Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1688/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və LPO "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şeheri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilinə dair "xxxx" MMCnin xx.xx.2010-cu il tarixli 677 saylı “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin”, habelə həmin mənzilə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən xx.xx.2011ci il tarixli, 63/02 nömrəli hərracın yekunlarına dair protokolun və "xxxx" ASC ilə “Daşınar və Daşınmaz Əmlaklarının Satışı üzrə Hərrac Mərkəzi" MMC arasında imzalanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanındakı 9 mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanındakı 9 mənzilə mənzilinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC İddiaçı2 və İddiaçı1 qarşı “kredit borcunun tutulması və sair” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-117/10 saylı, 03 fevral 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, "Azərbaycan Kredit Bankı” ASC ilə İddiaçı2 arasında bağlanmış 25 sentyabr 2008-ci il tarixli, KM FŞ 719 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı2 60.769,25 manat əsas, 19.213,32 manat faiz borcu, cəmi 79.982,57 manat məbləğində pulun tutulması, tələbin İddiaçı1 məxsus ünvan 1 ünvanındakı 9 nömrəli mənzilə yönəldilməsi, İddiaçı1 məxsus ünvan 1 ünvanındakı 9 nömrəli mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Xətai rayon məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-177/10 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsi və Nizami rayon İcra şöbəsinin xx.xx.2010-cu il tarixli sifariş məktubunun icrasına əsasən Bakı şəhəri üzrə ixtisaslaşdırılmış “Daşınar və Daşınmaz Əmlaklarının Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən 21 iyun 2011-ci il tarixdə sözügedən əmlak hərraca şıxarılmışdır. Hərracın yekunu olaraq İddiaçı1 məxsus ünvan 1 ünvanındakı 9 nömrəli mənzil “Azərbaycan Kredit Bankı" ASC-yə təklif olunmuşdur. Hazırda “Azərbaycan Kredit Bankı" ASC həmin mənzilin mülkiyyətçisi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin nə "xxxx" ASC-nin cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsindən, nə həmin iddia əsasında başlanmış mulki işdən, məhkəmə proseslərindən, iş üzrə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən, qətnamənin icraya yönəldilməsindən, nə də ki, İddiaçı1 məxsus mənzilin hərraca çıxanlaraq mənzilin satılması barədə iddiaçıların məlumatları olmamışdır. Bütün bu proseslərdən iddiaçılar icra məmurundan məlumat almışlar. Bundan sonra ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-177/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin təqdim edilməsini xahiş etmişlər. Həmin qətnamə iddiaçılara 2022-ci ilin yanvar ayında rəsmi olaraq təqdim olunmuşdur. Hazırda iddiaçılar sözügedən qətnamədən apelyasiya şikayəti vermişdir. İlk olaraq bildirik ki, Xətai Rayon Məhkəməsinin icra sənədinə əsasən hərracdan satışa çıxarılmış İddiaçı1 məxsus ünvan 1 ünvanındakı 9 nömrəli mənzilin satış qiyməti düzgün müəyyən edilməmişdir. Belə ki, mənzilin hazırki bazar qiyməti yüksək olsa da “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 677 saylı “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyində" mənzilin qiyməti cəmi 62.000 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirici tərəfindən mənzilin qiymətinin müəyyən edilmə metodları düzgün seçilməmişdir. Qəymtələndirmə aparılarkən istinad edilən metodlar əsaslandırılmamışdır. Əslində İddiaçı1 məxsus həmin mənzilin real bazar dəyəri çox-çox yüsəkdir. Məhkəmə qətnaməsi ilə əmlakın satış qiyməti müəyyən edilməyib. Qiymətləndiriri tərəfindən əmlakın dəyəri kifayət qədər aşağı məbləğdə qiymətləndirilməyib. Digər tərəfdən mənzilin hərracdan satışını həyata keçirən "xxxx" MMC tərəfindən təşkil edilərək həyata keçirilmiş nə ilkin, nə də ki təkrar hərracların keçirilmə yeri və vaxtı barədə iddiaçılara lazımi qaydada məlumat verilməmiş, həmin hərraclarda iddiaçıların iştirakı təmin edilməmiş, əmlakın əldə edilməsində iddiaçıların üstünlük hüququ pozulmuşdur. Hərracdan xəbərimiz olmamışdır. Bunlardan başqa, icra şöbəsindən əldə olunmuş sənədlərin surətlərindən görünür ki, mənzillə bağlı ilkin və təkrar hərraclar baş tutmadığına görə, "xxxx" MMC tərəfindən tələbkar olan "xxxx" ASC-yə təklif göndərilmişdir. Həmin təklifdə “ipoteka haqqında” Azərbaycan Respublikası Ganqnunun 43.7-ci maddəsinə əsasən 30 təqvim günü ərzində ilkin satış qiymətindən 25% aşağı, yəni 39.525 manata əldə olunması "Azərbaycan Kredit Bankı” ASC-yə təklif olunmuşdur. Təklifdə həmçinin mənzilin 30 təqvim günü ərzində əldə olunmadığı halda ipotekaya xitam veriləcəyi barədə Bank xəbərdar olunmuşdur. "xxxx" MMC-nin sözügedən təklif məktubunun surəti eyni zamanda məlumat üçün İddiaçı2 və İddiaçı1, habelə icra hərəkətlərini həyata keçirən Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin həmin təklifməktubunun surətini İddiaçı2 və İddiaçı1 almamışlar. Lakin Nizami Rayon İcra Şöbəsində əldə olunmuş sənəddən görünür ki, həmin məktub İcra Şöbəsinə 18 yanvar 2021-ci il tarixdə daxil olmuş və 139 nömrə ilə qeydiyyatdan keçmişdir. "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli 63/02 nömrəli protokolundan görünür ki, "xxxx" ASC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi ünvan 1 ünvanındakı 9 nömrəli mənzilin 39.525 manata əldə olunmasına razılıq vermişdir. "xxxx" MMC-nin 30 təqvim günü ərzində əldə olunmalı olması barədə təklif məktubunun (yanvar 2011-ci il) və mənzilin "xxxx" ASC tərəfindən əldə olunması barədə protokolun (xx.xx.2011-ci il tarixlərinə nəzər yetirsək görərik ki, təklif və protokol arasındakı tarix fərqi 5 ay təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin yanvar 2011- ci il tarixli təklif məktubunun "xxxx" ASC-yə nə vaxt daxil olması barədə iddiaçılara məlumat təqdim olunmasa da, həin məkubun Nizami Rayon İcra Şöbəsinə artıq xx.xx.2011-ci il tarixdə daxil olması, bizə əsas verir ki, həmin təklif Banka da elə 2011-ci ilin yanvar ayında daxil olmuşdur. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçılar, hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb etməkdə tələb etməkdə haqlıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin qiyməti "xxxx" MMC tərəfindən düzgün məyyən edilməmiş, hərracın keçirilmə yeri və vaxtı barədə iddiaçılar lazımi qaydada məlumatlandırılmamış, habelə "xxxx" ASC ipoteka haqqında” Qanunu ilə ona vermiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış mənzili təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamışdır. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə və cavabdehlərə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2010-cu il tarixli qərarın surətindən görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-117 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən, "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, KM FS 719 nömrəli kredit müqaviləsi ləğv edilməli, İddiaçı2 60 769,25 manat əsas, 19 213,32 manat faiz borcu, cəmi 79 982,57 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalı, tələb İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 25 nömrəli evin 9 nömrəli mənzilinə yönəldilməli, İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 25 nömrəli evin 9 nömrəli mənzili açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-yə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2010-cu il tarixli qərarın surətindən görünür ki, borclular İddiaçı1 və İddiaçı2 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Xətai Rayon Məhkəməsinin 2(011)-177/10 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli, 677 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Nizami rayon İcra Şöbəsinin 17/71-95-4NQ saylı, xx.xx.2010-cu il tarixli sifariş məktubuna və Xətai rayon məhkəməsinin 2(011)-117/10 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən İddiaçı1 Ramiz qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 25 saylı binanın 9 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 62.000 manat təşkil edir; İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2011-ci il tarixli, 66/02 nömrəli protokoldan görünür ki, İddiaçı1 Ramiz qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 25 saylı binanın 9 saylı mənzili ilkin satış qiyməti 62.000 manat, təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olan dəyəri 39525.00 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və tələbkar "xxxx" ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir; Məhkəmə ilk növbədə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və LPO "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, iddiaçılar iddia ərizəsində "xxxx" MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir. Belə ki, iddiaçılar bildirmişdir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamış, hərracın təşkili ilə bağlı bildirişlər iddiaçıların qeydiyyatda olduqlara ünvana göndərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılar hərrac barədə lazımınca məlumatlandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri işin araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Digər tərəfdən, hazırkı iddia tələbi üzrə əqdin etibarsızlığına dair mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair keçirilmiş hərrac və hərracın nəticələri etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş, bununla bağlı iddia müddəti ötürülmüşdür. Məhkəmə iddia tələbinin “əmlakın ipoteka yüklülüyündən azad edilməsi” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsassızdır, yuxarıda qeyd olunan tələblərdən törəmə olmaqla, rədd edilməlidir. Диэяр тяряфдян, İddiaçı2 əsas öhdəlik üzrə borcalan qismində çıxış etməsinə baxmayaraq, bilavasitə ipoteka qoyan şəxsə aid hüquqdan istifadə etməyə nail olmaq istəyir. Digər tərəfdən, İddiaçı1 Ramiz qızının mülkiyyətində olan mənzil İddiaçı2 "xxxx" ASC qarşısında yaranmış öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklər İddiaçı2 tərəfindən lazımi qaydada yerinə yetirilməmiş və "xxxx" ASCnin ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və LPO "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1688/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1688/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver