Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1936/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və qiymətləndirici tərəfindən bazar qiyməti ilə qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil üzrə cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, həmin mənzilin Qiymətləndirim təşkilat tərəfindən bu günə olan bazar qiymətinin müəyyənləşdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" İKB ASC-nin cavabdeh X16, X4, İddiaçı, X17 və X8 qarşı - cavabdeh Arif Nağıyevdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 95.355,89 ABŞ dolları əsas, 53.650,54 ABŞ dolları faiz, 9.370,22 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 158.346, 65 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın X1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv2 yaşayış sahədən ibarət 2 nömrəli evin, 20 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv2 yaşayış sahədən ibarət 2 nömrəli evin, 20 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi, satışdan əlavə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv2 yaşayış sahədən ibarət 2 nömrəli evin, 20 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X1, X10, İddiaçı, X11 və X5 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv2 yaşayış sahədən ibarət 2 nömrəli evin, 20 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1, X10, İddiaçı, X11 və X5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, X16 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əsas kredit müqaviəsinin ləğv edilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qardaşım, yəni digər cavabdeh X16 "xxxx" X6 ASC-yə qarşı - "xxxx" İBK ASC-nin ona qarşı olan iddia tələbinin rədd olunması, onun qarşılıqlı iddiasının tam təmin edilməsi, yəni "xxxx" İKB ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-SMEG-1-0-1871-14 saylı Əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101,910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə ilə (1 ABŞ dolları = 0,78 qəpik) manata çevirərək, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı Əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyən olunması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(011)- 299/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş,"xxxx" İBK ASC ilə X16 arasında bağlanmış xx.xx.2014-cü il tarixil, 19- SMEG-1-0- 1871-14 saylı kredit müqaviləsi ləğv edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə X9 95.355,89 ABŞ dolları əsas, 53.650,54 ABŞ dolları faiz, 9.370,22 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 158.346, 65 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı alınaraq "xxxx" İBK ASC-yə ödənilməsi, tələbin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 2 saylı evin, 20 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 2 saylı evin, 20 saylı mənzilinin ilkin satış qiyməti 125.000 manat mələbğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 2 saylı evin, 20 saylı mənzilinətutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X16, X4, İddiaçı, X17 və X12 həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti X9 alınaraq dövlət büdcəsinə ödənilməsi, X10 "xxxx" İBK ASC-yə qarşı - iddiaçının ona qarşı olan iddia tələbinin rədd olunması, onun qarşılıqlı iddiasının təmin edilməsi, "xxxx" İBK ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-SMEG-1-0-1871-14 saylı Əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101,910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə ilə (1 ABŞ dolları = 0,78 qəpik) manata çevirərərk, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı Əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyən olunması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(103)-10978/2019 nömrəli qətnaməsi ilə qardaşım X16 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(011)- 299/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. X2 uzun müddət xəstə olduğu üçün kassasiya şikayəti vermə müddətini ötürmüş və ona görə də Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(103)-10978/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(011)-299/2019 saylı qətnaməsindən məlumatı olmayan və müvəqqəti olaraq RF-nın Orenburq vilayətində yaşayan digər qardaşı Azər Nağıyev həmin qətnamədən məlumat alan kimi apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleiyası öz qərardadı ilə həmin apellyasiya şikayətini mülki-prosessual qanunvericilikdə olunan dəyişikliklərə əsaslanaraq qeyri- mümküh hesab etmiş və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(103)-10978/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermə müddəinin bərpa edilməsi xahişi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleiyasına müraciət etməyi tövsiyə etmişdir. Həmin qərardaddan qardaşı Azər Nağıyev tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin olunmamışdır. Odur ki, qardaşı Azər Nağıyev Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının tövsiyəsinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(103)-10978/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi xahişi ilə həmin məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Lakin bu zaman bizə məlum olmuşdur ki, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının "xxxx" MMC Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İpoteka haqqında” və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini pozmaqla hərrac və təkrar hərrac keçirərək mülkiyyətimizdə olan və 19 nəfər insanın(onların 8-i uşaq, 1-i əlil və 1-i ahıl şəxs) yeganə yaşayış yeri olan Bakı şəhəri, ünvan 1, 20 nömrəli beş otaqlı mənzilin iddiaçı "xxxx" ASC tərəfindən 79.687,50 manata (46.875 ABŞ dolları), yəni çox uçuz qiymətə satın alınmasına nail olmuşdur. Və hazırda bu qədər insan küçələrdə yaşamaq ərəfəsindədir. Hələ bundan əlavə onların 111.471,65 ABŞ dolları borcu qalacaqdır. Halbuki qardaşım “NikoylBank”dan komissiya haqqı ilə birlikdə 2014cü ildə cəmi 80.000 Azərbaycan manatı pul kredit götürmüş və həmin kreditdən də 22.311,10 ABŞ dolları və 926 Azərbaycan manatını əsas və faiz borcu kimi həmin banka ödəmişdir. Bundan başqa həmin mənzilin 2018-ci ildə dəyəri 125.000 manat idi, hazırda həmin vaxtdan təxminən dörd il zaman keçmiş, daşınmaz əmlakın və tikinti materiallarının qiyməti xeyli bahalaşmışdır. Beləliklə, icra qurumu hərrac təşkilatçısını onların razılığı olmadan müəyyən etmiş və həmin təşkilata sifariş vermişdir. Bundan başqa İcra qurumu ipoteka predmetinin qiymətləndirilməsindən 4 il müddət keçdiyini nəzərə alamamış, onların ilkin satış qiyməti barədə fikirlərini öyrənməmiş, hərrac təşkilatçısı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının "xxxx" MMC isə bizə bildiriş göndərməmişdir. Hərrac təşkilatçısı dörd il müddət keçməsinə baxmayaraq ilkin satış qiymətinin bizim tərəfimizdən mübahisə edilib-edilməsini nəzərə almamış, bu barədə bizə hər hansı bir məlumat verməmişdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsini səhv təfsir etmiş, həmin Qanunun 43.7-ci maddəsinin 28 dekabr 2018-ci il tarixədək olan redaksiyasına istinad etməli olduğu halda, həmin tarixdən sonrakı redaksiyasına istinad etmiş, yəni ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə iddiaçiya satmalı olduğu halda təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə, yəni həddindən çox ucuz qiymətə 79.687,50 manata iddiaçiya satmışdır. Bundan əlavə həmin iş üzrə cavabdeh olmayan şəxslərin 8 uşaq, 1 əlil və 1 ahıl şəxsin həmin mənzildə yaşamasına əhəmiyyət verməmişdir. Nəzərə almaq lazımdır ki, ipoteka müqaviləsi bağlanan gündən 8 ildən artıq, qiymətləndirmənin həyata keçirildiyi gündən isə 4 ilə yaxın vaxt keçib. Bu müddət ərzində milli valyutanın alıcılıq qabiliyyəti azaldığından, eləcə də dünyada baş vermiş proseslər səbəbindən daşınmaz əmlak bazarında nəzərə çarpacaq dərəcədə qiymətlərdə dəyişiklik olmuş, fərdi evlərin, mənzillərin və tikinti materiallarının qiyməti xeyli dərəcədə qalxmışdır. Buna görə də ipotekaya qoyulmuş mənzilin dəyəri satış gününə yaxın olan bazar qiyməti ilə müyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X14 iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Eyni zamanda iddia müddətinin tətbiqinə dair yazılı ərizə verərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Xətai rayon məhkəsinin 2(011)- 299/2019 saylı 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 2 saylı evin, 20 saylı mənzilinə tutma yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(103)-10978/2019 saylı qətnaməsilə cərimə hissəsin dəyişdirilərək qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10978/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin, Xətai rayon İcra və Probasiya Şöbəsinin 17*71-8068-9 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. İddiaçı iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7941/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə X16 arasında 18 noyabr 2014-cü il tarixdə bağlanmış 19-SMEG- 1-0-1871-14 saylı əsas kredit müqaviləsinin ləğv edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə X9 95355,89 ABŞ dolları əsas borc, 52976,55 ABŞ dolları faiz borcu, 930 ABŞ dolları cərimə olmaqla ümumilikdə 149262,44 ABŞ dolları Azərbaycan Respublikası manatı, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün:ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının alınaraq "xxxx" İKB ASC-yə ödənilməsi, tələbin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2 saylı evin, 20 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2 saylı evin, 20 saylı mənzilinin ilkin satış qiymətinin 125000 m-də olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “Nikoyl" İKB ASC-yə olan borcun ödənilməsi, həmin mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay sonra X4, X16, İddiaçı, X17 və X5 həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın X9 alınaraq dövlət büdcəsinə ödənilməsi, X10 "xxxx" İKB ASC-yə qarşı - iddiaçının ona qarşı olan iddia tələbinin rədd olunması, onun qarşılıqlı iddiasının tam təmin edilməsi, yəni “Nikoyl" İKB ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-SMEG-1-0-1871- 14 saylı əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101.910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə ilə (1 ABŞ dolları=0,78 qəpik) manata çevirərək, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 manat və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyən olunması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7941/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9328/2019 saylı 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsinin X9 930 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsində ləğv edilməsi, cavabdeh X9 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulacaq cərimə borcunun 9370,22 ABŞ dolları məbləğində müəyyən edilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, cavabdeh X10 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə, yəni "xxxx" KB ASC-yə və cavabdeh X13 münasibətdə deyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, 01/2171 saylı bildirişin surətindən görünür ki, iddiaçıya əmlakın 125000 manat ilkin satış qiymətilə xx.xx.2020-ci il tarixdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, 01/2505 saylı bildirişin surətindən görünür ki, iddiaçıya əmlakın 15% aşağı qiyməti ilə 106250 manata xx.xx.2021-ci il tarixdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlanmış məktubundan görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-8068-9 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar horracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 79 687,50 (yetmiş doqquz min altı yüz səksən yeddi man 50 qəp) manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 01-07 dekabr 2020-ci il tarixli, 19 yanvar 2021-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2 saylı evin, 20 saylı mənzilinin hərraca çıxarılması yeri və vaxtına dair elan verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 20 28.09.21-ci il tarixdən "xxxx" ASC-nin mülkiyyətindədir. Məhkəmə ilk növbədə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və qiymətləndirici tərəfindən bazar qiyməti ilə qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın deyil, iddiaçının faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının arvadının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və qiymətləndirici tərəfindən bazar qiyməti ilə qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsində "xxxx" MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir. Belə ki, İddiaçı bildirmişdir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamış, hərracın təşkili ilə bağlı bildirişlər yanlış ünvana göndərilmişdir. Lakin məhkəməyə təqdim edilmiş icra işinin materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən icra işinin bildirişləri İddiaçı təqdim edilmək üçün qəbul edilmişdir. Bundan əlavə hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir kii, İddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və qiymətləndirici tərəfindən bazar qiyməti ilə qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1936/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1936/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver