Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1752/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X6 2 üçün 1158,2 (min yüz əlli səkkiz manat 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 347,46 (üç yüz qırx yeddi manat 46 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********94657 İphone 15 Pro markalı telefon üçün 938,2 (doqquz yüz otuz səkkiz manat 20 qəpik) manat 983,2 (doqquz yüz səkksən üç manat 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 294,96 (iki yüz doxsan dörd manat, 96 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********32802 Samsung Galaxy S23 markalı telefon üçün 850 (səkkiz yüz əlli) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 255 (iki yüz əlli beş) manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən X2 Watch üçün 159,7 (yüz əlli doqquz manat 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,91 (qırx yeddi manat 91 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Ütü Braun üçün 72,3 (yetmiş iki manat 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,69 (iyirmi bir manat 69 qəpik) manat cərimə olmaqla ümumilikdə 4237,62 (dörd min iki yüz otuz yeddi manat 62 qəpik) manat borc və 62,38 (altmış iki manat 38 qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, X6 2, İmei kod **********94657 İphone 15 Pro markalı telefon, İmei kod **********32802 Samsung Galaxy S23 markalı telefon, X3 Watch, Ütü Braun almış və nəticədə 4237,62 (dörd min iki yüz otuz yeddi manat 62 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1191,96 (min yüz doxsan bir manat 96 qəpik) manat (18 ay x 66,22 manat + 0 manat ilkin ödəniş) olan X6 2 üçün ümumilikdə 1505,66 (min beş yüz beş manat 66 qəpik) manat olmaqla ondan 1158,2 (min yüz əlli səkkiz manat 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 347,46 (üç yüz qırx yeddi manat 46 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3849,96 (üç min səkkiz yüz qırx doqquz manat 96 qəpik) manat (12 ay x 245,83 manat + 900 manat ilkin ödəniş) olan İmei kod **********94657 İphone 15 Pro markalı telefon üçün ümumilikdə 1301,76 (min üç yüz bir manat 76 qəpik) manat olmaqla ondan 938,2 (doqquz yüz otuz səkkiz manat 20 qəpik) manat 983,2 (doqquz yüz səkksən üç manat 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 294,96 (iki yüz doxsan dörd manat 96 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1200 (min iki yüz) manat (12 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********32802 Samsung Galaxy S23 markalı telefon üçün ümumilikdə 1128,60 (min yüz iyirmi səkkiz manat 60 qəpik) manat olmaqla ondan 850 (səkkiz yüz əlli) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 255 (iki yüz əlli beş) manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 200 (iki yüz) manat (10 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan X4 Watch üçün ümumilikdə 207,61 (iki yüz yeddi manat 61 qəpik) manat olmaqla ondan 159,7 (yüz əlli doqquz manat 70 qəpik ) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 47,91 (qırx yeddi manat 91 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 168 (yüz altmış səkkiz) manat (3 ay x 53 manat + 9 manat ilkin ödəniş) olan Ütü Braun üçün ümumilikdə, 93,99 (doxsan üç manat 99 qəpik) manat olmaqla ondan 72,3 (yetmiş iki manat 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,69 (iyirmi bir manat 69 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3386,52 (üç min üç yüz səksən altı manat 52 qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş xx.xx.2025-ci il tarixdə şəxsən cavabdeh (“İbrahimli”) tərəfindən imza edilməklə təhvil alınmışdır. Digər tərəfdən, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir. O, hazırki iş üzrə xx.xx.2025-ci il tarixdə“cavabdeh” qismində elektron sistemə əlavə edilmiş, iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmaq, ona qarşı etiraz və s. münasibət bildirmək imkanına malik olmuşdur Bununla belə, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh bildirişi qəbul etmiş lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu alqı-satqı qiyməti 1191,96 (min yüz doxsan bir manat 96 qəpik) manat (18 ay x 66,22 manat + 0 manat ilkin ödəniş) olan X6 2 44 mm saatını almışdır. -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu alqı-satqı qiyməti 3849,96 (üç min səkkiz yüz qırx doqquz manat 96 qəpik) manat (12 ay x 245,83 manat + 900 manat ilkin ödəniş) olan İmei kod **********94657 İphone 15 Pro 128 GB markalı telefonu almışdır. -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu alqı-satqı qiyməti 1200 (min iki yüz) manat (12 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********32802 Samsung Galaxy S23 markalı telefonu almışdır. -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu alqı-satqı qiyməti 200 (iki yüz) manat (10 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan X4 Watch saatını almışdır. -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu alqı-satqı qiyməti 168 (yüz altmış səkkiz) manat (3 ay x 53 manat + 9 manat ilkin ödəniş) olan Braun markalı ütü almışdır. - xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli bildirişlərdən və əşyaların təhvil-təslim aktından görünür ki, müştəri Cavabdeh X6 2, İmei kod **********94657 İphone 15 Pro markalı telefon, İmei kod **********32802 Samsung Galaxy S23 markalı telefon, X5 Watch, Braun ütü tam qüsursuz təhvil almışdır. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlə xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli 5 müqaviləyə əsasən cavabdeh aldığı əşyalara görə müqavilə üzrə öhdəlikləri gecikdirmiş və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış borcu 3 iş günü ərzində ödəməsi tələb olunur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2025-ci il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X6 2 üçün 1158,2 (min yüz əlli səkkiz manat 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 347,46 (üç yüz qırx yeddi manat 46 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********94657 İphone 15 Pro markalı telefon üçün 938,2 (doqquz yüz otuz səkkiz manat 20 qəpik) manat 983,2 (doqquz yüz səkksən üç manat 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 294,96 (iki yüz doxsan dörd manat, 96 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********32802 Samsung Galaxy S23 markalı telefon üçün 850 (səkkiz yüz əlli) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 255 (iki yüz əlli beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X2 Watch üçün 159,7 (yüz əlli doqquz manat 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,91 (qırx yeddi manat 91 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Ütü Braun üçün 72,3 (yetmiş iki manat 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,69 (iyirmi bir manat 69 qəpik) manat cərimə olmaqla cəmi 4237,62 (dörd min iki yüz otuz yeddi manat 62 qəpik) manat borcu var. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 62,38 (altmış iki manat 38 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onların dəyərini ödəmək şərti ilə cavabdehə nisyə alqı-satqı (hissə-hissə ödəmə şərtilə) yolu ilə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları tam qüsursuz halda qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilələr ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin Cavabdeh bağlanmış müqavilələr üzrə müvafiq olaraq 347,46 manat, 294,96 manat, 255 manat, 47,91 manat və 21,69 manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli tarixli Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını, müqavilələr üzrə cavabdehdən tələb olunan əsas borc məbləğlərini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb olunan 347,46 manat cərimə borcunun 115 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb olunan 294,96 manat cərimə borcunun 98 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb olunan 255 manat cərimə borcunun 85 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb olunan 47,91 manat cərimə borcunun 15 manat, xx.xx.2024-cü il tarixli digər müqavilə üzrə tələb olunan 21,69 manat cərimə borcunun 7 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “innovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 23.6 manat məbləğində pul tələb edilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilələrin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrdə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1158,2 (min yüz əlli səkkiz manat 20 qəpik) manat ödənilməmiş hissə, 115 (yüz on beş) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 983,2 (doqquz yüz səksən üç manat 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 98 (doxsan səkkiz) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 850 (səkkiz yüz əlli) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 85 (səksən beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 159,7 (yüz əlli doqquz manat 70 qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72,3 (yetmiş iki manat 30 qəpik) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə olmaqla, ümumilikdə 3590,6 (üç min beş yüz doxsan manat altmış qəpik) manat borc və 53 (əlli üç) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6, 216-220, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1158,2 (min yüz əlli səkkiz manat 20 qəpik) manat ödənilməmiş hissə, 115 (yüz on beş) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 983,2 (doqquz yüz səksən üç manat 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 98 (doxsan səkkiz) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 850 (səkkiz yüz əlli) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 85 (səksən beş) manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 159,7 (yüz əlli doqquz manat 70 qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72,3 (yetmiş iki manat 30 qəpik) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə olmaqla, ümumilikdə 3590,6 (üç min beş yüz doxsan manat altmış qəpik) manat borc və 53 (əlli üç) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1752/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1752/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver