Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2243/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 Saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Azadlıq prospekti 150A saylı evin 29 saylı mənzilinə dair Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarxili Qeydiyyat Vəsiqəsinin ona - Musayeva (Qasımova) Kəmalə Nəsrəddin qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə Dəvəçi rayonuda anadan olmuşdur. Qızlıq soyadı “Qasımova” olmuşdur. xx.xx.2007-ci ildə X10 ilə rəsmi nikaha girməklə evlənmişdir. Nikaha girdikdən sonra soyadı “Musayeva” olmuşdur. O, nikaha girməzdən öncə, yəni 1993-cü ildə Bakı şəhəri Azadlıq prospekti 150A saylı evin 29 saylı mənzilini sosial kirayə müqaviləsi əsasında əldə etmişdir və Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən həmin mənzil onun mülkiyyətindədir. Hazırda o, mülkiyyətində olan Bakı şəhəri Azadlıq prospekti 150A saylı evin 29 saylı mənzilində yaşayır. Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli Qeydiyyat vəsiqəsində onun adı X2 qeyd edilmişdir. O, ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarxili Qeydiyyat vəsiqəsində ata adına düzəliş edərək “X6” qeyd edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ona xx.xx.2025-ci il tarixli məktub göndərərək bildirmişdir ki, “X7” ilə “Ərizəçi”nın eyni şəxs olmasının təsdiq edən sənəd təqdim olunacağı təqdirdə məsələyə yenidən baxılacaqdır. Buna görə də o, Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarxili Qeydiyyat Vəsiqəsində Ərizəçi ata adının “Nürəddin” əvəzinə “Nəsrəddin” olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, o 1993-cü ildən həmin mənzildə yaşayır. Bacı və qardaşlarında ata adı düzgün - “Nəsrəddin” kimi qeyd olunmuşdur. Qalan heç bir sənəddə onun ata adı səhv göstərilməmişdir. Ancaq qeydiyyat vəsiqəsində yanlışlıqla Nəsrəddin əvəzinə Nurəddin qeyd olunmuşdur. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatlarını dinləyərək və mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. X1, anası Qasımova Fatmanisədir; - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 nikahları xx.xx.2007-ci il tarixdə bağlanmışdır; - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bələdiyyə mülkiyyəti və zəlləşdirmə idarəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 17 iyun 1993-cü il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Azadlıq prospekti 150A saylı evin 29 saylı mənzili X3 şəxsi mülkiyyətindədir; - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 30113458 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Azadlıq prospekti 150A saylı evin 29 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Azadlıq prospekti 150A saylı evin 29 saylı mənzili hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrində X4 adına ilkin qeydiyyata alınmışdır. Ərizəçi X9 ilə eyni şəxs olması barədə sənədlər təqdim olunacağı təqdirdə ərizədə qeyd olunan məsələyə baxılacağı bildirilmişdir; Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Onlar 2007-ci ildə ailə həyatı qurmuşlar. Mənzil onlar ailə həyatı qurmamışdan əvvəl alınmışdır. Evlənən vaxtdan etibarən orada yaşayırlar. Ərizəçinin atası 1987-ci ildə vəfat etmişdir. Adı Nəsrəddin idi. Qeydiyyat Vəsiqəsindən başqa qalan bütün sənədlərdə ata adı Nəstəddin olaraq yazılmışdı. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi Bakı şəhəri Azadlıq prospekti 150A saylı evin 29 saylı mənzilinin onun adına qeydiyyata alınması barədə xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsində ata adının yanlış olaraq “Nəsrəddin” əvəzinə “Nurəddin” kimi qeyd edilməsinə və müvafiq orqanın sənəddə düzəliş etməkdən imtina etməsinə istinad edərək həmin qeydiyyat vəsiqəsinin ona məxsusluğu faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Hazırki iş üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubu ilə onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş qeydiyyat vəsiqəsinə başqa qaydada düzəliş edilməsi mümkün olmamışdır. İş materiallarından göründüyü kimi, ərizəçinin şəxsiyyətini müəyyən edə bilmək üçün kifayət qədər sübut (doğum və nikah haqqında şəhadətnamə və s.) məhkəməyə təqdim edilmiş, eləcə də şahid ifadəsi dinlənilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsində, eləcə də nikah haqqında şəhadətnamədə atasının adı “Nəsrəddin” olaraq qeyd edilsə də, mübahisələndirilən qeydiyyat vəsiqəsində yanlışlıqla “Nürəddin” kimi yazılmışdır. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli Qeydiyyat Vəsiqəsi Ərizəçi məxsusdur. Qeydiyyat vəsiqəsində yanlışlıqla “X6” əvəzinə “X7” göstərilmişdir. Qeydiyyat vəsiqəsi hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin düzəldilməsi başqa qaydada mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin ata adının qeydiyyat vəsiqəsində səhv göstərilməsi iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və şahid ifadəsindən də görünür ki, mübahisələndirilən mənzil ərizəçinin istifadəsində və sahibliyindədir. Göstərilənlərə əsasən, qeydiyyat vəsiqəsinin ərizəçiyə məxsus olmasının müəyyən edilməsi barədə ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Azadlıq prospekti 150A saylı evin 29 saylı mənzilinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30113458 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin Musayeva (Qasımova) Kəmalə Nəsrəddin qızına məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Azadlıq prospekti 150A saylı evin 29 saylı mənzilinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin Musayeva (Qasımova) Kəmalə Nəsrəddin qızına məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2243/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2243/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver