Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1925/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 33,4 manat əsas, 10 manat cərimə, cəmi 43,4 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 982,4 manat əsas, 294,7 manat cərimə, cəmi 1277,1 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 144,8 manat əsas, 43,4 manat cərimə, cəmi 188,2 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1264,9 manat əsas, 379,4 manat cərimə, cəmi 1644,3 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 521,4 manat əsas, 156,4 manat cərimə, cəmi 677,8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 959,9 manat əsas, 287,9 manat cərimə, cəmi 1247,8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1189,9 manat əsas, 356,9 manat cərimə, cəmi 1546,8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı, müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 159,9 manat əsas, 47,9 AZN cərimə, cəmi 207,8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 119,9 manat əsas, 35,9 manat cərimə, cəmi 155,8 manat borc, ümumilikdə doqquz müqavilə üzrə 5376,5 manat əsas, 1612,5 manat cərimə, cəmi 6989 manat borcun və 89,89 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalı olmadığından, onun qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə görə verilmiş tələb Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Eyni Məcəllənin 284-4.2-ci maddəsinə uyğun olaraq məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Mülki Prosessual Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Hazırkı iddia tələbinin həcmi qanunvericiliklə müəyyən edilmiş həddən, yəni beş min manatdan yuxarı olduğundan işə sadələşdirilmiş qaydada baxılması yolverilməzdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinin işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə görə qəbul olunmasından imtina edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269, 284-1, 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinin işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1925/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1925/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver