Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1753/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı MMC ilə “müştəri” Cavabdeh arasında bağlanmış 15 mart 2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il,xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tariхli alqı-satqı müqavilələrinə əsasən, “müştəri”-yə 5824.91 manat dəyərində “mal” vеrilmiş, cavabdeh ödənişləri vaxtında və tam aparmamış və nəticədə İddiaçı MMC-yə borcu yaranmışdır. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək alqı-satqı müqavilələri üzrə yaranmış borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, GREE kondisioner üçün , 1371.6 (min üç yüz yetmiş bir manat, 60 qəpik) manat ödənilməmiş hissə, 411.48 (dörd yüz on bir manat, 48 qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON VR2üçün 971.3 (doqquz yüz yetmiş bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, 291.39 (iki yüz doxsan bir manat, 39 qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 219.6 (iki yüz on doqquz manat, 60 qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, BOSCH soba üçün 599 (beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 179.7 (yüz yetmiş doqquz manat, 70 qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün 367.2 (üç yüz altmış yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, 110.16 (yüz on manat, 16 qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, XİAOMİ PAD 6 markalı palanşetüçün 327.5 (üç yüz iyirmi yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 98.25 (doxsan səkkiz manat, 25 qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, SOBA BOSCH üçün 60.7 (altmış manat, 70 qəpik) manat ödənilməmiş hissə, 18.21 (on səkkiz manat, 21 qəpik) manat dəbbə pulu xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, MARVİN - CARPAYİ - İKİ MERTEBELİ üçün 51.4 (əlli bir manat, 40 qəpik) manat ödənilməmiş hissə, 15.42 (on beş manat, 42 qəpik) manat dəbbə ümumilikdə 5824.91 manat borc və 78.25 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrə əsasən, GREE kondisioner, PLAYSTATİON VR2, PLAYSTATİON 5, BOSCH soba, SAMSUNG LED TV, XİAOMİ PAD 6 markalı palanşet, SOBA BOSCH, MARVİN - CARPAYİ - İKİ MERTEBELİ almış və nəticədə 5824.91 (beş min səkkiz yüz iyirmi dörd manat, 91 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1371.6 (min üç yüz yetmiş bir manat, 60 qəpik) manat (18 ay x 76.2 manat + 0 manat ilkin ödəniş) olan GREE kondisioner üçün 1873.08 (min səkkiz yüz yetmiş üç manat, 8 qəpik) manat olmaqla ondan, 1371.6 (min üç yüz yetmiş bir manat, 60 qəpik) manat ödənilməmiş hissə, 411.48 (dörd yüz on bir manat, 48 qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1295.04 (min iki yüz doxsan beş amnat, 4 qəpik) manat (12 ay x 107.92 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON VR2 üçün 1262.69 (min iki yüz altmış iki manat, 69 qəpik) manat olmaqla ondan 971.3 (doqquz yüz yetmiş bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, 291.39 (iki yüz doxsan bir manat, 39 qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1464 (min dörd yüz altmış dörd) manat (12 ay x 122 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün 951.6 (doqquz yüz əlli bir manat, 60 qəpik) manat olmaqla ondan 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 219.6 (iki yüz on doqquz manat, 60 qəpik) manat dəbbə pulu; xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1200.6 (min iki yüz) manat (18 ay x 66.7 manat + 0 manat ilkin ödəniş) olan BOSCH soba üçün 778.7 (yeddi yüz yetmiş səkkiz manat, 70 qəpik) manat olmaqla ondan 599 (beş yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 179.7 (yüz yetmiş doqquz manat, 70 qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1101.6 (min yüz bir manat, 60 qəpik) manat (18 ay x 61.2 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün 477.36 (dörd yüz yetmiş yeddi amnat, 36 qəpik) manat olmaqla ondan 367.2 (üç yüz altmış yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, 110.16 (yüz on manat, 16 qəpik) manat dəbbə pulu; xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 984 (doqquz yüz səksən dörd) manat (12 ay x 82 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ PAD 6 markalı palanşetüçün 425.75 (dörd yüz iyirmi beş manat, 75 qəpik) manat olmaqla ondan 327.5 (üç yüz iyirmi yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 98.25 (doxsan səkkiz manat, 25 qəpik) manat dəbbə pulu; xx.xx.2022 -ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700.02 (yeddi yüz manat, 2 qəpik) manat (18 ay x 38.89 manat + 0 manat ilkin ödəniş) olan SOBABOSCH üçün 78.91(yetmiş səkkiz manat, 91 qəpik) manat olmaqla ondan 60.7 (altmış manat, 70 qəpik) manat ödənilməmiş hissə, 18.21 (on səkkiz manat, 21 qəpik) manat dəbbə pulu xx.xx.2022 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (24 ay x 28.5 manat + 0 manat ilkin ödəniş) olan MARVİN - CARPAYİ - İKİ MERTEBELİ üçün 66.82 (altmış altı amnat, 82 qəpik) manat olmaqla ondan 51.4 (əlli bir manat, 40 qəpik) manat ödənilməmiş hissə, 15.42 (on beş manat, 42 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4320.16 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024 -cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023 -cü il, xx.xx.2023-cü il, xx.xx.2023 -cü il, xx.xx.2022-cü il, xx.xx.2022-ci il il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də , qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında verilən izahatlar İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, o İddiaçı MMC-də işləmişdir və 500 manat borcu var idi. 4 il işlədikdən sonra səbəbsiz olaraq işdən çıxarıldığını və qeyd edir. İddiaçı MMC uzun müddətdən sonra məhkəməyə müraciət etmiş və buna görə faiz borcu yarandığını bildirdi. Həmçinin o qeyd etdi ki, 1050 manat əmək haqqı alır, bununla yanaşı onun ipoteka ilə bağlı borcu da vardır. İddiaçı MMC-yə qalan borc məbləğini isə hissə-hissə ödəməyə razı olduğunu qeyd etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli,03031535 nömrəli alqı-satqı müqaviləsi üzrə 684 manat dəyərində MARVİN-CARPAYİ-İKİ MERTEBELİ, xx.xx.2022-ci il tarixli,04802848 nömrəli alqı-satqı müqaviləsi üzrə 700.02 manat dəyərində BOSCH soba, xx.xx.2023-cü il tarixli,09412963 nömrəli alqı-satqı müqaviləsi üzə 1101.6 manat dəyərində SAMSUNG LED TV, xx.xx.2023-cü il tarixli,09413497 nömrəli alqı-satqı müqaviləsi üzrə 1200,6 manat dəyərində BOSCH AOİ12NW10U model soba, xx.xx.2023cü il taixli 09413709 nömrəli alqı-satqı müqaviləsi üzrə 984 manat dəyərində XİAOMİ PAD 6 markalı palanşet , xx.xx.2023-cü il tarixli,09413889 nömrəli alqı-satqı müqaviləsi üzrə 1464 manat dəyərində PLAYSTATİON 5 825 GB1464, xx.xx.2023-cü il tarixli 09414283 nömrəli alqı-satqı müqaviləsi üzrə 1295,04 manat dəyərində PLAYSTATİON VR2, xx.xx.2024-cü il tarixli,10787276 nömrəli alqı-satqı müqaviləsi üzrə 1371,6 manat dəyərində GREE GWH18AACXD-K3NNA2B/1 model kondissoner “müştəri”-Cavabdeh təhvil verilmiş, Cavabdeh müqavilələr üzrə yaranan ödənişləri vaxtında etməyi öhdəliyinə götürmüşdür. “Müştəri”- Cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə ,müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli Maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, GREE kondisioner üçün 1371.6 manat ödənilməmiş hissə və 411.48 manat dəbbə pulu olmaqla,1783.08 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON VR2 üçün 971.3 manat ödənilməmiş hissə, 291.39 manat dəbbə pulu ümumillikdə 1262.69 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 732 manat ödənilməmiş hissə, 219.6 manat dəbbə pulu ümumillikdə 951,6 manat, xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən, BOSCH soba üçün 599 manat ödənilməmiş hissə, 179.7 manat dəbbə pulu ümumillikdə 778.7 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün 367.2 manat ödənilməmiş hissə, 110.16 manat dəbbə pulu ümumillikdə 477.36 manat, xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən, XİAOMİ PAD 6 markalı palanşet üçün 327.5 manat ödənilməmiş hissə, 98.25 manat dəbbə pulu ümumillikdə 425.75 manat, xx.xx.2022 -ci il tarixli müqaviləyə əsasən, SOBA BOSCH üçün 60.7 manat ödənilməmiş hissə, 18.21 manat dəbbə pulu ümumillikdə 78.91 manat, xx.xx.2022 -cü il tarixli müqaviləyə əsasən, MARVİN - CARPAYİ - İKİ MERTEBELİ üçün 51.4 manat ödənilməmiş hissə, 15.42 manat dəbbə pulu ümumillikdə 66,82 manat olmaqla müqavilələr üzrə İddiaçı MMC-yə 5824.91 manat borcu yaranmışdır. - xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubundan görünür ki,alqı-satqı müqavilələri üzrə Cavabdeh yaranmış borcu 3(üç) iş günü ərzində ödəməyi ,əks halda adiyyəti üzrə məhkəməyə müraciət edilcəyi bildirilmişdir. -Əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh alqı-satqı müqavilələri üzrə məhsulları qüsursuz halda təhvil almışdır. - xx.xx.2025-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 78,25 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan məhsulları almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında ödənişi və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan məhsulları almasına dair hüququndan istifadə etmiş, yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il , xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələrdən irəli gəlir. Müqavilələrin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının hər bir müqavilə üzrə ayrı-ayrılıqda 411,48 manat, 291,39 manat, 219,6 manat, 179,7 manat, 110,16 manat, 98.25 manat, 18.21 manat, 15.42 manat cərimənin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalı və müvafiq olaraq 100 manat, 50 manat, 40 manat, 30 manat, 25 manat, 20 manat, 5 manat, 3 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə, 1371.6 manat əsas borc, 100 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 971.3 manat əsas, 50 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 732 manat əsas, 40 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 599 manat əsas, 30 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavil üzrə 367.2 manat əsasə, 25 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 327.5 manat əsas, 20 manat cərimə, xx.xx.2022 ci il tarixli müqavilə üzrə 60.7 manat əsas 5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 51.4 manat əsas 3 manat cərimə ümumilikdə 4480.7 manat əsas, 273 manat dəbbə pulu, 4753,7 manat pul "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 59 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə, 1371.6 manat əsas borc, 100 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 971.3 manat əsas, 50 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 732 manat əsas, 40 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 599 manat əsas, 30 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 367.2 manat əsas, 25 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 327.5 manat əsas, 20 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 60.7 manat əsas 5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 51.4 manat əsas 3 manat cərimə, ümumilikdə 4480.7 (dörd min dörd yüz səksən manat, yemiş qəpik) manat əsas, 273 manat dəbbə pulu, cəmi 4753,7 (dörd min yeddi yüz əlli üç manat, yetmiş qəpik) manat pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 59 manatı Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun; qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1753/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1753/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver