Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2267/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, “Qızıl zəmanət ultra 3 il” xidməti, Case, İMEİ kodu **********11765 Samsung Galaxy A55 5G markalı telefon üçün 785,76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat, 78,58 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Qızıl zəmanət ultra 2 il” xidməti, İMEİ kodu **********63313 Honor X8B markalı telefon üçün 720 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat, 72 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Zəmanət + 2 il” xidməti, "Smart saatın quraşdırılması” xidməti, “Apple watch SE 2 44mm” qol saatı üçün 571,26 manat ödənilməmiş hissə, 57,13 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Qızıl zəmanət ultra 2 il” xidməti, "X1 KR Pro" qol saatı, "Aiwa AT" qulaqlıq üçün 92 manat ödənilməmiş hissə, 9,20 manat cərimə borcunun, ümumilikdə 2433,12 manat borc və 44,34 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, “Samsung Galaxy A55 5g”, Case, İMEİ Kodu **********11765 olan “Samsung Galaxy A55 5G markalı telefon”, İMEİ Kod **********63313 olan “Honor X8B” markalı telefon, "Smart saatın quraşdırılması” xidməti, “Apple Watch SE 2 44 mm” qol saatı, X2 Kr Pro qol saatı, Aiwa At qulaqlıq almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1329.96 manat olan “Samsung Galaxy A55 5g”, Case, İMEİ KODU **********11765 olan “Samsung Galaxy A55 5g” markalı telefon üçün ümumilikdə, 887.94 manat olmaqla ondan, 785.76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 78.58 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 720 manat olan İMEİ kod **********63313 olan “HONOR X8B” markalı telefon üçün ümumilikdə, 815.60 manat olmaqla ondan 720 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 72 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1089 manat (18 ay x 60.50 manat + 0 manat ilkin ödəniş) olan, "smart saatın quraşdırılması” xidməti, “Apple Watch SE 2 44 mm “ qol saatı üçün ümumilikdə, 628.39 manat olmaqla ondan, 571.26 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57.13 manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 420.12 manat (18 ay x 23.34 manat + 0 manat ilkin ödəniş) olan, “X2 Kr Pro” qol saatı, “Aıwa At” qulaqlıq üçün ümumilikdə, 101.20 manat olmaqla ondan, 92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.20 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 845.86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 07262161 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 720 manat olan İMEİ kodu **********63313 “Honor X8B” markalı telefonu 12 ay müddətinə, aylıq 60 manat ödəmə şərtilə almışdır. Qeyd edilən məhsul 120 manat qızıl zəmanətlə təmin edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09415586 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1329,94 manat olan **********11765 İMEİ kodlu “Samsung Galaxy A55 5G” markalı telefonu və digər məhsulları 12 ay müddətinə, aylıq 110,83 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03474059 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 420 manat olan “X1 KR Pro” qol saatı və “Aiwa AT” qulaqlıq məhsulunu 18 ay müddətinə, aylıq 23,34 manat ödəmə şərtilə almışdır. Qeyd edilən məhsul 46 manat qızıl zəmanətlə təmin edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 14485188 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1088.94 manat “Apple watch SE 2 44mm” 18 ay müddətinə, aylıq 60.5 manat ödəmə şərtilə almışdır. Qeyd edilən məhsul “Zəmanət + 2 il” xidməti ilə təmin edilmişdir. İş materiallarında olan əşyaların təhvil-təslim aktlarının surətlərindən görünür ki, Cavabdeh 07262161, 09415586, 03474059 və 14485188 nömrəli müqavilələr ilə ona satılan malları qüsursuz təhvil almışdır. İş materiallarında olan xx.xx.2025 -ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 328,12 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 92 manat əsas, 9,20 manat cərimə borcu manat olmaqla, cəmi borcu 101,2 manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 517,74 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 571,26 manat əsas, 57,13 manat cərimə borcu olmaqla, cəmi borcu 628,39 manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan ödəniş etməmişdir. Həmin müqavilə üzrə 720 manat əsas, 72 manat cərimə borcu olmaqla, cəmi borcu 376 manat təşkil edir.xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 544,2 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 785,76 manat əsas, 78,58 manat cərimə borcu olmaqla, cəmi borcu 887,94 manat təşkil edir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 63,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqavilələrin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 92 manat, cərimə borcuna görə 9,20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 571,26 manat, cərimə borcuna görə 57,13 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 720 manat, cərimə borcuna görə 72 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 785,76 manat, cərimə borcuna görə 78,58 manat olmaqla, ümumi 2433,12 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələrdə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində “İnnovativ Layihələr Mərkəzi"nə ödənilən rüsumun da cavabdehdən tutulmasını xahiş etsə də, bu ödənişi təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 785,76 manat, cərimə borcuna görə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 720 manat, cərimə borcuna görə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 571,26 manat, cərimə borcuna görə 10 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 92 manat, cərimə borcuna görə 5 manat, cəmi 2223,76 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 44,34 manat pulun 40.5 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 785,76 manat əsas, 20 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 720 manat əsas, 20 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 571,26 manat əsas, 10 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 92 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 2223,76 (iki min iki yüz iyirmi üç manat, yetmiş altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 44,34 manat pulun 40.5 (qırx manat, əlli qəpik) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2267/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2267/2025
02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver