Məhkəmə qərarları › İş №e-2(005)-2315/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2315/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2315/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74127 İPHONE 15 PRO, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün 2394.9 manat ödənilməmiş hissə, 239.49 manat dəbbə. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********24711 İPHONE 14 PRO, PAKET APPLE xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, APPLE ADAPTER üçün 1667.5 manat ödənilməmiş hissə, 166.75 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE WATCH 9 qol saatı, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün , 994.5 manat ödənilməmiş hissə, 99.45 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********75705 HONOR X9B, HUAWEİ FREEBUDS SE qulaqlıq üçün 465.3 manat ödənilməmiş hissə, 46.53 manat dəbbə, ümumilikdə 6074.42 manat borc, 80.75 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********74127 İPHONE 15 PRO markalı telefon, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, İmei kod **********24711 İPHONE 14 PRO markalı telefon, PAKET APPLE xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, APPLE ADAPTER, APPLE WATCH 9 qol saatı, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İmei kod **********75705 HONOR X9B markalı telefon, HUAWEİ FREEBUDS SE qulaqlıq almış və nəticədə 6074.42 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3794.96 manat (12 ay x 299.58 manat + 200 manat ilkin ödəniş) olan İmei kod **********74127 İPHONE 15 PRO, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün ümumilikdə, 2634.39 manat olmaqla ondan, 2394.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 239.49 manat dəbbə. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3367.8 manat (18 ay x 187.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********24711 İPHONE 14 PRO, PAKET APPLE xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, APPLE ADAPTER üçün ümumilikdə, 1834.25 manat olmaqla ondan, 1667.5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 166.75 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1662.66 manat (18 ay x 92.37 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH 9 qol saatı, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməütiçün ümumilikdə, 1093.95 manat olmaqla ondan, 994.5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99.45 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1077.84 manat (18 ay x 59.88 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********75705 HONOR X9B, HUAWEİ FREEBUDS SE qulaqlüıqçün ümumilikdə, 511.83 manat olmaqla ondan, 465.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46.53 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4381.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbinin dəlilləri ilə eyniməzmunlu izahat verib, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02037623 nömrəli müqaviləyə əsasən, İmei kod **********74127 İPHONE 15 PRO, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti müştəriyə təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx/xx/2024-ci il tarixində bağlanmış 02037623 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. -"xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx/xx/2023-cü il tarixli, 03226424 nömrəli müqaviləyə əsasən, İmei kod **********24711 İPHONE 14 PRO, PAKET APPLE xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL, APPLE ADAPTER xidməti müştəriyə təqdim edilmişdir. -xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx/xx/2023 -ci il tarixində bağlanmış 03226424 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. - "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx/xx/2024-cü il tarixli, 05991894 nömrəli APPLE WATCH 9 qol saatı, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti müştəriyə təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx/xx/2024 -ci il tarixində bağlanmış 05991894 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. - "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx/xx/2024-cü il tarixli, 11672142 nömrəli müqaviləyə əsasən, HONOR X9B, HUAWEİ FREEBUDS SE qulaqlıq xidməti müştəriyə təqdim edilmişdir. -xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx/xx/2024 -ci il tarixində bağlanmış 11672142 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. -xx.xx.2025-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 5522,2 manat əsas borca ödənilməmiş məbləğ, 552,22 manat dəbbə pulu olmaqla ümumilikdə 6074,42 manat borcu yaranmışdır. -xx.xx.2025-ci il tarixli Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, “Apple" markalı 2 ədəd telefon, adapter, saat, "Honor" markalı telefon, "Huawei" markalı qulaqlıq almısınız. Lakin Siz aldığınız malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinizə düşən öhdəliklərin icrasını gecikdirmisiniz, yəni "ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi üzrə xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən tam şəkildə icra edilmədiyindən, onun iddiaçı qarşısında hazırkı iddiadan irəli gələn pul öhdəliyi yaranmışdır. Yəni iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 5.522,2 manat əsas borc cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının müqavilələr üzrə dəbbə borcunun tutulmasına dair hissələrinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbləri qeyd edilən hissələrdə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələr üzrə ümumilikdə 552,2 manat cərimə borcu yaranmış borc məbləğlərinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 239,49 manat dəbbə pulu azaldılaraq 100 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış 166,75 manat dəbbə pulu azaldılaraq 50 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 99,45 manat dəbbə pulu 20 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 46,53 manat dəbbə pulu azaldılaraq 10 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, maliyyə arayışını və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, Cavabdeh "xxxx" MMC-nin xeyrinə hər dörd müqavilə üzrə 5.522,2 manat manat əsas, 180 manat dəbbə pulu, cəmi 5702,2 manat borc məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 80,75 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 5.522,2 manat manat əsas, 180 manat dəbbə pulu olmaqla cəmi 5.702,2 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 80,75 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar