Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-211/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı (Açar sözlər: mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DS-500 mm-lik yerüstü neft kəmərinin 126.9-cu km-də, 1-ci sırada kəmərə paralel, kəmərdən təqribən 1 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Ziya Bünyadov şosesi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan,Şirvan- Böyükşor DS-500 mm-lik yerüstü neft kəmərinin 126.9-cu km-də, 1-ci sırada kəmərə paralel, kəmərdən təqribən 1 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Ziya Bünyadov şosesi ünvanında Cavabdeh tərəfindənfərdi yaşayış evi, hasar və hörgü işlərinin aparılması və üzərinə suvaq vurulması faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “X8 X2 Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DS-500 mm-lik yerüstü neft kəmərinin 126.9-cu km-də, 1-ci sırada kəmərə paralel, neft boru kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Ziya Bünyadov şosesi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və çardağın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, evi ilə hasar arasında 6 metr məsafə vardır. Ev usə ondan 3 metr aralıda yerləşir. Qeyd olunan evdə müvəqqəti olaraq qeydiyyatdadırlar. Evin sənədi, çıxarışı yoxdur. O ərazidə yerləşən heç kəsin sənədi yoxdur. Lakin kommunal, su və s. digər bütün sənədlər öz adınadır. III. İşin faktiki halları: - SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul X6 mühafizəçilər X7 və X4 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2024-cu il tarixdə 6 saylı qarovulun 1-cı iş növbəsində saat 17:20-də 13-14 saylı postların ərazisində (Nərimanov rayonu. Ziya Bunyadov şossesı) Şirvan-Böyükşor DS 500 mm-lik yerüstü neft kəmərinin 126 9-cu km-də. 39 T 0406489, ******* saylı koordinat üzrə, 1-ci sırada kəmərə paralel, kəmərdən təqribən 1 metr aralı məsafədə naməlum şəxs tərəfindən köhnədən inşa edilmiş, hasarlanmış, içərəsində yaşayış olan evin həyətyanı sahəsinin mövcud hasarının üzərində 3 5 metr uzunluğunda 3 mişar daşı hündürlüyündə əlavə hörgü işlərinin aparılması və üzərinə suvaq vurulması aşkar edildi. Sözügedən ünvanda qapı bağlı olduğundan hüquqı prosesləri həyata keçirmək mümkün olmadı. Bununla bağlı ərazi üzrə icra nümayəndəsi Firdovsi adlı (əlaqə nömrəsi 070 614-06-90) şəxsə 17:10-da məlumat verildi. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə göstərilən sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 May 2017-ci il tarixli, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş Böyükşor Gölünün mühafizə zonasında yerləşir. Həmçinin Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1627,24 hektar ərazinin torpaqayırma sənədlərinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 may 2022-ci il tarixli 4/1392- 02-24 nömrəli müraciəti əsasında ********** nömrə ilə müvafiq “Yerquruluşu planı” tərtib edilmiş ümumi sahə (Böyükşor Gölünün mühafizəsi olan sahə) daxilindədir. Sözügedən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. - Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş Şirvan-Bakı Dş-500 mm magistral neft kəməri haqqında Arayışla müəyyən olunur ki, uzunluğu 134.276 km olan Şirvan-Bakı Dş- 500 mm-lik (şərti diametri 500 mm-dir) yerüstü magistral neft kəmərinin tikintisinə 1963-cü ildə başlanılmş və xx.xx.1964-cü ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Kəmərin ilkin layihə təzyiqi 4.5 MPa, işç təzyiqi isə 2.5 MPa-dır. Kəmərlə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin NQÇİ-ləri və Əməliyyat şirkətləri tərəfindən hasil edilən neftlər H.Əliyev adına Bakı Neft Emalı Zavoduna nəql olunur. Neft kəmərinin tikintisi SSRİ "Baş Qaz Cənub Qaz Kəmər Tikinti Tresti" tərəfindən aparılmışdır. Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və X9 tərəfindən istismar olununr. Neft kəməri 1964-cü ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir və İddiaçı balansındadır. - Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş Şirvan-Bakı Dş500 magistral neft kəməri haqqında arayışdan görünür ki, uzunluğu 134,324 km olan Şirvan-Bakı Dş500 yerüstü magistral neft kəmərinin tikintisinə 1963-cü ildə başlanılmış və xx.xx.1964-cü ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Kəmərin ilkin layihə təzyiqi 4,5 MPa, işç təzyiqi isə 2,5 MPa-dır. Neft kəmərinin tikintisi SSRİ “Baş Cənub Qaz Kəmər Tikinti Tresti” tərəfindən aparılmışdır. Kəmərlə “Salyan Oyl”, Şirvan OYL və Qarasu ƏŞ-nin, Muradxanlı İNM, “Neftçala” ƏŞ, “Binəqədi” OYL “Ümid- Babək” ƏŞ, ’’Azneft” İB-nin Əmirov NQÇİ, Nərimanov NQÇİ, Bibi- Heybət NQÇl-i tərəfindən hasil edilən neftlər X13 nəql edilir. Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və X9 tərəfindən istismar olunur. Neft kəməri 1964cü ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir və Neft Kəmərləri İdarəsinin balansındadır. Magistral Şirvan-Bakı Dş500 yerüstü magistral neft kəmərinin mühafizəsi SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən həyata keçirilir. “X8 X2 Qaydaları”nın 6-cı bəndinə əsasən magistral boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən torpaq sahələri şərti xətlərlə məhdudlaşdırılır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -22.2-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. -55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqlabağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. -66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. -67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. -67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. -111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının: 4.1-ci bəndinə əsasən, İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: 1)İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci maddəsinə əsasən, "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: 1)bina və qurğuların tikintisi. 6.2-ci maddəsinə əsasən, "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. -180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “X8 X2 Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir (6.3). Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır (6.7). Məhkəmə araşdırması zamanı Nərimanov rayonu, Ziya Bünyadov şosesi ünvanında yerləşən fərdi yaşayış evinin və onun ətrafında olan tikililərin Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsi, əgər yerləşirsə nə qədər məsafədə yerləşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli ünvana keçirilmiş yerli baxış, habelə mütəxəssis rəyinin verilməsi məqsədilə mütəxəssislər tərəfindən ünvana baxış keçirilərkən müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi bir mərtəbəli olub, divarları mişarlanmış əhəng daşları ilə hörülmüş, dam hissəsi ağac konstuksiyalarla 4 enişli çardaq şəklində quraşdınlaraq metal şiferlərlə örtülmüşdür. Yaşayış evi qarşı tərəfdən küçə ilə, sağ tərəfdən qonşu evlərlə, sol və arxa tərəfdən boş sahə ilə əhatə olunmuşdur. Yaşayış evinin küçə tərəfə olan hissəsi mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Eyni zamanda baxış zamanı, tədqiq olunan yaşayış evinə paralel şəkildə, küçənin digər tərəfindən DŞ500 mm-lik Şirvan-Böyükşor yerüstü neft kəmərinin çəkildiyi müəyyən olunmuşdur. “X3” MMC-nin 29 sentyabr 2025-ci il tarixli ET-084/T/25 nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov şossesi ünvanında Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.9-cu km-də, 1-ci sırada kəmərə paralel şəkildə Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “X8 X2 Qaydalarf’nın Magistral neft boru kəmərlərinin mühafizə zonaları və istismarı bölməsinin (Vİ bölmə) 6.3. bəndinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov şossesi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın magistral neft boru kəmərlərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin qarşı və yan tərəflərində, yəni mühafiz zolağı daxilində başqa-başqa vətəndaşlara məxsus yaşayış evləri də mövcuddur. Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov şossesi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərindən 9,3 metr, hasar isə 6,4 metr aralı məsafədə yerləşir. Göründüyü kimi ekspert rəyi ilə frədi yaşayış evi və hasarın birbaşa neft kəmərinin mühafizə zonasında yerləşməsi öz təsdiqini tapır. Məhkəmə iş üzrə təqdim edilən sübutları nəzərdə keçirərək hesab edir ki, “X3” MMCnin 29 sentyabr 2025-ci il tarixli ET-084/T/25 nömrəli mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilməli və rəy üzrə gəlinən nəticə nəzərə alınmalıdır. “X8 X2 Qaydaları”nın tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. “X8 X2 Qaydaları”na əsasən boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir (6.7). Məhkəmə araşdırması zamanı, cavabdeh tərəfindən həmin tikilinin inşa edilməsinə dair neft kəmərlərini istismar edən iddiaçı təşkilat, müvafiq yerli icra hakimiyyəti orqanları və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırılması, bu barədə yazılı razılığı, icazənin alınmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bu hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Halbuki, “X8 X2 Qaydalarının” tələbinə əsasən X8 mühafizə zonasında hər hansı tikinti işlərinin aparılması üçün qeyd edilən razılaşdırılmanın aparılması və yazılı icazənin alınması imperativ norma kimi qeyd edilmişdir. İndiki halda isə cavabdeh tərəfindən həmin tələblərə əməl edilməmiş, qanunvericiliyin tələbləri, habelə qeyd edilən qaydaların tələbləri pozulmuşdur. Fərdi yaşayış evi SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mmlik yerüstü neft kəmərindən 9,3 metr, hasar isə 6,4 metr metr məsafədə yerləşdiklərinə görə neft kəmərlərinin 50 metrlik mühafizə zonasına düşür. Hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur, bununla da iddia tələbinə əsasən cavabdehin hüquqlarına müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. Avropa Məhkəməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığmı göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yerüstü neft kəmərinin mühafizə zolağında yerləşdikləri üçün, iddiaçının mübahisəli tikililərin sökülməsi tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh müharibə veteranıdır (009896 saylı vəsiqə). Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmasına baxmayaraq, cavabdeh müharibə veteranı olmaqla dövlət rüsumu ödənilməsindən azad olunduğundan, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, işə baxılması ilə əlaqədar mütəxəssis xərci cavabdehdən tutularaq “X3” MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DS-500 mm-lik yerüstü neft kəmərinin 126.9-cu km-də, 1-ci sırada kəmərə paralel, neft boru kəmərinin mühafizə zonasında (9.3 metr və 6.4 metr aralıda yerləşən) Nərimanov rayonu, Ziya Bünyadov şosesi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DS-500 mm-lik yerüstü neft kəmərinin 126.9-cu km-də, 1-ci sırada kəmərə paralel, neft boru kəmərinin mühafizə zonasında (9.3 metr və 6.4 metr aralıda yerləşən) Nərimanov rayonu, Ziya Bünyadov şosesi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-211/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-211/2025
27.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver