Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1534/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi X3, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, və Cavabdeh2 ASC-yə qarşı “Hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, və Cavabdeh2 ASC-yə qarşı “Hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0313 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı, cavabdeh “X5” MMC-nin (hazırkı Cavabdeh1) Hərracın nəticələri haqqında 25 nömrəli, 15 fevral 2019-cu il tarixli Protokolu»-nun, 15 fevral 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmin torpaq sahəsinə dair Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-724/2018 saylı, 10 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin mənə və qeyrilərinə qarşı müqavilənin ləğv edilməsi, girov predmetinə tutmanın yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi və sair tələblərinə dair iddiası qismən təmin eilərək, mənimlə "Bank Respublika” ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli 16040/0053/354088 saylı kredit müqaviləsinin ləğv edilməsi, məndən 30196.08 manat əsas kredit borcu 1628.6 manat kreditdən istifadəyə görə faiz borcu, 81.38 manat cərimə olmaqla, cəmi 3 1906,07 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «Bank Respublika” ASC- nin xeyrinə tutulması, tutulan məbləğin iddiaçıya məxsus olan Abşeron rayor Masazır kəndində yerləşən 0,03 13 ha torpaq sahəsinə ilkin satış qiyməti 1 5.000 manat məbləğində müəyyən edilməklə yönəldilməsi, iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0313 ha torpaq sahəsi açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh2-ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ gö stərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin iddiaçıya qaytarılması, satışdan götürülən və ya əldə edilən məbləğ banka olan borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ iddiaçıdan oğlundan iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, qeyd olunan əmlak açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlakdan çıxmadıqları təqdirdə, onların məcburi qaydada oradan çıxarılmağı qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1670/201 8 saylı, 05 mart 2019-cu il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(005)- 724/2018 saylı qətnaməsi iddiaçıya münasibətdə əsas borcunun və ipoteka premetinin ilkin satış dəyərinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, iddiaçıdan iddiaçının xeyrinə ödənilməli olan əsas borcun məbləği 29596,64 manat həddində müəyyən edilməsi, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0313 ha torpaq sahəsinin üzərində tikilməkdə olan 1 87,40 kv.m ümumi, 91,80 kv.m yaşayış, 95.60 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 83.000 manat məbləğində, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən, 0,0313 ha torpaq sahəsinin bazar qiyməti 37.000 manat məbləğində, ümumilikdə isə daşmmaz əmlak 120.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1569/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1670/2018 saylı, 05 mart 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin satış qiyməti hissəsində ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Həmin mülki işə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən müəyyən olundu ki, məhkəmə çəkişmələri davam edən müddətdə, yəni 15 fevral 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə tərtib edilmiş və dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış əldə edilmişdir. Bu hal məhkəmə iclasında mənə məlum olandan sonra Abşeron rayon İcra Şöbəsinə müraciət etdim və qeyd olunan sənədlərin surətlərini əldə etdi. Göründüyü kimi qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi əsasında gizli hərrac keçirilmiş və iddiaçının mülkiyətində olan torpaq sahəsi balansa götürülmüşdür. Yuxarıda qeyd etdiyi kimi qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi əsasında gizli hərrac keçirilmiş və iddiaçının miilkiyətində olan torpaq sahəsi qanunsuz, olaraq bankın mülkiyyətinə keçirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1, Cavabdeh2-nə qarşı “hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0313 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı, cavabdeh “X5” MMC-nin (hazırkı Cavabdeh1) Hərracın nəticələri haqqında 25 nömrəli, 15 fevral 2019-cu il tarixli Protokolu»-nun, 15 fevral 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin və həmin torpaq sahəsinə dair Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini tərtib edərkən bir sıra yanlışlıqlara yol verilmişdir. Belə ki, işə aidiyyatı olmayan qətnamələrə istinad olunmuş və sair. Ona görə də iddia tələbimin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Cəlilabad rayon məhkəməsinə müraciət edərək, aralarında bağlanmış 09 iyun 2015-ci il tarixli, müqaviləyə əlavənin ləğv edilməsi, ipoteka predmentinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad rayon məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2-(073)- 379/2018 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamənin qəbul edilməsi barədə məlumat alandan sonra xx.xx.2018-ci il tarixdə Cəlilabad rayon məhkəməsinə müraciət edərək, şəxsiyyət vəsiqəsinin surətini ərizəyə əlavə etməklə qətnamənin qeydiyyatda olduğu ünvan 1 ünvana göndərilməsini xahiş ediblər. Yəni, iddiaçı artıq ünvan 2 ünvanda deyil, ünvan 3ydiyyatda idi. (Həmin mülki işin materiallarından əldə etdiyi ərizənin surətini və şəxsiyyət vəsiqəsinin-surətini əlavə edir). Beləliklə, Cəlilabad rayon məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2- (073)-379/2018 saylı qiyabi qətnaməsi iddiaçıya 02 iyul 2018-ci il tarixdə təqdim edilmişdir, (məhkəmə qəbzinin surətini əlavə edir) Bundan sonra qiyabi qətnamənin ləğvi ilə bağlı Cəlilabad rayon məhkəməsinə vəsatətlə müraciət etmiş və Cəlilabad rayon məhkəməsinin həmin iş üzrə 12 iyul 2018-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir, (həmin mülki işin materiallarından əldə etdiyi vəsatətin və qərardadın surətini əlavə edir). Buna baxmayaraq, yəni ünvanının dəyişilməsi barədə rəsmi qaydada məlumat versə də Cəlilabad rayon məhkəməsi məhkəmə bildirişini yenə də iddiaçının qeyd etdiyi ünvan 2 ünvana göndərmişdir, (həmin mülki işin materiallarından əldə etdiyi məhkəmə bildirişinin kötüyünü əlavə edir). Məhz buna görə də məhkəmə iclasında iştirak etmək hüququ pozulmuş və qəbul edilmiş məhkəmə qətnaməsi iddiaçıya aidiyyatı olmayan ünvana göndərilmişdir. Məhkəmənin iclası barədə bildiriş məhkəməyə bildirdiyi və rəsmi qeydiyyatda olduğuünvana gəlmədiyinə görə Cəlilabad rayon məhkəməsinə müraciət etdi və məlum oldu ki, artıq 27 iyul 2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Ərizə ilə məhkəməyə müraciət etdi, qətnamənin surətini əldə etdi və qətnamədən apellyasiya şikayəti verdi, (həmin mülki işin materiallarından əldə etdiyi ərizənin, şəxsiyyət vəsiqəmin və məhkəmə qəbzinin surətini əlavə edir). Cəlilabad rayon məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə həmin mülki iş Şiravan Apellyasiya məhkəməsinə göndərilmiş və həmin mülki iş üzrə məhkəmə iclası barədə 08 fevral 2019-cu il tarixdə bildiriş verilmişdir, (həmin məktubların və məhəkəmə bildirişinin surətini əlavə edir). Həmin mülki işə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən müəyyən olundu ki, məhkəmə çəkişmələri davam edən müddətdə, yəni 15 fevral 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə tərtib edilmiş və dövlət reyestrindən xx.xx.2019- cu il tarixli çıxarış əldə edilmişdir. Beləliklə, Cəlilabad rayon məhkəməsi tərəfindən qiyabi qətnamə qəbul edilir, həmin qiyabi qətnamənin surətinin verilməsindən ötrü ərizə verərkən - ərizəsində ünvanının dəyişilməsini və şəxsiyət vəsiqəmin surətini təqdim etməsinə baxmayaraq, Cəlilabad rayon məhkəməsi məhkəmə bildirişini yenə də əvvəlki ünvanına göndərmiş, eyni zamanda qəbul etdiyi qətnaməni də həmin ünvana göndərmiş, bu azmış kimi iş üzrə icra sənədi vermiş və icra sənədində də həmin ünvanı qeyd etmişdir. Nəhayət icra məmuru və iş üzrə cavabdeh həmin ünvanın iddiaçıya aid olub-olmamasını yoxlamadan hərrac barədə bildirişi həmin ünvana, yəni iddiaçıya aidiyyəti olmayan ünvana göndərmişdir. Göründüyü kimi qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi əsasında, həmçinin bilərəkdən ünvanı səhv göstərilərək gizli hərrac keçirilmiş və iddiaçının mülkiyətində olan torpaq sahəsi balansa götürülmüşdür. Xüsusilə nəzərə almaq lazımdır ki, Cavabdeh2-nin nümayəndələri Cəlilabad rayon məhkəməsində qeyd olunan işdə iştirak edən zaman ünvanının dəyişilməsini bilirdilər, bilərəkdən və məqsədli şəkildə ünvanını səhv göstərərək, torpaq sahəmin bankın mülkiyyətinə keçirilməsinə nail olaraq iddiaçının mülkiyyət hüquqlarımı kobud şəkildə pozmuşlar. Yuxarıda qeyd etdiyi kimi qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi əsasında gizli hərrac keçirilmiş, hərracın keçirilməsi barədə bildiriş ünvanına göndərilməmiş və iddiaçının mülkiyətində olan torpaq sahəsi qanunsuz olaraq bankın mülkiyyətinə keçirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında hərracın qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası qaydasında və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edildiyini və keçirildiyini və nəticədə əmlakın qanuni əsaslarla Cavabdeh2 ASC-nin mülkiyyətinə keçdiyini bildirmiş və bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddia tələbinə yazılı etiraz təqdim edərək bildirdi ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiası təmin edilməməli və bu barədə müvafiq qətnamə qəbul edilməlidir. İlk növbədə bildirmək istəyir ki, iddiaçının tələbi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-724/2018 saylı 10 may 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1670/2018 saylı 05 mart 2019- cu il tarixli qətnamələrinə və həmin qətnamələrdə məhkəmənin gəldiyi nəticələr əsasında əsaslandırılır, halbuki həmin məhkəmə qərarlarının hazırkı işə heç bir aidiyyatı yoxdur. İddia ərizəsində iddiaçı həmçinin qeyd edir ki, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1569/2021, xx.xx.2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1670/2018 saylı, 05 mart 2019-cu ul tarixli qətnaməsi ipoteka predmetinin satış qiyməti hissəsində ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.Guya həmin mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən müəyyən olundu ki, məhkəmə çəkişmələri davam edən müddətdə, yəni 15 fevral 2019- cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış əldə edilmişdir.Bu hal məlum olandan sonra Abşeron rayon icra şöbəsinə etmiş və sənədlərin surətini əldə etmişdir. Nərimanov Rayon Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının guya Cəlilabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi əsasında gizli hərrac keçirilməsinə dair dəlilləri əsassızdır. Belə ki, icra vərəqəsi Abşeron rayon icra və probasiya şöbəsinə xx.xx.2018-ci il tarixdə verilmişdir. Bu tarixdən 5 aya yaxın müddət keçdikdən sonra isə İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Aydındır ki, bu 5 aya yaxın müddət ərzində, İcra haqqında qanunun 8.3.-cü maddəsinə əsasən, Abşeron rayon icra və probasiya şöbəsi icra vərəqəsin aldıqdan sonra 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edərək İddiaçı rəsmi qeydiyyat ünvanına göndərmişdir. Bundan əlavə həmin müddət ərzində, hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli bildirişlər də İddiaçı rəsmi qeydiyyat ünvanına göndərilmişdir. Göründüyü kimi hərracın keçirilməsi və hərracın yekunları barədə protokolun tərtib olunması proseduru apellyasiya icraatında məhkəmə çəkişmələri başlanan tarixə qədər artıq yekunlaşmış olmuşdur. Qeyd olunanlar bizə bunu deməyə əsas verir ki, İddiaçı hərracın ona məlumat verilmədən gizli keçiriməsinə dəlilləri absurddur. Qeyd edir ki, daha sonra iddia ərizəsində AR Konstitusiyasının 13,29-cu, AR MM-nin 415.2-ci, “İcra Haqqında” Qanunun 6- 17-ci və “İpoteka haqqında” AR Qanununun 41.2 və 42.1-ci maddələrinin sadəcə tələbləri sadalanmışdır, lakin qeyd olunan normaların tələblərinin cavabdehlər tərəfindən hansı şəkildə pozulması barədə heç bir dəlil göstərilməmişdir. Bildirmək istəyir ki, Cavabdeh2SC ilə İddiaçı arasında belə bir razılığın olmaması səbəbilə icra məmuru tərəfindən sifariş “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmişdir. Nəzərə çatdırır ki,hərrac təşkilatçısı “Kaspi”qəzetində hərracların keçirilməsinə dair elanlar dərc etdirmiş və bu barədə Cavabdeh2SC-nin, İddiaçı və X4 rəsmi qeydiyyat ünvanlarına sifarişli poçt göndərişi ilə xx.xx.2022ci il və xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmişdir.Həmçinin hərracın keçirilməsinə dair müddətlərə və bildirişin formasına dair tələblər pozulmamışdır. Göründüyü ki, iddia tələbində göstərilənlərin əksi olaraq, AR MM-nin 415.2-ci, “İpoteka haqqında” AR Qanununun 41.2 və 42.1-ci maddələrinin bütün tələblərinə cavabdeh tərəfindən tam şəkildə riayət olunmuşdur. Həmçinin iddia ərizəsində “İcra Haqqında” Qanunun 17.1.7.-ci maddəsinə istinad olunaraq, göstərilir ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bildirir ki, İddiaçı tərəfindən icra məmuruna apellyasiya və kassasiya şikayətlərinin verilməsi səbəbilə icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı müraciət daxil olmamışdır. Həmçinin bu müraciətin edilməsinə dair heç bir rəsmi sənəd məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsində göstərilən AR Konstitusiyasının 13-cü və 29-cu maddələrinə gəldikdə isə bildirmək istəyir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində məhkəmənin icra vərəqəsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0313 ha torpaq sahəsi qanunvericiliyə uyğun şəkildə bankın balansına götürülmuşdür. Bu səbəbdən iddia ərizəsində iddiaçının mülkiyyət hüquqlarının pozulmasına dair qeydlər əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı cavabdehlər Cavabdeh1MMC və Cavabdeh2 ASC-yə qarşı “Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0313 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı, cavabdeh “X5”MMC-nin (hazırkı Cavabdeh1 MMC) hərracın nəticələri haqqında 25 nömrəli, 15 fevral 2019-cu il tarixli Protokolu”-nun, 15 fevral 2019-u il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilənin və həmin torpaq sahəsinə dair cavabdeh "xxxx"ASC-yə dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul ediməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 MMC-nin nümayəndəsi X7 iddia tələbinə yazılı etiraz təqdim edərək, bildirdi ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı qeyd etmişdir ki, hərrac qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi əsasında gizli keçirilmiş və iddiaçının mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq bankın mülkiyyətinə keçirilmişdir. Bununla bağlı aşağıdakı əsasların məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edirlər. İlk olaraq onu qeyd etmək istəyir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 26 noyabr 2018-ci il tarixli, 17/75 172 18-9F saylı sifariş məktubuna əsasən təşkilatları tərəfindən hərrac keçirilmiş, əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən 15000 manat müəyyən edilmişdir. Sifariş məktubuna əsasən, hərrac təşkil olunmuş, əmlak 25% endirimlə tələbkara təklif olunmuşdur. Hərracın təşkili Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş olunmuşdur və daha sonra şirkətə hərracın dayandırılması ilə bağlı hər hansı bir məktub daxil olmamışdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində hərrac prosesinin ləğv edilməsi üçün qeyd etdikləri tamamilə əsassızdır. Hərrac prosesi təşkilat tərəfindən qanunvericiliyin tələblərinə tam uyğun olaraq, bütün prosessual qaydalara əməl edilərək həyata keçirilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və çıxarışın etibarsız hesab edilməsinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-379/2018 saylı, 27 iyul 2018-ci il tarixli icra vərəqəsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh2 ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi və 09 iyun 2015-ci il tarixli Əlavə ləğv edilməsi, xx.xx.2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı 38068,29 manat əsas kredit borcu, 2025,30 manat kreditdən istifadəyə görə faiz borcu yaranmış və 50 manat cərimə, cəmi 40143,59 manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsaitdən xx.xx.2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı Banka yaranmış 38068,29 manat əsas kredit borcu, 2025,30 manat kreditdən istifadəyə görə faiz borcu yaranmış və 50 manat cərimə, cəmi 40143,59 manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 15000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 05/233 nömrəli və xx.xx.2019-cu il tarixli, 05/233-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0313 ha torpaq sahəsinin ilkin satış qiyməti 15.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da, xx.xx.2019-cu il tarixdə saat 11:00-da ünvan 7 ünvanında keçiriləcəyi barədə İddiaçı, X14, Abşeron Rayon İcra Şöbəsinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmişdir; “Kaspi” Qəzetinin 2018-ci ilə aid olan 213 nömrəli buraxılışında yerləşdirilmiş elanlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0313 ha torpaq sahəsinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə hərraca çıxarılması, habelə hərracın baş tutmaması barədə məlumatlar dərc edilmişdir; Abşeron rayon icra və probasiya şöbəsinin “X5” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli 17/75-172-18-9F saylı sifariş məktubunun surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-379/2018 saylı, 27 iyul 2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu İddiaçı 38068,29 manat əsas kredit borcu, 2025,30 manat kreditdən istifadəyə görə faiz borcu yaranmış və 50 manat cərimə, cəmi 40143,59 manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsini xahiş edir. Hərracın yekunları barədə 15 fevral 2019-cu il tarixli, 25 nömrəli protokolunun surətinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 2(073)-379/2018 saylı, 27 iyul 2018-ci il tarixli icra vərəqəsinə, Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli 17/75-172-18-9F saylı sifariş məktubuna və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin müvafiq məktubuna əsasən ilkin hərrac qiyməti 15.000 manat və təkrar hərracdakı ilkin satış qiyməti 12750 manat olan İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0313 ha torpaq sahəs 9562 manata ipoteka saxlayan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 əldə etmişdir; "X5” MMC-nin direktor vəzifəsini müvəqqəti icra edən X10 ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Alıcı”) etibarnamə əsasında nümayəndəsi X1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 15 fevral 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsi "İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh2 ASC əmlakı 9 562 (doqquz min beş yüz altmış iki) manat 50 qəpiyə əldə etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-379/2018 nömrəli, 12 iyul 2018-ci il tarixli qiyabi qətnamənin ləğvinə dair qərardadın surətinə əsasən, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 379/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi Park Solero yaşayış kompleksində yaşayan İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış ərizənin surətindən görünür ki, məhkəmə qətnaməsinin yaşadığı ünvan üzrə göndərilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-379/2018 saylı, 27 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1125/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli məhkəmə bildirişinin surətinə əsasən iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və X16! qızına qarşı kredit müqaviləsinin və 09 iyun 2015-ci il tarixli Əlavənin ləğv edilməsi, ipoteka predmetmə tutma yönəldilməsi, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş Cəlilabad Rayon Məhkəməsinin 2(073)-379/2018 saylı, 27 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında mülki iş üzrə iclasın xx.xx.2019-cu il tarixə, saat 10:50-ə təyin edildiyi bildirilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1569/2021 saylı, 19.042021-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X11 (sədrlik edən, məruzəçi), X2 və X6) 29 sentyabr 2020-ci il tarixli, 2(106)-76/2020 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Cəlilabad rayon Məhkəməsinin 2(073)-379/2018 saylı, 27 iyul 2018-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ipoteka predmetinin ilkin satış qiymətinin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetini təşkil edən cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən, **********18 reyestr nömrəli, 0,0317 ha torpaq sahəsinin likvid dəyəri 55.000 (əlli beş min) manat məbləğində müəyyənləşdirilməsi, qətnamənin cavabdeh İddiaçı apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qərarla iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsi,cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(106)-76/2020 nömrəli qətnaməsi ipoteka predmetinin satış qiyməti hissəsində ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2022-ci il tarixli, 2(106)-105/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin ipoteka qiymətinin satış qiyməti hissəsində təmin edilməməsi, Cəlilabad rayon Məhkəməsinin 2(073)-379/2018 saylı, 27 iyul 2018ci il tarixli qətnaməsi ipoteka qiymətinin satış qiyməti hissəsində verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında yaranmış kredit öhdəliklərinin təminatı olaraq İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən Banka borcu yaranmış və nəticədə Bank ona qarşı yaranmış borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Mübahisəyə məhkəmə qaydasında baxılmış və nəticədə əlilabad Rayon Məhkəməsinin 2(073)-379/2018 saylı, 27 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh2 ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi və 09 iyun 2015-ci il tarixli Əlavə ləğv edilməsi, xx.xx.2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı 38068,29 manat əsas kredit borcu, 2025,30 manat kreditdən istifadəyə görə faiz borcu yaranmış və 50 manat cərimə, cəmi 40143,59 manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsaitdən xx.xx.2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı Banka yaranmış 38068,29 manat əsas kredit borcu, 2025,30 manat kreditdən istifadəyə görə faiz borcu yaranmış və 50 manat cərimə, cəmi 40143,59 manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 15000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra vərəqəsi üzrə aparılmış icra tədbirləri nəticəsində Cavabdeh1 MMC tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, qəzetlərdə elanlar yerləşdirilmiş, lakin birinci və təkrar hərracda alıcı olmadığından, hərrac baş tutmamış elan edilmiş və ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və təklif qəbul edilərək onun tərəfindən 9562 manata alınmış və bu barədə 15 fevral 2019-cu il tarixdə həracın nəticələri barədə yekun protokol tərtib edilmişdır. Hazırda İddiaçı qeyd edilən hərracdan məlumatlı olmadığını, mülki iş üzrə qəbul edilmiş qətnamədən Abşeron rayon icra və probasiya şöbəsindən məlumat aldığını bildirir. Eyni zamanda, həracın keçirilməsi üçün əsas olmuş Cəlilabad Rayon Məhkəməsinin qətnaməsini hazırda mübahisələndirdiyini və onun apelyasiya şikayəti əsasında mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğunu və nəticə etibarı ilə qətnamə əsasında verilmiş icra vərəqəsinin hər hansı hüquqi əhəmiyyətinin qalmadığını və bu səbəbdən də hərracın etibarsız olduğunu bildirir və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 ASC-nin nümayəndəsi iddianı qəbul etmir, hərracın qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası qaydasında və hərracın qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirildiyini və nəticədə əmlakın qanuni əsaslarla Cavabdeh2 ASC-nin mülkiyyətinə keçdiyini bildirir və bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Habelə Cavabdeh1 hərracın qanunauyğun keçirildiyini, eyni zamanda iddiaçı tərəfindən hərracın mübahisələndirilməsi üçün müəyyən edilmiş illik müddətin ötürüldüyünü qeyd edərək, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir; 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iki əsasla hərracın etibarsız hesab edilməsini tələb edir. Birincisi – hərrac barədə ona hər hansı məlumatın verilməməsi, ikincisi – həracın keçirilməsi üçün əsas olmuş məhkəmə qətnaməsinin hazırda mübahisələndirildiyini və mülki işin yuxarı instansiya məhkəmələrində mübahisələndirildiyini, bununla da hərracın keçirilməsi üçün əsas olmuş məhkəmə qətnaməsinin hüquqi nəticə etibarı ilə qanuni qüvvəsini almamasını və bu halda hərracın keçirilməsinin qeyri-mümkün olmasını, keçirilmiş hərracın isə etibarsız olduğunu. Məhkəmə, hərrac barədə iddiaçıya hər hansı məlumatın verilməməsi bağlı qeyd edir ki, ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən Cavabdeh1 MMC tərəfindən İddiaçı və onun ailə üzvlərinə, onların pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, lakin bu bildirişlərin çatdırılması barədə qəbzlər üzərində “bu ünvanda yaşamır” qeydi edilmişdir, yəni nəticə etibarı ilə bildirişləri təqdim etmək mümkün olmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2019-cu il tarixdə keçirilmiş ilk hərrac baş tutmadığından təkrar hərracın keçirilməsi xx.xx.2019-cu il tarixinə təyin edilmiş, təkrar hərracda baş tutmamış və bu barədə qəzetdə müvafiq elan dərc edilmiş, sonra isə əmlak tələbkara təklif edilmiş və onun tərəfindən əldə edilmişdir. Məhkəmə F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmişdir. İddiaçının həmin ünvanda yaşamaması isə hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas deyil. İddiaçı tərəfindən irəli sürülmüş digər əsasla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hərrac Cəlilabad Rayon Məhkəməsinin 2(073)-379/2018 saylı, 27 iyul 2018-ci tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi əsasında təşkil edilmiş və keçirilmişdir. Bu da öz növbəsində həmin qətnamənin qanuni qüvvəsini almasını etiva edir. Lakin göründüyü kimi, mülki iş həmin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və ikinci apellyasiya baxışı zamanı qətnamə qəbul edilmiş, lakin həmin qətnamədan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət keçməmişdir. Başqa sözlə, həmin qətnamə qanuni qüvvəsini almamış və mübahisəyə hazırda məhkəmə qaydasında baxılır. Bununla da, qeyd edilən qətnamə əsasında verilmiş icra vərəqəsi öz hüquqi əhəmiyyətini itirmiş olur. Bu da öz növbəsində İddiaçı mülkiyyətində olan və İddiaçı kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş əmlakla bağlı keçirilmiş hərracın, o cümlədən həmin əmlakın ipoteka saxlayan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə satılması barədə “Hərracın yekunları barədə” xx.xx.2019-cu il tarixli, 25 nömrəli protokolun, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yaradır. Bu baxımdan məhkəmə qeyd edir ki, hərracın nəticələri etibarsız hesab edildiyindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilməlidir. Bundan başqa məhkəmə Cavabdeh1 MMC-nin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə, iddiaçı mübahisələndirilən hərracdan məlumatlı olmamış, həmin hərracdan konkret hansı tarixdən məlumatlı olması müəyyən edilmir, lakin hərracdan daha sonralar məlumatlı olduğu mülki işə əlavə olunmuş yuxarıda sadalanan iş materialları ilə sübut olunur. Bu baxımdan iddiaçı hazırda hərracın etibarsızlığını məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsinin satılmasına dair hərracın nəticələri, o cümlədən Cavabdeh1 MMC və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2019-cu il tarixli, 25 nömrəli Protokol, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya adi edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsinin satılmasına dair hərracın nəticələri, o cümlədən Cavabdeh1 MMC və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2019-cu il tarixli, 25 nömrəli Protokol, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız etibarsız hesab edilsin. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1534/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1534/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver