Məhkəmə qərarları › İş №e-2(005)-2341/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2341/2021

07.12.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2341/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə bəndinin ləğv edilməsi, pulun tutulması, əlavə borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə cavabdeh ilə aralarında bağlanmış 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilə qismən 2-ci maddəsinin “icraçının öhdəlikləri” 6-cı bəndinin “istilik sisteminin cari təmirinin və mütəmadi iş rejiminin təmini” hissəsinin ləğv edilməsi, 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilənin 4-cü maddəsinin dəyişdirilərək komunal xidmətlərin göstərilməsinə görə qiymətin 0.50 manat həcmində müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilənin qismən- 2-ci maddəsinin “icraçının öhdəlikləri” 6-cı bəndinin “İstilik sisteminin cari təmirinin və mütəmadi iş rejiminin təmini” hissəsinin ləğv edilməsi, cavabdehin 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilə üzrə İddiaçı tərəfindən 2016-cı ilin dekabr ayına qədər 35 ay üçün kommunal xidmətlərə görə artıq ödənilmiş 887,60 manat pulun tutulması, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6694/2020 saylı 23.09.2020-ci il tarixli qətnaməsi ilə artıq hesablanmış 910 manat yalnış hesablanmış borcun silinməsi,2/163 saylı 01.01.2013-cü il tarixli müqavilənin 4-cü maddəsi üzrə Kommunal Xidmətlərin göstərilməsinə görə qiymətin yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 148.3 kv.m, yaşayış sahəsi 84.5 kv.m, yardımçı sahəsi 63.8 kv.m olmaqla, 27.10.2012-ci il tarixdə DƏDRX-də RX ******* saylı çıxarışla qeydiyyata alınmış və həmin mənzil onun xüsusi mülkiyyəti hesab edilmişdir. Həmin xidmətlərin göstərilməsi üçün aralarındakı 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilə əsasında razılaşdırılmış və tarif 1 kv/m üçün 0.80 qəpik məbləğində müəyyən edilmişdir. Əlavə olaraq avtomobilin saxlanılması üçün hər ay üçün "xxxx" MMC-yə 60 manat məbləğində ödəniş edilmiş, lakin həmin ödənişlərin qəbzi tələb etməyinə baxmayaraq iddiaçıya rəsmi yox sadəcə digər komunal xərclərin ödənişi qeyd edilən qəbzlərin arxa hissəsində yazılmışdır. Cari ilin oktyabr ayında mülkiyyətində olan mənzilə kombi sistemi quraşdırılmış və nəticə etibarı ilə də cavabdeh MMC tərəfindən 2/163 saylı müqavilənin 2-ci bəndinin 6-cı hissəsində nəzərdə tutulmuş “istilik sisteminin cari təmiri və mütəmadi iş rejiminin təmini” bəndinə ehtiyac qalmamışdır. Bu hal dolayısı ilə sözügedən müqavilədə nəzərdə tutulmuş qiymətin yenidən nəzərdənkeçirilməsi və yeni qiymət müəyyən edilməsi zərurəti yaranmışdır. İstilik sistemindən istifadə etmədiyi üçün cavabdehə 02.12.2020-ci il tarixdə bildiriş göndərilərək “MMC ilə aralarında olan 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilə tarixi müqavilənin 2-ci bəndində olan istilik sisteminin cari təmiri və mütəmadi iş rejiminin təmini, hissəsində dəyişdirilməsini və kommunal xidmət haqqının azaldılaraq 0.50 qəpik məbləğində” müəyyən olunmasını iddiaçı təklif etmişdir. Cavabdehin pretenziya məktubuna cavab olaraq göndərmiş olduğu 10.12.2020-ci il tarixli məktub və pretenziyasında bildirilmişdir ki, xidmətlər ümumi bina üçün təşkil edilir. Hər hansı xidmətin çıxarılması və yeni qiymətin müəyyən edilməsi mümkün deyil. Eyni zamanda qeyd edilmişdir ki, mənzillərə “Kombi” istilik sisteminin quraşdırılması qadağandır. Bu hal isə birbaşa mülkiyyətə qanunsuz müdaxilə və mülkiyyət hüququnun pozulmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı qərarını və həmin qərara edilmiş 17 fevral 2012-ci il tarixli dəyişiklikdən sonra qərarda göstərilən komunal xərclərin qiyməti müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi ünvanında yerləşən 20 saylı binanın (“Green Palace”) idarəedici təşkilatıdır. İdarəedici təşkilat kimi onlar tərəfindən binanın saxlanması üçün bütün tədbirlər görülür. Sakinlərlə olan müqavilədə qeyd edilənlərdən başqa onlar tərəfindən sakinlərinin rahatlığı üçün əlavə xidmətlər də göstərilir. Binaya göstərilən xidmətlərə görə sakinlərlə bağlanan müqavilə əsasında idarəedici təşkilata xiddət haqqı ödənilir. Xidmət haqqının formalaşmasında bir çox amil öz təsirini göstərir. Xidmət haqqı müəyyən edilərkən onun görülən işlərə və xidmətlərə uyğun hesablanmasına, real qiymətləri əks etdirməsinə, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmasına xüsusi diqqət yetirilir. Sözügedən binada əvvəllər xidmət haqqının məbləği hər kv.m. üçün 0.80 manat müəyyən edilmişdir. Lakin, 2017-ci ilin yanvar ayından etibarən xidmət haqqını formalaşdırmasında xüsusi çəkiyə malik olan qazın, işığın, suyun və sair amillərin qiymətinin artaması payız-qış mövsümü üçün istilik xidmətlərinə görə hər kv.m. üçün əlavə 0.50 manat artımına gətirib çıxarmışdır. Binanın sahə mülkiyyətçilərinin 31.01.2017-ci il tarixli Ümumi yığıncağının Qərarına əsasən “İnşaatçı 3" MMC binanın idarəedici təşkilatı seçilmiş, göstərilən xidmətlərə görə ödənilməli olan məbləğ aylıq sahə mülkiyyətçilərinin mülkiyyətində olan sahənin (sahə layihə üzrə hesablanmaqla) 1 kv.m. üçün 0.80 manat, payız-qış mövsümü üçün istilik xidmətlərinə görə hər kv.m. üçün əlavə 0.50 manat müəyyən edilmiş və idarəedici təşkilata sahə mülkiyyətçilərini məlumatlandırmaqla aylıq ödənişi birtərəfli qaydada dəyişdirmək səlahiyyəti verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi ünvanında yerləşən 20 saylı “Green Palace” binası memarlıq əsəri kimi AR Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınmış və "xxxx" MMC-yə müvafiq Şəhadətnamə verilmişdir. Binaya qaz təminatı ilə bağlı verilmiş texniki şərtə və müvafiq orqanla razılaşmaya görə binanın qaz təminatında fərdi mənzillərin istidilməsi üçün qazla işləyən istidicilərin istifadəsi nəzərdə tutulmamışdır. Texniki şərtə uyğun olaraq fərdi mənzillərdə PQ-4 qaz piltəsi quraşdırılmasına icazə verilmişdir. Mənzillərdə fərdi qaydada qaz ilə işləyən isdicilərin istifadəsinə yol verilmir. Bina mərkəzi isitmə sistemi ilə təmin edilmiş, mənzillərin istilik və isti su təminatı binanın qazanxanası vasitəsi ilə həyata keçirilir. İddiaçının “Cavabdeh lnşaatçı-3 MMC ilə İddiaçı arasında bağlanmış 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilənin qismən 2-ci maddəsinin “İcraçının Öhdəlikləri" 6-cı bəndinin-“İstilik sisteminin cari təmirinin və mütamadi iş rejiminin təmini” hissəsinin ləğv edilməsi tələbi ilə razılaşmayaraq qeyd edir ki, müqavilədən bu müddəanın çıxarılması mümkün deyildir. Belə ki, idarəedici təşkilat kimi, bütün bina sakinləri ilə eyni şərtlərə müqavilə bağlanılır. Fərdi olaraq göstərilən xidmətlərin azaldılıb çoxaldılması digər sakinlərin maraqlarının pozulması ilə nəticələnəcəkdir. Bu bənd müqavilədən çıxarılarsa iddiaçı mənzilinin isidilməsi qaz xəttinə (iqtisadi baxımdan elektiriklə istidilmənin daha baha başa gəlməsini nəzərə alaraq) fərdi isitmə avadanlığının qoşulması hesabına həyata keçirməyə çalışacaq ki, mənzillərinin fərdi qaydada istidilməsinə binanın texniki göstəriciləri icazə vermədiyini nəzərə alsaq, bu da qaz xətlərinin hədsiz yüklənməsinə və bina üçün təhlükə yaradacağına gətirib çıxaracaqdır. Mənzilə istilik enerjisi verilmədiyi hallarda xidmət haqqının məbləği hər kv.m. üçün 0.80 manat olaraq hesablanır. İddiaçının “2/163 saylı 01.01.2013-cü il tarixli müqavilənin 4-cü maddəsinin dəyişdirilərək Komunal xidmətlərin göstərilməsinə görə qiymətin 0.50 manat həcmində müəyyənləşdirilməsi tələbi də qəbul edilən deyildir. Qeyd edir ki, idarəedici təşkilat kimi, bütün bina sakinləri ilə eyni şərtlərə müqavilə bağlanılır. Fərdi olaraq göstərilən xidmətlərin dəyərinin azaldılıb, çoxaldılması digər sakinlərin maraqlarının pozulmasıdır. Həmçinin, iş materiallarına əlavə edilmiş, bundan əvvəl tərəflər arasındakı məhkəmə mübahisləri üzrə yekun məhkəmə qərarlarına görə 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilənin şərtlərinə hüquqi qiymət verilmiş, xidmət haqqının müəyyənləşdirilməsində müqavilənin Vİ bəndinin müddəları əsas götürülmüşdür. Sözügedən bina özəl fonda aid edilir və özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. İddiaçı indiyədək bütün yazışmalarda, məhkəmə sənədlərində kv.m. 0.80 manat hesablamağa razılığını dəfələrlə ifadə etmişdir. İddiaçının müqavilənin bəzi bəndlərinin ləğv edilməsi və dəyişdirilməsi ilə bağlı iddia tələbləri AR Mülki Məcəlləsinin müddəaları baxımından da təmin edilə bilməz. Mülki qanunvericilikdə müqavilənin (onun bəzi şərtlərinin) məhkəmə qaydasında dəyişdirilməsi və ləğv edilməsi üçün əsas amil bir tərəfin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması hesab edilir (AR Mülki Məcəlləsinin 421.1-ci və 421.2-ci maddələri). Hazırda isə onlar tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halı mövcud deyildir. İddiaçının “cavabdehlə İddiaçı arasında bağlanmış 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilə üzrə razılaşdırılmış və tarif 1 kv/m üçün 0.80 qəpik məbləğində müəyyən edilmişdir bununlada İddiaçı tərəfindən 2016-cı ilin dekabr ayına qədər 35 ay üçün komunal xidmətlərə görə artıq ödənilmiş 980 manat pulun tutulmasi tələbi ilə də razı deyilik. İddiaçı 27.10.2012-ci ildən ona məxsus Çıxarışda mənzilinin sahəsinin 148,3 kv.m. qeyd olduğunu bilirdi. Lakin, mənzilin sahəsinin faktiki olaraq daha yüksək olması reallığını özü də dərk etdiyindən, ödənişləri bu hesablama üzərindən aparılmasını öz hərəkətləri qəbul etmişdir. Tərəflər arasmda bundan əvvəl olmuş məhkəmə mübahisələrində, istər iddia ərizəsində, istər şikayət ərizələrində iddiaçı mənzilin Çıxarış üzrə kv.m. göstərmiş, lakin hesablamanın daha yüksək kv.m. üzərindən aparılmasına etiraz etməmişdir. Məlum olduğu kimi, mənzillərə verilən Çıxarışlarda mənzilin kv.m. fərqli əks oluna bilir. Bəzən balkonlar, terraslar və s. köməkçi sahələr ya ümumiyyətlə nəzərə alınmır və ya qismən nəzərə alınır. Daha yüksək kv.m.-lə hesablamaya dair artıq yekun məhəmə aktı mövcuddur. İddiaçının “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6694/2020 saylı 23.09.2020-ci il tarixli qətnaməsi ilə artıq hesablanmış 973 manat əlavə borcun silinməsi” tələbi isə ümumiyyətlə absurtdur. Yekun məhkəmə aktı ilə hesabalnmış borcun birinci instansiya məhkəməsində hazırkı tələb əsasında silinməsi mümkün deyildir. Hazırkı iddiaçı həmin iş üzrə bütün məhkəmə iclaslarında (araşdırmasında) iştirak etmiş və prosessual hüquqlarından istifadə etmişdir. Borcun müəyyən hissəsinin silinməsi ilə bağlı tələbi həmin proseslərdə irəli sürməli olduğu halda belə bir tələb irəli sürməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01.01.2013-cü il tarixli, 2/163 nömrəli müqavilənin surətindən görünür ki, müqaviləyə görə icraçı sifarişçi üçün müqavilənin 1-ci maddəsində göstərilən xidmətləri yerinə yetirməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə razılaşdırılmış haqqı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2ci bəndində icraçı sifarişçi üçün istilik sistemin cari təmiri və mütamadi iş rejiminin təmini xidmətinin yerinə yetirməyi öz öhdəsinə götürməsi qeyd edilmişdir. Həmçinin sifarişçi icraçıya müqavilənin 11-ci maddəsində göstərilən öhdəliklərin icra olunması müqabilində hər ay yaşadığı sahənin 1 kv/m üçün 0.80 manat məbləğində haqq ödənilməsi qeyd edilmişdir. İddiaçı "xxxx" MMC-yə ünvanlandığı bildirişin surətindən görünür ki, müqavilənin qeyd edilən hissədə dəyişdirilməsi və kommunal xidmət haqqının 0.30 manat azaldaraq ( istilik sisteminin istifadəsi üçün Tarif Şurası 1 kv/m üçün 0.30 manat müəyyən etmişdir) ilin bütün fəsillərində aylıq 0.50 manat məbləğində müəyyən edilməsini təklif etmişdir. "xxxx" MMC-nin İddiaçı ünvanladığı məktubun surətindən görünür ki, xidmətlər hər hansı mənzillə individual olaraq deyil, bütün bina üçün təşkil olunur. Hər hansı xidmətin mənzillərin xidmət paketindən çıxarılması (istilik xaric) və yeni qiymət təyin edilməsi mümkün deyil. Bunun üçün hər hansı xidmətin ləğv olunması və ya artırılması barədə mənzil mülkiyyətçilərinin ümumi yığınacağının qərarı vacibdir. Həmçinin qeyd olunmuş qanunsuz qoşulmaların dərhal ləğv olunmasını və uzun müddət xidmətlər üçün yığılmış 7769,88 manat məbləğində borcun ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak İddiaçı mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6694/2020 saylı,23.09.2020-ci il tarixli qətanaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-842/2020 saylı, 08.06.2020-ci il tarixli qətnaməsinin qismən dəyişdirilməsi və İddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı olan borc 5804,61 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1622/2021 saylı, 20.04.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Həmçinin İddiaçı "xxxx" MMC-yə olan borcu 5804,61 manat olması qeyd edilmişdir. Bakı şəhəri, Tələt Şixəliyev ünvanında yerləşən çoxmənzilli 20 saylı binanın sahə mülkiyyətçilərinin X3 X2 31.01.2017-ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri, Tələt Şixəliyev20 ünvanında yerləşən çoxmənzilli binanın saxlanması, cari təmiri və binaya göstərilən xidmətlərə görə ödənilməli olan məbləğ aylıq sahə mülkiyyətçinin mülkiyyətində olan sahənin 1 kv/m üçün 0.80 manat, payız-qız mövsümündə istilik xidmətlərinə görə hər 1 kv/m üçün əlavə 0.50 manat müəyyənləşdirilməsi 100 faiz səsvermə nəticəsində qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.10.2021-ci il tarixli, 10/3713 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 148,3 kv.m. yaşayış sahəsi 84,5 kv.m, yardımçı sahəsi 63,8 kv.m olan 163 saylı mənzilə qaz təminatı ilə bağlı istilik-kombi sisteminin quraşdırılması ekspertizaya iş materiallan ilə təqdim edilmiş «ünvan 5 ünvanında yerləşəçək yaşayış kompleksinin eskiz layizəsi»ndə, «ünvan 6 ünvanda 802-803-cü məhəllədə "xxxx" MMCnin yaşayış binasının qazlaşdırılması. Sifariş 2-64-06» İşçi layihədə və həmin layihəyə əlavə olunmuş cizgidə nəzərdə tutulmamışdır. Həmin mənzilə istilik sisteminin mərkəzləşdirilmiş halda qazanxanadan çəkilməsi nəzərdə tutulmuşdur. 163 saylı mənzilin binanın arxa tərəfindəki eyvanda (terasada) quraşdırılmış kombi cihazına çəkilmiş daxili diametri 15 mm olan polad borulu qaz xəttinin binanın ümumi görünüşündə dəyişikliyə səbəb olub-olmamasının subyektiv xarakter daşıdığından məhkəmə tərəfindən qiymətləndirilə bilər. Lakin belə bir xəttin binanın fasad divarı üzəri ilə çəkilməsi ekspertizaya təqdim olunmuş eskiz və işçi layihədə nəzərdə tutulmamışdır. ünvan 4 ünvanında yerləşən 163 saylı mənzilə qaz təminatı ilə bağlı istilik-kombi sisteminin quraşdırılması Azərbaycan Respublikası Müəllif Hüquqları Agentiyi tərəfindən «Əsərin Qeydiyyat haqqında» Şəhadətnaməyə əsasən qeydiyyata alınmış əskis və işçi layihələrlə ziddiyət təşkil edir. Həmin ziddiyət, yəni 163 saylı mənzildə quraşdırılmış istilik-kombi sistemindən düzgün istismar etmə nəticəsində, hər hansı fəsadların (çıhazın, yaxud qaz xəttinin zədəfənməsi, birləşmə yerlərində qaz sızmaların əmələ gəlməsi və s.) əmələ gəlməsindən real təhlükə yarada bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Tərəflər arasında xidmətlərin göstərilməsi üçün 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilə əsasında razılaşdırılmış və tarif 1 kv/m üçün 0.80 qəpik məbləğində müəyyən edilmişdir. Cari ilin oktyabr ayında iddiaçı mülkiyyətində olan mənzilə kombi sistemi quraşdırıldığından cavabdeh ilə 2/163 saylı müqavilənin 2-ci bəndinin 6-cı hissəsində nəzərdə tutulmuş “istilik sisteminin cari təmiri və mütəmadi iş rejiminin təmini” bəndinə ehtiyac qalmadığını iddia edir. Bu səbəbdən müqavilədə nəzərdə tutulmuş qiymətin yenidən nəzərdən keçirilməsi və yeni qiymət müəyyən edilməsini tələb etmişdir. Lakin cavabdeh bildirilmişdir ki, xidmətlər ümumi bina üçün təşkil edilir, hər hansı xidmətin çıxarılması və yeni qiymətin müəyyən edilməsi mümkün deyil, həmçinin mənzillərə “Kombi” istilik sisteminin quraşdırılması qadağandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.10.2021ci il tarixli, 10/3713 nömrəli ekspert rəyilə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 148,3 kv.m. yaşayış sahəsi 84,5 kv.m, yardımçı sahəsi 63,8 kv.m olan 163 saylı mənzilə qaz təminatı ilə bağlı istilik-kombi sisteminin quraşdırılması ekspertizaya iş materiallan ilə təqdim edilmiş «ünvan 5 ünvanında yerləşəçək yaşayış kompleksinin eskiz layihəsi»ndə, «ünvan 6 ünvanda 802-803-cü məhəllədə "xxxx" MMC-nin yaşayış binasının qazlaşdırılması Sifariş 2-64-06» İşçi layihədə və həmin layihəyə əlavə olunmuş cizgidə nəzərdə tutulmamışdır. ünvan 4 ünvanında yerləşən 163 saylı mənzilə qaz təminatı ilə bağlı istilik-kombi sisteminin quraşdırılması Azərbaycan Respublikası Müəllif Hüquqları Agentiyi tərəfindən «Əsərin Qeydiyyat haqqında» Şəhadətnaməyə əsasən qeydiyyata alınmış əskis və işçi layihələrlə ziddiyət təşkil edir. Həmin ziddiyət, yəni 163 saylı mənzildə quraşdırılmış istilik-kombi sistemindən düzgün istismar etmə nəticəsində, hər hansı fəsadların (çıhazın, yaxud qaz xəttinin zədəfənməsi, birləşmə yerlərində qaz sızmaların əmələ gəlməsi və s.) əmələ gəlməsindən real təhlükə yarada bilər. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 20-ci fəslində müqavilələrin ləğvinin əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsində isə göstərilir ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə görə isə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, müqavilənin ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Müqavilələrin ləğvi qaydasına münasibətdə qanunvericiliyin birmənalı mövqeyi ondan ibarətdir ki, hər bir müqavilə onu bağlayan tərəflərin iradəsini ifadə etdiyindən, onun ləğv edilməsi də həmin tərəflərin iradəsinə bağlıdır. Başqa bir ifadə ilə, müqaviləni ləğv etmək hüququna malik olan şəxslər onu bağlamış şəxslərdir və onun ləğv edilməsinin müzakirə olunması üçün tərəflərdən ən az birinin müqavilənin ləğvinə yönəlmiş iradə ifadəsi olmalıdır. Digər tərəfdən əgər tərəflər arasında qeyd olunan iradə ifadəsi mövcud olmazsa, tərəflərdən birinin tələbi ilə müqavilənin ləğvi əsası kimi yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması halını müəyyənləşdirmişdir. Qeyd olunan hallardan heç biri, yəni nə tərəflərin müqavilənin ləğvinə dair razılaşması, nə də tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması faktı müvafiq mülki iş üzrə müəyyən edilməmişdir. Əksinə olaraq iddiaçı tərəfindən müqavilə şərtlərinin dəyişdirilməsi ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 148,3 kv.m. yaşayış sahəsi 84,5 kv.m, yardımçı sahəsi 63,8 kv.m olan 163 saylı mənzilə qaz təminatı ilə bağlı istilik-kombi sisteminin quraşdırılması ekspertizaya iş materiallan ilə təqdim edilmiş «ünvan 5 ünvanında yerləşəçək yaşayış kompleksinin eskiz layihəsi»ndə, «ünvan 6 ünvanda 802-803-cü məhəllədə "xxxx" MMC-nin yaşayış binasının qazlaşdırılması Sifariş 2-64-06» İşçi layihədə və həmin layihəyə əlavə olunmuş cizgidə nəzərdə tutulmamışdır. Qeyd edilənlər baxımından iddiaçının istilik “Kombi” sistemini quraşdırmasına əsaslanmaqla müqavilə bəndinin ləğvini tələb etməsi də əsassızdır. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.10.2021-ci il tarixli, 10/3713 nömrəli ekspert rəyindən göründüyü kimi ünvan 4 ünvanında yerləşən 163 saylı mənzilə qaz təminatı ilə bağlı istilikkombi sisteminin quraşdırılması Azərbaycan Respublikası Müəllif Hüquqları Agentiyi tərəfindən «Əsərin Qeydiyyat haqqında» Şəhadətnaməyə əsasən qeydiyyata alınmış eskiz və işçi layihələrlə ziddiyət təşkil edir. Həmin ziddiyət, yəni 163 saylı mənzildə quraşdırılmış istilik-kombi sistemindən düzgün istismar etmə nəticəsində, hər hansı fəsadların (çıhazın, yaxud qaz xəttinin zədəfənməsi, birləşmə yerlərində qaz sızmaların əmələ gəlməsi və s.) əmələ gəlməsindən real təhlükə yarada bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilənin dəyişdirilməsi baxımından qanuni əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı iddiaçının iddia tələbinin “artıq ödənilmiş pul məbləğinin cavabdehdən tutulması, eyni zamanda əlavə borcun silinməsi” hissəsində məhkəmə hesab edir ki, işin hallarından göründüyü kimi iddia tələbinin bu hissəsi artıq araşdırılmış, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6694/2020 saylı 23.09.2020-ci il tarixli qətnaməsi ilə borc məbləğinə artıq hüquqi qiymət verildiyindən iddia tələbi bu hissədə də əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən mübahisə predmetini təşkil edən müqavilənin dəyişdirilməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma mövcud deyildir, habelə iddiaçı onunla cavabdeh arasında bağlanmış 2/163 saylı 01.01.2013-cü il tarixli müqavilənin dəyişdirilməsinə əsas ola biləcək əhəmiyyətli pozuntuların mövcudluğu ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı, iddiasının əsası kimi tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə istinad edir. Lakin işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmir. Məhkəmə onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi, borcun silinməsi və pulun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq, 150 (bir yüz əlli) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi, borcun silinməsi və pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq, 150 (bir yüz əlli) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar