Məhkəmə qərarları › İş №e-2(005)-2072/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2072/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2072/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X4, Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Salyan rayon İcra və Probasiya şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" MMC tərəfindən keçirilmiş 01.02.2021-ci il tarixli 004 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, "Cavabdeh" MMC tərəfindən Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 215,6 kv.m olan ev və torpaq sahəsinin açıq hərracının yenidən keçirilməsi və iddiaçının hər iki qulağı eşitmədiyindən hərracda etibarnamə üzrə nümayəndəsinin iştirakının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(057)-16/2018 saylı icra vərəqəsi, Salyan rayon İcra və Probasiya şöbəsinin 962/01 saylı 04.07.2019-cu il tarixli sifariş məktubuna əsasən Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 215,6 kv.m olan ev və torpaq sahəsi hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin 23/24 hissəsi İddiaçı, 24/1 hissəsi Maraqlı şəxs verilməsi və Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kvm, yaşayış sahəsi 48 kvm, köməkçi sahəsi 215,6 kvm olan ev və torpaq sahəsinin ilkin satış qiyməti 35 000 manat qiymətləndirilməsi, həmin ev və torpaq sahəsinin açıq hərracda satılması və ev və torpaq sahəsinin satışdan əldə olunmuş pul vəsaitinin 23/24 hissəsi İddiaçı, 24/1 hissəsi Maraqlı şəxs verilməsi üçün hərrac keçirilməsi daha əvvəl “X6” MMC-yə göndərilmişdir. Qətnamənin icrası mərhələsində Salyan rayon İcra şöbəsinin sifarişi əsasında “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, hesabata əsasən torpaq sahəsinin həmin günə ilkin qiyməti 35.000 manat müəyyən edilmişdir. Keçirilən birinci hərracda baş tutmuşdur. Hərracın nəticələrinə dair 21.08.2019-cu il tarixli 111 saylı protokoluna əsasən ev 35.000 manata Maraqlı şəxs satılmışdır, 21.08.2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 11 nömrəli protokolun etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi barədə iddiası Nərimanov rayon Məhkəməsinin e- 2(005)-4260/2019 saylı 21.10.2019cu il tarixli qətnaməsi ilə təmin edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(103)911/2020 saylı 03.09.2020-ci il tarixli Qətnaməsi və Ali Məhkəmənin 03.09.2020-ci il tarixli 2(102)3065/2020 saylı Qərarı ilə qüvvədə qalmışdır. Bu qədər əziyyətdən sonra Salyan rayon İcra şöbəsinin sifarişi əsasında keçmiş “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerində yaradılanCavabdeh tərəfindən 14.12.2020-ci il tarixdə təyin edilmiş hərrac Koronavirus COVİD-19 pandemiyası ilə əlaqədar təxirə salınmış, 01.02.2021-ci il tarixdə təşkil edilmişdir. Hərracın nəticəsi olaraq 35350 manata yenidən əsassız olaraq üstünlük hüququnun olmasına və pis eşitməsindən istifadə edilərək Maraqlı şəxs satılmışdır. İddiaçı tam məlumatlı olmadığından hərracda iştirak etmək hüququndan hər iki qulağının eşitməməsi səbəbi ilə evini özü almaqdan məhrum olmuş və hərrac keçirilərkən onun evini almaq hüququ məhdudlaşdırılmış və xüsusi mülkiyyəti əlindən alınaraq Maraqlı şəxs satılmışdır. İddiaçı hazırda həmin evdə yaşayır və həmin evdən başqa yaşayış evi yoxdur. İddiaçı hərrac keçirilərkən evini almaq istədiyini bildirməsinə baxmayaraq Maraqlı şəxs qiyməti artırdığını eşitməmiş və bununla da hərracın başlanğıc qiyməti, hərrac zamanı qiymətin artırılması haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar və hərracın təşkili ilə əlaqədar müəyyən edilmiş digər əsaslar üzrə evin qiymətini artırmaq hüququndan məhrum olmuşdur. Hərracdan sonra iddiaçı hərracda evi almamış və ev o eşitmədiyi halda qiyməti artırdığı üçün Maraqlı şəxs satılmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X9 yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində hər iki qulağının eşitmədiyindən hərracda satılan evini almaq hüququnun məhdudlaşdırıldığını və onun pis eşitməyindən istifadə edilərək xüsusi mülkiyyətinin əlindən alınıb X1, hərracda etibarnamə əsasında nümayəndəsi olmadan iştirak etdiyini qeyd etmişdir. İddiaçı hərracda təkbaşına yox, birlikdə gəldiyi bir nəfər ilə iştirak etmişdir. Həmçinin hərrac şirkətinin belə bir öhdəliyi olmadığı halda onun qulaqlarının eşitməməsi nəzərə alınaraq digər hərrac iştirakçıları tərəfindən təklif olunan qiymətlər yazılı şəkildə ona göstərilmişdir. Həmçinin onun etibarnamə əsasında nümayəndəsinin iştirakı olmadan hərracda iştirak etməsinə görə Cavabdeh MMC məsuliyyət daşımır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi nə hərracda iştirak hüququndan, nə də ki xüsusi mülkiyyət hüququndan məhrum olmuşdur. Hərrac proseslərində şəxsən iştirak etmiş, prosesin gedişatından şəxsən məlumatlı olmuşdur. Xüsusilə həmin əmlak 21.08.2019-cu il tarixində “X6” MMC tərəfindən hərraca çıxarılmış, X8 əmlakı almışdır. İddiaçı məhkəməyə 21.08.2019-cu il tarixli 111 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə onun iddiasını təmin edərək hərracın yenidən keçirilməsi barədə qətnamə qəbul etmişdir. Hərrac tərəfindən həmin əmlakın yenidən hərracı təşkil edilmişdir. Bunlarla yanaşı, iddiaçı hərracın yenidən təşkil edilməsini tələb etmiş, yenidən hərracın keçirilməsi haqqında məlumatlandırılmış və yenidən hərraca hazırlaşmaq üçün kifayət qədər vaxtı olmuşdur. İddia tələbi tam formal xarakter daşımaqla, evi qalib olmuş şəxsə verməkdən qərəzli şəkildə boyun qaçırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Cavabdeh MMC hərrac təşkilatı olaraq qanunla üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, İddiaçı hərrac iştirakçısı kimi heç bir hüququnu pozmamışdır. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(057)-16/2018 saylı icra vərəqəsinin surətinə əsasən İddiaçı cavabdeh Maraqlı şəxs qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddiası təmin edilmiş, Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 215,6 kv.m olan ev və torpaq sahəsi hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin 23/24 hissəsi İddiaçı, 1/24 hissəsi Maraqlı şəxs verilməsi və Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kvm, yaşayış sahəsi 48 kvm, köməkçi sahəsi 215,6 kvm olan ev və torpaq sahəsinin ilkin satış qiyməti 35.000 manat qiymətləndirilməsi qət edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4260/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X6 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Salyan Rayon İcra və Probasiya Şöbəsinə və Maraqlı şəxs qarşı “hərracın yekunları haqqında yekun protokolun və alqısatqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(057)-16/2018 nömrəli icra vərəqəsinə əsasən keçirilmiş “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin “hərracın yekunlan barədə 111 nömrəli, 21 avqust 2019-cu il tarixli protokolu və həmin protokol əsasında bağlanmış 21 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab ediməsi, Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929 ha, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət olan ev və torpaq sahəsi üzrə hərrac yenidən keçirilməsi qət edilmişdir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01.02.2021-ci il tarixli müqavilənin surətinə əsasən 23/24 hissəsi İddiaçı, 1/24 hissəsi Maraqlı şəxs məxsus Salyan rayonu, Yenikənd kəndində yerləşən 0.50 ha, tikinti altındakı sahə 0,2929, digər hissəsi 1,18856 ha olan torpaq sahələri və 1983-cü ildə tikilmiş iki mərtəbəli 263,6 kv.m fərdi yaşayış evi Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: Cavabdeh MMC tərəfindən Maraqlı şəxs 35350,00 manata satılmışdır; Hərracın yekunları barədə 01.02.2021-ci il tarixli, 004 nömrəli protokolunun surətinə əsasən Salyan Rayon Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(057)-16/2018 saylı icra vərəqəsi və Salyan rayon icra və probasiya şöbəsinin 04.07.2019-cu il tarixli, 962/01 saylı sifariş məktubuna əsasən satış qiyməti 35000 manat və alış qiyməti 35350 olan 23/24 hissəsi İddiaçı, 1/24 hissəsi Maraqlı şəxs məxsus Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,50 lıa, tikinti altındakı sahə 0,2929, digər sahələr 1,18856 ha olan torpaq sahələrinin və 1983-cü ildə tikilmiş iki mərtəbəli 263,6 kv.m fərdi yaşayış evi 35350 manata Maraqlı şəxs əldə etmişdir; “X6” MMC-nin 28.01.2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Salyan rayon Məhkəməsi 11.01.2018-ci il tarixli, 2(057)-16/2018 saylı icra vərəqəsinə və Salyan Rayon İcra və Probasiya şöbəsinin 04.07.2019-ci il tarixli, 962/01 nömrəli sifariş məktubuna əsasən Salyan rayonu, Yenikənd kəndində, sənəd üzrə sahəsi 0.50 ha, tikinti altındakı sahəsi 0.2929 ha, digər sahələri 1.18856 ha olan torpaq sahəsində 2 otaqlı, 2 mərtəbəli, ümumi sahəsi 263,6 kv.m olan fərdi yaşayış evinin dəyəri 35000 (otuz beş min) manat olmaqla 01.02.2021-ci il tarixində, saat 11:00-da ünvan 1 ünvanında açıq hərracı keçiriləcəkdir. Hərracının keçirilməsinə dair “525-ci” qəzetdə 28.01.2021-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 1750 manat təşkil edir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq hərracın yekunları barədə 01.02.2021-ci il tarixli, 004 nömrəli protokolunun surətinə əsasən Salyan Rayon Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(057)-16/2018 saylı icra vərəqəsi və Salyan rayon icra və probasiya şöbəsinin 04.07.2019-cu il tarixli, 962/01 saylı sifariş məktubuna əsasən satış qiyməti 35000 manat və alış qiyməti 35350 olan 23/24 hissəsi İddiaçı, 1/24 hissəsi Maraqlı şəxs məxsus Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,50 lıa, tikinti altındakı sahə 0,2929, digər sahələr 1,18856 ha olan torpaq sahələrinin və 1983-cü ildə tikilmiş iki mərtəbəli 263,6 kv.m fərdi yaşayış evi 35350 manata Maraqlı şəxs əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə hərrac keçirilən zaman hər iki qulağının eşitməməsi səbəbi ilə evini özü almaqdan məhrum olmasına istinad etmiş və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Hərracın keçirilməsi videosuna baxış keçirilmiş, müəyyən olunmuşdur ki, hərrac keçirilən zaman İddiaçı yanında özü ilə birgə ona kömək məqsədilə gəlmiş şəxs olmuşdur. Digər tərəfdən, iddiaçının hərrac keçirilməsi zamanı eşitmə problemi olduğu halda, onun məhkəmə iclasında vəkillə təmin olunduğu kimi hərrac prosesində də hüquqi yardımdan istifadə etmək və ya nümayəndə ilə təmsil olunmaq hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman onun prosesləri eşitməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyi tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Salyan rayon İcra və Probasiya şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı (Salyan rayon İcra və Probasiya şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar