Məhkəmə qərarları › İş №e-2(005)-1837/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1837/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1837/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 83 saylı alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 4310 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 241,79 manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,51 manat məbləğində pulun müştərək qaydada tulularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmə tərəfindən təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, iş üzrə icraata xitam verilmənin hüquqi nəticələri ona aydındır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər biri ayrıayrılıqda təqdim olunmuş barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər və bildirdilər ki, iş üzrə icraata xitam verilmənin hüquqi nəticələri onlara aydındır. Məhkəmə təqdim edilmiş barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hazırda tərəflər mübahisəni məhkəmədən kənar öz aralarında həll edərək məhkəmə araşdırmalarını aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi ilə tamamlamaq qərarına gəlmişlər. Tərəflər, yəni barışıq razılaşması haqqında sazişə imza edən şəxslər (mülki iş üzrə tərəflər): İddiaçı MMC və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bu maddələr ilə tanış olmuş və tərtib edilən barışıq sazişini aşağıda göstərilən şərtlərlə imza edirlər; 1-Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı MMC şirkətinə ödəniləcək borc məbləği 4310 manat dəyərində müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 2-İddiaçı MMC borc məbləğinin, yəni 4310 manat məbləğinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməsi müqabilində iddia tələbindən imtina edir. 3-Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixindən 4310 manat məbləğində pulu aşağıdakı ödəniş qaydasında ödəmək öhdəliyini üzərinə götürür. 4-Ödəniş qaydası: xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 310 manat pul ödəniləcəkdir. 5-Ödəniş üsulu: Ödənişlər nağd qaydada və ya bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. Ödənişlər nağd qaydada həyata keçirildiyi təqdirdə Birinci tərəf İkinci tərəfə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş qəbz təqdim edəcəkdir. 6-Bu Sazişin 4-cü bəndində göstərilən öhdəlik nəzərdə tutulmuş müddət ərzində icra edilmədiyi təqdirdə, iddiaçı tərəfindən cavabdeh barəsində 1000 manat məbləğində cərimə tətbiq edilir. 7-Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə birbirinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı MMC, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1-Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı MMC şirkətinə ödəniləcək borc məbləği 4310 manat dəyərində müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 2-İddiaçı MMC borc məbləğinin, yəni 4310 manat məbləğinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməsi müqabilində iddia tələbindən imtina edir. 3-Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixindən 4310 manat məbləğində pulu aşağıdakı ödəniş qaydasında ödəmək öhdəliyini üzərinə götürür. 4-Ödəniş qaydası: xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 1000 manat, xx.xx.2023-cü il tarixdən gec olmayaraq 310 manat pul ödəniləcəkdir. 5-Ödəniş üsulu: Ödənişlər nağd qaydada və ya bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. Ödənişlər nağd qaydada həyata keçirildiyi təqdirdə Birinci tərəf İkinci tərəfə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş qəbz təqdim edəcəkdir. 6-Bu Sazişin 4-cü bəndində göstərilən öhdəlik nəzərdə tutulmuş müddət ərzində icra edilmədiyi təqdirdə, iddiaçı tərəfindən cavabdeh barəsində 1000 manat məbləğində cərimə tətbiq edilir. 7-Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə birbirinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair 2(005)- 1837/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar