Məhkəmə qərarları › İş №e-2(005)-1656/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1656/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1656/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Cavabdeh2 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Cavabdeh2 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hərracın keçirilməsi barədə 48/04 saylı, 21 avqust 2017-ci il tarixli yekun protokolunun qanunsuz hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Hərraca çıxarılmış evin və 0.45 ha torpaq sahəsinə təyin edilmiş qiymətləndirmənin və 25 sentyabr 2014-cü il tarixli hərracın keçirilməsi barədə 48/04 saylı , 21 avqust 2017-ci il tarixli yekun protokolunun qanunsuz hesab edilərək ləğv edilməklə və ondan doğan hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X11 ilə Cavabdeh2 ASC arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli , 14033-1/009425 saylı kredit müqaviəsi üzrə kredit müqaviləsinin resrukturizasiyasına dair 28 iyil 2015-ci il tarixli razılaşmanın ləğv edilməsi, cavabdehlər X11 , X8 və X9 oğlundan kredit müqaviləsinin resrukturzasiyasına dair 28 iyul 2015-ci il tarixli razılaşma üzrə "xxxx" ASC-yə 22778,93 ABŞ dolları əsas , 2773,68 ABŞ doilları kreditdən istifadəyə görə faiz , 606.85 dollar peniya olmaqla , cəmi 26159,46 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada ödənilməsi , cavabdeh İddiaçı məxsus olan Cəlilabad rayonu , uzuntəpə kəndində yerləşən evinə mülkiyyətdə olan 0,45 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi , fərdi yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cacabdeh X5 "xxxx" ASC-yə olan kredit borcunu , faizləri , cəriməni də dövlət rüsumu ödənilməsi, İddiaçı , X6 , ƏZimova GÜnay Nəhməd qızı və X12 tərəfindən ən geci bir ay ərzində boşaldılması , ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdeh X5 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 03 may 2016-cı il tarixdə Cəlilabad rayon Məhkəməsi iddia tələbinə baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarmışdır. . 03 may 2016-cı il tarixli qətnamə üzrə Cəlilabad rayon Məhkəməsi iddia tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxarkən evin və evin yerləşdiyi torpaq sahısi üçün nə qiymətləndirmə , nədə ki , ekspertiza təyin edtməmişdir. Tərəflər arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli , 14033- 1/249786 saylı ipoteka müqaviləsi üzrə İddiaçı ilə nun mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndinəd yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə birlikdə Bank Respublika Açıq Səhmdar Cəmiyyətində ipotekya qoyulmuş və tərəflərin qarşılıqlı razılığı ilə 25.000 manat müəyyən edilmişdir. Halbu ki , kredit müqaviləsinin məbləği 25.000 ABŞ Dolarrı olmuşdur. Məhkəmədə iki ildən sonra iddia tələbi üzrə işə baxaraq ipoteka müqaviəsində qeyd edilən qiymətlə evin hərraca çıxarılması barədə qətnamə çıxarmışdır. 21 avqust 2017-ci il tarixində Cəlilabad rayon İcra şöbəsinin icra X10 hərracın keçirilməsi sifarişinə əsasən hərracın yekunları barədə protocol tərtib edərək ivin və 0,45 ha torpaq sahəsinin qiymətini 15937,50 manat qiymətləndirmə ilə qiymət qoyulmuş və həmin qiymətə evin torpaq sahəsi ilə birlıikdə satılmamışdır. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə birlikdə iddiaçı təşkilata verilmişdir. İzah edərək bildirirəm ki , məhkəmə 0, 45 ha torpaq sahəsi olan , iki mərtəbəli evin dəyərdəyməzinə 15937,50 manat qiymətləndirilməsi və hərracı mülkiyyətçidən gizlin keçirilməsi, sonda evlə birlikdə 0,45 ha torpaq sahəsinin iddiçıya verilməsi və bununla bağlı borclu çıxarılması sadəcə mülkiyyət hüququnun kobud surətdə pozulmasından və hərracın qanuna zidd keçirilməsindən xəbər verir. İcra sənədinin üzrə hərracın keçirilməsi 3 ildən sonra , köhnə qoyulan qiymətlə hərraca çıxarmış , əmlakın yenidən qioymətləndiririlərək hərraca çıxarılması barədə heç bir hərəkət etməmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, İddiaçı məxsus Cəlilabad rayonu Uzuntəpə kəndidə yerləşən 0, 45 ha torpaq sahəsi üzrəində yerləşən evin qiymətlədirilməsinə dair ipoteka müqaviəsinin məzmunundan görünür ki , məzmunundan göründüyü kimi, müqaviə üzrə qiymətləndirmə formal şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin real qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, ipoteka müqaviəsində qiymətləndirmə əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Cəlilabad rayonu, Uzuntəpə kəndində 0,45ha torpaq sahəsində yerləşən ümumi sahəsi 196,5 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin ( əsliodə ev iki mərtəbəlidir , fotoşəkillər iddia ərizəsinə əlavə edilir )15937, 50 qəpiyə qiymətləndirirlərək hərraca çıxarılması evin mülkiyyətçisinin talan olunması deməkdir. Göründüyü kimi əmlak dəyərindən qat qat aşağı qiymətləndirilməklə hərraca çıxarılmışdır və hərrac qanuna zidd olaraq keçirilmişdir. Hərracda kimlərin iştirak edilməsi barədə müraciətlərin olunması barədə müraciət olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 ASC iddia tələbindən etiraz təqdim edərək, İddiaçı iddia ərizəsində guya hərracın AR MM və İpoteka haqqında AR Qanunvericiliyinin bir sıra normalarının tələblərini pozmaqla keçirildiyini qeyd etsə də, bu tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim istinad elədiyi halları sübut etməlidir. Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli 2(073)-1608/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X4 və qeyrilərindən, cəmi 26159 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş və tutma ipoteka predmeti olan İddiaçı məxsus Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,45 ha torpaq sahəsi ilə birlikdə yönəldilmiş, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və ipoteka predmetinin qiyməti 25.000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər tərəfindən ən geci 1 ay ərzində boşaldılması və s. qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-1519/2016 nömrəli 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli 2(073)-1608/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-518/2017 nömrəli 07 fevral 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1519/2016 nömrəli, 22 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı müvafiq hərrac təşkil edilmiş, əmlakın ilkin satış qiyməti (qətnamə ilə müəyyən edilmiş qiymət) 25.000 manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından ipoteka predmetinin təkrar hərracdakı qiyməti (ilkin satış qiymətindən 15% aşağı) 21250 manat müəyyən edilmişdir. Lakin təkrar hərracda da, əmlakın alıcısı olmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə - 15937.50 manat qiymətə tələbkara təqdim edilmiş və hərracın yekunları barədə 48/04 №-li 21 avqust 2017-ci il tarixli protokola əsasən Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi (yerləşdiyi 0.45 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 ASC tərəfindən alınmış və xx.xx.2018-ci il tarili RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən bankın mülkiyyətinə keçirilmişdir. Göründüyü kimi qeyd olunan qətnamələr illər öncə qanuni qüvvəsini almış və mübahisələndirilən hərrac isə 6 il əvvəl keçirilmişdir. Yuxarıda sadalanan məhkəmə qətnamələri bunu deməyə əsas verir ki, İddiaçı ən azından 6 il öncə, yəni 2017-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin 21 avqust 2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolu və müqavilə əsasında satılmasından xəbərdar olmuşdur. Bununla belə yalnız 2023-cü ildə həmin protokol və müqavilənin etibarsız hesab olunmasına dair iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu tələbləri, yəni hazırki mülki iş üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiaçının bu əsaslan bildiyi və ya bilməli olduğu gündən yalnız bir il ərzində mübahisələndirmək hüququnun olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə plenum qərarlarında da, öz əksini tapmışdır. Ötən məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tərəflərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli 2(073)-1608/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X4 və qeyrilərindən, cəmi 26159 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş və tutma ipoteka predmeti olan İddiaçı məxsus Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,45 ha torpaq sahəsi ilə birlikdə yönəldilmiş, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və ipoteka predmetinin qiyməti 25.000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər tərəfindən ən geci 1 ay ərzində boşaldılması və s. qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-1519/2016 nömrəli 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli 2(073)-1608/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-518/2017 nömrəli 07 fevral 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1519/2016 nömrəli, 22 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 21 avqust 2017-ci il tarixli Hərracın yekunları barədə 48/04 saylı protokolun məzmunundan görünür ki, İddiaçı məxsus Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016cı il tarixli 2(073)-1608/2016 saylı icra vərəqəsinin, Cəlilabad Rayon İcra Şöbəsinin 118013/30-4 saylı, xx.xx.2017-ci il tarixli sifarişli məktubuna əsasən Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: "xxxx" MMC tərəfindən Cavabdeh2 ASC-nin nümayəndəsi X3 15937,50 (on beş min doqquz yüz otuz yeddi manat əlli qəpik) manata satılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə birlikdə Bank Respublika” ASC-yə məxsusdur. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərracın keçirilməsi zamanı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən ilkin hərracdan başlanmalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirilərək qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Digər tərəfdən, hərraca çıxarılmış əmlakın bazar dəyərinin aşağı olması ilə bağlı məsələyə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Cavabdeh2 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Cavabdeh2 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar