Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1635/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76376 Samsung Galaxy A70 markalı telefon üçün 1040 (bir min qırx) manat ödənilməmiş hissə, 312 (üç yüz on iki) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08156 Samsung Galaxy S10 E Dual markalı telefon üçün 1792 (bir min yeddi yüz doxsan iki) manat ödənilməmiş hissə, 537 (beş yüz otuz yeddi) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********86029 Samsung Galaxy S10 E Dual markalı telefon üçün 1518 (bir min beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 456 (dörd yüz əlli altı) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********24691 Samsung Galaxy A40 markalı telefon üçün 193 (bir yüz doxsan üç) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********14182 Samsung Galaxy A30s markalı telefon üçün 98 (doxsan səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə ümumilikdə 6037 (altı min otuz yeddi) manat borc, 80,37 (səksən manat otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********76376 Samsung GalaxyA70 markalı telefon, İmei kodu **********08156 Samsung Galaxy S10 e Dual markalı telefon, İmei kodu **********86029 Samsung Galaxy S10 e Dual markalı telefon, İmei kodu **********24691 Samsung Galaxy A40 markalı telefon, İmei kodu **********14182 Samsung Galaxy A30s markalı telefon almışdır və nəticədə 6037 (altı min otuz yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1170 (bir min yüz yetmiş) manat (18 ay x 65 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********76376 Samsung GalaxyA70 markalı telefon üçün ümumilikdə, 1352 (bir min üç yüz əlli iki) manat olmaqla ondan, 1040 (bir min qırx) manat ödənilməmiş hissə, 312 (üç yüz on iki) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2176 (iki min yüz yetmiş altı) manat (17 ay x 128 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********08156 Samsung Galaxy S10 e Dual markalı telefon üçün ümumilikdə, 2329 (iki min üç yüz otuz doqquz) manat olmaqla ondan, 1792 (bir min yeddi yüz doxsan iki) manat ödənilməmiş hissə, 537 (beş yüz otuz yeddi) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2112 (iki min yüz on iki) manat (18 ay x 117. manat + 6 manat ilkin ödəniş) olan İmei kodu **********86029 Samsung Galaxy S10 e Dual markalı telefon üçün ümumilikdə, 1974 (bir min doqquz yüz yetmiş dörd) manat olmaqla ondan, 1518 (bir min beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 456 (dörd yüz əlli altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 598 (beş yüz doxsan səkkiz) manat (12 ay x 49 manat + 10 manat ilkin ödəniş) olan İmei kodu **********24691 Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 252 (iki yüz əlli iki) manat olmaqla ondan, 193 (yüz doxsan üç) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 690 (altı yüz doxsan) manat (12 ay x 53 manat + 54 manat ilkin ödəniş) olan İmei kodu **********14182 Samsung GalaxyA30s markalı telefon üçün ümumilikdə, 130 (yüz otuz) manat olmaqla ondan, 98 (doxsan səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələri üzrə son ödəniş tarixləri müvafiq olaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il,xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 2105 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********76376 Samsung GalaxyA70 markalı telefon, İmei kodu **********08156 Samsung Galaxy S10 e Dual markalı telefon, İmei kodu **********86029 Samsung Galaxy S10 e Dual markalı telefon, İmei kodu **********24691 Samsung Galaxy A40 markalı telefon, İmei kodu **********14182 Samsung Galaxy A30s markalı telefon almışdır; "xxxx" MMC-nin 24 fevral 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdehnın ümumilikdə 6037 manat borcu yaranmışdır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqavilələri üzrə öhdəliyini yerinə yetirməsi 3 iş günü tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 80,37 (səksən manat otuz yeddi qəpik) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019cu il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********76376 Samsung GalaxyA70 markalı telefon, İmei kodu **********08156 Samsung Galaxy S10 e Dual markalı telefon, İmei kodu **********86029 Samsung Galaxy S10 e Dual markalı telefon, İmei kodu **********24691 Samsung Galaxy A40 markalı telefon, İmei kodu **********14182 Samsung Galaxy A30s markalı telefon almış, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 3.3-cü bəndi). İddiaçı "xxxx" MMC Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixinə onun xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76376 Samsung Galaxy A70 markalı telefon üçün 1040 (bir min qırx) manat ödənilməmiş hissə, 312 (üç yüz on iki) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08156 Samsung Galaxy S10 E Dual markalı telefon üçün 1792 (bir min yeddi yüz doxsan iki) manat ödənilməmiş hissə, 537 (beş yüz otuz yeddi) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********86029 Samsung Galaxy S10 E Dual markalı telefon üçün 1518 (bir min beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 456 (dörd yüz əlli altı) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********24691 Samsung Galaxy A40 markalı telefon üçün 193 (bir yüz doxsan üç) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********14182 Samsung Galaxy A30s markalı telefon üçün 98 (doxsan səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə ümumilikdə 6037 (altı min otuz yeddi) manat borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 80,37 (səksən manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən üzrə yaranmış cəmi 4641 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə cavabdeh Səbinə Həzrət qızıarasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələri üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən müvafiq olaraq xx.xx.2019-cu il tarixli müqavilə üzrə 312 (üç yüz on iki) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 537 (beş yüz otuz yeddi) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 456 (dörd yüz əlli altı) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 59 (əlli doqquz) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 32 (otuz iki) manat məbləğində hesablanmış cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 312 (üç yüz on iki) manat cərimə əsas borca məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 50 (əlli) manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 537 (beş yüz otuz yeddi) manat cərimə əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 80 (səksən) manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 456 (dörd yüz əlli altı) manat cərimə əsas borca məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 70 (yetmiş) manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 59 (əlli doqquz) manat cərimə əsas borca məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 10 (on) manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 32 (otuz iki) manat cərimə əsas borca məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 5 (beş) manat müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan 6037 manatın 4856 (dörd min səkkiz yüz əlli altı manat) manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 80,37 (səksən manat otuz yeddi qəpik) manat dövlət rüsumunun 68,56 (altmış səkkiz manat əlli altı qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1040 (bir min qırx) manat, ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1792 (bir min yeddi yüz doxsan iki) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1518 (bir min beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 193 (bir yüz doxsan üç) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 98 (doxsan səkkiz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, ümumilikdə 4856 (dörd min səkkiz yüz əlli altı) manat habelə 68,56 (altmış səkkiz manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1040 (bir min qırx) manat, ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1792 (bir min yeddi yüz doxsan iki) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1518 (bir min beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 193 (bir yüz doxsan üç) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 98 (doxsan səkkiz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, ümumilikdə 4856 (dörd min səkkiz yüz əlli altı) manat, habelə 68,56 (altmış səkkiz manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1635/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1635/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver