Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2301/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı «Soliton LTD” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Soliton LTD” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, KSK6532280 saylı və xx.xx.2022-ci il tarixli, KSK6531341 saylı borc müqaviləsinə (müqavilələr) əsasən 1692 (bir min altı yüz doxsan iki) manat əsas borc, 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1729 (bir min yeddi yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Bundan başqa Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin borc müqaviləsi (müqavilələri) əsasında cavabdeh ümumi dəyəri 2159 (iki min bir yüz əlli doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1692 (bir min altı yüz doxsan iki) manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, KSK6532280 saylı və xx.xx.2022-ci il tarixli, KSK6531341 saylı borc müqaviləsinə (müqavilələrinə) əsasən 1692 (bir min altı yüz doxsan iki) manat əsas borc, 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1729 (bir min yeddi yüz iyirmi doqquz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, Cavabdeh tərəfindən həmin ünvanda yaşamaması səbəbindən qəbul edilməmiş, bununla da cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Beləliklə məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin iddiaçının tələbinə dair etiraz bildirilməmişdir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KSK6532280 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 1420 (min dörd yüz iyirmi) manat məbləğində məişət avadanlığı əldə etmiş, 0 AZN ilkin ödəniş etmiş və qalan 1420 AZN məbləği 20 ay müddətinə aylıq 71 AZN olmaqla «Soliton LTD” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK6531341 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 739 (yeddi yüz otuz doqquz) manat məbləğində məişət avadanlığı əldə etmiş, 1 AZN ilkin ödəniş etmiş və qalan 738 AZN məbləği 18 ay müddətinə aylıq 41 AZN olmaqla «Soliton LTD” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, REF Samsung RB 30N4020 S8 Cavabdeh təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, TV Samsung 32T4500 Cavabdeh təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2023-cü il tarixli, KSK6532280 saylı müqavilə üzrə ödənilməmiş 1207 (min iki yüz yeddi) manat, xx.xx.2022-ci il tarixli, KSK6531341 saylı müqavilə üzrə ödənilməmiş 485 (dörd yüz səksən beş) manat olmaqla ümumilikdə 1692 (bir min altı yüz doxsan iki) manat əsas (qalıq) borcu var. - İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixli, KSK6532280 saylı və xx.xx.2022-ci il tarixli, KSK6531341 saylı borc müqaviləsinə (müqavilələrinə) əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün yaranmış borcunu 3 gün müddətində ödəməyi tələb olunur. Tələb olunan pul məbləği qeyd edilən tarixdə ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də ondan tələb olunacağı bildirilmişdir. - İş materialları ilə müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KSK6532280 saylı müqaviləyə əsasən iddiaçı məişət avadanlığını müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə (hissə-hissə ödəmə şərtilə) yolu ilə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti (cəmi 1420 AZN), ilkin ödəniş (0 AZN), ödənişin qaydası, müddəti (20 ay) və məbləği (aylıq 71 AZN) göstərilmişdir. Bundan başqa iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK6531341 saylı müqaviləyə əsasən iddiaçı məişət avadanlığını müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə (hissə-hissə ödəmə şərtilə) yolu ilə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti (cəmi 739 AZN), ilkin ödəniş (1 AZN), ödənişin qaydası, müddəti (18 ay) və məbləği (aylıq 41 AZN) göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas – qalıq borclarını iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, KSK6532280 saylı müqaviləyə əsasən 1207 (min iki yüz yeddi) manat və xx.xx.2022-ci il tarixli, KSK6531341 saylı müqaviləyə əsasən 485 (dörd yüz səksən beş) manat olmaqla, cəmi 1692 (bir min altı yüz doxsan iki) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 (otuz yeddi) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, KSK6532280 saylı müqaviləyə əsasən 1207 (min iki yüz yeddi) manat və xx.xx.2022-ci il tarixli, KSK6531341 saylı müqaviləyə əsasən 485 (dörd yüz səksən beş) manat olmaqla, cəmi 1692 (bir min altı yüz doxsan iki) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 (otuz yeddi) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2301/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2301/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver