Məhkəmə qərarları › İş №e-2(005)-2302/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2302/2024

29.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2302/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızıının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin sökülməsi, istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulunun ödənilməsi» tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ tərəfindən xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 132 saylı, xx.xx.2020-ci il tarixli və 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamları ilə İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən; 1. Cavabdeh - Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 33, mənzil 2-nin mülkiyyətçisi Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 33 saylı evin, 2-ci mənzilinə dair istifadə və digər hüquqlarına xitam verilməsi, onları çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində kəskin qəzalı vəziyyətində olan 33 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 10 saylı yaşayış binasının 1-ci mərtəbəsində Cavabdeh2 2 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 61.7 kv.m.) 20 % sahə əlavə edilməklə 74.0 kv.m. ümumi sahəsi olan yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə; 2. Cavabdeh-Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 33, mənzil 31-nin mülkiyyətçisiCavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 33 saylı evin, 31-ci mənzilinə dair istifadə və digər hüquqlarına xitam verilməsi, onları çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində kəskin qəzalı vəziyyətində olan 33 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 10 saylı yaşayış binasın 4-cü mərtəbəsində Cavabdeh1 məxsus 31 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 61.7 kv.m.) 20 % əlavə sahə edilməklə 74.0 kv.m. ümumi sahəsi olan yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı MMC-yə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənzil verilməsi və kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin üzərinə iddiaçının mənzilləri olan ərazidə insa ediləcək yeni binann yeddinci mərtəbəsində iddiaçının mülkiyyətinə sahasi 105 kv.m-dən az olmayan üçotaqlı və sahəsi 60 kv.mdan az olmayan birotaqlı tam təmirli mənzillərin verilməsi vəzifasi qoyulması, yeni bina tikilib, mənzillər ərizəçinin istismarına verilənədək, cavabdehlərdən üzərinə ona hər aya görə 700 (yeddi yüz) manat kirayə üçün kompensasiya tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq ilkin iddia üzrə iddiaçı ilə cavabdehin daşınmaz əmlakına dair müqavilə bağlanıldığını, qarşılıqlı iddia ərizəsini geri götürdüyünü bildirmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Cavabdeh1 İddiaçı MMC-yə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənzil verilməsi və kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. (170.2) Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.(170.3) Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı MMC-yə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənzil verilməsi və kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-156cı və 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh1 İddiaçı MMC-yə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənzil verilməsi və kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar