Məhkəmə qərarları › İş №e-2(005)-1967/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1967/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1967/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə ("xxxx" ASC və Gəncə şəhəri üzrə İcra idarəsi maraqlı şəxs qismindi göstərilməklə) qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə ("xxxx" ASC və Gəncə şəhəri üzrə İcra idarəsi maraqlı şəxs qismindi göstərilməklə) qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 129/1 saylı mütəxəssis rəyinin ləğv edilməsi və "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, "xxxx" İKB ASC ilə cavabdeh "xxxx" MMC arasında 60 aylıq müddətə ******* manat məbləğində kredit limitinin verilməsi barədə xx.xx.2012-ci il tarixli, 10-BİZ-3-0-2107-12 saylı Əsas kredit müqaviləsi bağlanmışdır. xx.xx.2012-ci il tarixdə bağlanmış, 10-BİZ-3-0-2107-12(Ə1) saylı kredit müqaviləsinə əsasən illik 18 % olmaqla 36 aylıq müddətə cavabdehə ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq, AR ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Avia-Ekologiya MMC-nin xüsusi mülkiyyətində olan və ünvan 1ndə 5,0 ha torpaq sahəsində yerləşən 62315.45 kv.m ümumi, 6180,45 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2012-ci il tarixli, 10- BİZ-3-0-2107-12(Sİ) saylı İpoteka müqaviləsi ilə bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan əlavə xx.xx.2012-ci il tarixində bağlanmış 10-BİZ-3-0-2107-12 saylı Girov Müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus ümumi dəyəri 654720 manat olan daşınar əmlak (avadanlıq) kreditin təminatı üsulu kimi girov Bank qarşısında girov ilə yüklü etmişdir. "xxxx" MMC kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə əməletməmiş, Bank tərəfindən Gəncə şəhəri İnzibati-İqtisadi Məhkəməsinə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsnə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddia tələbləri tam təmin edilmiş, "xxxx" MMC-dən xx.xx.2012-ci il tarixli, 10- BİZ-3-0-2107-12(Ə1) nömrəli kredit müqaviləsindən irəli gələn 995217,41 manat əsas borc, 328791 manat faiz borcu, 11383 manat dəbbə pulu borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 1335451,41 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" İKB ASC-nə ödənilməsi, tutmanın xx.xx.2012-ci il tarixli, 10-BİZ-3-0-2107- 12 saylı girov müqaviləsinə əsasən girov qoyulmuş cəmi 654720 manat məbləğində qiymətləndirilmiş daşınar əmlaklara və xx.xx.2012-ci il tarixli, 10-BİZ-3-0-2107-12 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və ******* manat məbləğində qiymətləndirilmiş ünvan 1ndə 5,0 ha torpaq sahəsindən ibarət əmlak kompleksinə yönəldilməsi, qeyd olunan daşınar əmlaklar və əmlak kompleksi açıq hərraca çıxarılaraq satılması, "xxxx" MMC-nin "xxxx" X1” ASC-yə olan borcu satışdan əldə olunan vəsait hesabına ödənilməsi, borcun tam ödənilməsindən sonra Daşınar və Daşınmaz Əmlakların Açıq Hərracda satışdan əldə olunan vəsaitin qalan hissəsi "xxxx" MMC-yə verilməsi qət edilmişdir. X2 Məhkəməsinin qərardadı ilə barışıq sazişi ləğv edilib, qətnamə yenidən icraya yönəldilib. Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2-1(83)-1586/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (üçüncü şəxs "xxxx" X1 ASC-yə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və borclu "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin yenidən aparılması tələbinə dair işə baxaraq, iddia tələblərini təmin etmiş, Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsina dair imtinası ilə bağlı hərəkətləri qeyriqanuni hesab etmiş və borclu "xxxx" MMC-nin əmlakına dair yenidən qiymətləndirmənin aparılmasını qərara almışdır. "xxxx" MMC Gəncə şəhəri üzrə İcra İdarəsinin 269997/17 A.İ saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna və Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2- 2(83)-29/15 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən yenidən qiymətləndirmə keçirmiş və "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin tələblə təklifinin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini ******* manat məbləğində qiymətləndirmişdir. Nikoil İKB ASC 427-01/19 saylı, xx.xx.2019-ci il tarixdə ərizə ilə AR Ədliyyə Nazirliyi Gəncə Şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində qoyulmuş qiymət, o cümlədən ekspertizanın təqdim etdiyi rəylər arasında kəskin fərq olduğundan iş üzrə yenidən qiymətləndirici dəvət olunması barədə qərar qəbul edilməsi və icra olunması üçün səlahiyyətli qiymətləndirmə şirkətinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. AR Ədliyyə Nazirliyi Gəncə Şəhəri üzrə İcra İdarəsinin İddiaçı ASC-nin müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixində A.İ 13048/16 saylı məktubu ilə Banka aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. xx.xx.2012-ci il tarixli, 10-BİZ-3-0-2107-12 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən əmlak kompleksi tərəflərin birgə razılığına əsasən ******* manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə də həmin məbləğ təsdiq göstərilmişdir. Lakin göründüyü kimi ilkin satış qiyməti ******* manat olsa da, sonradan "xxxx" MMC həmin əmlak kompleksinə xx.xx.2018-ci il tarixli, 129/1 saylı rəyində ******* manat qiymət müəyyən etmişdir. Bu da o deməkdir ki, ekspert əsassız olaraq həmin əmlaka 5 dəfə artıq qiymət qoymuşdur. Eyni zamanda qiymətləndirmə rəyi ilə əmalakın yalnız bazar dəyəri müəyyən edilmişdir ki, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmlak açıq hərracla satılan zaman əmlakın likvid dəyəri müəyyən edilməlidir. Belə olan halda isə ekspertiza rəyinin peşəkarcasına yazılması şübhə yaradır. Ekspert rəyinə nəzər saldıqda belə qənaətə gəlmək olar ki, qiymətləndirmə zamanı müqaisəli metoddan istifadə edilməmiş, mövcüd bazar qiymətləri araşdırılmamışdır və nəticə etibarı ilə şişirdilmiş qiymət müəyyən edilmişdir. Belə olan halda qoyulmuş qiymət ilə əmlakın satışını təşkil etmək mümkün deyil. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edirəm ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hesab edirəm ki, hazırki halda qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə ("xxxx" ASC və Gəncə şəhəri üzrə İcra idarəsi maraqlı şəxs qismindi göstərilməklə) qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə hərrac keçirilmədiyindən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eləcə də, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə ("xxxx" ASC və Gəncə şəhəri üzrə İcra idarəsi maraqlı şəxs qismindi göstərilməklə) qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirmək hüququ izah edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar