Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1853/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmtəə Birjasının "xxxx" MMCyə qarşı, ləğv prosesində olan Cavabdeh1 ASC- “hərracın yekunları barədə protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmtəə Birjasının "xxxx" MMCyə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC hərrac mərkəzinin hərracın yekunları barədə 32/03 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020 tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 573/2018 saylı 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin iddia tələbi qismən təmin edilərək, 06 iyun 2011-ci il tarixli KT 009 saylı kredit müqaviləsi üzrə 192.946 manat əsas borc, 22.647,7 manat faiz borcu ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 215.623,7 məbləğində pulun cavabdeh Abdullayev Rasim Rəşid oğlundan alınaraq Cavabdeh1 ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərmanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. "xxxx" MMC hərrac mərkəzinin hərracın yekunları barədə 32/03 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020 tarixli müqavilə əsasında Bakı şəhəri, Nərmanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzil 89250 manata ipoteka saxlayanın mülkiyyətinə keçirilmişdir. İddiaçı hərracın keçirilməsi barədə heç bir məlumat verilməmiş, əmlakın dəyəri süni şəkildə azaldılaraq dəyərindən aşağı qiymətə tələbkara təqdim edilmişdir. İddiaçı bu barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nəsimi rayon məhkəməsində qaldırılmış iddiadan sonra məlumatlı olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Nərimanov Rayon İcra və probasiya Şöbəsinə, ləğv prosesində olan Cavabdeh1 ASC-yə, o cümlədən ünvan 1 ünvanı üzrə İddiaçı və Abdullayev Rasim Rəşid oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli 01 saylı bildirişdə bildirişin ünvanlandığı şəxslərə xx.xx.2020-ci il saat 11:00- 17:00-dək (növbəlilik əsasında) Bakı şəhəri, ünvan 2 ünvanında hərracın keçiriləcəyi barədə məlumat qeyd olunmuşdur. Nərimanov Rayon İcra və probasiya Şöbəsinə, ləğv prosesində olan Cavabdeh1 ASC-yə, o cümlədən ünvan 1 ünvanı üzrə İddiaçı və Abdullayev Rasim Rəşid oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli 02 saylı bildirişdə bildirişin ünvanlandığı şəxslərə xx.xx.2020-ci il saat 11:00- 17:00-dək (növbəlilik əsasında) Bakı şəhəri, ünvan 2 ünvanında hərracın keçiriləcəyi barədə məlumat qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli 02 saylı bildirişə dair xəbərnamələrdə Abdullayev Rasim Rəşid oğluna və X2 ünvanlanmış 152257 və 152258 nömrəli mədaxil qəbzinin talonunda “alıcı” sözlərinin qarşısında “21.08.20 ünvan sökülüb” sözləri qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə, ləğv prosesində olan Cavabdeh1 ASC-yə, o cümlədən ünvan 1 ünvanı üzrə İddiaçı və Abdullayev Rasim Rəşid oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunur ki, Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 6 saylı saylı mənzilinə dair təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin xx.xx.2023-cü il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 89250 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifə dair xəbərnamələrdə dair Abdullayev Rasim Rəşid oğluna və X2 ünvanlanmış 164084 və 164085 nömrəli mədaxil qəbzinin talonunda “alıcı” sözlərinin qarşısı boş qalmaqla qeyd hissəsində “bu ünvanda yaşamır” sözləri yazılmışdır. “Birja yenilikləri” qəzetinin 14-20 dekabr 2020-ci il və 05-12 sentyabr 2020-ci il və 19 avqust 2020-ci il tarixə olan buraxılışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 6 saylı saylı mənzilinin hərraca çıxarılmasına və hərracların baş tutulmasına dair elanlar yerləşdirilmişdir; "xxxx" MMC-nin açıq hərracın yekunları barədə 32/03 nömrəli, xx.xx.2020-ci il tarixli protokolundan və alqı-satqı müqaviləsindən görünür ki, Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən hərraca çıxarılmış və İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 6 saylı saylı mənzili 89250 manata ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 6 saylı saylı mənzili ləğv prosesində olan Cavabdeh1 ASC-nin tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Abdullayev Rasim Rəşid oğlu Cavabdeh1 ASC ilə bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Cavabdeh1 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-573/2018-ci il tarixli qətnaməsi ilə Abdullayev Rasim Rəşid oğlundan kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərmanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya göndərilmişdir. Əmlak ilkin satış qiyməti 140000 manat olmaqla xx.xx.2020-ci il tarixdə, ilkin satış qiymətindən 15% aşağı qiymətlə - 119000 manata xx.xx.2020-ci il tarixdə hərraca çıxarılmış, alıcı olmadığından əmlak ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə - 89250 manata ipoteka saxlayana - ləğv prosesində olan Cavabdeh1 ASC-yə təklif olunmuşdur. Ləğv prosesində olan Cavabdeh1 ASC təklifi qəbul etmiş və alqı-satqı müqaviləsi bağlanaraq əmlak ləğv prosesində olan Cavabdeh1 ASC-nin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3 və 43.4-cü maddələrə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlardan aydın olur ki, əmlak ilkin satış qiyməti 140000 manat olmaqla xx.xx.2020-ci il tarixdə ilk dəfə hərraca çıxarılması ilə bağlı bildiriş olsa da, bu bildirişin tərəflərə göndərilməsi barədə xəbərnamə və ya bu kimi hər hansı poçt qaiməsi mövcud deyil. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaya etirazın əsası kimi göstərdiyi lakin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan etirazın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yəni, əmlaka dair ilk hərracın keçirilməsi barədə bildiriş ipoteka qoyan tərəfə göndərilmiş, bununla da qanunvericiliyin tələbləri pozulmaqla növbəti hərrac kerilmiş, sonda isə əmlak ipoteka saxlayana təklif edilmişdir. Məhkəmə onu da qeyd edir ki, növbəti hərraca dair bildirişlər və əmlakın ipoteka saxlayan təklif olunmasında dair bildirişlər ipoteka qoyan və borcluya göndərilsə də, ikinci hərraca dair xəbərnamədə ünvanın sökülmüş olması, əmlakın ipoteka saxlayan təklif olunmasında dair bildiriş isə şəxsin ünvanda yaşamaması səbəbindən geri qaytarıldığı göstərilmişdir. Xəbərnamələrin geri qaytarılmasına əsas olaraq göstərilmiş iki hal arasında olan ciddi fərqliliklər də göndərişlərin həyata keçirilməsi zamanı “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları”nın pozulduğunu göstərir. Göründüyü kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən qanunun bu, habelə “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinin tələblərinə riayət olunmamış, iddiaçı hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və hüquqi nəticə etibarı ilə ilkin hərrac iddiaçının, yəni mülkiyyətçinin məlumatı olmadığından onun iştirakı olmadan keçirilmişdir. Digər tərəfdən, iş materiallarından ilk hərracın xx.xx.2020-ci il tarixdə, ikinci hərracın isə xx.xx.2020-ci il tarixdə keçirildiyi aydın olur. Halbuki yuxarıda sadalanan qanunvericilik normalarından aydın olur ki, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Lakin hazırki halda birinci və ikinci hərraclar ayasında 6 aya yaxın müddət fərqi var. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hərracın qanunvericiliyə uyğun keçirilməməsi barədə tələbləri əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı hərracın “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin tələbləri pozulmaqla keçirildiyi müəyyən olunmuşdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC hərrac mərkəzinin hərracın yekunları barədə 32/03 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020 tarixli müqavilənin etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nərmanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzilin "xxxx" MMC tərəfindən keçirilmiş hərrac nəticəsində tələbkar ləğv prosesində olan Cavabdeh1 ASC-yə satılması barədə hərrac yekunlarına dair xx.xx.2020-ci il tarixli 32/03 nömrəli protokol və xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1853/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1853/2023
03.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver