Məhkəmə qərarları › İş №e-2(005)-1954/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1954/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1954/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı etibarsız əqd üzrə alınanların qaytarılması öhdəliyinin təmin olunması tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: etibarsız əqd üzrə alınanların qaytarılması) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı etibarsız əqd üzrə alınanların qaytarılması və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı etibarsız əqd üzrə alınanların qaytarılması öhdəliyinin təmin olunması və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə iddiası üzrə Cavabdeh1 arasında, ünvan 1 ünvanında yerləşən yaşayış evinin 88 nömrəli mənzili ilə əlaqədar 11 saylı notariat kontorunda bağlanmış, xx.xx.2019-cu il tarixli, AZ-İ ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən Cavabdeh1 mənzilə görə ödədiyi 60.000 (altımış min) manat pulun, onun qanunsuz olaraq saxlanıldığı xx.xx.2019-cu il tarixdən 2024-cü ilin mart ayına kimi (4 il 8 ay) hesablanan illik faiz dərəcəsi 5% olmaqla 14400 (on dörd min dörd yüz) manat kompensasiyasının və məhkəməyə ödədiyi dövlət rüsumu əvəzi 313 (üç yüz on üç) manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2429/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” barədə ilk, Cavabdeh2 İddiaçı, Cavabdeh1, X11 və Məhərrəmova Əfsanə Ələddin qızına qarşı “əqdin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-735/2023 №li qətnaməsindən, Məhərrəmova Əfsanə Ələddin qızının verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 735/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin xx.xx.2023-cü il tarixli 2(103)-735/2023 №-li qətnaməsi ilə də mübahisəli mülki məsələdə İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qəbul edilmiş yeni xx.xx.2023-cü il tarixli qətnamə ilə qarşılıqlı iddia tələbi mübahisələndirilən hissədə təmin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X16 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsinə, X7 Məhərrəmova Əfsanə Ələddin qızının xeyrinə 64000 (altmış dörd min manat) manat pulun tutulmasına və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ünvanında yerləşən 85 saylı evin, 88 saylı mənzilinə köçürülməsinə qət edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında, ünvan 1 ünvanında yerləşən evin 88 saylı mənzili ilə əlaqədar, 11 saylı notariat kontorunda bağlanmış, xx.xx.2019-cu il tarixli AZ-İ ******* saylı, daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mübahisəli mənzilə görə ödədiyim 60.000 (altımış min) manat pul və maddi zərər olaraq həmin məbləğin qanunsuz saxlanıldığı müddətə görə kompensasiyası, eləcə də iddiasıyla əlaqədar ödənilmiş dövlət rüsumu əvəzi cavabdehlərdən, yəni Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona qaytarılmalıdır. Belə ki, Cavabdeh2 adından onun digər Cavabdeh1 verdiyi etibarnaməsi əsasında mənzil mənə satılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-1096.2-ci və 1097.3-cü maddələrinin tələblərinə görə: --Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən yazılı etiraz ərizəsi təqdim edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Ədlində bütün bu hadisələrdən zərərçəkən şəxs odur. Belə ki, onun heç vaxt mənzili satmaq kimi niyyəti olmamış, Cavabdeh1 və İddiaçı tərəfindən aldadılmışdır. İddiaçı pul almayıb,evin satılmasından ümumiyyətlə məlumatı olmayıb. Mənzilin qapısı döyüləndə qorxub qapını açmamış, iddiaçı gəldiyi zaman Q.Akif ona mənzilin sənədlərini göstərmişdir ki, mənzil onundur, amma o mənzilini satmamışdır. Ləman və onun anası Könül onu aldadaraq, o mənzildə olmayan zaman mənzili iddiaçıya göstərmiş və ona satmışdırlar. Daha sonra İddiaçı onu evdən çıxarmış, uzun müddət çox pis şəraitdə yaşamağa məcbur qalmışdır. Q.Akif mənzildən çıxarılma iddiası ilə məhkəməyə müracitət etdikdə, M.Bəyim Xanım da müqavilənin etibarsız hesab edilməsi tələbi ilə qarşılıqlı iddia qaldırmışçdır. İşin məhkəmə baxılmasına, mənzilin üzərinə həbs qoyulmasına baxmayaraq, Q.Akif mənzili öz kürəkəninə, o isə başqa bir xanıma satıb. Bütün bu məsələlər əvvəlki məhkəmə çəkişmələrində ətraflı araşdırılıb və qətnamədə qeyd edilib. Məhkəmə qətnaməsi ilə onun tələbi təmin edilərək mənzili mülkiyyətinə qaytarılsa da, Q.Akif tərəfindən mənzilinə xeyli ziyan dəyib. Əşyaları sındırılıb, oğurlanıb, mebellərə, evin döşəməsinə qəsdən ziyan vurulub.İddia tələbinin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Zaman Hacıyevdən mənzili satdığı şəxs pul tələb edir. Zaman Hacıyevdə ziyanı ondan tələb etdiyi üçün o da Ləman xanımdan tələb edir. Belə ki, Z.Hacıyev Binəqədi rayon məhkəməsinə müraciət etmiş, məhkəmə onun iddiasını təmin edərək, müqavilə üzrə Q.Akifə özənilmiş pulun ona qaytarılmasını qət etmişdir. Cavabdehlərin hər ikisindən pulun tutulmasını xahiş edir. M.Bəyim Xanım H.Ləmana etibarnamə vermişdir, əgər o etibarnamə olmasa idi, Q.Akif də aldanmazdı. Alqı-satqı 11 saylı notariusda olub, pul notariusun depozit hesabına köçürülüb. Həmin illərdə pul məbləğləri bir dəfəyə deyil, iki dəfəyə ödənilirdi. Ona görə də 20.000 və 40.000 olmaqla 2 dəfəyə köçürülmə aparılıb. Prosesin arasında 1 dəqiqə fərq olmuşdur. Sonrakı gün "xxxx" hesabına mədaxil edilmiş pul məbləğləri bu alqı-saqı ilə deyil, başqa alqı-satqı ilə əlaqədar olmişdur. İddiaçının "xxxx" ASC-də də hesabı olub. Mənzilə bir neçə dəfə getmişdir. Lakin mənzildə Bəyim Xanımı görməmişdir. Cavabdeh1 Bəyim Xanımı da, iddiaçını da aldatmışdır. Uzun müddət X32 nənəsi, Könül xanımın anası olaraq tanımışdır. Cavabdeh1 ilə arasında girov münasibətləri və s. olmamışdır, Ləman faiz borclarını deyil, kirayə haqqı qismində pul ödəmişdir. Ləman xanım mənzili satana kimi mənzildə kirayəçi kimi qalmağı və kirayə pulunu verməyi təklif etmişdir. 500 manat ona və bir dəfə də Solmaz xanıma 500 manat vermişdir. Könül xanım da orada olmuşdur. Mənzili boşaldanda Bəyimxanım xanımın Könül xanımın anası olmadığını bilmişdir. Məhkəməyə ilki olaraq məhz o müraciət etmişdi; belə ki, M.Bəyimxanım evdən çıxmağa etiraz edirdi. M.Bəyimxanımı bir neçə ay öz tanış xanımın yanında saxlamışdır. Cavabdehlərin əməlləri nəticəsində ona ziyan dəyib. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, cavabdehin həmin mənzili satmaq niyyəti olmamışdır. Belə ki, cavabdehin biznes qurmaq niyyəti olmuşdur. Bu səbəblə də borc pul götürmək istəyirmiş. Bu zaman anasının tanışı olan Solmaz xanım ona Akif adlı şəxsdən borc pul götürməsini məsləhət bilmiş və onları tanış etmişdir. Ləman xanım Akiflə tanış olmuş və onun borcvermə şərtləri barədə məlumat əldə etmişdir. Bu zaman Ləman xanım bu şərtlərlə razılaşaraq mənzili girov qoymaq istəmişdir. Ləman xanım notariusa yaxınlaşdıqda mənzilin girov qoyulmadığını, alqı-satqı müqaviləsi bağlandığını gördükdə narazılığını bildirdiyi zaman Akif və Solmaz xanım ona narahat olmamasını pulu ödədikdən sonra mənzilin ona geri qaytarılacağını bildirmişdir. Cavabdeh iddiaçıdan faizə 34000 manat məbləğində pul götürmüş və həmin borcdan müəyyən ödənişlər etmişdir. Bununla bağlı şahidləri vardır və bunu sübut edə bilərlər. Qeyd edilən alqı-satqı müqaviləsi girov məqsədilə bağlanmışdır. Cavabdeh iddiaçıdan 60000 manat məbləğində pul almamışdır. Mülki işin materialları - AR-İ 630772 nömrəli, 13 iyul 2019-cu il tarixli etibarnamədən görünür ki, Məlikova X5 Ləman Xəqani qızına verilən səlahiyyətlər: həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz iradəsinə görə məbləğöi, müddəti və digər şərtləi müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipoteka (girov) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu əmanəti, qiymətli kağızları, eləcə də sənədləri və etibarnamənin dublikatını almağı, Azərbaycan Respublikasının istənilən bankında və onların filialında, onun nümayəndəsi olmağı, bütün bank əməliyyatlarını aparmağı onun məxsus hesabın üzərində sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatlarını pul məbləğləri almağı/qoymağı, həmçinin depozitin faizlərini və əsas məbləğini almağı, bank qutularındanseyflərindən istifadə etməyi, adından hesab açmağı, bağlamağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid olanPİN kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, adından depozit (əmanət) məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, ona çatası plastik pensiya kartını və həmin karta məxsus PİN kodu, çek kitabçasını almağı və yeniləməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində “Asan xidmət” mərkəzlərində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyində, bütün xəstəxanlarında, poliklinikalarda onun nümayəndəsi olmağı, ona çatası bütün sənədləri, o cümlədən dərman preparatlarını almağı və adından sənədlər təqdim etməyi, rüsum döməyi, kooperativ və içtimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, onun adından imzalamağı, etibarnamənin təkrarını (dublikatını) almağı və butapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar edir. Qeyd: notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələrini etibar edən qismində ona ətraflı izah olundu. - ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. - 17 iyul 2019-cu il tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, Cavabdeh1 (Cavabdeh2 əvəzinə) İddiaçı arasında müqavilə bağlanmış, tərəflər xx.xx.2019-cu il tarixə kimi AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********71-05101-093014 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanlı mənzili 60000 manata alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinn bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışdırlar. “birinci tərəf” Cavabdeh2 nümayəndəsi Cavabdeh1 satılacaq mənzili 60000 manata qiymətləndirir və həmin qiymətə “ikinci tərəf” İddiaçı satmağı, “ikinci tərəf” İddiaçı isə 60000 manata almağı öhdəsinə götürür. “İkinci tərəf” İddiaçı satış məbləğindən 40000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsilə “birinci tərəf” Cavabdeh2 nümayəndəsi Cavabdeh1 ödəyir, satış qiymətindən qalan 20000 manatını mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. - AN ******* nömrəli, 17 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2(onun əvəzinə Cavabdeh1) ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətinə verir. Əmlakın dəyəri 60000 manat müəyyən edilmişdir. - Müqavilə üzrə ödənilməli məbləğin depozit heabına qoyulması üçün notarisunun banka təqdim edilən məktubununun layihəsindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsinə görə ödənilməli olan 20000 manat məbləğində pulun müvafiq müqavilə Bakı şəhərinin xüsusi notariusu İ.A. MƏmmədov tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh1 verilməsi üçün "xxxx" ASC-də olan depozit hesabına qəbul edilməsii xahiş edir. - Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu X25 tərəfindən təsdiq edilən Cavabdeh1 (Cavabdeh2 əvəzinə) ərizəsindən görünür ki, bildirir ki, ƏMDK-nın yanında DƏDRX-i tərəfindən xx.xx.2011-ci il tarixə verilmiş **********57105101093014 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,13 kv.m, yaşayış sahəsi 16,33 kv.m, yardımçı sahəsi 12.8 kv.m olan 1 otaqlı satmaq istəyi, Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumat real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestirindən əldə edilməsini təmin edilməsini xahiş edir. - Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu X25 tərəfindən təsdiq edilən Cavabdeh1 (Cavabdeh2 əvəzinə) ərizəsindən görünür ki, Cavabdeh2 hal-hazırda subaydır və heç kimlə nikahda deyil. Bunu öz imzası ilə təsdiq edir. İddiaçı əlyazma ilə Cavabdeh2 subay olmasının ona məlum olmasını qeyd etmiş və öz imzası ilə imzalamışdır. -"xxxx" ASC-nin 17 iyul 2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı hesabına 20000 manat mədaxil edilmişdir. - "xxxx" ASC-nin 18 iyul 2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı hesabına 20000 manat mədaxil edilmişdir. - "xxxx" ASC-nin 17 iyul 2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı hesabından 20000 manat məxaric edilmişdir. - "xxxx" ASC-nin 17 iyul 2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı hesabından 30000 manat məxaric edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2019 və xx.xx.2019-cu il tarixli İddiaçı hesabına giriş qalıq 30000 və 20000 manat, yekun çıxış qalıq 20000 və 50000 manat olmuşdur. - Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. BU ********* qeydiyyat nömrəsi ilə xx.xx.2019cu il tarixində qeydiyyata alınmışdır. -Cavabdeh2 AR Baş Prokuroru Kamran Əliyevə ünvanlanan xx.xx.2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, Cavabdeh1 AR CM-in 179.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək vurduğu ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş edir. -13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X2 Əfsanə Ələddin qızına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili satmışdır. Əmlakın dəyəri 64000 manat müəyyən edilmişdir. -96505 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil X9 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. - 31 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili X1. Əmlakın dəyəri 65000 mnat müəyyən edilmişdir. - 96505 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil Məhərrəmova Əfsanə ƏLəddin qızının cüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzildə 2006-cı ildən təkbaşına yaşayır. Mənzil bir otaq və bir mətbəxdən ibarət idi. O əvvəllər uzun müddət Azərtac informasiya Agentliyində işləmişdir. Cavabdeh1 onun uşaqlağından tanıyır. Belə ki, o Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yaşayan sinif yoldaşının qonaq gedən zaman onun qonşuluğunda yaşayan Könül adlı şəxslə tanış olub. Ağdam rayonundan gəlmişdir və Nimzai küçəsində bir otaqlı ev vardır. Lakin banka olan kreditlərini ödəmədiyi üçün bank tərəfindən Könülün evi müsadirə olunmuşdur. Həyat yoldaşı və oğlu Bakı şəhərində evlərində qətlə yetirildiyi üçün o Könülün qızı Ləmana uşağı kimi qayğı göstərərək bununla təsəlli tapırdı, nunla böyüdükcə mehriban münasibətləri yaranmışdır. İllər sonra münasibətləri daha da yaxın olmuş və o Təbriz küçəsində olan evə köçəndən sonra evinə Könül və Ləman mütamadi olaraq gəlməyə başladılar. Onlar onun qulluğunda durur, onun pensiyası ilə ev üçün zəruri əşyalar alırdı. Ləmandan başqa yaxın və inandığı adam olmadığı və gözü qarşısında böyüdüyündən, həm də qoca yaşlarında olduğu üçün Ləman və anası Könül ilə elə razılığa gəldilər ki, onlar onun ölümünə qədər qulluğunda duracaqlar, əvəzində isə o hazırki mənzili Ləmanın adına etibar edəcəkdir. Bu məqsədlə Nərimanov rayon ərazisində yerləşən 21 saylı notariusa gedib 03 avqust 2018-ci il tarixdə Ləmana mənzili vəsaiyyət olaraq notarial qaydada vəsiyyətnamə verdi. Bundan təxmini bir il sonra 2021-ci ilin ortalarında Səmayə adlı qadının ona olan 700 manat borcunu qaytarmadığını Ləmanın anası Könülə bildirdi. Bu zaman Könül ona dedi ki, Ləmanın adına etibarnamə ver onun əriz polisdir, polis vasitəsilə onun pulunu alacaqdırlar. O da pulunun alınması məqsədilə Könül ilə razılaşaraq 13 iyul 2019-cu il tarixdə bu məqsədlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən evinin yaxınlığındakı 3 saylı notariat ofisinə getdilər. Orada Könül notarisuda işləyən bir qızla nə barədə danışdılar, onların söhbətinin nədən ibarət olmasını bilmədi, çünki çünki həmin yerdə o Ləmanla bi qədər aalıda oturacaqda əyləşmişdilər. Sonra həmin qız onu pəncərəli yerə dəvə tedərək imza çəkməli olduğu yeri göstərdi.O da onun dediyi yerə imza etdi. Daha imza etdiyi sənəddə nə yazıldığını oxumadılar, bildirmədilə, izah etmədilər.Həmin vaxt o notariusu o görmədi, onun onun otağına aparmadılar. O elə bildi ki, imzaladığı sənəd Smayənin ona lan borcunu almaq üçün Ləmana verdiyi sənəddir. Həmin etibarnaməni verdikdən sonra Ləman və anası Könülün münasibətləri soyumağa başladı. Könül 17 sentyabr 2020-ci il tarixdə onun mənzilində olan vaxt onu zəhərləməyə cəhd etmiş, Çünki Könül mənzilində olan vaxt çay içdiyi stəkanı yumaq adı ilə mətbəxə getdi. Və sonra tələsik evi tərk etdi. Bundan sonra o çaydandan özünə çay süzmək istəyən zaman köpüklü və kəskin qoxulu olduğunu görmüşdür. 25 oktyabr 2020-ci il tarixdə İddiaçı adlı şəxs onun mənzilinə gələrək, mənzilin ona məxsus olduğunu bildirmişdir. Akif mənzilinə Vüsalə adlı qadınla birlikdə gəlmişdir. Bu zaman o Akifə evinin onun adına olan çıxarışı göstərdi, Akif isə onun göstərdiyi çıxarışın əsl deyil, rəngli kserosurəti olduğunu bildirərək, həmin mənzili Cavabdeh1 alqı-satqı ilə aldığını bildirdir. O Ləmana zəng edərək, mənzilin hansı yolla ondan xəbərsiz və icazəsi olmadan satdığını soruşmaq istədi. Lakin Ləman zənglərini blok etmişdirvə buna görə də ona zəng edə bilməyib. Akif evdən çıxmağını tələb edirdi, o buna etiraz etdikdə Akif bildirdi ki, Akifə 62800 manat pul vermişdir, onlar həmin pulu qaytrandan sonra evi yenidən onun adına keçirəcəkdir. Akif ona 10 gün vaxt verdi ki, Ləman və Könüldən onun pulunun qaytarılmasını təmin etsin, əks halda onun evdən çıxaracaqdır. Akifə göstərdiyi çıxarışın əsl deyil kserosurət olduğunu biləndən sonra məlum oldu ki, Cavabdeh1 Borcunun alınması ilə bağlı etibarnamə verdikdən sonra Ləman onu özünün yaşadığı evə olduğu zaman gizli olaraq çantasından mənzilin açarlarını oğurlayıb çıxarmışdır. O onun evində qonaq olduğu günlərdə Ləman oğurladığı açarı Könülə vermiş, Könül də xəbəri olmadan Akiflə birlikdə onun evinə daxil olub mənzilə aid olan sənədlərin əsillərini oğurlamış yerinə isə rəngli sənədlərin surətlərini qoymuşdur. Yəni onun sənədlərini oğurlamadan mənzilin alqı-satqısını etmək mümkün deyildir. - xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Cavabdeh1 cavablarında bildirmişdir ki, Cavabdeh2 tanıyır, onunla özünün dediyi kimi uşaq vaxtılndan ana bala münasibətlərində olmuş, aralarında heç bir ədavət vər düşmənçilikləri olmamışdır. Həqiqətən də Bəyim xanım ona öz mənzilnə dair vərəsəlik hüququ vermişdir, o bilirdi ki, o özünə biznes qurmaq istəyir, həmin biznes üçün pula ehtiyacı var, özü razılığı ilə ona mənzilinə dair beş etibarnamə vermişdir, məlumatı var idi ki, o onun mənzilini girov qoyaraq öz biznesinə sərmayə qoymaq istəyir, mənzilinin sənədlərini də özü saxlanması üçün on vermişdir. Belə ki, o özü əvvəllər internet üzərindən onlayn ticarətlə məşğul olmuş, 2019-cu ilin ortalarında qərara gəldi ki, gəlinlik paltarlarının onlayn ticarətləri ilə məşğul olur, bunun üçün sərmayəsi olmadığından Bəyim Xanımın razılığı ilə onun evini girov qoymaq şərti ilə pul axtarmağa çalışdı. Anası Könülün rəfiqəsi Cəvahir adlı qadın vasitəsilə Solmaz qadınla tanış olduq, Solmaz bildirdi ki, Akif adlı şəxsdən istədiyi məbləğdə onun üçün müddətsi faizlə pul götürə bilər, əvəzində daşınmaz əmlak girov qoyulmalıdır. O Solmaz vasitəsilə Akif adlı şəxsin şərtləri ilə tanış oldu, razılaşdı, Bəyim Xanım mənzildə olmayan vaxt özündə olan açarla mənzilin qapısını açaraq Akiflə Solmaza mənzili göstdi, onlar mənzilə baxaraq həmin mənzilə görə ona aylıq 1600 manat faizlə 40000 manat pul verə biləcəklərini bildirdilər, o razılaşdı. Akifi özünün tanış notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsi bağladılar, hətta o müqavilənin alqı-satqı müqaviləsi olmağını gördükdə narazılıq etmək istədikdə Solmz onu arxayn etdi ki, narahatçılıq yoxdur, arada özü dayanıb, haçan alınmış pullar geri qaytarılsa mənzili özünüə qaytaracaq. Müqavilənin dəyərinin 62800 manat göstərilməsinə dair etirazına isə cavab olaraq Akif bildirdi ki, onun ona heç bir aidiyyəti yoxdur., müqavilənin dəyərini 4000 manat göstərsələr inandırıcı olmaz, ona gör ki, mənzilin dəyəri 40000 manat deyil, dəyərini elə yazsaq notarius təsdiq etməyəcək. O da onlara inanaraq müqaviləni imzaladı, müqavilə təsdiqləndikdən sonra birlikdə yaxınlıqda bank filialına keçdilər, orada Akif hesabdan çıxarılan puldan 40000 manat ayırıb ona verdi, həmin pulun üzərindən də 6000 manat ilkin faiz kimi götürülərək, ona cəmi 34000 manat məbləğində pul verdi. O həmin pulun bir hissəsi ilə bahalı gəlin paltarları alaraq biznesə başlamaq istədikdə isə artıq “Covid 19” pandemiyası düşdü, toylar dayandı və o iflas uğradı, qazanc götürə bilmədi. amma Akifin aylıq 1600 manat məbləğində faiz pullarını elə həmin pullar ilə də təxminən bir il müddətində ödədi, son artıq üç ayın faizlərini ödəyə bilmədikdə isə Akif tərəfindən problemləri başladı., Akif girov götürdüyü mənzili geri tələb etməyə başladı., Bəyim Xanımı zorla mənzilindən çıxardılar və sonuncu bizdən şikayət etmyə başladı. - xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldan görünür ki, İddiaçı bildirir ki, Ləman və ailəsini o təxminən 10-15 ildir ki tanıyır. Belə ki, 2019-cu ildə Nərimanov raynu ərazisində makler vasitəsilə 1 otaqlı mənzili tapdı. Ləman və anası Könül onu görün tanıdılar, onlar mənzilin Könülün anasına məxsus olduğunu, lakin sənədlərin Ləmanın adına olduğunu bildirdilər. O sənədləri yoxlatdırdıqda düzgün olduğun aəmin olduqda mənzili almağa razılaşmışdır. Notariat kontoruna gedərək, orada onun onun adına alqı-satqı etmiş 62800 manat məbləğində pulu mənzilin mülkiyyətçisi kimi tanınmış Ləmanın adına notariusun bank hesabına ödəməklə aldı. Sonradan mənzilinə getdikdə iə orada bir Bəyim Xanım adlı yaşlı qadının yaşamasını müəyyən etdi, həmin qadından mənzili boşaltmasını tələb etdikdə bildirdi ki, Ləmanla anası Könül onu və yaşlı qadını aldadıblar. Mənzili onu aldadaraq öz adına keçiriblər və onu aldadaraq özlərininki kimi təqdim etməklə ona satıblar, ona görə də mənzili satmaqda imtina edir. O da məcbur olub dövlət yolu ilə mənzili ona boşaltdırdım. Sonradan onların arasında baş verənlərdən məlumatı olmadı. Bir müddətdən sonra polisə çağırıldıqda bildir ki, Ləmanla KÖnül Bəyimin mənzili razılığı olmadan öz adlarına keçiriblər. Lakin onun onların bu işlərinə heç bir aidiyyəti yoxdur, o mənzilin pulunu tam şəkildə Ləmangilə ödəməklə mənzili almış, sonradan da bəyənmədiyi üçün başqa müştəriyə satmışdır. - 05 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Cavabdeh1 cinayət işi üzrə AR CM-nin 178.3.2ci maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla qərarın surətinin ona göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3015/2022 saylı, 23 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş Bakı Şəhəri Nərimanov Rayon MƏhkəməsiin 2(005)-1926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, ilkin iddia rədd olunmuş, qarşılıqlı iddia təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh2 adından cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında 11 saylı notariat ofisində bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X17 arasında bağlanmış 31 mart 2021-ci il tarixli dşınmaz əmlakın alqı-satqı müqaviləsi, qeyd olunan mənzillə bağlı X17 ilə Məhərrəmova Əfsanə ƏLəddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülmüşdür. - AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5051/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qarşılıqlı iddia üzrə cavabdeh Məhərrəmova ƏLəddin qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3015/2022 saylı, 23 may 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbiin X17 ilə Məhərrəmova Əfsanə ƏLəddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürürlməsi hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin İddiaçı Cavabdeh2 qarşı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X17 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh2 adından Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdhelər İddiaçı arasında alqısatqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X17 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. - 16 dekabr 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin materiallarını ayrılması haqqında qərardan görünür ki, AR CM-in 178.3.2-ci maddəsi ilə olan190040973 nömrəli cinayət işindən X26 və Cavabdeh1 barəsində CM-in 178.3.2-ci maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Ayrılmış cinayət işinə ********* statistik nömrəsi verilmişdir. Cavabdeh2 qarşı törədilmiş cinayət əməlinə dair epizod sənədlərin əsillərini ********* nömrəli cinayət işindən çıxarılaraq ********* nömrəli işə əlavə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-735/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi mübahisələndirilən hissədə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X16 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021- ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş,X7 Məhərrəmova Əfsanə Ələddin qızının xeyrinə 64000 (altmış dörd min manat) manat pul tutulmuş, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə köçürülmüşdür. - AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 735/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-735/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 Bakı Apellyasiya MƏhkəməsinin Mülki Kollegiyasının 2(103)-735/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1342/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X10 İddiaçı qarşı etibarsız əqd üzrə alınanların qaytarılması tələbinə dair iddiası təmin olunmuş, 65000 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X11 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 275 manat məbləğində pul vəsaiti də İddiaçı tutularaq X11 ödənilmişdir. - 09 iyul 2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsini haqqında qərardan görünür ki, qərarından görünür ki, X21 polis orqanlarına müraciət edərək, tanışı X22 vasitəlsilə evini girov qoymaqla makler İddiaçı və onun həyat yoldaşı Sevdagül Quliyevdadan faizlə borc aldığını, lakin sonrada həmin şəxslərin ona xəbər vermədən evi müqavilə ilə satdıqlarını bildirmişdir. S.Sinəvər İddiaçı və və Quliyeva Sevdagül tərəfindən aldadılaraq ona məxsus 70000 manat dəyərində evin dələduzluq nəticində ələ keçirildiyini və başqa bir şəxsə satıldığını bildirsə də, qeyd olunan xüsusat onun öz izahatndan başqa digər sənədlərlə sübuta yetirilməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Mülki işə tətbiq edilən hüquq AR Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.3-cü maddəsinə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3 və 82.4-cü madələrinin tələblərinə əsasən: “ Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” İşə baxan məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı “Mənzildən istifadə hüququna xitam verilməsi” və “müqavilənin etibarsız hesab edilməsi” bağlı məhkəmə mübahisələri olmuşdur. Belə ki, 18 iyul 2019-cu il tarixdə mənzil Cavabdeh1 tərəfindən Cavabdeh2 adından (13 iyul 2019-cu il tarixli,AR-İ 630772 saylı reyestrdə 1S14039 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında) tam hissədə 60000 manata İddiaçı satılmışdır. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh2 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsini tələb etmiş; Cavabdeh2 isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həm 18 iyul 2019cu il tarixli, həm də sonrakı müqavilələri: İddiaçı ilə X18 arasında bağlanmış 31 mart 2021ci il tarixli, X18 ilə məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsızlığını mübahisələndimişdir.mənzilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və mənzilə köçürülməsini tələb etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1926/2021-ci il tarixli Qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir.Həmin qətnamədən M.Bəyim Xanım apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3015/2022 saylı Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş, ilkin iddia rədd olunmuş, qarşılıqlı iddia təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh2 adından cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında 11 saylı notariat ofisində bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X17 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, qeyd olunan mənzillə bağlı X17 ilə Məhərrəmova Əfsanə ƏLəddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülmüşdür. Qətnamədən cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızı, İddiaçı, X18 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli 2(102)-5051/2022 saylı qərarı ilə Məhərrəmova Əfsanə ƏLəddin qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3015/2022 saylı, 23 may 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin X17 ilə Məhərrəmova Əfsanə ƏLəddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə Bakı ŞƏhəri Nərimanov Rayon MƏhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin İddiaçı Cavabdeh2 qarşı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X17 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh2 adından Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı İddiaçı ilə X17 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Q. Akiflə M.Bəyim Xanım arasında bağlanmış müqaviləyə münasibətdə həmin qərar yekun məhkəmə aktı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-735/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi mübahisələndirilən hissədə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X16 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021- ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş,X7 Məhərrəmova Əfsanə Ələddin qızının xeyrinə 64000 (altmış dörd min manat) manat pul tutulmuş, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə köçürülmüşdür. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 735/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda məhkəməyə iddia tələbi ilə müraciət edən İddiaçı əvvəlki məhkəmə qərarları ilə müqavilə etibarsız hesab edilsə də, restitusiya məsələsinin həll edilmədiyini; bununla da onun hüquqlarının pozulduğunu iddia edir. Həm müqavilə üzrə ödənilmiş 60.000 (altımış min) manat pulun, həm də onun qanunsuz olaraq saxlanıldığı xx.xx.2019-cu il tarixdən 2024-cü ilin mart ayına kimi (4 il 8 ay) hesablanan illik faiz dərəcəsi 5% olmaqla 14400 (on dörd min dörd yüz) manat kompensasiyasının cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı etibarsız əqd üzrə alınanların geri qaytarılmasını tələb edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsi təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi M.Bəyim Xanıma münasibətdə ona görə təmin edilə bilməz ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sonuncunun müqavilənin bağlanmasında iradə ifadəsinin olmaması, müqavilənin bağlanması nəticəsində hər hansı pul məbləğini əldə etməməsi birmənalı şəkildə təsbit edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 23 may 2022-ci il tarixli Qətnaməsində qeyd edilir ki, “Cavabdeh2 adından cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında 11 saylı notariat ofisində bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin Cavabdeh2 iradə ifadəsi və məlumatı olmadan bağlandığı müəyyən olunduğundan etibarsız hesab olunmalıdır. Məhkəmə bu nəticəyə gələkən şahid ifadələrinə, mülki işin materillarında olan Cavabdeh1 AR CM-nin 178.3.2-ci mddəsi ilə təqsirləndirilməsi barədə cinayət işinin materiallarına və tərəflərin izahatlarına istinad etmişdir. Həmin işin materiallarında olan şahid İddiaçı dindirilmə protokolundan görünür ki, o 15 il fərdi qaydada ev alqı-atqısı ilə məşğul olduğu bilirir. Alqı-satqı prosedurunu Binəqədi rayonu “Azadlıq” metrostnsiyasının yanında yerləşən notariat ofisində rəsmiləşdirdiyini, 62800 manat pulu Cavabdeh1 notariat ofisinin hesabına ödəməklə aldığını qeyd edir. Sonradan mənzilinə getdikdə orada Bəyim Xanım adlı yaşlı bir xanımın yaşadığını, həmin qadından evi boşaltmasını tələb etdikdə onun Ləmanla anasının onu və Akifi aldadaraq mənbili öz adlarına keçirdiyini və Akifi aldadaraq özlərininki kimi təqdim etməkə satdıqlarını, ona görə də mənzili satmaqdan imtina etdiyini bildiriib. İddiaçı məhkəmə iclasında da oxşar məzmunlu izahat vermişdir. Adı çəkilən cinayət işi ilə bağlı “Təqsirləndiilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Cavabdeh1 ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Akifin özünün tanış notariat kontoruna getmişlər, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışıar. Lakin müqavilənin adının alqısatqı müqaviləsi olduğunu gördükdə narazılıq etmiş, Solmaz onu arxayın etmişdir ki, narahat olmasın arada o özü var. Nə vaxt pulları geri qaytarsa mənzili özünə qaytaracaq. Akifdən hər y 1600manat faiz ödəmək şərti ilə 40000 manat borc götürmüşdür. O da onlara inanmışçdır. Əslində mənzil girov qoyulmalı idi. Eyni zamanda AR Ali Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli Qərarının 101-ci bəndində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məyyən etmişdir ki, Cavabdeh1 İddiaçı evi borc müqabilində girov qoymaq məqsədi olmuş, tərəflər arasında bağlanılan alqı-satqı bu məqsədlə olmuşdur. 102-ci bəndində isə göründüyü kimi, bağlanılan alqı-satqı mülkiyyətçi Məlikova Cavabdeh2 iradə ifadəsinə uyğun olmamış, o mənzili satmaq niyyəti ilə təmsilçi – cavabdeh H.Ləmana etibarnamə verməmiş, həmçinin təmsil edən Cavabdeh1 da əqdi bağlayarkən aldadılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli mədaxil orderlərindən açıq-aşkar müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilnin bəndlərinə zidd olaraq mənzilə hörə ödənilməli olan pul məbləğinin 20.000 manatı xx.xx.2019-cu il tarixdində saat 16:05-də, qalan 40000 manat isə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 16:6-da bank vasitəsilə notariusun depozit hesabına mədaxil edilmişdir. Bundan əlavə, məhkəmənin qərardadına əsasən "xxxx" ASC-də İddiaçı aid "xxxx" ASC-də olan bank hesabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə aparılmış əməliyyatlarına dair hesabdan çıxarışlar, xəzinə məxaric və mədail orderlərindən də müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə öz depozit hesabından məxaric etdiyi pul vəsaitlərini, xx.xx.2019-cu il tarixində yenidən depozit hesabına mədaxil etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək, "xxxx" ASC-də olan hesabına 18 iyul 2019-cu il tarixdə mədaxil edilən məbləğin "xxxx" ASC-də olan hesabından məxaric edərək "xxxx"da olan hesabına mədaxil etdiyini bildirsə də, məhkəmə qərardadı əsasında “Kapitalbank ASC-dən təqdim edilən hesabdan çıxarışla iddiaçının dediyi hal öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırki mülki işin materiallarından, o cümlədən müqavilənin etibarsızlığına dair 2(005)-1926/2021 sayı mülki materiallarından M.Bəyim Xanımın müqavilə üzrə hər hansı pul məbləğini alması; özündə saxlaması kimi hallar müəyyən edilmir. Digər cavabdeh – Cavabdeh1 münasibətdə isə iddia tələbi ona görə təmin edilə bilməz ki, H.Ləman alqı-satqı müqaviləsi üzrə tərəf olmamaqla yanaşı, İddiaçılə arasındakı münasibətlər alqı-satqı müqaviləsindən irəli gəlmir. Belə ki, H.Ləmanın nümayəndə və vəkilinin izahatı, H.Ləmanın təqsirləndirilən şəxs kimi dindirildiyi protokol, əvvəlki mülki işin üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə birmənalı olaraq müəyyən edilir ki, cavabdehin İddiaçı evi borc müqabilində girov qoymaq məqsədi olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 etibarsız alqı-satqı müqaviləsi üzrə alınanların geri qaytarılması tələbi təmin edilə bilməz. Digər tərəfdən, Cavabdeh1 iddiaçıdan 34000 manat məbləğdə pul aldığını, onun bir hissəsini qaytardığını bildirsə də, bununla bağlı da təsdiqedici sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə idiaçının Binəqədi Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, e- 2(001)-1342/2024 saylı qətnaməsinə istinad edərək, X10 ona qarşı analoji tələbinin təmin edilməsi əsası ilə onun iddiasının da təmin edilməli olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, cavabdeh İddiaçı iddia tələbini etiraf etdiyi əsası ilə iddia təmin edilmişdir. Eyni zamanda məəhkəmə qeyd edir ki, adıçəkilən qətnamənin hazırki mülki iş üçün preyudisial əhəmiyyəti müəyyən edilmir. İddia tələbi etibarsız müqavilə üzrə əldə edilənlərin qaytarılması hissəsində təmin edilmədiyinə görə, pul məbləğinin qanunsuz saxlanılmasına görə 5% hesablanmaqla kompensasiyanın ödənilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə bu hissədə araşdırılma aparılmasını prosessual qənaət prinsipinə zidd hesab edir və iddia tələbinin bu hissədə də rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir, İddiaçı Cavabdeh1 pul tələbinə dair ümumi qaydada tələb irəli sürmək hüququna sahib olduğu izah edilməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı etibarsız əqd üzrə alınanların qaytarılması və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar