Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1540/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, iddiaçının digər nümayəndəsi (oğlu) X21, Cavabdeh2, onun və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 16200 manat, Cavabdeh2 39000 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan X30 xx.xx.2020-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir. Miras qoyanın birinci növbəli 5 vərəsəsi qalmışdır: anası,yəni o, İddiaçı, arvadı Cavabdeh3, birgə nikahdan uşaqları xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2. O, oğlunun ölümündən sonra faktiki olaraq mirası qəbul etmişdir. X15 qalan əmlaklara vərəsəlik şəhadətnaməsinin alınması məqsədilə Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 8V-22/2021 nömrəli vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixdə, həmin notariat kontoruna “Vərəsələr siyahısına daxil edilmə barədə ərizə” ilə müraciət etmiş, lakin həmin müraciət Notariat ofisi tərəfindən cavabsız qalmışdır. Nəticədə, xx.xx.2021-ci il tarixdə X15 qalan bütün əmlakın Cavabdeh3 adına rəsmiləşdirilməsi üçün “Vərəsəlik şəhadətnaməsi” verilmişdir. Cavabdeh3 vərəsəlik işinin açılması zamanı göstərmişdir ki, ondan və uşaqlarından başqa vərəsə yoxdur. Halbuki, mərhum X18 anası sağdır və onun oğlunun mirasından payı vardır. Həmin mirasa daxil olan əmlaka faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Cavabdeh3 aşağıdakı əmlaklara vərəsəlik şəhadətnamələri almışdır: 1) Abşeron ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X22 verilmiş **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlet reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0237 ha olan torpaq sahəsi; 2) Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X22 verilmiş **********31-05301-093115 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardımçı sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil; 3) Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X22 verilmiş **********92-05301-093085 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17,19, mənzil 95 yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov Rayonu,Möhsün Sənani kücəsi, 125, M6, m5 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; 4)Abşeron ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X22 verilmiş **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; 5) Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X22 verilmiş 11/5004 inventar nömrəli texniki pasporta əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binası (qaraj); 6) Abşeron ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X22 verilmiş **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsi. Sonradan həmin əmlaklarla bağlı aşağıdakı hərəkətlər həyata keçirilmişdir. 1) Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzil **********31-05301-093115 reyestr nömrəsi ilə xx.xx.2011-ci il tarixdə X18 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 2V-159 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 40-352 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 4Ə-1109 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-165 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X25 adına qeydiyatdan keçmişdir. Bakı şəhəri 52 saylı DNKnın 4Ə-386 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 51 saylı DNK-nın 4Ə-1961 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. 2) Bakı şəhəri, ünvan 8 Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 125, M6,m5) **********92-05301-093085 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə X18 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 2V-160 reyestr nömrəli xx.xx.2021ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan kecmisdir. Bakı şəhəri 53 saylı DNK-nin 4Ə-1647 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. 3) ünvan 6 ünvanında yerləşən qaraja dair xx.xx.2017-ci il tarixdə X18 adına texniki pasport tərtib edilmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 2V-174 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 4Ə-415 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Bakı şəhəri 32 saylı DNK-nın 4Ə-664 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına texniki pasport tərtib edilmisdir. 4) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi üzərində X18 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********43 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Gəncə şəhəri 3 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 40-302 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı notariat müqaviləsinə əsasən X26 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 23 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-151 reyestr nömrəli alqı-satqı mnüqaviləsinə əsasən X6 özgəninkiləşdirilmisdir. X11 həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, lakin sözügedən torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı müqaviləsində torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu üçün hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. 5) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X18 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********17 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-220 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2023cü il tarixli 4Ə-404 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdir. 6) Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində X18 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-157 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Gəncə şəhəri 3 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 40-301 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına mülkiyyət ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-485 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X26 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 23 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-150 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 özgəninkiləşdirilmişdir. X12 həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, lakin sözügedən torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı müqaviləsində torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu üçün hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Onun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X40, X41, X19, X23, X16, X17, X11, Bakı şəhəri 19 saylı Notariat kontoru, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı (7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi, Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 51 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoru, Gəncə şəhəri 3 saylı notariat kontoru, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisəpredmeti barədə müstəqil tələb irəi sürməyən üçüncü şəxslər qismində göstərilməklə) “vərəsəlik hüquqununun müəyyən edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv olunması, bağışlama, alqı-satqı müqavilələrinin, eləcə də ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (evlərə, qaraja və torpaq sahələrinə dair çıxarışların) və vərəsələrin payının müəyyən edilməsi” tələbi ilə məhkəmə ərizə ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamənin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: “Cavabdeh3 adına ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 160,7 şəhəri, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyriyaşayış binası (qaraj); Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair verilmiş Bakı şəhəri 19 saylİ DNK-nin 2V-159 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-160 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-174 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, 2V158 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-220 reyestr nömrəli xx.xx.2021-ci il tarixli və DNK-nin 2V-157 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri ləğv edilsin. Cavabdeh3 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0237 ha olan torpaq sahəsi; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardımçı sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil; Bakı şəhəri, ünvan 8 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatlar və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binasına (qaraj) dair texniki pasport ləğv edilsinlər. Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-352 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, ünvan 6 ünvanında yerləşən qaraja dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-415 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-302 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-404 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi etibarsız sayılsınlar. Cavabdeh2 və Cavabdeh1 adlarına Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 19, 95 (yeni qaydalarla: AZ1007, Baki şəhəri, X38 küçəsi, 125 M6, m5) saylı mənzilə, ünvan 6 ünvanında yerləşən qaraja, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatları, Cavabdeh1 adına rəsmləşdirilmiş xx.xx.2021-ci tarixli texniki pasport ləğv edilsinlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X18 mülkiyyəti kimi qeydiyyata alınmış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10/6 hissəsinə Cavabdeh3, 10/1 hissəsinə İddiaçı Niftali qızının, 10/1 hissəsinə Cavabdeh2 vərəsəlik payları tanınsın. İddiaçı Niftali qızına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istisna olmaqla, digər miras kütləsinə daxil olmuş əmlaklardan onun vərəsə kimi payına düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etmək kimi hüquqlarının olması izah edilsin. İddia qalan hissələrdə təmin edilməsin.” Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda, o, digər miras kütləsinə daxil olmuş əmlaklardan onun vərəsə kimi payına düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etməyə haqlıdır. Həmin əmlaklar və onların satış qiyməti aşağıdakı kimi göstərilmişdir: 1) ünvan 2 ünvaninda yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardimci sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil- 240000 manat (iş 4Ə-1109); 2) Bakı şəhəri, ünvan 8 ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil- 162000 manat (is 40-1647); 3) ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binası (qaraj)- 43000 manat (iş 4Ə-664 ); 4) Abseron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfati təyinatlı torpaq sahəsi-30000 manat (iş 4Ə-484) 5) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi- 120000 manat (iş 4Ə-485), cəmi: 240000 + 162000 + 43000 + 30000 + 120000 = 595000/10 = 59,500 manat. Beləliklə, cavabdehlər öz qanunsuz əməlləri ilə ona 59500 manat miqdarinda ziyan vurmuşlar. Həmin ziyan Cavabdeh3 tərəfindən 16200 manat məbləğində, Cavabdeh2 tərəfindən 39000 manat məbləğində, Cavabdeh1 tərəfindən 4300 manat məbləğində vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) X35 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, qardaşı, yəni mərhum X30 vəfat etdikdən sonra yas verilməmişlər. Bütün gələn qonaqlar evə gəlmişdir. Qəbrin baş daşını isə şəxsən o, özü sifariş verib düzəltdirmişdir. Cavabdehlər əmlakları satıb 250000 manat dəyərində özlərinə ev almışlar. Qardaşının dəfn mərasimi üçün Cavabdeh2 tərəfindən 11500 manat, qəbir daşı üçün isə 4500 manat məbləğində pul xərcləndiyini qəbul edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mərhum atası X18 400000 manata yaxın borcu olmuşdur. O, qəbir daşına görə 4500 manat pul ödəmişdir. İl mərasimini isə o özü vermişdir. Mərhum atası onun qaynanası Mehribandan 150000 manat borc götürmüşdür. Qaynanasının iş yoldaşı Turan xanımdan isə iş görmək məqsədilə 100000 manat pul götürmüşdür. Mərhum atası, Ramil adlı şəxsdən metal götürmüş, Ramilə 130000 manat borcu olmuşdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, miras qoyan dünyasını dəyişdikdən sonra borcları qalmışdır. Cavabdehlər əmlakı satıb mərhumun borclarını ödəyiblər. Belə ki, mərhum sağ ikən ev almaq məqsədilə oğlu Muradın qaynanası Mehribandan 150000 manat borc almışdır. Bundan başqa biznes işləri ilə əlaqədar Turan Quliyevadan 100000 manat borc götürmüşdür. Ümumilikdə mərhumun 300000 manata yaxın borcu olmuşdur. Əlavə olaraq bütün dəfn xərclərini cavabdehlər öz üzərlərinə götürüblər. Dəfnə görə 13000-15000 manat pul xərclənib. Lakin iddiaçı tərəf sözügedən xərclərin ödənilməsində iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun kürəkənidir. Muradın atası X30 ev almaq məqsədilə ondan (Mehribandan) 150000 manat məbləğində borc götürmüşdür. Həmin borcu kürəkəni Cavabdeh2 və qudası Cavabdeh3 Telman Əliyev öldükdən sonra əvvəl 50000, 2021-2022-ci illərdə isə qalan hissəsini qaytarmışlar. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, o, qızıl alveri ilə məşğul olur və X20 ilə iş yoldaşıdır. O, Mehriban xanıma 2019-cu ilin oktyabr-noyabr aylarında 100000 manat borc vermişdir. Mehriban xanım həmin pulun yeznəsi üçün lazım olduğunu, bir neçə aya qaytaracağını bildirmişdir. Həmin pulu 2022-ci ilin aprel-may aylarında hissə-hissə (50000 + 50000 manat) qaytarmışdır. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X42 ifadəsində bildirmişdir ki, 2018-2019-cu illərdə X30 ondan 130000 manatlıq metal götürmüşdür. 2 il əvvəl Telmanın oğlu Murad Əliyev hissə-hissə (40000 + 40000 + 50000 manat) pulu qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 7 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışın və Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X30 xx.xx.2020-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2429/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və qeyrilərinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi, vərəsəlik şəhadətnamələrin ləğv olunması, bağışlama, alqı-satqı müqavilələrin eləcə də ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (evlərə, qaraja və torpaq sahələrinə dair çıxarışların) və vərəsələrin payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən “Cavabdeh3 adına ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 160,7 şəhəri, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binası (qaraj); Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair verilmiş Bakı şəhəri 19 saylİ DNK-nin 2V-159 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-160 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-174 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, 2V158 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-220 reyestr nömrəli xx.xx.2021-ci il tarixli və DNK-nin 2V-157 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi, Cavabdeh3 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0237 ha olan torpaq sahəsi; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardımçı sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil; Bakı şəhəri, ünvan 8 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatlar və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binasına (qaraj) dair texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-352 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, ünvan 6 ünvanında yerləşən qaraja dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-415 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-302 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-404 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız sayılması, Cavabdeh2 və Cavabdeh1 adlarına Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 19, 95 (yeni qaydalarla: AZ1007, Baki şəhəri, X38 küçəsi, 125 M6, m5) saylı mənzilə, ünvan 6 ünvanında yerləşən qaraja, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatları, Cavabdeh1 adına rəsmləşdirilmiş xx.xx.2021-ci tarixli texniki pasport ləğv edilsinlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X18 mülkiyyəti kimi qeydiyyata alınmış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10/6 hissəsinə Cavabdeh3, 10/1 hissəsinə İddiaçı Niftali qızının, 10/1 hissəsinə Cavabdeh2 vərəsəlik paylarının tanınması, İddiaçı Niftali qızına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istisna olmaqla, digər miras kütləsinə daxil olmuş əmlaklardan onun vərəsə kimi payına düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etmək kimi hüquqlarının olmasının izah edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə Cavabdeh3 miras əmlakın qəbul edilməsinə dair notariat ofisinə ərizə ilə müraciət edərək İ növbə vərəsə olan və faktiki miras əmlaklardan birində yaşamağa davam edən İddiaçı bu siyahıda göstərməyərək, bütün mirası digər İ növbə vərəsələrin razılığı ilə qəbul edərək sonradan özgəninkiləşdirməsini iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan vərəsəlik hüquqlarından məhrum edilməsinə yönəlmiş hərəkətləri kimi qiymətləndirmişdir. Eyni zamanda məhkəmə İddiaçı hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü Cavabdeh3 və onun övladlarının daşıması, əmlakları əldə etmiş şəxslərin hüquqlarının xələl görməməsi qənaətinə gəlmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri 19 saylı DNK-nın 4Ə-1109 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzili "xxxx" MMC-yə 240000 manata satmışdır. "xxxx" ASC, X16 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021/AİF- ASİM-0021 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17,19, mənzil 95 (yeni qaydalarla: AZ1007, ünvan 14 ünvanında yerləşən mənzil (Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş “10” iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********92-05301-093085 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) X5 mülkiyyətinə verilmiş və ipoteka ilə yüklü edilmişdir, daşınmaz əmlak 162000 manat məbləğində qiymətləndirilmişdir; Bakı şəhəri 32 saylı DNK-nın 4Ə-664 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 adına texniki pasport əsasında ünvan 6 ünvanında yerləşən qarajı 43000 manata X1; Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-484 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Əlizadə X27 rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsini 30000 manata X2; Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-485 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Əlizadə X27 rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyyat fondu torpaqları təyinatlı torpaq sahəsini X32 120000 manata satmışdır; İş materiallarında olan fotoşəkildən görünür ki, X22 məxsus məzar mərmər daşla əhatə olunmuş, üzərində “övladlarından xatirə” sözləri yazılmışdır. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, miras qoyan X30 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, İddiaçı məhkəmə qərarına əsasən X18 vərəsəsi kimi tanınmış və miras kütləsinə daxil olmuş əmlaklardan vərəsə kimi payına (1/10) düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etmək hüququnun olması izah edilmişdir. Miras kütləsinə daxil olan - Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17,19, mənzil 95 (yeni qaydalarla: AZ1007, ünvan 14 ünvanında yerləşən mənzil 162000 manata, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzil 240000 manata, Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi 30000 manata, Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi 120000 manata, Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən qaraj 43000 manata satılmışdır. Hazırda iddiaçı yuxarıda qeyd olunan əmlakların satışı nəticəsində müvafiq olaraq Cavabdeh3 16200 manat, Cavabdeh2 39000 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərərin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda iddiaçının nümayəndəsi (oğlu) X18 dəfn mərasimi üçün Cavabdeh2 tərəfindən 11500 manat, qəbir daşı üçün isə 4500 manat məbləğində pul xərcləndiyini qəbul edir. Cavabdeh2 və cavabdehlərin nümayəndəsi isə X4 ikən təxminən 400000 manat məbləğində borc götürdüyünü, miras əmlaklarının satışı nəticəsində əldə edilmiş pul vəsaitlərinin həmin borcların ödənilməsinə sərf edildiyini bildirir və iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə (mülkiyyət hüququ) əsasən: Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. 60-cı maddəsinə əsasən İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə əsasən İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2 maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, qanunvericiliyin tələbləri baxımından zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı mərhum X18 vərəsəsi olmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən miras əmlaklarının satılması nəticəsində öz miras payınının böyük hissəsini əldə etməkdən məhrum olmuşdur. Bu hal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2429/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. İş üzrə Cavabdeh2 və cavabdehlərin nümayəndəsi şahidlərin ifadələrinə istinad edərək, mərhum X18 təqribən 300000 manat məbləğində borcunun olmasını, həmin borcların miras əmlaklarının satılması hesabına ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid X3 Telman Salman oğluna ev almaq məqsədilə 150000 manat borc verdiyini, X42 isə X22 130000 manatlıq metal verdiyini, X31 isə iş yoldaşı X14 100000 manat məbləğində borc verdiyini, Mehriban Bağırovanın həmin borcu kürəkəni üçün götürdüyünü bildirmişdir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə mirası qəbul etmiş və özgəninkiləşdirmiş vərəsə olan cavabdehlərin miras əmlakının miras qoyanın öhdəliklərinə sərf edilməsi ilə bağlı izahatlarında irəli sürdükləri dəlillərə qiymət verərək hesab edir ki, qanunvericiliyin tələbləri baxımından üç min manatdan çox olan məbləğlərdə borc müqaviləsi yazılı formada bağlanılmalı olduğundan və mərhum X18 borc öhdəliklərini əks etdirən müvafiq əqdlər (müqavilələr) məhkəməyə təqdim edilmədiyindən, şahidlərin ifadələri digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Buna görə də cavabdehlərin istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehlərin, İddiaçı Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan vərəsəlik hüquqlarından məhrum edilməsinə yönəldilmiş hərəkətləri nəticəsində İddiaçı, Cavabdeh2 tərəfindən 39000 manat (240000 + 30000 + 120000=390000/10=39000), Cavabdeh3 tərəfindən 16200 manat (162000/10=16200), Cavabdeh1 tərəfindən 4300 manat (43000/10=4300) məbləğində zərər vurulmuşdur. Məhkəmə həmçinin yekun nəticəyə gələrkən, iddiaçının nümayəndəsi (oğlu) X21, qardaşı X18 dəfn mərasimi üçün Cavabdeh2 tərəfindən 11500 manat, qəbir daşı üçün isə 4500 manat məbləğində pul xərcləndiyini qəbul etməsini nəzərə alır (11500+4500=16000/10=1600; 39000-1600=37400). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanrn şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 162000 manat, Cavabdeh2 37400 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərər tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 162000 (bir yüz altmış iki min) manat, Cavabdeh2 37400 (otuz yeddi min dörd yüz) manat, Cavabdeh1 4300 (dörd min üç yüz) manat məbləğində dəymiş zərər tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1540/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1540/2024
12.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver