Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2189/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN LG üçün 655 manat ödənilməmiş hissə, 65 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG TV, TERMOPOT PANASONİC, MAŞA PHİLİPS üçün 349 manat ödənilməmiş hissə, 34 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ÜTÜ PHİLİPS markalı telefon üçün 130 manat ödənilməmiş hissə, 13 manat cərimə; ümumilikdə 1246 manat borc, 32.46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG, Samsung TV, TERMOPOT PANASONİC, MAŞA PHİLİPS, ÜTÜ PHİLİPS markalı telefon almış və nəticədə 1246 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4822 manat (24 ay x 177 manat + 574 manat ilkin ödəniş) PALTARYUYAN LG üçün ümumilikdə 720 manat olmaqla, ondan 655 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 3278 manat (24 ay x 135 manat + 38 manat ilkin ödəniş) SAMSUNG Tv, TERMOPOT PANASONİC, MAŞA PHİLİPS üçün ümumilikdə 383 manat olmaqla, ondan 349 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 manat (18 ay x 17.5 manat + 0 manat ilkin ödəniş) ÜTÜ PHİLİPS üçün ümumilikdə 143 manat olmaqla, ondan 130 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 7281 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilən xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək öhdəliklərini imkanı çatan qədər qismən də olsa, ödəyəcəyi üçün ABC Teelecom MMC-nin məhkəmə müraciətinə etiraz etdiyini və aylıq ödənişlərini tam ödəyə bilmədiyini təsdiq edən sübut və dəlillərini məhkəməyə təqdim etmək üçün ona şərait yaradılaraq məhkəmə iclası təyin edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırıb ki, Cavabdeh ABC Telecom MMC-nin uzun müddət müsbət müştərisi olmuş və hər zaman öhdəliklərini, aylıq ödənişlərini heç bir zaman gecikmə olmadan vaxtı-vaxtında ödəmişdir. Lakin son vaxtlar ondan asılı olmayan səbəblərdən, maddi və fiziki vəziyyəti ilə bağlı müqavilədə qeyd olunan aylıq ödənişi ödəyə bilməsə də, hər ay stabil 20 AZN ödəniş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından və iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatlarının alınmasına zərurət yarandığından, məhkəmə tərəfindən hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh səhhətində problemlər olduğunu, bununla əlaqədar ödəmələrdə gecikmələr yaşandığını bildirdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, 22053193 saylı müqavilənin məzmunundan görünür ki, ÜTÜ PHİLİPS markalı məhsulun alıcıya satılması barədə müqavilə bağlamış və bunu cavabdeh öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 18 ay müddətinə hər ay 17.50 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01018135 saylı müqavilənin məzmunundan görünür ki, PALTARYUYAN LG markalı məhsulun alıcıya satılması barədə müqavilə bağlamış və bunu cavabdeh öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 24 ay müddətinə hər ay 177 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00896109 saylı müqavilənin məzmunundan görünür ki, Samsung TV, TERMOPOT PANASONİC, MAŞA PHİLİPS markalı məhsulların alıcıya satılması barədə müqavilə bağlamış və bunu cavabdeh öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 24 ay müddətinə hər ay 135 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh cəmi 1134 manat əsas borc, 112 manat cərimə olmaqla, cəmi 1246 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 32.46 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 32.46 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1134 manat əsas borc, 112 manat cərimə olmaqla, cəmi 1246 manat pul və ödənilmiş 32.46 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1134 manat əsas borc, 112 manat cərimə pulu olmaqla, cəmi 1246 (bir min iki yüz qırx altı manat) manat pul və ödənilmiş 32.46 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2189/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2189/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver