Məhkəmə qərarları › İş №e-2(005)-2347/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2347/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2347/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 33.4 AZN əsas 10 AZN cərimə cəmi 43.4 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 982.4 AZN əsas 294.7 AZN cərimə cəmi 1277.1 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 144.8 AZN əsas, 43.4 AZN cərimə, cəmi 188.2 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1264.9 AZN əsas, 379.4 AZN cərimə, cəmi 1644.3 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 521.4 AZN əsas, 156.4 AZN cərimə, cəmi 677.8 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 959.9 AZN əsas, 287.9 AZN cərimə, cəmi 1247.8 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1189.9 AZN əsas 356.9 AZN cərimə cəmi 1546.8 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 159.9 AZN əsas 47.9 AZN cərimə; cəmi 207.8 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 119.9 AZN əsas 35.9 AZN cərimə cəmi 155.8 AZN borc ümumilikdə doqquz müqavilə üzrə 5376.5 AZN əsas, 1612.5 AZN cərimə, 6989 AZN cəmi borcun və 89.89 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında aşağıdakı bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) bağlanmışdır: 1 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə məbləği: 69,40 AZN müqavilənin aylıq ödənişi, müddəti: 12,00 AZN 6 ay, müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Mi " markalı xarici akumlyator, son ödəniş məbləği və tarixi: 12,00 AZN xx.xx.2022 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 33,40 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 100,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 10,00 AZN Tutulmalı olan cəmi məbləğ: 43,40 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 1182,40 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 198,00 AZN 6 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Sony " markalı playstation Son ödəniş məbləği və tarixi: 60,00 AZN xx.xx.2023 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 982,40 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 2947,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 294,70 AZN Tutulmalı olan cəmi məbləğ: 1277,10 AZN 3 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 158,80 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 14,00 AZN 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Sony " markalı playstation Son ödəniş məbləği və tarixi: 14,00 AZN xx.xx.2022 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 144,80 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 434,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 43,40 AZN Tutulmalı olan cəmi məbləğ: 188,20 AZN 4 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 2116,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 142,00 AZN 15 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " İphone " markalımobil telefon Son ödəniş məbləği və tarixi: 142,00 AZN xx.xx.2022 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 1264,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 3794,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 379,40 AZN Tutulmalı olan cəmi məbləğ: 1644,30 AZN 5 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 869,40 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 58,00 AZN 15 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): İpad Son ödəniş məbləği və tarixi: 58,00 AZN xx.xx.2022 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 521,40 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1564,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 156,40 AZN Tutulmalı olan cəmi məbləğ: 677,80 AZN 6 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 1439,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 80,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Samsung " markalı televizor Son ödəniş məbləği və tarixi: 80,00 AZN xx.xx.2023 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 959,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 2879,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 287,90 AZN Tutulmalı olan cəmi məbləğ: 1247,80 AZN 7 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 1649,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 92,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Samsung " markalı paltaryuyan və aksesuar Son ödəniş məbləği və tarixi: 92,00 AZN xx.xx.2022 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 1189,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 3569,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 356,90 AZN Tutulmalı olan cəmi məbləğ: 1546,80 AZN 8 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 239,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 40,00 AZN 6 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Samsung " markalı mobil telefon Son ödəniş məbləği və tarixi: 40,00 AZN xx.xx.2022 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 159,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 479,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 47,90 AZN Tutulmalı olan cəmi məbləğ: 207,80 AZN 9 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 239,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 40,00 AZN 6 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Samsung" markalı mobil telefon Son ödəniş məbləği və tarixi: 40,00 AZN xx.xx.2023 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 119,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 359,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 35,90 AZN Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Tutulmalı olan cəmi məbləğ: 155,80 AZN. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan : xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı "xxxx" MMC “Samsung A032 Black (**********62500 / **********62509)” markalı əşyanı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərti ilə satır, Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edir və borcunu satıcıya ödəyir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 40 manat, sonuncu ay isə 39,99 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə dair maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə əsas borcu, 159,9 manat, cərimə borcu 479 manat, cəmi borcu 638,90 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı "xxxx" MMC “Samsung A032 Black (**********66881 / **********66880)” markalı əşyanı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərti ilə satır, Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edir və borcunu satıcıya ödəyir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 40 manat, sonuncu ay isə 39,99 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə dair maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə əsas borcu, 119,9 manat, cərimə borcu 359 manat, cəmi borcu 478,90 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı "xxxx" MMC “Power Bank Mİ VXN4295GL Wireless USB Type C 10000 mAh Black (26557|********)” markalı əşyanı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərti ilə satır, Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edir və borcunu satıcıya ödəyir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 12 manat, sonuncu ay isə 9,49 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə dair maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə əsas borcu 33,4 manat, cərimə borcu 100 manat, cəmi borcu 133,4 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı "xxxx" MMC “Sony Playstation 5 825GB (S01F21B01CJR********)” markalı əşyanı alıcı Cavabdeh hissəhissə ödənilməsi şərti ilə satır, Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edir və borcunu satıcıya ödəyir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 198 manat, sonuncu ay isə 192,49 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə dair maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə əsas borcu 982,4 manat, cərimə borcu 2947 manat, cəmi borcu 3929,40 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı "xxxx" MMC “Playstation 5 DualShock 5 White (011400)” markalı əşyanı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərti ilə satır, Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edir və borcunu satıcıya ödəyir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 14 manat, sonuncu ay isə 4,89 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə dair maliyyə arayşından görünür ki, Cavabdeh müqavilə üzrə əsas borcu 144,8 manat, cərimə borcu 434 manat, cəmi borcu 578,80 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı "xxxx" MMC “İphone 13 128gb Pink (**********512249/**********78071)” və “X4 Apple MHJE3ZM/A USB-C 20W (Nat)(SC4H15050H0YPK84AP) markalı əşyanı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərti ilə satır, Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edir və borcunu satıcıya ödəyir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 142 manat, sonuncu ay isə 128,98 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə dair maliyyə arayşından görünür ki, Cavabdeh müqavilə üzrə əsas borcu 1264,9 manat, cərimə borcu 3794 manat, cəmi borcu 5058,90 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı "xxxx" MMC “İpad 9th 10.2 64gb Space Gray (T52XTY2YMQ)” markalı əşyanı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərti ilə satır, Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edir və borcunu satıcıya ödəyir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 58 manat, sonuncu ay isə 57,49 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə dair maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə əsas borcu 521,4 manat, cərimə borcu 1564 manat, cəmi borcu 2085,40 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı "xxxx" MMC müqaviləyə “Samsung UE43AU8000UXRU (0CV83LDT100239)” markalı əşyanı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərti ilə satır, Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edir və borcunu satıcıya ödəyir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 80 manat, sonuncu ay isə 79,99 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə dair maliyyə arayşından görünür ki, Cavabdeh müqavilə üzrə əsas borcu 959,9 manat, cərimə borcu 2879 manat, cəmi borcu 3838,90 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı "xxxx" MMC müqaviləyə “Samsung WD10T654CBX/LP(0VZY5ADR600575)” və “USB Apple İphone magSafe to USB-C Cable (NAT)(011353)” markalı əşyanı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərti ilə satır, Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edir və borcunu satıcıya ödəyir. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 92 manat, sonuncu ay isə 85,98 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə dair maliyyə arayşından görünür ki, Cavabdeh müqavilə üzrə əsas borcu 1189,9 manat, cərimə borcu 3569 manat, cəmi borcu 4758,90 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh çatdırılmış xəbərdarlıq məktubundan müəyyən olunur ki, "xxxx" MMC müqavilələr üzrə borcunu ödməyəcəyi halda məhkəmədə müvafiq iddia qaldırılacağı barədə Cavabdeh xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilələr ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə dəbbə pulunun cavabdehlərdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cərimə məbləği əsas borc məbləğinə tənasübsüz çox olduğundan azaldılmalı və xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 3 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 50 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 10 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 100 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 20 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 30 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 50 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 10 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə isə 5 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 33,4 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 982,4 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 144,8 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1264,9 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 521,4 manat əsas borc, 20 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 959,9 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1189,9 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 159,9 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə isə 119,9 manat əsas borc, 5 manat cərimə borcu və 89,89 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 33,4 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 982,4 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 144,8 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1264,9 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 521,4 manat əsas borc, 20 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 959,9 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1189,9 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 159,9 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə isə 119,9 manat əsas borc, 5 manat cərimə borcu, ümumilikdə 5654,5 (beş min altı yüz əlli dörd manat əlli qəpik) manat pul və 89,89 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar