Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1719/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Acer Nitro 5 markalı kompüter, Windows 11 Home, Gaming Mouse üçün 1582,80 (min beş yüz səksən iki manat 80 qəpik) manat ödənilməmiş hissə, 474,84 (dörd yüz yetmiş dörd manat 84 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Hoffmann üçün 456,80 (dörd yüz əlli altı manat 80 qəpik) manat ödənilməmiş hissə, 137,04 (yüz otuz yeddi manat 04 qəp,) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********29466 Xıaomı Poco X5 5G markalı telefon üçün 25,90 (iyirmi beş manat 90 qəp) manat ödənilməmiş hissə, 7,77 (yeddi manat 77 qəpik) manat olmaqla ümumilikdə 2685,15 manat borc və 46,86 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Acer Nitro 5 markalı kompüter, Windows 11 Home, X1 Hoffmann, İMEİ KODU **********29466 Xiaomi POCO X5 5G markalı telefon almış və nəticədə 2685,15 (iki min altı yüz səksən beş manat 15 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3621,96 (üç min altı yüz iyirmi bir manat 96 qəpik) manat (18 ay x 201,22 manat + 0 manat ilkin ödəniş) Acer Nitro 5 markalı kompüter, Windows 11 Home, Gaming Mouse üçün ümumilikdə, 2057,64 (iki min əlli yeddi manat 64 qəpik) manat olmaqla ondan, 1582,80 (min beş yüz səksən iki manat 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 474,84 (dörd yüz yetmiş dörd manat 84 qəpik) manat cərimə miqdarında borc; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 822,24 (səkkiz yüz iyirmi iki manat 24 qəpik) manat (18 ay x 45,68 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan Hoffmann üçün ümumilikdə, 593,84 (beş yüz doxsan üç maant 84 qəpik) manat olmaqla ondan 456,80 (dörd yüz əlli altı manat 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 137,04 (yüz otuz yeddi manat 04 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 801 (səkkiz yüz bir) manat (18 ay x 44,50 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********29466 Xiaomı Poco X5 5G markalı telefon üçün ümumilikdə, 33,67 (otuz üç manat 67 qəpik) manat olmaqla ondan, 25,90 (iyirmi beş manat 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,77 (yeddi manat 77 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3179,7 manat manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş xx.xx.2025-ci il tarixdə imza edilməklə qeyd olunan ünvanda cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Bununla belə, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh bildirişi qəbul etmiş lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3621,96 (üç min altı yüz iyirmi bir manat 96 qəpik) manat (18 ay x 201,22 manat + 0 manat ilkin ödəniş) Acer Nitro 5 markalı kompüter, Windows 11 Home, Gaming Mouse almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 822,24 (səkkiz yüz iyirmi iki manat 24 qəpik) manat (18 ay x 45,68 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan Hoffmann almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 801 (səkkiz yüz bir) manat (18 ay x 44,50 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********29466 Xıaomı Poco X5 5G markalı telefon almışdır. - xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən və əşyaların təhvil-təslim aktından görünür ki, müştəri Cavabdeh Acer Nitro 5 markalı kompüter, Windows 11 Home, Gaming Mouse, Paltaryuyan Hoffmann, İmei Kodu **********29466 X1aomı Poco X5 5g markalı telefon tam qüsursuz təhvil almışdır. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlə xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli 3 müqaviləyə əsasən cavabdeh aldığı əşyalara görə müqavilə üzrə öhdəlikləri gecikdirmiş və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış borcu 3 iş günü ərzində ödəməsi tələb olunur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2025-ci il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixə xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi 2685,15 (iki min altı yüz səksən beş manat 15 qəpik) manat borcu var. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 46.86 (qırx altı manat 86 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onların dəyərini ödəmək şərti ilə cavabdehə nisyə alqı-satqı (hissə-hissə ödəmə şərtilə) yolu ilə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları tam qüsursuz halda qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilələr ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış 1582,80 manat, 456,80 manat və 25,90 manat əsas borcunu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin Cavabdeh bağlanmış müqavilələr üzrə müvafiq olaraq 474,84 manat, 137,04 manat və 7,77 manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli tarixli Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmlərdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğlərinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını, müqavilə üzrə cavabdehdən 1582,80 manat əsas borc üzrə tənasübsüz surətdə yüksək hesablanmış 474,84 manat cərimənin 158 manat, 456,80 manat əsas borc üzrə tənasübsüz surətdə yüksək hesablanmış 137,04 manat məbləğin 45 manat həddinədək, 25,90 manat əsas borc üzrə tənasübsüz surətdə yüksək hesablanmış 7,77 manat cərimənin 3 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1582,80 (min beş yüz səksən iki manat 80 qəpik) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən 456,80 (dörd yüz əlli altı manat 80 qəpik) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 25,90 (iyirmi beş manat 90 qəp) manat ödənilməmiş hissə, 3 (üç) manat olmaqla ümumilikdə 2271,5 (iki min iki yüz yetmiş bir manat əlli qəpik) manat borc və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 284-6, 216- 220, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1582,80 (min beş yüz səksən iki manat 80 qəpik) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən 456,80 (dörd yüz əlli altı manat 80 qəpik) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 25,90 (iyirmi beş manat 90 qəp) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə olmaqla ümumilikdə 2271,5 (iki min iki yüz yetmiş bir manat əlli qəpik) manat borc və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1719/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1719/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver