Məhkəmə qərarları › İş №e-2(005)-2187/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2187/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2187/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 8080,94 (səkkiz min səksən manat doxsan dörd qəpik) manat sığorta ödənişinin iş üzrə ödənilmiş 100,81 (yüz manat səksən bir qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin Cavabdeh tutularaq, "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf xx.xx.2022-ci il tarixində “Elektron Məhkəmə Sistemi” vasitəsilə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğundur, cavabdehlər işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını tələb etdiyindən, məhkəmə prosesləri gedişatında ekspertiza keçirilməsi ilə bağlı xərc iddiaçı "xxxx" ASC-dən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddiaçının ərizəsi təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılsın. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olaraq 100 manat pul vəsaiti iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar