Məhkəmə qərarları › İş №e-2(005)-190/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-190/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-190/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Əmrəli oğlunun cavabdehlər Cavabdeh4 MMC, LPO Cavabdeh1 ASC, Cavabdeh2nə qarşı “hərracın nəticələrinin və qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmrəli oğlu cavabdehlər Cavabdeh4 MMC, LPO Cavabdeh1 ASC, Cavabdeh2nə qarşı “hərracın nəticələrinin və qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X14” MMC (yeni adı ilə Cavabdeh4 MMC) tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci və ikinci hərracların yekunları barədə Protokollar və xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarışın və ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X14” MMC (yeni adı ilə Cavabdeh4 MMC) tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərracların və “X14” MMC ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun etibarsız hesab edilməsi, habelə ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və həmin ev üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sah və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini kürəkəninin kredit borcuna görə Cavabdeh1 ASC-də girov qoymuşdur. İddiaçı bu yaxınlarda xəbər tutmuşdur k, kürəkəni tərəfindən borc ödənilmədiyinə görə bank tərəfindən Xaçmaz rayon Məhkəməsinə müraciət olunaraq girov qoyulmuş əmlakın hərraca çıxarılaraq satılması tələb olunmuşdur. Xaçmaz rayon Məhkəməsi iddiaçıya məxsus ipoteka predimetinin (ünvan 1 ünvanda mülkiyyətində olan 0. ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi) ilkin hərrac qiymətini 60.000 (altmış min) manat müəyyən edərək hərraca çıxarılması barədə qərar qəbul etmişdir. Belə ki, bu ərizəyə əlavə edilmiş və bank tərəfindən iddiaçıya təqdim edilmiş hərracın yekun protokulundan görünür ki, 2(067)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli Xaçmaz rayon Məhkəməsinin icra vərəqəsi əsasında iddiaçıya məxsus olan əmlak hərrac yolu ilə satışa çıxarılmışdır. Lakin iddiaçının keçirilən məhkəmə proseslərindən, qəbul olunmuş qərardan və icra vərəqəsinin verilməsində xəbəri olmamışdır. Belə ki, ona bu barədə nə bildiriş göndərilmiş, nə də məlumat verilmişdir. Məhkəmənin qərarı və icra vərəqəsi hələ də iddiaçıya verilməmişdir. Hərrac protokolundan görünür ki, icra vərəqəsinə əsasən hərrac təşkilatı olan “X12” MMC (yeni adı ilə Capitals Auction MMC) tərəfindən iddiaçının əmlakının satılması üçün iki hərrac keçirilmiş, ancaq əmlak heç hərracda satılmamışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ASC “İpoteka haqqında” Azərbaycan Respublikası qanunur 43.7-ci maddəsinə əsasən ipoteka predimetini ilkin hərrac qiymətindən 40% aşağı olan qiymətə, yəni 38.250 (otuz səkkiz min yüz əlli) manata alaraq öz balansına əlavə etmişdir. Bu barədə hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 106/2 saylı protokol tərtib olunmuşdur (qoşmaya əlavə olunur). Protokolda göstərilmişdir ki, “Xaçmaz rayon Məhkəməsinin (067)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmetinin ilkin hərrac qiyməti (ünvan 1 ünvan mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fər yaşayış evi) 60.000 (altmış min) manatdır. "İpoteka haqqında ” Azərbaycan Respublikası qanununun 43.5-ci maddəsinə əsasən 15% endirimlə 51.000 (əlli bir min ) manata "AtaBank” ASC-nin xx.xx.2018-ci il tarixli İH-07-01444 saylı məktubuna əsasən ipoteka predimetinin "İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə əsasən ipoteka predimetini ilkin hərrac qiymətindən 25% aşağı olan qiyməti: 38.250 (otuz səkkiz min iki yüz əlli) manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıq mübahisənin həlli üçün məsuliyyət daşıyır”. İddiaçının keçirilən hərraclardan da xəbəri olmamışdır. Ona bu barədə əvvəlcədən heç bir məlumat verilməmiş və hərrac protokolları təqdim olunmamışdır. X14” MMC (yeni adı ilə Capitals Auction MMC) tərəfindən xx.xx.2018-cü il tarixdə keçirilən hərrac və onun nəticələri haqqında 106/2 nömrəli Protokol etibarsız hesab edilməlidir. Birincisi, “X14” MMC (yeni adı ilə Capitals Auction MMC) tərəfindən keçirilən hərraclar barədə iddiaçıya bildiriş göndərilməmişdir. İkincisi, iddiaçı hərracın keçirilməsi ilə əlaqədar məhkəmə proseslərinə çağırılmamışdır. Ümumiyyətlə, bu proseslər barədə ona heç bir məlumat verilməmiş və qəbul olunan məhkəmə aktları təqdim edilməmişdir. Bütün bunlar mülki prosessin hüquq normalarının pozuntusuna səbəb olmuşdur. Üçüncüsü, fərdi yaşayış sahəsinə və torpaq sahəsinə qoyulmuş qiymət mövcud bazar dəyərinə qətiyyən uyğun deyildir. Belə ki, hazırda həmin əmlakın likvid dəyəri 100.000 manat təşkil edir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da əmlakını ipotekaya qoymaqla, məhrumiyyətə məruz qalmış borclu (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən də ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. İddiaçının xəbəri olmadan əmlakının hərracda satışa çıxarılaraq satılması onun mülkiyyət hüququnu da pozmuşdur. Yuxarıda göstərilənlərdən aydın olur ki, “X14” MMC (yeni adı ilə Capitals Auction MMC) tərəfini xx.xx.2018-cü il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 106/2 nömrəli Protokolun etibarsız hesab edilməsi üç kifayət qədər əsaslar vardır. Hərracın təyin edilməsi ilə bağlı məhkəmə prosesləri və keçirilən hərraclar qanunvericiliyə zid şəkildə həyata keçirilmiş və iddiaçının hüquqlarının pozunlmasına səbəb olduğundan keçirilən hərraclar və onların nəticələri barədə protokollar etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək, bildirmişdir ki, İpoteka predmetinin hərracının keçirilməsi barədə Kaspi qəzetinin 01 may 20218-ci il tarixində 077-ci (3452) tirajında və Kaspi qəzetinin 13 iyun 20218-ci il tarixində 105-ci (3480) tirajında elanlar verilmişdir. İpoteka haqqında qanunun 42.1-ci maddəsinə əsasən elandanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Lakin Cavabdeh4 MMC tərəfindən təqdim edilmiş elanlarda qanunla tələb oluna məlumatlar dərc edilməmişdir. Elanlarda hərracın keçirilmə yeri və vaxtı, hərracın məbləği, behin ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat dərc edilməyib. İndiyədək 01 iyun 2018-ci il tarixdə və 13 iyul 2018-ci il tarixində 2 hərrac keçirilmişdir. Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə və hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Lakin belə bir elan kütləvi informasiya vasitəsində dərc olunmamışdır. Qanunun 43.4-cü maddəsibnə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Lakin təkrar hərrac 13 iyul 2018-ci il tarixində yəni 1 ay 13 gündən sonra hərrac keçirilmişdir. İpoteka saxlayan ipoteka predmetini qanunla müəyyən edilmiş 30 təqvim günü keçdikdən sonra əldə edib. Belə ki, təkrar hərrac 13 iyul 2018-ci il tarixində keçirilib. Belə ki, 13 avqust 2021-ci il tarix son əldə etmə müddəti olmalı idi. Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; hu protokol müqavilə qüvvəsinə malikdir. Həmin maddənin 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması barədə elan verilməmişdir. Belə ki, qanunun 43.7-1-cü maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göstərilən pozuntular hərracın etibarsız hesab edilməsinə əsas verir. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tcrəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İpoteka haqqında qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Göstərilənlərə əsasən Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh4 MMC iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində bildirmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixində keçirilən hərracın nəticələrinin ləğv edilməsi əsası kimi ona bildirişlərin göndəriİməməsini və fərdi yaşayış sahəsinə və torpaq sahəsinə qoyulmuş qiymətin mövcud bazar dəyərinə uyğun olmadığını qeyd etmişdir. Bununla bağlı aşağıdakı əsasları məhkəmənin diqqətinə çatdırılmasını zəruridir. Təşkilatın 16 aprel 2018-ci il tarixli icra vərəqəsi 24 aprel 2018-ci il tarixdə daxil olmuşdur. Hərracın keçirilmə vaxtı 1 iyun 2018-ci il tarix göstərilməklə, 1 may 2018-ci il tarixdə 20/54 nömrəli bildiriş borclu İddiaçı Əmrəli oğlunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. Hərrac baş tutmadığından 13 iyul 2018-ci il tarixində ikinci hərrac keçirilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 13 iyun 2018-ci il tarixində 15% endirimlə hərracın keçirilməsi ilə bağlı 20/54-1 nömrəli bildiriş borclunun sifariş məktubunda qeyd olunan ünvanına göndərilmişdir və iddiaçının oğlu tərəfindən qəbul edilmişdir. Həmçinin, “Kaspi" qəzetində keçirilən hərraclarla bağlı müvafiq elanlar yerləşdirilmişdir. Həmçinin Xaçmaz rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(067)-2840/2017 saylı qətnaməsi ilə ipoteka predmetinin qiyməti 60000 manat məbləğində qiymətləndirilməsi qət edilmişdir və qətnamə qanuni qüvvəyə minmişdir. “İpoteka haqqında" Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir. Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında vurğulanaraq qeyd olunmuşdur ki, bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. Cavabdeh4 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan protokol və müqavilə xx.xx.2018-ci il tarixində imzalanmışdır, lakin iddiaçı protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 3 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin binasında keçirilməklə xx.xx.2021-ci il tarixinə hazırlığa təyin edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Odur ki, hazırda qaldırılmış iddia tələbinə iddia müddətinin tətəbiq edilərək iddia rədd edilməlidir. Məhkəmə, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Xaçmaz rayon Məhkəməsinin 2(067)-2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X19, X6, X13, X9 və X4 qarşı kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər X10, X1, X7 və X2 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka predmetinə tutma yönəldilməsi, haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, X19 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 401 İsKX №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə X8 məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi hərrac yolu ilə satılsın, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş üçün 30 manat dövlət rüsum Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin qiymətinin 60.000 manat məbləğində qiymətləndirilmiş. Qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi müvafiq icra şöbəsinə xx.xx.2018-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 32012/05 nömrəli Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən X14” MMC-yə (yeni adı ilə Capitals Auction MMC) göndərilmiş şifariş məktubundan görünür ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılmasına göstəriş verilməsi xahiş olunmuşdur. Məktuba əlavə edilmiş (hərracın keçirilməsi haqqında) Şifariş vərəqindən görünür ki, X19, X6, X13, X2 "Ata Bank” ASC-nin xeyrinə 8264 manat vəsaitin tutulmasına dair Xaçmaz rayon Məhkəməsinin 2(067)-2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi əmlak dəyəri 60000 manat olmaqla hərracın keçirilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 20/54 nömrəli xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ünvan 1 ünvanına, "xxxx" ASC-yə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında ilkin satış qiyməti 60000 manat olmaq hərracın keçiriləcəyi barədə məlumat (20/54 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 20/54 nömrəli xx.xx.2018-ci il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2018-ci il tarixli F-20 nömrəli qeyddən görünür ki, Cavabdeh4 MMC tərəfindən İddiaçı Xaçmaz şəhəri, Sədi Şirazi küçəsi 7 ünvanına göndərilmiş 20/54 nömrəli xx.xx.2018-ci il tarixli bildiriş (20/54 saylı), “Şirzazidə 7 nömrəli ev yoxdur” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 20/54-1 nömrəli xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ünvan 1 ünvanına, Cavabdeh1 ASC-yə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixdə saat 11:00da ünvan 2 ünvanında 60000 manat ilkin satış qiyməti 15% azaldılaraq 51000 manat olmaqla hərracın keçiriləcəyi barədə məlumat (20/54-1 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 20/54-1 nömrəli xx.xx.2018-ci il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2018-ci il tarixli F-20 nömrəli qeyddən görünür ki, Cavabdeh4 MMC tərəfindən İddiaçı Xaçmaz şəhəri, Sədi Şirazi küçəsi 7 ünvanına göndərilmiş 20/54 nömrəli xx.xx.2018-ci il tarixli bildiriş (20/54 saylı), İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş ”Capitals Auction” MMC tərəfindən ipoteka saxlayana göndərilmiş 1190 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair Təklifdən görünür ki, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklənmiş ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmaması və bu barədə “Kaspi” qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində dərc edilməsi və Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinin müvafiq olaraq ipoteka təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh4 MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 03/01 nömrəli protokolundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsi və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi xx.xx.2018-ci il tarixli 32012/05 nömrəli sifariş məktubu əsasında, İddiaçı məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin təkrar hərracda satış qiyməti 25 faiz aşağı qiymətlə 38250 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən Cavabdeh1 ASC-nin (etibarnamə əsasında nümayəndəsi X11) təqdim edilmiş hesab edilməsi və lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh4 MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, satıcı ”Capitals Auction” MMC olmaqla İddiaçı məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi 38250 manata satmağı,alıcı Cavabdeh1 ASC isə Azərbaycan Respublikası “İcra haqqında” qanunun 78ci və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərclərin ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqularının qeydiyyatı barədə qeydiyyat nömrəsi ********** nömrəli xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********37-10301 olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin tam mülkiyyətindədir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3382/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 17 iyul 2017-ci il tarixli 2(067)- 2840/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X19, X6, X13, X9 və İddiaçı qarşı kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər X10, X1, X7 və X2 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunn ipoteka predmetinə tutma yönəldilməsi, haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, X19 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 401 İsKX №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi hərrac yolu ilə satılsın, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş üçün 30 manat dövlət rüsum Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin qiymətinin 86.000 manat məbləğində qiymətləndirilməsi qət edilmişdir . Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(067)2840/2017 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3382/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3382/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3382/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 17 iyul 2017-ci il tarixli 2(067)-2840/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X19, X6, X13, X9 və İddiaçı qarşı kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər X10, X1, X7 və X2 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunn ipoteka predmetinə tutma yönəldilməsi, haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, X19 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 401 İsKX №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi hərrac yolu ilə satılsın, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş üçün 30 manat dövlət rüsum Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin qiymətinin 86.000 manat məbləğində qiymətləndirilmiş və icra edilməsi üçün müvafiq icra şöbəsinə icra vərəqi göndərilmişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə cavabdehlər X10, X1, X7 və X2 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunn ipoteka predmetinə tutma yönəldilməsi, haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, X19 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 401 İsKX №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi hərrac yolu ilə satılsın, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş üçün 30 manat dövlət rüsum Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin qiymətinin 60.000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan icra vərəqi icrası məqsədi ilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən X14” MMC-yə (yeni adı ilə Capitals Auction MMC) xx.xx.2018-ci il tarixli 32012/05 nömrəli göndərilmiş şifariş məktubu üzrə X19, X6, X13, X2 "AtaBank” ASC-nin xeyrinə 8264 manat vəsaitin tutulmasına dair Xaçmaz rayon Məhkəməsinin 2(067)-2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə X5 mülkiyyətində olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi əmlak dəyəri 60000 manat olmaqla hərracın keçirilməsi xahiş olunmuşdur. Bundan sonra hərrac təşkilatı tərəfindən ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə hərracın keçririlməsinə başlamışdır. Keçirilmiş iki hərracdan sonra fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat nəzərə almaqla 25 faizdə az olmamaqla tələbkara təklif edilərək satılmışdır. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3382/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 17 iyul 2017-ci il tarixli 2(067)-2840/2017 saylı qətnaməsinin ləğv edilərək, cavabdehlər X10, X1, X7 və X2 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunn ipoteka predmetinə tutma yönəldilməsi, haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, X19 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 401 İsKX №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi hərrac yolu ilə satılsın, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş üçün 30 manat dövlət rüsum Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin qiymətinin 86.000 manat məbləğində qiymətləndirilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(067)2840/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3382/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3382/2021 nömrəli iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3382/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi tərtib edilərək, cavabdehlər X19, X6, X13, X9 və İddiaçı qarşı kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər X10, X1, X7 və X2 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunn ipoteka predmetinə tutma yönəldilməsi, haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, X19 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 401 İsKX №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi hərrac yolu ilə satılsın, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş üçün 30 manat dövlət rüsum Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin qiymətinin 86.000 manat məbləğində qiymətləndirilərək, icra edilməsi üçün müvafiq icra şöbəsinə icra vərəqi göndərilmişdir. İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərracların və “X14” MMC ilə Cavabdeh1 ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun etibarsız hesab edilməsi, habelə ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və həmin ev üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh4 MMC iddia tələbinə iddia müddətinin tətəbiq edilərək iddia rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı aşkar edilmiş hallar üzrə məhkəmə qeyd edir ki, hərrac təşkilatı tərəfindən mübahisə predmeti olan əmlak üzrə keçirilmiş açıq hərraclar qanunsuz olaraq keçirilmişdir. Belə ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilməsinə baxmayaraq həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3382/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Qeyd olunan qətnamə ləğv edildiyi halda həmin qətnamə üzrə verilmiş icra vərəqsinə dair hər-hansı icra hərəkətinin aparılması qanunsuzdur. Belə olan halda Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin hərrac təşkilatına ünvanladığı xx.xx.2018-ci il tarixli 32012/05 nömrəli sifariş məktubu əsasında "X14” MMC-yə (yeni adı ilə Capitals Auction MMC) aparılmış hərracın qanunsuz olaraq keçrilməsini təsdiq edir. Belə ki, qeyd olunan sifariş məktubu üzrə aparılmış hərrac xx.xx.2018-ci il tarixli 03/01 nömrəli protokolu və xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsi bağlanması ilə nəticələnərək, iddiaçının hüquqlarını kobud şəkildə pozulmasına səbəb olmuşdur. İş materiallarından göründüyü kimi, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3382/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilərək, iş üzrə həmin qətnamə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3382/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqi xx.xx.2022-ci il tarixdə müvafiq icra orqanına göndərilmişdir. Həmin qətnamə və icra sənədində əmlakın ilkin satış qiyməti 86000 manat qeyd olunmuşdur. Qeyd olunan əmlakın likvid dəyərinin 60000 manat olmasına dair məhkəmə qətnaməsi ləğv edildiyi halda, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən qeyd olunan qətnamə üzrə qanunsuz icra hərəkətləri aparılmışdır. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamdən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında və 234.2.2-ci maddəsinə əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələbindən göründüyü kimi, qətnamənin qanuni qüvvəsini almasına dair müddəalar qətidir. Qeyd olunan hüquqi qiymətləndirmə iddiaçının tələbinin hüquqi əsasını təşkil edən əsas meyyar hesab edilməlidir. Belə ki, iddia tələbindən mübahisələndirilən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərracların və “X14” MMC ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəsini almamış 2(067)-2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasını təmin etmək üçün icra məmuru tərəfindən edilmiş qanunsuz sifariş və həmin sifariş əsasında qanunsuz keçirilmiş xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərracların hüquqi nəticələri olaraq qiymtələndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İşə əlavə edilmiş sübutlardan göründüyü kimi hərrac təşkilatı tərəfindən əmlaka dair xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərraclar keçrildikdən sonra “X14” MMC tərəfindən xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokol tərtib edildikdən sonra “X14” MMC ilə "xxxx" ASC arasında iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 ASC-yə satılması barədə xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” müqaviləsi imzalanmışdır. Hazırda məhkəmə araşdırması zamanı keçririlmiş hərracın hüquqi qiymətləndirilməsini nəticəsi olaraq “X14” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış müqavilənin etibarsız əqd olaraq hər-hansı hüquqi nəticəyə malik olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə uyğun olaraq əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3 maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmin məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Mcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Bundan başqa qanunverici tərəflər arasında bağlanmış etibarsız əqd üzrə tərəflərin həmin əqdi bağladıqları zamana olduqları vəziyyətə gətirilməsini, yəni əqdin şərtləri üzrə yerinə yetirilmiş öhdəliklərin qaytarılmasını nəzərdə tutmuşdur. Belə olan halda əgər əqdin etibarsızlığı tərəflər arasında müəyyən olunmuşsa qeyd olunan hal onların qarşılıqlı razılığı ilə həll olunmalıdır. Əgər həmin əqdin etibarsızlığı məhkəmədə təsdiq edilmişdirsə qeyd olunan əqd üzrə tərəflərin əqdin bağlandığı andan olduqları vəziyyətə gətirilmələri üçün məhkəmə tərəfindən müvafiq hərəkətlər icra edilməlidir. Belə olan halda tələbin “iddiaçıya ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və həmin ev üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, göründüyü kimi tələbin bu hissəsi bilavasitə iddia tələbinin birinci hissəsi üzrə məhkəmənin gəldiyi hüquqi nəticəyə bağlıdır. Hazırda tələbin ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və həmin ev üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində mübahisələndirilən mülkiyyət sənədi məhkəmə tərəfindən etibarsız hesab edilmiş hərrac təşkilatının Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli 106/2 nömrəli Protokol həmin protokol əsasında xx.xx.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış Müqavilə əsasında rəsmiləşdirildiyindən ləğv edilməlidir. Bundan başqa Cavabdeh4 MMC məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə predmeti olan əmlaka dair alqı-satqı müqaviləsindən bağlandığı gündən məlumatlı olmuşdur. Odur ki, həmin müqavilənin mübahisələndirilməsi üçün mülki qanunvericliyə əsasən müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd olunan halla razılaşmayaraq bildirir ki, ilk növbədə qeyd olunan maddi hüquq norması mülki hüququn iştirakçılarına şamil edilmişdir. İş üzrə aparılmış məhkəmə araşdırması zamanı icra hərəkətləri, icra hərəkətləri nəticəsində aparılmış hərrac hərəkətləri qanunsuz olaraq yerinə yetirilməsi müəyyən edilmişdir. Belə olan hada aparılmış qanunsuz hərəktələr nəticəsində mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız olması onun həm predmet baxımından, həm də subyekt baxımından mülki hüququnun iştirakçısı olmadığı təsdiq etmişdir. Belə ki, hazırda iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X19, X6, X13, X9 və İddiaçı qarşı kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər X10, X1, X7 və X2 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunn ipoteka predmetinə tutma yönəldilməsi, haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, X19 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 401 İsKX №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə X8 məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi hərrac yolu ilə satılsın, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş üçün 30 manat dövlət rüsum Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin qiymətinin 60.000 manat qiymətləndirilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2840/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3382/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və hər-hansı hüquqi nəticə yaratmır. Hazırda qeyd olunan iddia tələbi üzrə qüvvədə olan və tərəflərin üçün hüquqi nəticə yaradan məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3382/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “X14” MMC (yeni adı ilə Cavabdeh4 MMC) tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərracların və “X14” MMC ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun etibarsız hesab edilməli, habelə ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində "xxxx" ASCnin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməli və həmin ev üzərində iddiaçı X3 mülkiyyət hüquqlarının bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin Cavabdeh “X14” MMC (yeni adı ilə Cavabdeh4 MMC) tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərracları və “X14” MMC ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində iddiaçı X3 mülkiyyət hüquqlarının bərpa edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar