Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1492/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi QSC-nin “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi QSC mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Qapalı Səhmdar Cəmiyyətivə Maraqlı şəxs arasında mövcud olan əmək mübahisəsi üzrə bağlanılmış xx.xx.2022-ci il tarixli, №MSB2-01712/22 saylı Barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi QSC tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi Qapalı Səhmdar Cəmiyyəti və Maraqlı şəxs arasında əmək müqaviləsi bağlanılmışdır. İşəgötürən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və ekspeditor Maraqlı şəxs ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı, Maraqlı şəxs əmək müqaviləsi üzrə 950 manat məbləğində borcu olduğu məlum olmuşdur. Ərizəçi QSC Mediasiya prosesinin tətbiqi üçün xx.xx.2022-ci il tarixində Bakı şəhər 2 saylı Mediasiya Təşkilatına yazılı qaydada müraciət etmişdir. İş üzrə təyin olunmuş mediator X3 vasitəçiliyi ilə, mübahisə tərəfləriarasında ilkin mediasiya sessiyası təşkil olunmuş və xx.xx.2022-ci il tarixli, №MSB2-01712/22 saylı Barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən: 2.1.1. Maraqlı şəxs etiraf edir ki, o, əmək vəzifələrini yerinə yetirdiyi zaman 950 manat məbləğində işəgötürənə maddi zərər vurub və həmin zərərin əvəzini bu sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürür. 2.1.2. Ağayev X4 2.1.1-ci maddəsində göstərilən məbləği 30 noyabr 2022-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iş üzrə Maraqlı şəxs tərəfindən barışıq sazişinin icrasına riayət olunmamış və borc öhdəlikləri yerinə yetirilməmişdir. Lakin, iş üzrə maraqlışəxs Maraqlı şəxs tərəfindən barışıq sazişinin icrasına riayət olunmamış və borc öhdəlikləri yerinə yetirilməmişdir. Odur ki, Maraqlı şəxs Ərizəçi Qapalı Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyini yerinə yetirmədiyi üçün, məhkəmə tərəfindən bu sazişin təsdiq olunması və icraya yönləndirilməsizərurəti vardır. Məhkəmə iclasında Ərizəçi QSC-nin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Ərizəçi QSC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli, mediasiya reyestrində MŞB2-01712/22 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır. 2.1.1. Maraqlı şəxs etiraf edir ki, o, əmək vəzifələrini yerinə yetirdiyi zaman 950 manat məbləğində işəgötürənə maddi zərər vurub və həmin zərərin əvəzini bu sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürür. 2.1.2. Ağayev X4 2.1.1-cimaddəsində göstərilən məbləği 30 noyabr 2022-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş mediator X3 tərəfindən tərəflər arasında 04 noyabr 2022-ci il tarixdə təsdiq edilən barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355- 23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi QSC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli, mediasiya reyestrində MŞB2-01712/22 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. 2.1.1. Maraqlı şəxs etiraf edir ki, o, əmək vəzifələrini yerinə yetirdiyi zaman 950 manat məbləğində işəgötürənə maddi zərər vurub və həmin zərərin əvəzini bu sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürür; 2.1.2. Ağayev X4 2.1.1-cimaddəsində göstərilən məbləği 30 noyabr 2022-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür; Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1492/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1492/2023
06.03.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver