Məhkəmə qərarları › İş №e-2(005)-2080/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2080/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2080/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Əli Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1, blok 4, mərtəbə 12, mənzil 1217 (74430 manat dəyərində, 3 otaqlı, 128.0 kv.m) ünvanında yerləşən mənzilə dair maliyyə arayışının; xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1, blok 4, mərtəbə 12, mənzil 1218 (32500 manat dəyərində, 1 otaqlı, 65.0 kv.m) saylı mənzilə dair maliyyə arayışının; xx.xx.2013-cü il tarixli, 50 saylı, 51 saylı, 52 saylı, 53 saylı, 54 saylı, 55 saylı, 56 saylı, 57 saylı, 58 saylı, 59 saylı, 60 saylı, 61 saylı, 62 saylı, 63 saylı, 64 saylı, 65 saylı, 66 saylı, 67 saylı, 68 saylı, 69 saylı, 70 saylı, 71 saylı, 72 saylı, 73 saylı, 74 saylı, 75 saylı, 76 saylı, 77 saylı, 78 saylı, 79 saylı alğı-satqı müqavilələrinə əsasən ünvan 1də inşa edilmiş binanın cənub korpusunda yerləşən hər birinin sahəsi 18.0 kv. m. olan 30 qaraja dair maliyyə arayışlarının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, xx.xx.2013-cü il tarixli, 50 saylı, 51 saylı, 52 saylı, 53 saylı, 54 saylı, 55 saylı, 56 saylı, 57 saylı, 58 saylı, 59 saylı, 60 saylı, 61 saylı, 62 saylı, 63 saylı, 64 saylı, 65 saylı, 66 saylı, 67 saylı, 68 saylı, 69 saylı, 70 saylı, 71 saylı, 72 saylı, 73 saylı, 74 saylı, 75 saylı, 76 saylı, 77 saylı, 78 saylı, 79 saylı alğı-satqı müqavilələrinə əsasən ünvan 1də inşa edilmiş binanın cənub korpusunda yerləşən hər birinin sahəsi 18.0 kv.m.olan 30 qaraja dair maliyyə arayışlarının İddiaçı verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş binada yerləşən 2 mənzil və 30 qarajın alğısatqısına dair müqavilələr bağlanmışdır. Belə ki, onunla cavabdeh arasında ünvan 1, blok 4, mərtəbə 12, mənzil 1217 (74430 manat dəyərində, 3 otaqlı, 128.0 kv.m) ünvanında yerləşən mənzilin alğı-satqısına dair xx.xx.2010-cu il tarixdə və həmin ünvanda yerləşən mənzil 1218 (32500 manat dəyərində, 1 otaqlı, 65.0 kv.m) saylı mənzilin alğı-satqısına dair xx.xx.2011-ci il tarixdə müqavilələr bağlanmışdır. Eyni zamanda ünvan 1 ünvanında inşa edilən binada yerləşən hər birinin sahəsi 18.0 kv.m olan 30 qarajın alıq-satqısına dair xx.xx.2013-cü il tarixdə 50 saylı, 51 saylı, 52 saylı, 53 saylı, 54 saylı, 55 saylı, 56 saylı, 57 saylı, 58 saylı, 59 saylı, 60 saylı, 61 saylı, 62 saylı, 63 saylı, 64 saylı, 65 saylı, 66 saylı, 67 saylı, 68 saylı, 69 saylı, 70 saylı, 71 saylı, 72 saylı, 73 saylı, 74 saylı, 75 saylı, 76 saylı, 77 saylı, 78 saylı, 79 saylı müqavilələr bağlanmışdır. Müqavilələrin 1.1-ci və 2.1-ci bəndlərinə əsasən cavabdeh ünvan 1 ünvanında inşa edilən binanın tikintisi başa çatdıqdan sonra yeni tikilmiş binaya aid göstərilən qeyri-yaşayış sahəsi və mənzilləri vətəndaşa təhvil verməyi, alıcı isə “Qiymətin razılaşdırılması protokolu” ilə müəyyən olunmuş məbləğləri ödəməyi öz öhdəsinə götürmüşdür. Onun tərəfindən müvafiq mənzil və qarajlar üçün nəzərdə tutulmuş məbləğlər ödənilmiş, həmin əmlaklar alıcıya təhvil verilmişdir. Lakin müvafiq ödənişlər edilməsinə baxmayaraq satıcı müqavilələr üzrə maliyyə arayışlarını ona təqdim etməmişdir. Bu isə sözügedən daşınmaz əmlakların iddiaçının adına rəsmiləşdirilməsində maneələrə səbəb olur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, tərəflər arasında 40 qaraja və mənzillərə dair müqavilə bağlanmışdır. Müqavilə imzalanıb, maliyyə arayışı adı altında razılaşdırma protokolu və mədaxil qəbzi verilib. Bu da sənədləşdirmə işlərində problem yaradır. 10 qaraj və mənzillər, onların sənədləri təhvil verilmişdir. Digər qarajlara münasibətdə isə bildirirlər ki, guya qarajda təmir işləri görülüb və bunun qarşılığında pul ödənilməyib. Lakin onların qaraj üçün hər hansı işləri gördüklərinə dair heç bir sübutları yoxdur. 30 qaraj da onların istifadəsindədir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2013-cü il tarixli, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78 və 79 saylı müqavilələrdən görünür ki, “satıcı” Cavabdeh MMC cənub korpusunda yerləşən 18.0 kv.m ölçülü qarajları “alıcı” İddiaçı təhvil verməyi, sonuncu isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2013-cü il tarixli, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78 və 79 saylı müqavilələrə 1 saylı əlavə olan “Qiymətin razılaşdırılması protokolları”ndan və mədaxil qəbzlərindən görünür ki, müqavilələrin predmetləri olan qarajların hər birinin qiyməti 20000 manat məbləğində razılaşdırılmış və həmin vəsaitlər “alıcı” İddiaçı tərəfindən ödənilmişdir; - xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Cavabdeh MMC-dən müvafiq alğı-satqı müqavilələrinə əsasən maliyyə arayışlarının 7 gün ərzində təqdim edilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 036/2024 saylı aktından görünür ki, Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə məktub göndərilmiş, məktubu vermək cəhdi qapı bağlı olduğu üçün uğursuz olmuşdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh MMC ilə xx.xx.2013-cü il tarixdə rəsmi qaydada yazılı müqavilələr bağlayaraq, ünvan 1də inşa edilmiş binanın cənub korpusunda yerləşən hər birinin sahəsi 18.0 kv.m.olan 30 qarajın dəyərləri tam ödənildikdən sonra ona təhvil verilməsi barədə razılığa gəlmişlər. Hazırda iddiaçı qarajlara mülkiyyət hüququnu təsdiq edən çıxarışların alınması üçün zəruri sənəd olan maliyyə arayışlarının MMC tərəfindən ona verilməməsinə istinad edərək, məhkəmə tərəfindən həmin sənədlərin təqdim edilməsinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1-ci və 139-1.1.6-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən müqavilə öhdəliklərinin icra edilməsi iş materiallarında olan mədaxil qəbzləri ilə təsdiq edilir. İddiaçı tərəfindən müqavilələrin, razılaşdırma protokollarının və mədaxil qəbzlərinin əslləri təqdim edilmiş, cavabdeh isə dəfələrlə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu təqdim etməmişdir. İşin mübahisəli halı sözügedən qarajlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların alınması üçün zəruri sənəd olan maliyyə arayışının cavabdeh tərəfindən verilməməsi, yəni müqavilə öhdəliklərinin tam şəkildə icra edilməməsi ilə bağlıdır. Belə ki, qarajların təhvil verilməsi özlüyündə yalnız onların fiziki olaraq təhvil verilməsini deyil, həmçinin müvafiq rəsmiləşdirmənin aparılması üçün zəruri sənədlərin verilməsini də ehtiva edir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qeyd olunmalıdır ki, iddiaçının mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmasa da, həmin qeyri-yaşayış sahələri sonuncunun qanuni sahibliyi və istifadəsindədir. Beləliklə, işin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə müqavilələr bağlanmış və bununla da onlar arasında öhdəlik münasibətləri yaranmışdır. İddiaçı tərəfindən hər qarajın dəyəri qismində müəyyən olunmuş müvafiq məbləğlər cavabdehə ödənilmiş və bu barədə mədaxil qəbzləri təqdim edilmişdir. Hazırda qeyri-yaşayış sahələri iddiaçı tərəfindən qəbul olunmaqla onun istifadəsindədir. Belə olan halda iddiaçının qanuni sahibliyində və istifadəsində olan qarajlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların alınması üçün zəruri sənədlərin cavabdeh MMC tərəfindən verilməsindən imtina olunması əsassızdır və bu hal iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olur. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2013-cü il tarixli, 50 saylı, 51 saylı, 52 saylı, 53 saylı, 54 saylı, 55 saylı, 56 saylı, 57 saylı, 58 saylı, 59 saylı, 60 saylı, 61 saylı, 62 saylı, 63 saylı, 64 saylı, 65 saylı, 66 saylı, 67 saylı, 68 saylı, 69 saylı, 70 saylı, 71 saylı, 72 saylı, 73 saylı, 74 saylı, 75 saylı, 76 saylı, 77 saylı, 78 saylı və 79 saylı alğı-satqı müqavilələrinə əsasən ünvan 1də inşa edilmiş binanın cənub korpusunda yerləşən hər birinin sahəsi 18.0 kv.m olan 30 qaraja dair maliyyə arayışlarının iddiaçıya təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli, 50 saylı, 51 saylı, 52 saylı, 53 saylı, 54 saylı, 55 saylı, 56 saylı, 57 saylı, 58 saylı, 59 saylı, 60 saylı, 61 saylı, 62 saylı, 63 saylı, 64 saylı, 65 saylı, 66 saylı, 67 saylı, 68 saylı, 69 saylı, 70 saylı, 71 saylı, 72 saylı, 73 saylı, 74 saylı, 75 saylı, 76 saylı, 77 saylı, 78 saylı və 79 saylı alğı-satqı müqavilələrinə əsasən ünvan 1də inşa edilmiş binanın cənub korpusunda yerləşən hər birinin sahəsi 18.0 kv.m olan 30 qaraja dair maliyyə arayışlarının İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar