Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2296/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" QSC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, iddiaya sadələşdirilmiş icraat qaydasında kiçik iddia kimi deyil, iddia icraatı qaydasında baxılmalı olduğu müəyyən edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı prosesdə nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında işirak edən Cavabdeh iddiaçıya olan borcunu tam ödədiyini bildirərək işə mahiyyəti üzrə baxılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, cavabdehin izahatını və mülki işin materiallarını nəzərə alaraq, istinad edilən hüquqi mövqeyi rəhbər tutaraq, iddia ərizəsinin geri qaytarılmalı olması barədə qənaətə gəlir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçının ərizəsi təmin edilərək iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Mülki iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" QSC-yə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2296/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2296/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver