Məhkəmə qərarları › İş №e-2(005)-2106/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2106/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2106/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, GORENJE Ətçəkən, SAMSUNG Tozsoran üçün 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, GREE kondisioner üçün 272.6 (iki yüz yetmiş iki, altmış qəpik) manat ödənilməmiş hissə, 81.4 (səksən bir, qırx qəpik) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG Tozsoran üçün 124 (yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********87562 iPhone 12 Pro Max markalı telefon, Apple saat üçün 5069 (beş min altmış doqquz) manat ödənilməmiş hissə, 990 (doqquz yüz doxsan) manat dəbbə pulu ümumilikdə 6795 manat borc, 87.95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, GORENJE Ətçəkən, SAMSUNG Tozsoran, GREE kondisioner, SAMSUNG Tozsoran, İMEİ Kodu **********87562 iPhone 12 Pro Max markalı telefon, Apple saat almış və nəticədə 6795 (səkkiz min altı yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 644.4 (altı yüz qırx dörd manat, qırx qəpik) manat (18 ay x 35.8 manat + 200 manat ilkin ödəniş) olan GORENJE Ətçəkən, SAMSUNG Tozsoran üçün 220 (iki yüz iyirmi) manat olmaqla ondan 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 714.6 (yeddi yüz on dörd manat, altmış qəpik) manat (18 ay x 39.7 manat + 0 manat ilkin ödəniş) GREE Kondisioner üçün 354 (üç yüz əlli dörd) manat olmaqla ondan 272.6 (iki yüz yetmiş iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 81.4 (səksən bir manat, qırx qəpik) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 385.2 (üç yüz səksən beş manat, iyirmi qəpik) manat (12 ay x 32.1 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG Tozsoran üçün 162 (yüz altmış iki) manat olmaqla ondan 124 (yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5709.4 (beş min yeddi yüz doqquz manat, qırx qəpik) manat (18 ay x 300.8 manat + 295 manat ilkin ödəniş) olan İMEİ kodu **********87562 iPhone 12 Pro Max markalı telefon, Apple saat üçün 6059 (altı min əlli doqquz) manat olmaqla ondan 5069 (beş min altmış doqquz) manat ödənilməmiş hissə, 990 (doqquz yüz doxsan) manat dəbbə pulu miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1820 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Tələbiin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il , xx.xx.2020-ci il , xx.xx.2020ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, GORENJE Ətçəkən, SAMSUNG Tozsoran, GREE kondisioner, SAMSUNG Tozsoran, İMEİ Kodu **********87562 iPhone 12 Pro Max markalı telefon, Apple saat almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 644 manat pulu, aylıq 35.8 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 714.6 manat pulu, aylıq 39.7 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 385.2 manat pulu, aylıq 32.1 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə əlavədən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh 5,709.40 manat pulu, aylıq 300.80 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, GORENJE Ətçəkən, SAMSUNG Tozsoran üçün 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, GREE kondisioner üçün 272.6 (iki yüz yetmiş iki, altmış qəpik)manat ödənilməmiş hissə, 81.4 (səksən bir, qırx qəpik) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG Tozsoran üçün 124 (yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********87562 iPhone 12 Pro Max markalı telefon, Apple saat üçün 5069 (beş min altmış doqquz) manat ödənilməmiş hissə, 990 (doqquz yüz doxsan) manat dəbbə pulu, ümumilikdə, 6795 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda əsas borcu cəmi 5633,6 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 52 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 16 manata, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 81.4 manat cərimə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 27 manata, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 38 manat cərimə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 12 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 990 manat cərimə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 100 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 87.95 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 5633,6 manat ödənilməmiş hissə, 155 manat dəbbə pulu və 87.95 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 168 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 272,6 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 124 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5069 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu cəmi 5788,6 manat pul və 87.95 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar