Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1586/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, EHK5995375 nömrəli, xx.xx.2021-ci il tarixli,EHK5924296 nömrəli, xx.xx.2021-ci il tarixli, EHK5924332 nömrəli borc müqaviləsinə (müqavilələrinə) əsasən 2288 (iki min iki yüz səksən səkkiz) manat əsas borc, 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 2331 (iki min üç yüz otuz bir) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMCdən xx.xx.2021-ci il tarixli, EHK5995375 nömrəli, xx.xx.2021-ci il tarixli,EHK5924296 nömrəli, xx.xx.2021-ci il tarixli,EHK5924332 nömrəli borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 3032 (üç min otuz iki) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2288 (iki min iki yüz səksən səkkiz) manat əsas borcu qalıb. Göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 2288 (iki min iki yüz səksən səkkiz) manat əsas borc, 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 2331 (iki min üç yüz otuz bir) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İş üzrə sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, EHK5995375 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 170 manat ilkin ödəniş etməklə dəyəri 1178 manat olan 12 ay müddətinə aylıq 84 manat ödəməklə məişət avadanlığı əldə etmişdir. 01 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Ağazadə X1 Galaxy A32 və Xiaomi Poco M3 Pro model telefon əldə etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 19 dekabr 2021-ci il tarixli, EHK5924296 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 54 manat ilkin ödəniş etməklə dəyəri 774 manat olan 12 ay müddətinə aylıq 60 manat ödəməklə məişət avadanlığı əldə etmişdir. 19 dekabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Ağazadə X1 A525 Blue 128 gb model telefon əldə etmişdir. İş materiallarında olan, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli, EHK5924332 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 0 manat ilkin ödəniş etməklə dəyəri 1080 manat olan 18 ay müddətinə aylıq 60 manat ödəməklə məişət avadanlığı əldə etmişdir. 23 dekabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh LG 43LM5772 model televizor əldə etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı MMC-yə ödənilməyən ümumi məbləği 3032 manat borc müqavilələri üzrə 2288 manat qalıq borcu yaranmışdır. İş materiallarında olan, Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki,cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün 2288(iki min iki yüz səksən səkkiz) manat qalıq borcu vardır.Pretenziya məktubu ünvana daxil olduğu vaxtdan 3(üç) iş günü ərzində 2288 manat qalıq borcu ödəməyi tələb edilir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İşin məhkəmə tərəfindn müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, EHK5995375 nömrəli borc müqaviləsinə əsasən 668 (altı yüz altmış səkkiz) manat əsas borc, xx.xx.2021-ci il tarixli, EHK5924296 nömrəli müqavilə üzrə 600 (altı yüz) manat, xx.xx.2021-ci il tarixli, EHK5924332 nömrəli müqavilə üzrə 1020(min yüz iyirmi) manat və 43 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2331 (iki min üç yüz otuz üç) manat pul məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, EHK5995375 nömrəli borc müqaviləsinə əsasən 668 (altı yüz altmış səkkiz) manat, xx.xx.2021-ci il tarixli, EHK5924296 nömrəli müqavilə üzrə 600 (altı yüz) manat, xx.xx.2021-ci il tarixli, EHK5924332 nömrəli müqavilə üzrə 1020 (min yüz iyirmi) manat borc və 43 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2331 (iki min üç yüz otuz üç) manat pul məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1586/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1586/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver