Məhkəmə qərarları › İş №e-2(005)-1998/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1998/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1998/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə bağlı ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, 22 nömrəli mənzilin açarının İddiaçı təhvil verilməsi və onun həmin mənzildə təmir işləri aparmasına maneə yaradılmaması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı 05 aprel 2018-ci il tarixində Cavabdeh Mənzil Tikinti Kooperativi ilə MTK-nın ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 110 kv.m olan 22 nömrəli mənzilin alınmasına dair 10A saylı müqavilə bağlayaraq həmin mənzili satın almışdır. İddiaçı, Cavabdeh Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmağı və pay haqqını tam şəkildə ödəməyi barədə MTK üzvlərinin ümumi yığıncağının 46 nömrəli protokolundan çıxarış və pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı təqdim edilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə bağlanmış həmin müqavilələrin 12-ci bəndinin tələbinə əsasən, mənzilin dəyəri tam ödənilmədən onun daxilində hər hansı təmir tikinti işləri aparmaq qəti qadağandır. İddiaçı, həmin mənzildə təmir işləri aparmaq üçün mənzilin açarının ona təhvil verilməsini dəfələrlə Cavabdeh Mənzil Tikinti Kooperativindən xahiş etsə də, bugünədək mənzilinin açarı ona təhvil verilməmişdir. 18 mart 2022-ci il tarixində, İddiaçı xəbərdarlıq məktubu ilə Cavabdeh Mənzil Tikinti Kooperativinə müraciət edərək, ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, 22 nömrəli mənzilin açarının ona təhvil verilməsi və mənzildə təmir işləri aparılmasına maneə yaradılmamasını xahiş etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ona ünvanlanmış, 07.04.2022-ci il tarixli, 11/12 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 03.09.2004-cü il tarixli 195 nömrəli Sərəncamı ilə, Nərimanov rayon İcra Hakimiyyətinin 02.08.2004-cü il tarixli, 1/523 saylı razılıq məktubu və Cavabdeh müraciəti nəzərə alınaraq, Nərimanov rayonu Z.Bünyadov prospekti ilə İ.Dadaşov küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinin həyata keçirilməsinə dair Cavabdehnə icazə verilmişdir. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 05 aprel 2018-ci il tarixində Cavabdeh Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1- ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 110 kv.m olan 22 nömrəli mənzilin alınmasına dair 10A saylı müqavilə bağlanılmışdır. Həmçinin, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmağı və pay haqqını tam şəkildə ödəməyi barədə MTK üzvlərinin ümumi yğıncağının 46 nömrəli protokolundan çıxarış və pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı İddiaçı təqdim edilmişdir. Hal-hazırda həmin binada tikinti işləri davam etdiyindən, binaya dair müvafiq dövlət orqanları tərəfindən istismara qəbul aktı verilməmişdir. Odur ki, hal-hazırda həmin mənzilin açarını İddiaçı təqdim edə bilmirlər. Bina istismara qəbul edildikdən sonra müvafiq mənzilin açarı İddiaçı təqdim ediləcəkdir. Göründüyü kimi Cavabdeh Mənzil Tikinti Kooperativi İddiaçı aralarında bağlanmış müqavilənin müddəalarını yerinə yetirdiyini, yəni pay haqqını tam ödədiyini qeyd etsə də, sonda özü müqavilənin 12-ci bəndinin tələblərinə əməl etməmiş və mənzilin açarını İddiaçı təqdim etməmişdir. Halbu ki, qeyd olunan müqavilənin 12-ci bəndində mənzillərdə təmir işləri aparılması üçün binanın istismara qəbul etməsi şərti nəzərdə tutulmamış, təmir işlərinin aparılması üçün mənzilin dəyərinin tam şəkildə ödənilməsi nəzərdə tutulmuşdur ki, bu öhdəlik də İddiaçı tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan “Satıcı” Cavabdeh ilə “Alıcı” İddiaçı arasında bağlanılmış 05.04.218-ci il tarixli 10A nömrəli müqavilədən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 110 kv.m olan 22 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyəri olan 110000 manat pul məbləğini Cavabdehnə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilələrin 12-ci bəndinin tələbinə əsasən, mənzilin dəyəri tam ödənilmədən onun daxilində hər hansı təmir tikinti işləri aparmaq qəti qadağandır. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 110 kv.m olan 22 nömrəli mənzil İddiaçı məxsusdur və həmin mənzilin dəyəri olan 110000 manat pul məbləği İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdehnə borcu yoxdur. İş materiallarında olan MTK üzvlərinin ümumi yığıncağının 46 nömrəli protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı MTK-ya ərizə ilə müraciət edərək, onun kooperativə ezv qəbul edilməsini xahiş etmişdir və ümumi yığıncaq onun Cavabdehnə üzv qəbul edilməsi və ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 110 kv.m olan 22 nömrəli mənzilin İddiaçı verilməi, onun dövlət reyestrndə 1 nəfər ailə tərkibində daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan 18 mart 2022-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı xəbərdarlıq məktubu ilə Cavabdeh Mənzil Tikinti Kooperativinə müraciət edərək, ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, 22 nömrəli mənzilin açarının ona təhvil verilməsi və mənzildə təmir işləri aparılmasına maneə yaradılmamasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı ünvanlanmış 07.04.2022-ci il tarixli, 11/12 nömrəli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 03.09.2004-cü il tarixli 195 nömrəli Sərəncamı ilə, Nərimanov rayon İcra Hakimiyyətinin 02.08.2004-cü il tarixli, 1/523 saylı razılıq məktubu və Cavabdeh müraciəti nəzərə alınaraq, Nərimanov rayonu Z.Bünyadov prospekti ilə İ.Dadaşov küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinin həyata keçirilməsinə dair Cavabdehnə icazə verilmişdir. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 05 aprel 2018-ci il tarixində Cavabdeh Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1- ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 110 kv.m olan 22 nömrəli mənzilin alınmasına dair 10A saylı müqavilə bağlanılmışdır. Həmçinin, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmağı və pay haqqını tam şəkildə ödəməyi barədə MTK üzvlərinin ümumi yğıncağının 46 nömrəli protokolundan çıxarış və pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı İddiaçı təqdim edilmişdir. Hal-hazırda həmin binada tikinti işləri davam etdiyindən, binaya dair müvafiq dövlət orqanları tərəfindən istismara qəbul aktı verilməmişdir. Odur ki, hal-hazırda həmin mənzilin açarını İddiaçı təqdim edə bilmirlər. Bina istismara qəbul edildikdən sonra müvafiq mənzilin açarı İddiaçı təqdim ediləcəkdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı 05 aprel 2018-ci il tarixində Cavabdeh Mənzil Tikinti Kooperativi ilə MTK-nın ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 110 kv.m olan 22 nömrəli mənzilin alınmasına dair 10A saylı müqavilə bağlayaraq həmin mənzili satın almışdır. İddiaçı, Cavabdeh Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmağı və pay haqqını tam şəkildə ödəməyi barədə MTK üzvlərinin ümumi yığıncağının 46 nömrəli protokolundan çıxarış və pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı təqdim edilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə bağlanmış həmin müqavilələrin 12-ci bəndinin tələbinə əsasən, mənzilin dəyəri tam ödənilmədən onun daxilində hər hansı təmir tikinti işləri aparmaq qəti qadağandır. 18 mart 2022-ci il tarixində, İddiaçı xəbərdarlıq məktubu ilə Cavabdeh Mənzil Tikinti Kooperativinə müraciət edərək, ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, 22 nömrəli mənzilin açarının ona təhvil verilməsi və mənzildə təmir işləri aparılmasına maneə yaradılmamasını xahiş etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ona ünvanlanmış, 07.04.2022-ci il tarixli, 11/12 nömrəli cavab məktubunda mənzilin ona təhvil verilməməsinin səbəbi kimi sözügedən binada tikinti işlərinin davam etməsi və müvafiq dövlət orqanları tərəfindən istismara qəbul aktının verilməməsi göstərilmişdir. Lakin müqavilənin 12-ci bəndində mənzillərdə təmir işləri aparılması üçün binanın istismara qəbul etməsi şərti nəzərdə tutulmamış, təmir işlərinin aparılması üçün mənzilin dəyərinin tam şəkildə ödənilməsi nəzərdə tutulmuşdur ki, bu öhdəlik də İddiaçı tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mənzilin açarı iddiaçıya təhvil verilməli və ona həmin mənzildə təmir işləri aparmağa manə yaradılması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MPM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, 22 nömrəli mənzilin açarı İddiaçı təhvil verilməli və onun həmin mənzildə təmir işlərinin aparmasına maneə yaradılması Cavabdehnə qadağan edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, 22 nömrəli mənzilin açarı İddiaçı təhvil verilsin. ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, 22 nömrəli mənzildə İddiaçı tərəfindən təmir işlərin aparılmasına maneə yaradılması Cavabdeh Mənzil Tikinti Kooperativinə qadağan edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar