Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1923/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçılar İddiaçı2 və İddiaçı1 və onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “vərəsəlik hüququndan məhrum etmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “vərəsəlik hüququndan məhrum etmə və mirasın qəbul edilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; 2. xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış əmlaka dair Cavabdeh1 tərəfindən mirasın qəbul edilməsinin etibarsız hesab edilməsi; Cavabdeh2 xüsusi notariusu X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndə və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış əmlaka dair Cavabdeh1 tərəfindən mirasın qəbul edilməsinin etibarsız hesab edilməsi; xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış əmlakın ½ (ikidə bir) hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun ayrılmasının etibarsız hesab edilməsi; Cavabdeh2 xüsusi notariusu X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-435 reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli, 2V-436 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli, 2V-394 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli, 2V-395 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv edilməsi; xx.xx.2021-ci ildə vəfat etmiş X15 miras qalmış 13.556,58 manat pulun ½ ikidə bir hissəsi olan 6778.29 manat hissəsinin Cavabdeh1 alınıb, X21 vərəsələrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı2 oğlu xx.xx.1962-ci il təvəllüdlü X40 xx.xx.1990-cı ildə Cavabdeh1 ilə rəsmi nikaha girməklə evlənmiş və bu nikahdan iki övladları X22 və X41 anadan olmuşdur. Qurbanov Adil xx.xx.2021-ci ildə vəfat etmişdir. X57 S430 markalı, 90- XV930 dövlət qeydiyyat nişanlı minik avtomobili və "xxxx" ASC-nin Mərkəz filialındakı hesabda olan 13556,58 manat pul vəsaiti miras qalmışdır. Adilin ölümündən sonra onun vərəsələri kimi, o- İddiaçı2, övladı xx.xx.2013-cü il təvəllüdlü X29 qanun üzrə nümayəndəsi İddiaçı1, övladı X22 və arvadı Cavabdeh1 Adil qızının ərizəsi əsasında Cavabdeh2ndə vərəsəlik işi açılmışdır. Onlara xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhdətnamə verilmişdir. Şəhadətnaməyə əsasən, mərhum X15 miras qalmış avtomobil və 13556,58 manat pul vəsaiti hazırki iş üzrə Cavabdeh1 ilə ümumi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, əmlakların ½ ikidə bir hissəsinə Cavabdeh1 payı müəyyən edilmiş, yerdə qalan hissəsi isə vərəsələr arasında bərabər şəkildə bölünmüşdür. Halbuki, X40 ilə Cavabdeh1 2012-ci ildən faktiki olaraq ayrılmışlar və onların arasında ər-arvad münasibətləri olmamışdır. Belə ki, mərhum X40 2012-ci ilə qədər qeydiyyatda olduğu və Cavabdeh1 da qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, V.Əmirsayyadov küçəsi 3 saylı fərdi yaşayış evində yaşamışlar. Adil həmin evi tərk etmişdir və 2012-ci ilin fevral ayında o, İddiaçı1 ilə faktiki nikah münasibətlərinə girmiş və o tarixdən də Adil Qurbanov onunla birlikdə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşamışdır. Faktiki nikahdan xx.xx.2013-cü il tarixində X42 doğulmuşdur. X40 vəfat edən günə kimi onunla, övladı Qurbanov Aqillə birlikdə Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşamışdır. O, 2012-ci ildən bəri heç vaxt cavabdehlə münasibətdə olmamış, onun yaşadığı evə getməmiş, onunla hər-hansı ərvad münasibətində olmamışdır. Hesab edir ki, mərhum X40 ilə Cavabdeh1 arasında ər-arvad münasibətlərinə 2012-ci il tarixindən faktiki xitam verildiyindən, Cavabdeh1 mərhum X21 qanun üzrə vərəsəsi ola bilməz və o, vərəsəlik hüququndan məhrum edilməli, onun tərəfindən mirasın qəbul edilməsi etibarsız hesab edilməlidir. Həmçinin Bakı şəhəri 9 sayı Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 və onların nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Eyni zamanda, Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona qarşı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, mirasın qəbul edilməsinin etibarsız hesab edilməsi, notariat orqanı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnaməyə əsasən X15 miras qalmış avtomobil və 13556, 58 manat pul vəsaiti cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, əmlakın 1/2 hissəsinə cavabdehin payı müəyyən edilmiş, qalan hissə isə vərəsələr arasında bərabər bölüşdüşdürülmüşdür. Halbu ki, X40 ilə Cavabdeh1 2012-ci ildən faktiki ayrılmışlar, onların ərarvad münasibətləri olmamışdır. X40 cavabdehlə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, V. Əmirsəyadov küçəsi 3 saylı evi 2012-ci ilin fevral ayından tərk etmiş və İddiaçı1 ilə faktiki ailə münasibətlərinə girmiş, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşamışdır. Onların faktiki nikahlarından xx.xx.2013-cü il tarixdə Aqil adlı oğlu olmuş, vəfat edən günə qədər onunla Pirşağı qəsəbəsində yaşamışdır. İddia tələbini qəbul etmir və hesab edir ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, mərhum həyat yoldaşı X38 ilə xx.xx.1990-cı il tarixdə bağladığı rəsmi nikahdan xx.xx.1991-ci il tarixdə Nərmin, xx.xx.1993-cü il tarixdə Arif adlı övladı anadan olmuşdur. Onunla birgə yaşamış və birgə təsərrüfat aparmışlar. 2012-ci ildə Sabunçu rayonu, Ləhiş bağ sahəsində 1580 saylı bağ sahəsini X9 almışdır. X30 həyat yoldaşı X31 xx.xx.2012-ci il tarixdə 30 saylı notariat ofisində 7E-12949 reyestr nömrəsi ilə qeydiyyatdan keçən etibarnamə vermişdir. Etibanamə əsasında həmin bağ sahəsinin özəlləşdirilməsi, çıxarış alması, texniki sənədləri alması və s buna aid bütün hərəkətləri etməyə dair 5 il müddətinə səlahiyyət verilmişdir. Həmin bağ sahəsi Rəşad Hüseynovun adına olsa da bağ faktiki olaraq onun əmisi X1 məxsus olmuşdur. X4 bağı mərhum ərinə vermişdir. Sabunçu Rayon Məhkəməsinin icraatında olan, hazırki işə baxılmasına görə icraatı dayandırılan mülki iş üzrə o, iddiaçıdır. Həmin iş üzrə də izahatlar alınmışdır. Həmin bağ sahəsində yay aylarında bir müddət köhnə bağ evində yaşadıqdan sonra yaşayışa yararsız olduğuna görə birgə vəsaitləri hesabına bağ sahəsində yeni bağ evinin tikintisinə başlamış və başa çatdırmışlar. Mərhum həyat yoldaşı həm bağda, həm də onların evində yaşayırdı. Belə ki, həftənin şənbə və bazar günləri onların evdə yaşayır, evə bazarlıq edir, birgə təsərrüfat aparır, qalan günlər isə bağda yaşayırdı. 2020-ci ilin sonuna qədər onlar bir yerdə yaşayaraq, birgə təsərrüfat aparmış, Bu barədə şahidlər də ifadə vermişdir. Həyat yoldaşı bağın sənədlərini X13 adına özəlləşdirmiş və onun adında qalmışdır. Mübahisə olmadığından hesab etmişdir ki, istənilən vaxt bağı ailə üzvlərindən birinin adına keçirə bilər. O, bir müddət xəstələnmiş və 2021-ci ilin mart ayındakaronavirus xəstəliyindən vəfat etmişdir. Dəfn mərasimini o, yəni iş üzrə cavabdeh həyata keçirmişdir. Qəbirüstü abidənin xərclərini o çəkmişdir. xx.xx.2021-ci il tarixdə vərəsəliyin qəbulu ilə əlaqədar 9 saylı notariusa ərizə ilə müraciət etmişəm və vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra Rəşad Hüseynovla alqı-satqı müqaviləsi bağlamağı xahiş etmiş,. onlar Asan xidmətdə sənədləşmə işi aparmışlar. Lakin sonradan Rəşad Hüseynov bildirmişdir ki, sənədləşməni başa çatıra bilməz, çünki bağa dair artıq İddiaçı1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı1 mərhum həyat yoldaşı ilə qeyri-rəsmi münasibətləri olan qadındır. Bundan sonra həmin alqı-satqının etibarsızlığı barədə məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki iddia müddəti keçdiyinə görə iddia tələbi rədd edilməlidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, hazırki iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Bu müddəalar həmçinin iddia müddətinə şamil edilir. İddia müddətinin keçməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Belə ki, mərhum əri xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmin müddətdən bir il bir ay keçdikdən sonra iddiaçılar hazırki iddia tələbini irəli sürmüşlər. Yəni maddi normada əqdlərin etibarsızlığı barədə iddia ərizəsi bir il ərzində irəli sürülməsi göstərilmişdir. İddiaçılar iddia müddətini üzürsüz səbəbdən buraxdıqları üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd olunmalıdır. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “vərəsəlik hüququndan məhrum etmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan reyestrdə 2V-436 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X21 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı-Cavabdeh1 miras əmlakdan 3/10 pay irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD791533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2200701A121968, mühərrikin nömrəsi **********7325 və buraxılış ili 2000-ci il olan MERCEDES BENZ S430 MİNİK markalı 90XV930 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 2/10 payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın ½ payına ər-arvadın ümumi əmlakdakı sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan reyestrdə 2V-435 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xüsusi notariusu X10 təsdiq etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X6 qalmış əri (arvadı) ünvan 1 ünvanında qeydiyyatda olan arvadı-Cavabdeh1 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X21 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumibirgə əmlakı -AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD791533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2200701A121968, mühərrikin nömrəsi **********7325 və buraxılış ili 2000-ci il olan MERCEDES BENZ S430 MİNİK markalı 90XV930 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı MERCEDES BENZ S430 MİNİK markalı 90XV930 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 5/10 payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan reyestrdə 2V-394 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X21 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası İddiaçı2 -1/10 pay (AA*******, xx.xx.2019 - Asan 5, FİN:xxxxxxx, d/t:01.01 1937)Balakən r-n, Qullar k. ünvanında qeydiyyatda olan oğlu X42 -1/10 pay (AZ- İİ1102025, xx.xx.2013 - Balakən rayon qeydiyyat şöbəsi, FİN:0, d/t:xx.xx.2013) və onların hər biri miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə vərilən miras əmlak: "Azərbaycan Beynəlxalq Bank'’ Əməliyyat Departamenti tərəfindən 31-6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X21 adına “Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialında ********** ********** olan hesabda 13 556.58 AZN ( on üç min beş yüz əlli altı manat 58 qəpik) pul məbləğindən ibarətdir. Miras əmlaka dair ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə 1/2 paya verilmişdir. Miras əmlakın 3/10 paya huququ qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan reyestrdə 2V-395 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X21 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası İddiaçı2 -1/10 pay (AA*******, xx.xx.2019 - Asan 5, FİN:xxxxxxx, d/t:01.01 1937)Balakən r-n, Qullar k. ünvanında qeydiyyatda olan oğlu X42 -1/10 pay (AZ- İİ1102025, xx.xx.2013 - Balakən rayon qeydiyyat şöbəsi, FİN:0, d/t:xx.xx.2013) və onların hər biri miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak -AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD791533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2200701A121968, mühərrikin nömrəsi **********7325 və buraxılış ili 2000-ci il olan MERCEDES BENZ S430 MİNİK markalı 90XV930 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlaka dair ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə 1/2 paya verilmişdir. Miras əmlakın 3/10 paya hüququ qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan reyestrdə 2V-375 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xüsusi notariusu X10 təsdiq edirəm ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş X6 qalmış arvadı Bakı, Nərimanov, V.Əmirsəyədov küç, ev 3 qeydiyyatda olan Cavabdeh1 (AZE********, xx.xx.2017- Səyyar-Asan 4 , FİN:№AEH:G;, d/t: xx.xx.1967) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X21 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı- “ Azərbaycan Beynəlxalq Bank” Əməliyyat Departamenti tərəfindən verilən 31-6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X21 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** olan hesabda 13.556.58 AZN (on üç min beş yüz əlli altı manat 58 qəpik) pul məbləğindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı "xxxx" Əməliyyat Departamenti tərəfindən verilən 31-6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X21 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** olan hesabda 13.556.58 AZN (on üç min beş yüz əlli altı manat 58 qəpik) pul məbləğinin ½ hissəsindən ibarətdir. Miras əmlakın 2/10 pay açıq saxlanılmışdır. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 3/10 paya verilmişdir. İş materiallarında olan AD 791533№-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz S430 minik markalı 90XV930 dövlət nömrə nişanlı avtomobil X21 mülkiyyətindədir. İş materiallarında olan reyestrdə 2V-376 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X21 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı- Cavabdeh1 miras əmlakdan 3/10 pay irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" Əməliyyat Departamenti tərəfindən verilən 31-6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X21 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** olan hesabda 13556,58 AZN pul məbləğindən ibarətdir. Miras əmlaka dair ər-arvadın ümumi əmlakdakı sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ½ paya verilmişdir. Miras əmlakın 2/10 payı açıq saxlanılmışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 177822 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X40 09 mart 2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X40 ilə X23 arasında xx.xx.1990-ci il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1139 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X32, anası İddiaçı2 qeyd edilmişdir. İş materiallarında olan reyestrdə 8İ-2698 № ilə qeyd edilmiş, Cavabdeh2 xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Cavabdeh1 ərizəsindən görünür ki, xx.xx.2021-ci ildə onun ünvan 3 ünvanda qeydiyyatda olan əri X40 ölmüşdür. Mirasın tərkibi: ondan irs qalmış mirası: daşınar və daşınmaz əmlakları qəbul edir. İş materiallarında olan reyestrdə 8İ-2697 № ilə qeyd edilmiş, Cavabdeh2 xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli İddiaçı2 ərizəsindən görünür ki, xx.xx.2021-ci ildə onun ünvan 3 ünvanda qeydiyyatda olan əri X40 ölmüşdür. Mirasın tərkibi: ondan irs qalmış mirası: daşınar və daşınmaz əmlakları qəbul edir. İş materiallarında olan Nərimanov Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04/22 №-li arayışından görünür ki, ünvan 4 ünvanında yaşayan Cavabdeh1 xx.xx.2021-ci il tarixli ərizəsini nəzərə alaraq xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmiş həyat yoldaşı X21 dəfn mərasiminin bütün xərclərini mərhumun həyat yoldaşı Cavabdeh1 tərəfindən keçirilmişdir. Məhkəmə iclasında şahid X33 ifadə verərək bildirmişdir ki, Fatma xanım və Adil müəllimin keçmiş kürəkənidir. Montində 2011-ci ildən onlarla birgə yaşamışdır. Hazırda Fatma xanımın qızı ilə boşansa da, bir həyətdə yaşayırlar. 2013-ci ildə Adil müəllim mütəmadi olaraq evinə gəlib gedirdi. Adilin ikinci həyat yoldaşının olmasını uşağı olanda bilmişdir. Fatma xanımla Adil müəllimin ailə münasibətləri daim davam etmişdir. Adil müəllimin yas mərasimi onların yaşadıqları evdə olmuşdur. Hətta bacısının rayondakı toyuna (2014-ü il) Adil müəllim və Fatma xanım birgə gəlmişdir. Məhkəmə iclasında şahid X16 ifadə verərək bildirmişdir ki, Tahirə xanım onun xalasıdır. Fatma xanımı tanımır, Adil müəllim xalası ilə ailə qurub birgə yaşamışdır, Adilin vəfatı il bağlı hüzr mərasimi də xalasının evində olmuşdur. Adil müəllim xalası ilə evli olduğu müddətdə onunla yaşayıb, başqa yerə gedib glməsindən xəbərsizdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, Tahirə onun bibisidir. Bibisi ilə Adil müəllim 2012-ci ildən öldüyü vaxta qədər birgə yaşamışdır. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirmişdir ki, Amalyanın qardaşı arvadı, Adilin bibisidir. Adil həmişə Montindəki evində yaşamışdır, ora ilə əlaqəsi kəsilməmişdir. Bəzi vaxtlar Ləhiş bağlarında olan evinə də gedirdi. Lakin Fatma xanımla münasibətləri pis olmamış, əlaqələri kəsilməmişdir. Adilin dəfn mərasimini onun övladları, arvadı, özünün uşaqları təkşil etmişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirmişdir ki, Fatma xanımı tanıyır, Adilin arvadıdır. Adilə məxsus bağda 2005-2006-cı illərdə işləmişdir.Həmin vaxt evdə yaşayış yox idi. 2019-ci il yenidən təmir üçün getmişdir. Həmin vaxtlar Adil müəllim, oğlu yaşayırdı, onda ikinci dəfə ailə qurduğunu bilmişdir. Lakin bu barədə Adil daima gileylənirdi. Evin təmir xərcini, Adil müəllim və Fatma xanım verirdi. Adil müəllimin yas mərasimini Fatma xanim keçirmişdir. Məhkəmə iclasında şahid X17 ifadə verərək bildirmişdir ki, Adil müəllimin Montində yerləşən evinin yaxınlığında mağazası vardır. Özünün nisyə dəftəri də mövcuddur. Bəzi vaxtlar uşaqları gəlib mağazadan ərzaq götürmüş, həmin ərzaqların pulunu isə Adil müəllim gəlib verirdi. Həmin dəftəri məhkəməyə təqdim edir. O dəftərdə Adil müəllimin adı yazılmışdır. Məhkəmə iclasında şahid X24 ifadə verərək bildirmişdir ki, o, Fatma xanım və onun mərhum əri Adil bəylə qonşu olmuşdur. Anasına baş çəkməyə gəldikdə Fatma xanımgilə də gələrdi. Bu ailə ilə daimi gediş-gəlişlərib olmuşdur. Fatma xanımla Adil bəyin arasında normal ailə münasibətləri olmuş, evlərinə gedərkən Adil bəyi orada görmüşdür. Məhkəmə iclasında şahid X25 ifadə verərək bildirmişdir ki, Adilin kiçik əmisidir. Adilin 2ci dəfə ailə qurmasını bilməmiş, Tahirəni tanımır. Tahirə əvvəllər kafedə işləyib. Bildiyinə görə Adillə orda tanış olmuşdur. Adil Montində olan evlərinə gedib gəlirdi, oranı daimi tərk etməmişdir. Məhkəmə iclasında şahid X34 ifadə verərək bildirmişdir ki, iş üzrə iddiaçı olan Amalya onun nənəsidir. Tahirəni 2012-ci ildən tanıyır. 2011-ci ilə kimi Adil əmisi onlarla qonşuluqda olan evdə yaşayırdı. O, 2012-ci ildən evi tərk etmiş, evə ildə 1-2 dəfə nadir hallarda gəlirdi. Hüzr mərasimində iştirak etmək üçün iddiaçı tahirənin evlərində olmuşlar, buna baxmayaraq Fatma xanımın yaşadığı evə də başsağlığı üçün gələnlər var idi. Məhkəmə iclasında şahid X18 ifadə verərək bildirmişdir ki, Adil onun qardaşıdır. O, 2012-ci ildən Ləhişdə bağında yaşayır. Xəstə olduğu üçün daim ora gedib gəlirdi. Fatma isə Nərimanovda qalırdı. Məhkəmə iclasında şahid X35 ifadə verərək bildirmişdir ki, mərhum şəxs onun əmisi olmuşdur. Onlar qapı qonşudurlar. Əmisinin evdə yaşadığını və evə bazarlıq etdiyinin dəfələrlə şahidi olmuşdur. Əmisigildə birlikdə yemək yemiş, çay içmişlər. Ailə üzvlərinin gözəl günlərində onu da dəvət etmişdir. Əmisi bağ evinin tikintisi ilə əlaqədar olaraq bağa gedib gəlsə də, rəhmətə getdiyi günə qədər öz evində yaşamışdır. Məhkəmə iclasında şahid X26 ifadə verərək bildirmişdir k, iş üzrə digər X26 məhkəmədə şahid qismində izahat verən X14 anası, həmçinin mərhum X21 qardaşının həyat yoldaşıdır. Onlar 1990-cı illərdən qonşu olmuşdurlar. X11 ifadəsindən görünür ki, onun qaynı Adilin Fatma xanımla və uşaqları ilə münasibətləri çox yaxşı olmuşdur. İfadə də bildirilir ki, mərhum X40 öz ailəsinə Fatma xanıma, uşaqlarına, nəvələrinə qarşı bundan savayı evin bazarlıq və təmir işlərinə qarşı da daim diqqətcil olmuşdur. Həmçinin bildirmişdir ki, X40 uşaqlarının işlərində daim yaxından maraqlanan şəxs olmuşdur. Onu da bildirmişdir ki, qayınanası İddiaçı2 onun ailəsi ilə birgə evdə qalmasına mane olmağa çalışmışdır. X26 bildirir ki, qayınanası saatlarda avtomobilin qarşısında dayanaraq onu bağa aparmasını təkid etmiş, bununla da onu evdən uzaqlaşdırmaq cəhdləri göstərmişdir. Buna baxmayaraq mərhum dünyadan köçənə kimi öz ailə münasibətlərini qoruyub saxlamışdır. Şad və bayram günlərini mərhum və ailəsi X26 ilə birgə keçirmişdir. X26 qeyd edir ki, qayınanası bu münasibətlərə qarşı idi. Göründüyü kimi hazırkı iş üzrə iddiaçılar İddiaçı2 mərhum X21 anası, İddiaçı1 qeyrirəsmi nikahdan olan arvadı, Cavabdeh1 rəsmi nikahda olduğu arvadıdır. İddiaçılar X21 vəfatından sonra iş üzrə cavabdeh olan arvadı Cavabdeh1 ona miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; onun tərəfindən mirasın qəbul edilməsinin etibarsız hesab edilməsi, miras qalmış əmlakın ½ ikidə bir hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun ayrılmasının etibarsız hesab edilməsi; Mülkiyyət hüququ haqqında şəhadətnamənin və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı, miras qalmış 13.556,58 manat pulun ½ ikidə bir hissəsi olan 6778.29 manat hissəsinin Cavabdeh1 alınıb, X21 vərəsələrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. İdiaçı ərizəsi üzrя İddiaçı1 münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbi üzrə İddiaçı1 hazırkı iddia ərizəsində xx.xx.2013-cü il təvəllüdlü X27 qanuni nümayəndəsi kimi deyil, özü iddia qaldırmış və mübahisə edilən vərəsəliklə bağlı iddiaçı vərəsələr sırasına daxil olmamışdır. Belə ki, ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Bu baxımdan, İddiaçı1 hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə digər İddiaçı2 münasibяtdə iddia tələbinin rədd edilməsi ilə bağlı aşağıdakıları qeyd edir və verilmiş tələblərə münasibətdə məhkəmə aşağıdakı qanunvericlik normalarının tətbiq etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun; Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən Cavabdeh1 mərhum əri X15 miras qalmış və onların birgə nikah dövründə əldə etdikləri əmlaklara mülkiyyət hüququ yaranmışdır. Eyni zamanda Cavabdeh1 mərhum əri X21 qanun üzrə 1-ci dərəcəli vərəsəsidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 X15 qalmış miras əmlaklara dair mülkiyyət və vərəsəlik hüquqlarının ləğvi, həmçinin vərəsəlik şəhadətnamələrinin etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Bundan əlavə iddiaçılar iddia ərizəsində Cavabdeh1 ilə mərhum əri X40 arasında ərarvad münasibətlərinin pozulduğunu, birgə təsərrüfat aparmadığını iddia edir. Lakin məhkəmə araşdırması zamanı alınmış şahid ifadələri ilə bu hal təkzib edilmişdir. Belə ki, şahid ifadələrində Cavabdeh1 ilə mərhum əri X21 birgə yaşamaqla birgə təsərrüfat apardığı təsdiq edilmişdir. X21 Cavabdeh1 ilə nikah münasibətlərinin kəsilməsi və davam etməməsinə dairməhkəməyə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmiş, A.Qurbanovun F.Qurğanova ilə nikah münasibətinə son qoymağa niyyətinin olmasını göstərən dəlillər iş materialları ilə müəyyən olunmamışdır. Bundan əlavə, məhkəməyə X21 iş yerindən təqdim olunmuş kadrlar uçot vərəqəsi və tərcümeyihalından görünmüşdür ki, miras qoyan həmin sənədlərdə arvadı olaraq Cavabdeh1 göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarından görünür ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər. Qərarda göstərilmişdir ki, Mülki Məcəllənin boşanmış ər-arvadın vərəsəlik zamanı vəziyyətini müəyyən edən 1163-cü maddəsinin məzmununa uyğun olaraq, nikahı pozulmuş arvad (ər) miras qoyan ərin (arvadın) qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum olur. Belə ki, həmin maddəyə görə, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Göründüyü kimi, əgər ər (arvad) miras qoyanın öldüyü anda nikahı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv etmiş olarsa, bu zaman o, qanun üzrə vərəsə olmaq hüququnu itirir. Ərin (arvadın) nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etməsindən sonra ölməsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflərdən birinin şəxsi iştirakı olmadan icranın mümkünsüz olduğu, eləcə də şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Bu cür hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə uyğun olaraq, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi isə işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılması üsullarından biridir. Beləliklə, məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış şəxsin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən ölməsi iş üzrə icraata xitam verilməsinə səbəb olur, bu isə nikahın pozulması haqda məhkəmə qərarının qanuni qüvvəyə minməməsi və tərəflərin ər-arvad statusunun ləğv edilməməsi, eləcə də onların bu statusdan irəli gələn hüquq və vəzifələrinin davam etməsi ilə nəticələnir… Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə miras qoyanın bu və ya digər vərəsəni vərəsəlik hüququndan məhrum etməsi üçün xüsusi imkanlar nəzərdə tutulmuşdur. Bunlara vəsiyyətnamə qoymaq, məcburi paydan məhrum etmək üçün məhkəmədə iddia qaldırmaq və s. aiddir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, nikah qeydi ləğv edilməyincə, nikaha xitam verilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minməyincə və yaxud nikah etibarsız hesab edilməyincə nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olur. Bəzi hallarda isə ər-arvad arasında qeydiyyata alınmış nikahın mövcud olmasına baxmayaraq, onların məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilməsinə yol verilir. Mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onların üç il ərzində nikaha faktiki xitam verilməsi və ayrı yaşamaları barədə iradə ifadəsini əsas götürərək, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mülkiyyət və vərəsəlik şəhadətnamələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar tərəfinfən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X46rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “vərəsəlik hüququndan məhrum etmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “vərəsəlik hüququndan məhrum etmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1923/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1923/2022
10.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver