Məhkəmə qərarları › İş №e-2(005)-1862/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1862/2023

12.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1862/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X1 və 9 saylı Notariat Kontoruna qarşı “vərəsəlik Şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X1 və 9 saylı Notariat Kontoruna qarşı “vərəsəlik Şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilinin 1/10 pay hissəsinə dair V- 179 saylı Vərəsəlik işi üzrə 2V-502 №-li xx.xx.2022-ci il tarixli qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, yaranmış zərurətlə əlaqədar olaraq, yəni B.Alimovun mübahisəli mənzildə 1/10 payın mülkiyyət hüququnun qeydə alınmasını qanunsuz və əsassız hesab etdikləri üçün DƏDKRX Bakı ərazi İdarəsinə qarşı inzibati icraatda iddia qaldırmaq niyyətindədirlər. Lakin həmin quruma etdikləri müraciət hələ cavablandırılmamışdır. Odur ki, həmin işə baxılanadək hazırkı mülki işi geri götürmək qərarına gəlmişlər. İddia tələbini baxılmamış saxlayaraq ərizənin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, işin baxılmamış saxlanılması barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdehlər isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2, X1 və 9 saylı Notariat Kontoruna qarşı “vərəsəlik Şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin iş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu da iddiaçıya tam geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, X1 və 9 saylı Notariat Kontoruna qarşı “vərəsəlik Şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (qəbz nömrəsi **********) geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar