Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2220/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun etibarsız hesab edilməsi və borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 22 fevral 2024-cü il tarixli 027877 nömrəli akt-protokolun etibarsız hesab edilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 49 nömrəli bağ evi ilə bağlı hesablanmış sayğacın dəyəri olaraq 4132 manat borc məbləğini silmək vəzifəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı istehsalçı tərəfindən aparılmış yoxlamaların nəticəsində tərtib edilmiş protokolun və hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Normaların məzmunundan aydın olur ki, iddiası istehlakçı hüquqlarının müdafiəsi barədə iddiasını öz seçməsinə görə yaşadığı yerə, müqavilənin bağlandığı yerə, icra edildiyi yerə görə, və ya cavabdehin qeydiyyat ünvanı üzrə verə bilər. İddia ərizəsinə iddiaçının yaşayış ünvanı barədə sənəd əlavə olunmadığından onun yaşayış ünvanını müəyyən etmək olmur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsinin məlumatlarından iddiaçının qeydiyyat ünvanının ünvan 1ıdır. Sayğacın yerləşdiyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müraciətə cavab məktubunu göndərdiyi ünvan isə ünvan 2 49 nömrəli bağ evidir. Həmçinin “AZEMİS” elektron məhkəmə informasiya sistemində məlumatlardan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanının AZ1065, ünvan 3yən olunur. Beləliklə, iddiaçının iddia ərizəsi verilən zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 36.9-cu maddələrinin tələblərinə əməl etmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun etibarsız hesab edilməsi və borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun etibarsız hesab edilməsi və borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2220/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2220/2024
19.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver