Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1684/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqavilə üzrə LG TV, YUPİTER asqı, PS5 DUALSENSE oyun pultu, LG LED TV, SONOROUS SUREFİX asqı, KREP TAVA RONDELL, İZQARA DELONGHİ, SOBA SAMSUNG, BLENDER BRAUN, MULTİSTAYLER DYSON QƏHVƏBİŞİRƏN DELONGİ üçün , 2156.9 (iki min yüz əlli altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, 647.07 (altı yüz qırx yeddi manat, 7 qəpik) manat cərimə ,ümumilikdə 2803.97 manat borc, 48.04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, LG TV, YUPİTER asqı, PS5 DUALSENSE oyun pultu, LG LED TV, SONOROUS SUREFİX asqı, KREP TAVA RONDELL, İZQARA DELONGHİ, SOBA SAMSUNG, BLENDER BRAUN, MULTİSTAYLER DYSON, QƏHVƏBİŞİRƏN DELONGİ və nəticədə 2803.97 (iki min səkkiz yüz üç manat, 97 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 7453.84 (yeddi min dörd yüz əlli üç manat, 84 qəpik) manat (6 ay x 1183.15 manat + 354.94 manat ilkin ödəniş) olan LG TV, YUPİTER asqı, PS5 DUALSENSE oyun pultu, LG LED TV, SONOROUS SUREFİX asqı, KREP TAVA RONDELL, İZQARA DELONGHİ, SOBA SAMSUNG, BLENDER BRAUN, MULTİSTAYLER DYSON, QƏHVƏBİŞİRƏN DELONGHİ üçün ümumilikdə 2803.97 (iki min səkkiz yüz üç manat, 97 qəpik) manat olmaqla, ondan, 2156.9 (iki min yüz əlli altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 647.07 (altı yüz qırx yeddi manat, 7 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində İZQARA DELONGHİ,QƏHVƏBİŞİRƏN DELONGHİ, MULTİSTAYLER DYSON, KREP TAVA RONDELL, SONOROUS SUREFİX asqı,YUPİTER asqı və PS5 DUALSENSE oyun pultundan imtina etmişdir, 3001,87 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2295.07 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 3001.87 manat, ümumilikdə, 5296.94 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə və Əlavəyə əsasən, LG TV, YUPİTER asqı, PS5 DUALSENSE oyun pultu, LG LED TV, SONOROUS SUREFİX asqı, KREP TAVA RONDELL, İZQARA DELONGHİ, SOBA SAMSUNG, BLENDER BRAUN, MULTİSTAYLER DYSON, QƏHVƏBİŞİRƏN DELONGİ və nəticədə 2803.97 (iki min səkkiz yüz üç manat, 97 qəpik) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə ödənilməyən ümumi borcu 2803,97 manat olmaqla ondan 2156,9 manat əsas borc, 647,07 manat cərimə borcu təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən. xx.xx.2023-cü il tarixində İZQARA DELONGHİ ,QƏHVƏBİŞİRƏN DELONGHİ,MULTİSTAYLER DYSON,KREP TAVA RONDELL, SONOROUS SUREFİX asqı,YUPİTER asqı və PS5 DUAESENSE oyun pultudan imtina etmişdir. 3001.87 manat borcundan silinmişdir. Cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq müddəti keçmiş məbləğ üzrə formalaşmış toplam cərimə məbləğinin 1509.83 manatı müştəriyə güzəşt edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdeh “DELONGHİ” markalı qəhvəbişirən, “DYSON” markalı multistayler, “Braun” markalı 2 ədəd blender, “Samsung” markalı soba, “Delonghi” markalı izqara, “Rondell” markalı krep tava, “LG” markalı 2 ədəd televizor və “Sonorous” asqı, ps5 pultu, Yupiter markalı televizor asqısı, almaqla "xxxx" MMC ilə aralarında müqavilə bağlanılmışdır. Müqavilə şərtlərini pozduğuna görə, öz razılığı əsasında “DELONGHİ” markalı qəhvəbişirən, “DYSON” markalı multistayler, “Delonghi” markalı izqara, “Rondell” markalı krep tava, “Sonorous” asqı, ps5 pultu, Yupiter markalı televizor asqısı qaytarılmışdır.xx.xx.2023-cü il tarixində “DELONGHİ” markalı qəhvəbişirən, “DYSON” markalı multistayler, “Delonghi” markalı izqara, “Rondell” markalı krep tava, “Sonorous” asqı, ps5 pultu, Yupiter markalı televizor asqısı 3001,87 (üç min bir manat, səksən yeddi qəpik) AZN dəyərində qiymətləndirilmiş və göstərilmiş məbləğ ümumi borcdan silinmişdir. Qalan borcu ödənilməsi xahiş edilmişdir.Əks təqdirdə qalıq borcunuza görə aidiyyəti üzrə məhkəməyə müraciət olunaacağı bildirilmişdir. Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 48,04 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə Azərbaycan Respublikası əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə kredit yolu ilə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-247.7-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki 2156,9 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 647,07 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 iddiaçının xeyrinə 150 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə LG TV, YUPİTER asqı, PS5 DUALSENSE oyun pultu, LG LED TV, SONOROUS SUREFİX asqı, KREP TAVA RONDELL, İZQARA DELONGHİ, SOBA SAMSUNG, BLENDER BRAUN, MULTİSTAYLER DYSON QƏHVƏBİŞİRƏN DELONGİ üçün 2156,9 (iki min əlli altı manat 90 qəpik) manat ödənilməmiş hissə, 150 (yüz əlli ) manat cərimə olmaqla cəmi 2306,9 (iki min üç yüz altı manat 90 qəpik) manat borc və mülki iş üzrə ödənilmiş 48,04 manat dövlət rüsumunun 39 (otuz doqquz) manatı iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə 2156,9 (iki min əlli altı manat 90 qəpik) manat əsas borc, 150 (yüz əlli ) manat cərimə olmaqla cəmi 2306,9 (iki min üç yüz altı manat 90 qəpik) manat borc və mülki iş üzrə ödənilmiş 48,04 manat dövlət rüsumunun 39 (otuz doqquz) manatı iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1684/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1684/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver