Məhkəmə qərarları › İş №e-2(005)-2213/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2213/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2213/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə iddia icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X7 üçün, 5208.2 (beş min iki yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1603.8 (bir min altı yüz üç manat səksən qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********49124 X4 10 markalı telefon üçün, 352.5 (üç yüz əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 100.5 (yüz manat əlli qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Tozsoran Samsung üçün, 106.4 (yüz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 32.6 (otuz iki manat altmış qəpik) manat dəbbə, ümumilikdə 7404 manat borc, 94.04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X7, İmei kodu **********49124 X5 10 markalı telefon Tozsoran Samsung almış və nəticədə 7404 (yeddi min dörd yüz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5349.96 (beş min üç yüz qırx doqquz manat doxsan altı qəpik) manat (18 ay x 297.22 manat + 0 manat ilkin ödəniş) olan X7 üçün ümumilikdə, 6812 (altı min səkkiz yüz on iki) manat olmaqla ondan, 5208.2 (beş min iki yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1603.8 (bir min altı yüz üç manat səksən qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 810 (səkkiz yüz on) manat (12 ay x 67.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********49124 X4 10 markalı telefon üçün ümumilikdə, 453 (dörd yüz əlli üç) manat olmaqla ondan, 352.5 (üç yüz əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 100.5 (yüz manat əlli qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Samsung üçün ümumilikdə, 139 (yüz otuz doqquz) manat olmaqla ondan, 106.4 (yüz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 32.6 (otuz iki manat altmış qəpik) manat dəbbə; Cavabdehin xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 816.86 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ilə bağlı məlumatı vardır. Hal-hazırda işləmədiyi üçün və sağlamlığı ilə bağlı işləmək həkimlər tərəfindən məsləhət görülmədiyi üçün ödənişdə problem yaranmışdır. Hazırda müalicəsi davam etsə də, nəticə yaxşılığa doğru gedir. İş üçün müraciət etmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir, sadəcə ona işə başlamağı üçün və hissə-hissə ödəniş etməyi üçün vaxt verib köməklik göstərilməsini xahiş edir. Uzun müddət “Kontakt Home” müştərisi olmuşdur, heç bir problem yaratmamışdır. Sadəcə son ödənişlər qeyd etdiyi səbəblərə görə gecikmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 23085144 №-li xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alqı-satqı qiyməti 810 (səkkiz yüz on) manat olan X5 10 markalı telefon almışdır. - Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 22250576 №-li xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat olan Samsung Tozsoran almışdır. - Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış ******* №-li xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alqı-satqı qiyməti 5349.96 (beş min üç yüz qırx doqquz manat doxsan altı qəpik) manat olan X7 almışdır. - xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Ödəniş cədvəlinə əlavələrdən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. - 29.04.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X7 üçün, 5208.2 (beş min iki yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1603.8 (bir min altı yüz üç manat səksən qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********49124 X4 10 markalı telefon üçün, 352.5 (üç yüz əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 100.5 (yüz manat əlli qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Tozsoran Samsung üçün, 106.4 (yüz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 32.6 (otuz iki manat altmış qəpik) manat dəbbə, ümumilikdə borcu 7404 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh qalıq borcunun tam dəyərinin və gecikmiş günlərə görə hesablanmış peniya məbləğinin qısa müddət ərzində ödənilməsi tələb olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında “Xiaomi Redmi” Note 10 markalı telefonu, “Samsung” tozsoran və “Samsung” Led Tv-nin cavabdehə satılmasına dair xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Müqavilələr üzrə öhdəliklər iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq yerinə yetirilmiş, cavabdeh məhsulları iddiaçıdan təhvil almışdır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmiş, bununla da müqavilənin şərtləri pozulmuşdur. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 106,4 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 352,5 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5208,2 manat əsas borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 32,6 manat, xx.xx.2021ci il tarixli müqavilə üzrə 100,5 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1603,8 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb edilən cərimə pulunun miqdarının müqavilələr üzrə yaranmış əsas borc məbləğinə mütənasib olmadığından tənasübsüz surətdə yüksək hesablanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100,5 manat cərimə borcunun 10 manat həddinədək və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1603,8 manat cərimə borcunun 16 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 94,04 manat dövlət rüsumunun iddia tələbinin təmin edildiyi hissəsinə mütənasib olaraq 73 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X7 üçün, 5208.2 (beş min iki yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********49124 X6 10 markalı telefon üçün 352.5 (üç yüz əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Tozsoran Samsung üçün 106.4 (yüz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 32,6 (otuz iki manat altmış qəpik) manat cərimə olmaqla ümumilikdə 5725,7 (beş min yeddi yüz iyirmi beş manat yetmiş qəpik) manat borc və 73 (yetmiş üç) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X7 üçün, 5208.2 (beş min iki yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********49124 X6 10 markalı telefon üçün 352.5 (üç yüz əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Tozsoran Samsung üçün 106.4 (yüz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 32,6 (otuz iki manat altmış qəpik) manat cərimə olmaqla ümumilikdə 5725,7 (beş min yeddi yüz iyirmi beş manat yetmiş qəpik) manat borc və 73 (yetmiş üç) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar