Məhkəmə qərarları › İş №e-2(005)-1616/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1616/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1616/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********85029 XİAOMİ REDMİ NOTE 11S markalı telefon üçün, 228.6 (iki yüz iyirmi səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 22.4 (iyirmi iki manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********97636 OPPO A57S markalı telefon üçün, 590.11 (beş yüz doxsan manat on bir qəpik) manat ödənilməmiş hissə, 59.89 (əlli doqquz manat səksən doqquz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********79882 XİAOMİ POCO M5 markalı telefon üçün 374.56 (üç yüz yetmiş dörd manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 37.44 (otuz yeddi manat qırx dörd qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********07368 SAMSUNG GALAXY A32 markalı telefon üçün 161.9 (yüz altmış bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 16.1 (on altı manat on qəpik) manat cərimə, ümumilikdə 1491 manat borc və 34.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod **********85029 XİAOMİ REDMİ NOTE 11S markalı telefon, İmei kod **********97636 OPPO A57S markalı telefon, İmei kod **********79882 XİAOMİ POCO M5 markalı telefon, İmei kod **********07368 SAMSUNG GALAXY A32 markalı telefon almış və nəticədə 1491 (bir min dörd yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1019.52 (bir min on doqquz manat əlli iki qəpik) manat (18 ay x 56.64 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********85029 XİAOMİ REDMİ NOTE 11S markalı telefon üçün 251 (iki yüz əlli bir) manat olmaqla ondan, 228.6 (iki yüz iyirmi səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 22.4 (iyirmi iki manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 759.06 (yeddi yüz əlli doqquz manat altı qəpik) manat (18 ay x 42.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********97636OPPO A57S markalı telefon üçün 650 (altı yüz əlli) manat olmaqla ondan, 590.11 (beş yüz doxsan manat on bir qəpik) manat ödənilməmiş hissə, 59.89 (əlli doqquz manat səksən doqquz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 677.88 (altı yüz yetmiş yeddi manat səksən səkkiz qəpik) manat (18 ay x 37.66 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********79882 XİAOMİ POCO M5 markalı telefon üçün 412 (dörd yüz on iki) manat olmaqla ondan 374.56 (üç yüz yetmiş dörd manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 37.44 (otuz yeddi manat qırx dörd qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 897.12 (səkkiz yüz doxsan yeddi manat on iki qəpik) manat (18 ay x 49.84 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********07368 SAMSUNG GALAXY A32 markalı telefon üçün 178 (yüz yetmiş səkkiz) manat olmaqla ondan 161.9 (yüz altmış bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 16.1 (on altı manat on qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1998.41 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2023cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında olan xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən İmei kod **********85029 XİAOMİ REDMİ NOTE 11S markalı telefon, İmei kod **********97636 OPPO A57S markalı telefon, İmei kod **********79882 XİAOMİ POCO M5 markalı telefon, İmei kod **********07368 SAMSUNG GALAXY A32 markalı telefon almış və nəticədə 1491 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1019.52 manat (18 ay x 56.64 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********85029 XİAOMİ REDMİ NOTE 11S markalı telefon üçün ümumilikdə, 251 manat olmaqla ondan, 228.6 manat ödənilməmiş hissə, 22.4 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 759.06 manat (18 ay x 42.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********97636OPPO A57S markalı telefon üçün ümumilikdə, 650 manat olmaqla ondan, 590.11 manat ödənilməmiş hissə, 59.89 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 677.88 manat (18 ay x 37.66 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********79882 XİAOMİ POCO M5 markalı telefon üçün ümumilikdə, 412 manat olmaqla ondan 374.56 manat ödənilməmiş hissə, 37.44 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 897.12 manat (18 ay x 49.84 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********07368 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə, 178 manat olmaqla ondan 161.9 manat ödənilməmiş hissə, 16.1 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1998.41 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hesablanmış 22.4 manat, 59.89 manat, 37.44 manat və 16.1 manat cərimə borcları əsas borc məbləğinə mütənasib olmadığından onların məbləği azaldılmalı, müvafiq olaraq 10 manat, 25 manat, 15 manat və 5 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34.91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 228.6 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 590.11 manat ödənilməmiş hissə, 25 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 374.56 manat ödənilməmiş hissə, 15 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 161.9 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, ümumilikdə, 1410,17 manat borc və 34.91 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 228,6 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 590,11 manat ödənilməmiş hissə, 25 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 374,56 manat ödənilməmiş hissə, 15 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 161,9 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, ümumilikdə, 1410,17 (bir min dörd yüz on manat, on yeddi qəpik) manat borc və 34.91 (otuz dörd manat, doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar