Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2137/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı fərdi yaşayış evi üzərində İddiaçı 2/5 hissədə, qardaşı Cavabdeh1 2/5 hissədə və digər qardaşı Cavabdeh2 isə 1/5 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının X3 iddiaçının anası Şərifova (Həsənova) Validə İsgəndər qızı ilə xx.xx.1973-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.1980-ci il təvəllüdlü X13, xx.xx.1973-cii il təvəllüdlü X15, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Anası Şərifova (Həsənova) Validə İsgəndər qızı xx.xx.2010-cu il tarixində ölmüşdür. X3 isə xx.xx.2021-ci ildə ölmüşdür. Hal-hazırda atasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı ev miras qalmışdır. Bununla əlaqədar olaraq İddiaçı xx.xx.2021-ci il tarixində Bakı şəhəri 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək atasından miras qalmış daşınmaz əmlak üzərində mirasın bölüşdürülməsi ilə bağlı müraciət etmişdir. Bakı şəhəri 3 saylı Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 194 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri 3 saylı Notariat ofisində onun və digər vərəsələrin müraciəti əsasında xx.xx.2021- ci ildə vəfat etmiş X8 xx.xx.2021-ci il tarixdə 37 nömrə ilə vərəsəlik işi açılmışdır. O və qardaşları Cavabdeh1 ilə Cavabdeh2 mirasdan özlərinə düşən payı qəbul etmisiniz. X1 onun xeyrinə, digər bacısı X15 isə qardaşı Cavabdeh1 xeyrinə mirasdan imtina etmişdir. Qardaşı Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğunu bildirmiş və vərəsəlik işinin məhkəmədə həll olunanadək dayandırılmasını xahiş etmişdir. Ona görə də atasından miras qalmış əmlak üzərində payların müəyyən edilməsi ilə bağlı hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. X2 atasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı evdə ona düşən paydan iddiaçının xeyrinə imtina etdiyinə görə və digər bacısı X15 isə atasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı evdə ona düşən paydan qardaşı Cavabdeh1 xeyrinə imtina etdiyinə görə atasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı evdə hal-hazırda İddiaçı 2/5 hissədə, qardaşı Cavabdeh1 2/5 hissəsində və digər qardaşı Cavabdeh2 isə 1/5 hissədə payları müəyyən edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 izahat verərək iddia tələbləri ilə razı olduğunu bildirmiş, digər cavabdeh və Cavabdeh2 isə iddia tələbini qəbul etmədiyini, ona 1/5 hissədə pay verilməsi ilə razılaşmadığını bildirmişdir. ayrı-ayrılıqda qlarını bildirdilər. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X11 və X4 nikahı haqqında xx.xx.1973-cü il tarixdə 282 nömrəli akt qeydi aparılmışdır. Ərə Həsənov, arvada Həsənova soyadları verilmişdir. İİ-JQ 415606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1973cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası X7r. Bakı Şəhəri Nəsimi Rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ 336698 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası X7r. İİİ-SL 351576 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1980ci il tarixdə Qafan rayonunda doğulmuşdur. X3, anası X7r. İV-SL 463281 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Qafan rayonunda doğulmuşdur. X3, anası X7r. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ 160261 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə ölmüşdür və bu barədə xx.xx.2010-cu il tarixdə 722 nömrəli qeyd aparılmışdır. 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ 194955 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə xx.xx.2021-ci il tarixdə qeyd aparılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı fərdi yaşayış evi X8 tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Cavabdeh2 tərəfindən Bakı şəhəri 3 saylı notariat ofisinin notariusu X19 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 miras əmlakın bölüşdürülməsi ilə bağlı aralarında mübahisə olduğuna görə məhkəmədə həll olunanadək vərəsəlik işinin dayandırılmasını xahiş etmişdir. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış **********181 nömrəli ərizədə qeyd olunur ki, xx.xx.2021-ci il tarixdə X3 vəfat etmişdir. Miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı fərdi yaşayış evidir. İddiaçı başqa aşağıdakı vərəsələr var: mərhumun oğlu Cavabdeh1; Cavabdeh2; X15; X13. X13 tərəfindən notariat ofisinə ünvanlanmış **********769 nömrəli ərizədən görünür ki, X13 xx.xx.2021-ci ildə vəfat etmiş X3ndan irs qalmış mirasın X10 çatası hissəsindən qardaşı İddiaçı xeyrinə imtina etmişdir. X15 tərəfindən notariat ofisinə ünvanlanmış **********770 nömrəli ərizədən görünür ki, X15 xx.xx.2021-ci ildə vəfat etmiş X3ndan irs qalmış mirasın X12 çatası hissəsindən qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X11 və X9 xx.xx.1973-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından İddiaçı, Cavabdeh1, Cavabdeh2, X15 və X13 doğulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı fərdi yaşayış evi X8 mülkiyyəti olmuşdur. X9 xx.xx.2010-cu il tarixdə, X11 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bundan sonra İddiaçı müraciəti əsasında vərəsəlik işi açılmışdır. İddiaçı, Cavabdeh1, Cavabdeh2, X15 və X13 vərəsələr qismində, Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı fərdi yaşayış evi isə miras əmlak qismində tanınmışdır. X13 bu əmlakdan ona çatası paydan İddiaçı xeyrinə, X15 isə Cavabdeh1 xeyrinə imtina etmişdir. Cavabdeh2 sonradan notariat ofisinə müraciət edərək, məhkəmə mübahisəsinin olması səbəbindən vərəsəlik işinin dayandırılmasını xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Göründüyü kimi, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü maddəsinə görə, mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 108-ci bəndində qeyd edilmişdir ki, xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil, motosikl, motorlu qayıq və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün notarius həmin əmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu, gəmi şəhadətnaməsini və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 159.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 vərəsələri olaraq İddiaçı, Cavabdeh1, Cavabdeh2, X15 və X13 müəyyən olunmuşdur. Miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı fərdi yaşayış evi təşkil edir. Vərəsələr 5 fiziki şəxsdən ibarət olduğundan miras əmlakdan onların hər birinə 1/5 hissədə pay çatmalıydı. X5 ona çatası paydan İddiaçı xeyrinə, X15 isə Cavabdeh1 xeyrinə imtina etmişdir. Beləliklə İddiaçı və Cavabdeh1 hər birinə 2/5 hissədə, Cavabdeh2 isə 1/5 hissədə pay çatmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri qanuni və əsaslıdır, buna görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını tələb etmədiyindən ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Vladislav Plotnikov küçəsi, 83 saylı fərdi yaşayış evi üzərində İddiaçı 2/5 hissədə, Cavabdeh1 2/5 hissədə və Cavabdeh2 1/5 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2137/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2137/2023
12.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver