Məhkəmə qərarları › İş №e-2(005)-1564/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1564/2024

19.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1564/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh qarşı miras əmlakın satışından əldə edilmiş payın və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı miras əmlakın satışından əldə edilmiş payın və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşıdır. X1 xx.xx.2014cü ildə rəhmətə getmişdir. X2 miras qalmış A.M.Cümə küçəsi 11 nömrəli evin 30 saylı mənzili onun iştirakı və məlumatı olmadan, (cavabdeh əvvəl mənzili öz adına rəsmiləşdirilmiş və sonradan) bu əmlakı X7 adında bir vətəndaşa 248000 (iki yüz qırx səkkiz min) manata satmışdır. Nəticədə atalarından miras qalmış əmlakı satmış və satışdan əldə etdiyi pul vəsaitini özünə, ailəsinə və digər şəxsi məqsədləri üçün istifadə etməklə, vərəsə kimi ona məxsus olmuş paya dair hissəni də öz şəxsi maraqları üçün istifadə etmişdir. Əmlak ilə əlaqədar məlumat əldə etdikdən sonra, Nərimanov Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması, mənzildən çıxarma və s. tələb əsasında (Məhkəməyə) müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə e-2(005)-2099/2022 saylı qətnamə qəbul edilmişdir. Qətnamədə aşağıdakılar qeyd edilmişdir: “İddia təmin edilsin. Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alqı-satqı müqaviləsi və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 102 №-li maliyyə arayışıetibarsız hesab edilsin. Qeyd olunan sənədlər əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh adına dövlət reyestri xidmətində olan ilkin qeydiyyatın ləğv edilsin. Cavabdeh Mamud adına (qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-liçıxarış ləğv edilsin. 21 saylı notariat ofisinin 4Ə-1117 reyestri nömrəli, xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh ilə X7 arasında Bakı şəhər, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəlievin 30 saylımənzilə dair bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında X4 adına verilmiş 607045 №-İiçıxarış (qeydiyyat nömrəsi **********) ləğv edilsin. İddiaçı Bakı şəhər, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə ½ hissəsinə vərəsəlik hüququ tanınsın və həmin mənzilə köçürülsün. Bakı şəhər, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzildən cavabdeh X7 əşyaları ilə birlikdə çıxarılsın. Cavabdeh ilə X7 arasında Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə dair bağlanmış AN-1 № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə üzrə ödənilmiş 248000 manat (iki yüz qırx səkkiz min manat) pul Cavabdeh alınıb X5 qaytarılmalıdır. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı miras əmlakın satışından əldə edilmiş payın və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə miras əmlakın satışından əldə edilmiş payın və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizələrinin verilməsi zamanı ərazi aidiyyəti barədə hər hansı norma birbaşa öz əksini tapmamışdır. Qanunla başqa hal nəzərdə tutulmadığından qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə verilməlidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh qeydiyyat ünvanı isə ünvan 1izəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.2- ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı miras əmlakın satışından əldə edilmiş payın və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı miras əmlakın satışından əldə edilmiş payın və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 376.40 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar