaraq Cavabdeh1 sahibliyinə verilmişdir. İddiaçı Cavabdeh1 mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir. Bununla belə iddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış müqavilənin tarixinin müqavilədə qeyd olunduğu vaxta aid olmadığına dair dəlilləri təsdiqini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Belə ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). (“Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının № 02/2022 qərardadının 20-ci bəndi) Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Nə qədər ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və dövlətin adından çıxarılmış həmin qətnamə icra olunmalıdır, ona görə məhkəmənin mübahisəyə bu kontekstdən qiymət verməsindən başqa digər seçimi mövcud deyil. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (MMnin 157.2-ci maddəsi). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM-nin 158.4-cü maddəsi). «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə bildirir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Qeyd olunanlardan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Belə olan təqdirdə məhkəmə bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7951/2021 saylı qətnaməsindən göründüyü kimi, cavabdeh cəmiyyətin şikayətinin dəlilləri “MMC-nin ona hansı maneəni yaratdığını araşdırmadığı və beləliklə də MMC-nin üzərinə vəzifə qoymaqda haqlı olmadığı, mənzilin hazırda boş olub-olmadığını aydınlaşdırmadığı” olmuşdur. Göründüyü kimi, cavabdeh mübahisəli əqdin bağlanmasında öz iradə ifadəsinin olduğunu dərk etmiş, belə iradə ifadəsi yəni müqavilədə cəmiyyətə məxsus möhürün olmadığını mübahisələndirməmiş, nəticə etibarilə məhkəmə çəkişmələrinin mövcudluğu kontekstində demək mümkündür ki, cavabdeh cəmiyyət xx.xx.2003-cü il tarixli müqaviləni bəyənmiş, həmin müqaviləyə dair qeyd olunan pretenziyası olmamışdır. Belə olanda məhkəmə hesab edir ki, hazırda iddia tələbinin bu dəlili ilə razılaşmaq olmaz, digər tərəfdən isə iddiaçının həmin müqavilədəki imzanı, eləcə də möhürü mübahisələndirməyə subyektiv hüququ olmamışdır. Beləliklə, məhkəmə qeyd olunanlarla yanaşı əlavə olaraq qeyd edir ki, İddiaçı Cavabdeh1 ilə cavabdeh cəmiyyət arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Göründüyü kimi, məhkəmələr tərəfindən Cavabdeh1 mübahisəli mənzilə istifadə və sahiblik hüquqları tanınmışdır. Belə olanda məhkəmə hesab edir ki, cavabdehlər arasındakı öhdəlik münasibətlərinin mövcudluğu iddiaçının şəxsin hüquq və mənafelərinə toxuna bilməz, həmin müqavilənin mövcudluğu məhz müqavilə tərəfləri üçün öhdəliklər yaradır. Bu baxımdan da məhkəmə bildirir ki, iddiaçı cavabdehlər arasında bağlanmış xx.xx.2003-cü il tarixli Müqavilənin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə onu vurğulayır ki, yaşayış binalarında mənzillərin tikilib verilməsi və onun verilməsi şərtləri, həmin müqavilə münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini müəyyən edir. Bu baxımdan məhkəmə qeyd edir ki, mülki qanunvericilik fərdi müəyyən əşyanın başqasının mülkiyyətinə verilməsi barədə iki müqavilə olduğu halda məhz bu əsasla onlardan birinin etibarsız olduğu barədə xüsusi qayda müəyyən etmir. Əksinə bir müqavilə üzrə əmlakın üçüncü şəxsə daha əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq yaranır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar