Məhkəmə qərarları › İş №e-2(005)-1480/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1480/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1480/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Sabunçu Rayon İcra Şöbəsi) “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sabunçu Rayon İcra şöbəsinin sifarişinə əsasən ipoteka qoyan İddiaçı mülkiyyətində olan ipoteka predmeti ünvan 1nin açıq hərracdan satışına dair cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində keçirilmiş hərracların və həmin əmlakın Cavabdeh1 BOKT ASC-yə satılmasına dair 01 dekabr 2021-ci il tarixli Hərracın Yekunları barədə 81/01 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sabunçu Rayon İcra şöbəsinin sifarişinə əsasən ipoteka qoyan İddiaçı mülkiyyətində olan ipoteka predmeti ünvan 1nin açıq hərracdan satışına dair cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində keçirilmiş hərracların və həmin əmlakın Cavabdeh1 BOKT ASC-yə satılmasına dair 01 dekabr 2021-ci il tarixli Hərracın Yekunları barədə 81/01 saylı protokolun etibarsız hesab edilməsi, ünvan 1nə dair Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüquqlarına dair ********** qeydin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Mövsümov Hafiz Rza oğlundan tələbkar Cavabdeh1 BOKT ASC-nin xeyrinə cəmi 63 616 ABŞ dolları kredit borcunun tutulması, tutmanın İddiaçı mülkiyyətində olan ünvan 1nə yönəldilməsi (bundan sonra - əmlak), həmin əmlakın ilkin satış qiymətinin 70 000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, əldə edilən vəsaitdən kredit borcunun ödənilməsi və s. qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra olunmaqdan ötrü Sabunçu rayon icra və probasiya şöbəsinə göndərilmiş, şöbənin icraatına daxil olmuş və Sabunçu rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Amil Əmirovun xx.xx.2020-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. Sabunçu rayon icra və probasiya şöbəsinin 4206-28692/17 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan ünvan 1 "xxxx" MMC tərəfindən 06 iyul 2020-ci il tarixdə və 30 noyabr 2020-ci il tarixdə açıq hərracdan ilkin və təkrar hərraca çıxarılmış, daha sonra xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokola və xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqaviləyə əsasən 44.625 manata Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilmişdir. İpoteka saxlayan İddiaçı həmin protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Nərimanov rayon məhkəməsində iddia qaldırmış, Nərimanov rayon məhkəməsinin 2(005)-1001/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən (X8) iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmeti olan ünvan 1nə dair keçirilmiş hərracın yekunları barədə No 45/05 nömrəli 27 noyabr 2020-ci il tarixli protokol və bu protokol əsasında ünvan 1nə dair Cavabdeh1 BOKT ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 909/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən Nərimanov rayon məhkəməsinin 2(005)- 1001/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, həmin qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokol və həmin bağ evinə dair "xxxx" MMC ilə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarına əsasən kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-909/2022 nömrəli, 7 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra həmin qətnamənin icrası ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası tərəfindən icra vərəqəsi verilmiş və icra olunması üçün xx.xx.2022-ci il tarixdə Nərimanov rayon icra şöbəsinə göndərilmiş (icra məmuru Sevinc Qurbanova), lakin hələ icra olunmamış, yəni əmlakın açıq hərracdan satışı ilə bağlı müvafiq hərrac protokolu və alq-satqı müqaviləsi ləğv edilməmişdir. Beləliklə, ipoteka predmeti olan əmlakın açıq hərracdan satışı ilə bağlı xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokol və alqı-satqı müqaviləsi faktiki olaraq qüvvədə olduğu və onun ləğvi ilə bağlı hər hansı icra hərəkəti aparılmadığı halda həmin hərrac təşkilatı tərəfindən növbəti hərraclar keçirilmişdir. Eyni zamanda, Sabunçu rayon icra və probasiya şöbəsinin 4206-28692/17 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan əmlakın "xxxx" MMC tərəfindən 06 iyul 2020-ci il tarixdə və 30 noyabr 2020-ci il tarixdə keçirilmiş açıq hərracı və xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokol və alqı-satqı müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməsinə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunmasına, bütün bunlarla bağlı Sabunçu rayon icra şöbəsini yazılı qaydada məlumatlandırmağımıza, sonuncunun həm də sözügedən məhkəmə mübahisəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmasına və icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı müraciət etməyimizə baxmayaraq paralel olaraq Sabunçu rayon icra şöbəsi əvvəlki hərracın nəticələri hələ qüvvədə olduğu halda və bununla bağlı məhkəmə qətnaməsi hələ qanuni qüvvəyə minmədiyi və mübahisələndirldiyi halda ipoteka predmeti olan əmlakın yenidən hərraca çıxarılması ilə bağlı "xxxx" MMC-yə hərrac sifarişi vermiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin (əslində üçüncü) və xx.xx.2021-ci il tarixdə təkrar (əslində dördüncü) hərraclar keçirilmiş, keçirilən hərraclar baş tutmamış və əmlak yenə də qanunsuz olaraq 01 dekabr 2021-ci il tarixli Hərracın yekunları barədə 81/01 saylı protokola əsasən 44 625 manat qiymətə ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə satılmışdır. Halbuki, Sabunçu rayon icra şöbəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hərraclar keçirilərkən və icra hərəkətləri davam etdirilərkən iddiaçının həmin hərrac təşkilatı tərəfindən eyni ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı 2020-ci ildə keçirdiyi hərraclar nəticəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokolun mübahisələndirilməsinə dair iddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında 2(103)-909/2022 saylı iş üzrə baxılmaqda idi. Məsələ burasındadır ki, həmin iddia tələbi üzrə məhkəmə icraatına həm Sabunçu rayon icra şöbəsi, həm də mübahisəli protokolun tərəfləri olan - "xxxx" ASC və "xxxx" MMC müvafiq tərəflər qismində cəlb olunmuşdular və proses barədə işə baxmış məhkəmələr tərəfindən də lazımi qaydada xəbərdar edilmişdilər. Məhkəmə qətnaməsi məhz qanuni qüvvəyə mindikdən sonra məcburilik, müstəsnalıq və preyudisiallıq xüsusiyyətləri əldə etdiyindən "xxxx" MMC tərəfindən hələ 06 iyul 2020-ci il və 30 noyabr 2020-ci il tarixlərində keçirilmiş hərraclar və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun etibarsız hesab edilməsi barədə Nərimanov rayon məhkəməsinin 2(005)-1001/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi növbəti instansiya məhkəmələrində mübahisələndirildiyinə görə qanuni qüvvəyə minmədiyindən və faktiki olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində eyni cavabdeh hərrac təşkilatçısı tərəfindən hərraclar keçirilərkən 06 iyul 2020-ci il və 30 noyabr 2020-ci il tarixlərində keçirilmiş hərraclar hələ də qüvvədə olduğundan (həmin vaxt bu hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildi) və Konstitusiya Məhkəməsinin istinad olunmuş qərarındakı və Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının birgə tərkiblərinin istinad olunmuş qərardadındakı hüquqi mövqeyə əsasən əvvəlki hərracların nəticələri məhkəmə qaydasında etibarsız hesab olunmadan və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmadan hər hansı əsasla yeni hərracların keçirilməsi qanunsuz olmuşdur. Bununla yanaşı, eyni əmlakın eyni ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair eyni hərrac təşkilatının xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolu qüvvədə olduğu halda paralel olaraq həmin hərrac təşkilatı tərəfindən eyni əmlakın eyni ipoteka saxlayana satılması ilə bağlı 01 dekabr 2021-ci il tarixli protokol tərtib edilmişdir. Halbuki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun mübahisələndirilməsinə dair məhkəmə işi xx.xx.2021-ci il tarixli eyni tərəflər arasında eyni predmetlə bağlı eyni protokolun imzalanmasından 10 ay sonra yekunlaşmış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir.Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 BOKT ASC məhkəməyə iddia tələbindən etiraz təqdim edərək, Yasamal Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsi ilə, iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdehlər Mövsümov Hafiz Rza oğlu və İddiaçı qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilərək, 49062,14 ABŞ dolları əsas borc, 12745,25 ABŞ dolları faiz borcu 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 63807,39 ABŞ dolları pulun cavabdehlərdən tutulması və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 BOKT ASC və cavabdeh Mövsümov Hafiz Rza oğlu apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2(103)-569/2018-ci il saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh Mövsümov Hafiz Rza oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(102)- 2106/2019 saylı qərarı ilə cavabdeh Mövsümov Hafiz Rza oğlunun kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2( 103)-569/2018-ci il saylı qətnaməsi cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün hesablanmış ikiqat faiz borcuna görə 18850,79 ABŞ dolları pulun tutulması hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(103)-8288/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASC-nin iddiası təmin edilməmiş, Yasamal rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən, müqavilə bitdikdən sonra hesablanmış faiz borcuna görə 25490,50 ABŞ dolları borcun tutulmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən Cavabdeh1 BOKT ASC-yə təklif edilmişdir. Sözügedən təşkilat ilə Cavabdeh1 BOKT ASC arasında xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və 45/05 saylı X3 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X3 yekun protokola əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1nə Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Daha sonra Cavabdeh1 BOKT ASC tərəfindən ünvan 1 yüklülükdən azad edilmiş, yalnız bundan sonra şirkət tərəfindən həmin əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmuşdur. Daha sonra isə İddiaçı hərracın etibarsızlığına dair iddia qaldırmışdır. Yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-909/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokol və həmin bağ evinə dair "xxxx" MMC ilə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilməsi qət edilib. Bundan sonra ünvan 1nin hərracdan satışını təmin edilməsi üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə müraciət edilmişdir. Sabunçu rayon İcra və Probasiya Şöbəsi ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-yə sifariş məktubu göndərmişdir. Həmin əmlak iki dəfə - xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə açıq hərraca çıxarılmış, lakin həm ilkin, həm də təkrar hərrac baş tutmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2021 -ci il tarixli, 81/01 saylı protokola əsasən, “FİNOKO" BOKT ASC tərəfindən 44625 manata əldə edilmiş, əmlak Cavabdeh1 BOKT ASC-ııin balansına keçmişdir. Həmin müqaviləyə və X3 yekun protokola əsasən xx.xx.2023-cü il tarixdə AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1nə Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Bir sıra səbəblərə görə iddiaçının hazırki tələbi əsassızdır: Belə ki, xx.xx.2021 -ci il tarixində saat 11:00-da ünvan 1 ünvanında ipoteka predmetinin ilkin satış qiyməti 70 000 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən Mövsümov Hafiz Rza oğluna və İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. Poçt qaimələrinin surətindən də göründüyü kimi, məktublar Mövsümov Hafiz Rza oğlu tərəfindən və İddiaçı təqdim edilməsi üçün Mövsümova Aytən tərəfindən qol çəkilərək qəbul edilmişdir. Bundan sonra həmçinin xx.xx.2021 -ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəfimizdən Mövsümov Hafiz Rza oğluna və İddiaçı göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaimələri xx.xx.2021-ci il tarixində Mövsümov Hafiz Rza oğlu tərəfindən imzalanmış və qəbul edilmişdir. İddiaçı qeyd olunan ünvanında başqa şəxs yaşadığından məktubun çatdırılması mümkün olmamışdır. “Birja” qəzetinin xx.xx.2021-ci il tarixli sayında xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 1nin - ipoteka predmetinin ilkin satış qiyməti 70 000 olmaqla hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. xx.xx.2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu. Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin - ipoteka predmetinin ilkin satış qiyməti 59 000 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən Mövsümov Hafiz Rza oğluna və İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. Poçt qaimələrinin surətindən də göründüyü kimi, məktublar Mövsümov Hafiz Rza oğlu tərəfindən və İddiaçı təqdim edilməsi üçün “Mövsümova” soyadlı şəxs tərəfindən qol çəkilərək qəbul edilmişdir. Bundan sonra həmçinin xx.xx.2021-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəfimizdən Mövsümov Hafiz Rza oğluna və İddiaçı göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaimələri xx.xx.2021-ci il tarixində Mövsümov Hafiz Rza oğlu və İddiaçı tərəfindən imzalanmış və qəbul edilmişdir. "Birja" qəzetinin xx.xx.2021-ci il tarixli sayında xx.xx.2021 -ci il tarixində saat 11:00-da Bakı şəhəri. Sabunçu rayonu. Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin - ipoteka predmetinin ilkin satış qiyməti 59.000 olmaqla təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2021-ci il tarixində "xxxx" MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. Təqdim edilən sübutlardan da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(103)-8288/2019 saylı qətnaməsi qanuni hüquqi qüvvəyə mindikdən sonra Sabunçu rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Hərracın yekunlarına dair 81/01 saylı protokol və ipoteka predmetinin alqı-satqısına dair müqavilə 01 dekabr 2021-ci il tarixində bağlanılmışdır və ipoteka predmenti Cavabdeh1 BOKT ASC-nin balansına keçmişdir. İddiaçı isə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 BOKT ASC-yə qarşı xx.xx.2023-cü il tarixdə “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi ilə müraciət etmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(103)-8288/2019 saylı qətnaməsi üzrə icra hərəkətləri davam etdirilərkən qanuni hüquqi qüvvəsini almışdır. İddiaçı isə hərrac prosesi tam yekunlaşandan 14 ay sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, hazırki iş üzrə hərracın etibarsızlığına əsas olan faktiki hallar ondan ibarətdir ki, cari iş üzrə 2 “Hərracın yekunları barədə” Protokol mövcuddur. Bu da aşkar bir ziddiyyət təşkil etməkdədir. Həmçinin Cavabdeh1 BOKT ASC-yə əmlakı əldə edildiyi qiymətdən nisbətən artıq qiymətə onlara geri satılması təklif edilmiş, sonuncu isə öz növbəsində əldə edilmiş məbləğə proporsional olmayan 133.000 (bir yüz otuz üç min) manat tələb etmişdir ki, bu məbləğdə hərracın alqı-satqısı üzrə cavabdeh tərəfindən ödənilmiş məbləğdən tənasübsüz çoxdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbi işin gedişatını uzatmaq xarakteri daşıyır. Belə ki, istər iş materiallarından istərsə də, iddia ərizəsində qeyd olunan hallardan aydın olur ki, İddiaçı işin icrası ilə hərtərəfli məlumatlı olmuş, həmçinin iş üzrə qəbul edilmiş qətnamə onun lehinə çıxmasına baxmayaraq, apellyasiya və kassasiya şikayəti vermişdir. Bütün bunlar eləcə də, iddia tələbində qeyd edilmiş hallar arasında hərracın etibarsızlığa əsas olacaq konkret bir hal iddiaçı tərəfindən göstərilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 1nə dair keçirilmiş hərracın yekunları barədə 45/05 saylı 27 noyabr 2020-ci il tarixli protokol və bu protokol əsasında ünvan 1nə dair Cavabdeh1 BOKT ASC ilə "xxxx" MMC arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab olunması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-909/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokol və həmin bağ evinə dair "xxxx" MMC ilə Cavabdeh1 BOKT ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının məzmunundan görünür ki, İddiaçı tərəfindən verilmiş, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-909/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişdən görünür ki, İddiaçı ünvan 1nin satılmasına dair xx.xx.2021-ci il tarixdə saat 11:00-da açıq auksion keçiriləcəyi barədə xəbərdar edilmişdir. Əmlakın ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişdən görünür ki, İddiaçı ünvan 1nin satılmasına dair xx.xx.2021-ci il tarixdə saat 11:00-da açıq auksion keçiriləcəyi barədə xəbərdar edilmişdir. Əmlakın ilkin satış qiyməti 59.500 (əlli doqquz min beş yüz) manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin əldə olunmasına dair” Təklifin məzmunundan görünür ki, Sabunçu Rayon İcra Şöbəsinin 4828-197439/17 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü ünvan 1nin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 44 625 (qırx dörd min altı yüz iyirmi beş) olmaqla ipoteka saxlayana təklif olunur. Hərracın Yekunları barədə 81/01 saylı, xx.xx.2021-ci il tarixli protokolun məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin, Sabunçu Rayon İcra şöbəsinin 4828-197439/17 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun və Cavabdeh1 BOKT ASC-nin müvafiq məktubuna əsasən ipoteka predmetini “İpoteka” Haqqında Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti: 44.625 (qırx dörd min altı yüz iyirmi beş manat) manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evi Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X4 44.625 (qırx dörd min altı yüz iyirmi beş manat) manata satılmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 tam mülkiyyət hüququ əsasında Cavabdeh1 BOKT ASC-yə məxsusdur. “Birja Yenilikləri” Qəzetinin 19 oktyabr 2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müvafiq olaraq 269 və 272 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən ünvan 1nin xx.xx.2021-ci il tarixdə saat 11:00-da və xx.xx.2021-ci il tarixdə saat 11:00-da tarixdə hərraca çıxarılması barədə məlumatlar dərc edilmişdir; xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli 81/01 nömrəli protokolunun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin, Sabunçu Rayon İcra şöbəsinin 4828-197439/17 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən əsasən ilkin hərrac qiyməti 70 (yetmiş min) manat olan İddiaçı məxsus olan ünvan 1 44.625 (qırx dörd min altı yüz iyirmi beş manat) manata (alıcı) Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X6 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsindən məlumatı olmaması səbəbi ilə evini özü almaqdan məhrum olmasına istinad etmiş və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman onun prosesləri eşitməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı göstərir ki, xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokol və alqı-satqı müqaviləsi faktiki olaraq qüvvədə olduğu və onun ləğvi ilə bağlı hər hansı icra hərəkəti aparılmadığı halda həmin hərrac təşkilatı tərəfindən növbəti hərraclar keçirilmiş, Sabunçu rayon icra şöbəsi əvvəlki hərracın nəticələri hələ qüvvədə olduğu halda ipoteka predmeti olan əmlakın yenidən hərraca çıxarılması ilə bağlı "xxxx" MMC-yə hərrac sifarişi vermişdir. Məhkəmə iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, göstərilən hallar müvafiq icra şöbəsinin icra tədbirləri ilə bağlıdır. Həmin icra hərəkətlərinin aparılmasında iddiaçının ehtimal etdiyi qanunvericiliyin tələblərinin pozulması hərracın keçirilmə qaydalarının düzgün həyata keçirilmədiyini demək üçün əsas deyil. Hazırda verilmiş iddia ərizəsi üzrə Sabunçu Rayon İcra Şöbəsi cavabdeh deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyi tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar