Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-236/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Cavabdeh2 ASC, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, Cavabdeh3, Cavabdeh4 qarşı hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməs, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipoetkaya xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Cavabdeh2 ASC, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, Cavabdeh3, Cavabdeh4 qarşı hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməs, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipoetkaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən, X5 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi; “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (“kredit alan”) ilə Cavabdeh2ASC (bank) arasında 117085-1-8700 nömrəli, 12 sentyabr 2013-cü il tarixli avtomobil kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, “Bank” “kredit alan”a 18164 ABŞ dolları məbləğində kredit verməyi, “kreditalan” isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə “Bank”a illik 17 faiz ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10.1-ci bəndinə görə, bu müqavilə ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsiilə həll ediləcəkdir. 12 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı (“kredit alan”) ilə Cavabdeh2 ASC (bank) arasında bağlanmış 117085-1-8700 nömrəli, 12 sentyabr 2013-cü il tarixli avtomobil kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan “Chevrolet Aveo” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. "xxxx"(Azərbaycan) ASC İpoteka müqaviləsinin 9.1ci və Avtomobil alqı-satqı müqaviləsinin 7.1-ci bəndlərini pozaraq cavabdehlər İddiaçı və X2 qarşı düzgün göstərilməyən rəqəmlərlə 10936,03 ABŞ dolları əsas borc, 1269,58 ABŞ dolları faiz borcu, 50.80 ABŞ dolları cərimə, cəmi 12256,41 ABŞ dolları məbləğində borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mərkəzi Bankın reyestr xidmətindən çıxarışa əsasən borc 10100 dollardır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi İddiaçı məhkəmədə iştirakını təmin etmədən, həmçinin borcun şişirdilməsi ilə bağlı ekspertizanın cavabından etirazını nəzərə almadan 2(008)-11260/2016 saylı, 19 dekabr 2016-cı il tarixli qətnamə ilə iddianı təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4271/2017 saylı, 24 iyul 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-11260/2016 saylı, 19 dekabr 2016-cı iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 Dekabr 2017 ci il tarixli məhkəmə iclasında vəkili üzürlü səbəbdən iştirak edə bilməmişdir. Hakim cənab Əsgərov vəkil olmadığına görə İddiaçı dinləmədən və məhkəməni növbəti iclasa təxirə salmadan 2(102)- 8867/17 saylı, 25 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4271/2017 saylı, 24 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamışdır. Sumqayıt şəhəri üzrə icra idarəsinin 52/20 saylı, xx.xx.2019cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” Hesabat tərtib edilmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın ləğvi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında "xxxx" MMC-nin 15 noyabr 2019-cu il tarixli, 19- 175 saylı hesabatının ləğv edilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manatın "xxxx" MMC və "xxxx" ASC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(103)-4204/2021 saylı qətnaməsi ilə hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sözügedən qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 9/4701 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən avto bazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1600 kub/sm, “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 12.500 manat müəyyən olunur. Göründüyü kimi, həm məhkəmələr tərəfindən, həm də ekspert tərəfindən avtomobillə bağlı qiymətləndirmənin düzgün keçirilmədiyi və məbləğin aşağı göstərildiyi təsdiq olunmuşdur. Qiymətləndirici tərəfindən avtomobilin qiymətinin müəyyən edilmə metodları düzgün seçilməmişdir. Qiymətləndirmə aparılarkən istinad edilən metodlar əsaslandırılmamışdır. Digər tərəfdən avtomobilin hərracdan satışını həyata keçirən cavabdeh "xxxx" MMC tərəfindən təşkil edilərək həyata keçirilmiş nə ilkin, nə də ki təkrar hərracların keçirilmə yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməmiş, həmin hərraclarda iddiaçının iştirakı təmin edilməmiş, əmlakın əldə edilməsində iddiaçnın üstünlük hüququ pozulmuşdur. Hərracdan ümumiyyətlə xəbəri olmamışdır. İş materialları ilə tanış olarkən əldə edilmiş poçt qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən ona göndərilən heç bir poçt qəbzi ona çatmamış, onun tərəfindən imzalanmamışdır. Bunlardan başqa, icra şöbəsindən əldə olunmuş sənədlərin surətlərindən görünür ki, avtomobillə bağlı ilkin və təkrar hərraclar baş tutmadığına görə, "xxxx" MMC tərəfindən tələbkar olan Cavabdeh2 ASC-yə təklif göndərilmişdir. Həmin təklifdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 30 təqvim günü ərzində ilkin satış qiymətindən 25% aşağı, yəni 7012,5 manata əldə olunması təklif olunmuşdur. Təklifdə həmçinin avtomobilin 30 təqvim günü ərzində əldə olunmadığı halda ipotekaya xitam veriləcəyi barədə Bank xəbərdar olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci iltarixli nömrəsindəelan dərcedilmişdir. X5 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolundan görünür ki, bankın səlahiyyətli nümayəndəsi MəmmədovNicat Mehman oğlu həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtomobili 7012,5 manata əldə olunmasına razılıq vermişdir. İpoteka haqqında Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, ipoteka predmeti Bank tərəfindən 30 günlük müddət ötürülməklə qəbul edilmişdir. Belə ki, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmiş, həmin müddətdən etibarən 30 gün müddətində yəni, xx.xx.2020-ci ilədək əldə edilməli olan ipoteka predmeti, nəinki 30 gün, həmçinin 2 ildən çox müddət ötürülməklə, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən əldə edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı məxsus “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən, X5 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi; “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipoteka yüklülüyündən azad edilməsi və ipotekaya xitam verilməsi, Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işə məhkəmədə baxıldığı müddətdə cavabdehlərdən tərəfindən çoxsaylı pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, Sumqayıt şəhəri üzrə icra İdarəsinin 52/20 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” Hesabat tərtib edilmişdir. Həmin hesabata əsasən, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil „ 11.000 manata dəyərləndirilmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın ləğvi” tələbinə dair məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxıldığı müddətdə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 9/4701 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1600 kub/sm, “Chevrolet Aveo” markalı 99FL512 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 12.500 (on iki min beş ytizl manat mtiəwən olunur.Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixdə icraatın dayandırılması haqqında QƏRAR qəbul edildiyi halda, icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdıqdan sonra icraatın təzələnməsinə dair hər hansı QƏRAR qəbul edilməmiş, İcra haqqında AR Qanununun 19.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da, icraatın təzələnməsinə dair hər hansı QƏRAR mövcud olmadığı halda, hərracın keçirilməsinin davam etdirilməsi tamamilə qanunsuzdur. Bu isə, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə daha bir əsasdır. İcra haqqında AR Qanunun 19.2-ci maddəsinə görə, İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. işə məhkəmədə baxıldığı dövrdə mübahisə predmeti olan avtomobil bir neçə dəfə iddiaçının razılığı və məlumatı olmadan satılmışdır. Belə ki, sorğuya cavab məktubundan bəlli olur ki, avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" (Azərbaycan) ASC-nin adma qeydiyyata alınsa da, elə həmin gün də bank tərəfindən alqı- satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. Sonuncu isə 23.11,2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən avtomobili Cavabdeh4 satmışdır (əslində isə addan-ada keçirmiş, özgəninkiləşdirilmə üçün görünüş yaratmışdır) və bu barədə iddiaçıya heç bir məlumat verməmişdirlər. Cavabdeh Bank "xxxx" (Azərbaycan)”-ın nümayəndəsi Nümayəndə2 tərəfindən elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edilmişdir. Etiraz ərizəsindən cavabdeh tərəfindən iddianın qəbul edilmədiyi, iddiaçının dəlillərini əsassız hesab etdiklərini müəyyən edilir. Belə ki, iddiaçı hərracın nəticələrinin kəğv edilməsinə əsas ola biləcək hal kimi hərracın birtərəfli qaydada keçirilməsini və iddiaçının iştirakını lazımi qaydada təmin etmədiyini göstərmişdir. Aşağıda qeyd olunan əsaslara görə Bank iddia tələblərini faktiki və hüquqi baxımdan əsassız hesab edir. İş materiallarına əlavə olunn bildirişdən göründüyü kimi, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən bir saylı bildiriş iddiaçıya göndərilmişdir. İlk hərracdan sonra avtomobil əldə edən olmadığı səbəbdən xx.xx.2020-ci il tarixdə ikinci hərrac keçirilmişdir, görünsyü kimi qanunvericliyin tələblərinə əsasən hərrrac keçirilmişdir. Keçirilən hərraclarda alıcı olmadığı səbəbindən xx.xx.2020-ci il tarixdə ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə göndərildi və Bank xx.xx.2020-ci il tarixdə bu təklifi qəbul etdi. xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər İcra İdarəsinin qərarına əsasən icra sənədi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş sübutlardan göründüyü kimi, xx.xx.2022-ci il tarixli Sumqayıt şəhəri şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" MMC-nə ünvanlanmı məktubundan göründüyü kimi, məhkəmə prosesi yekunlaşdığından hərracın qaldığı yerdən davam etdirilməsi xahiş olunmuşdur.Nəhayət xx.xx.2022-ci il tarixli 08/04 saylı hərracın yekunları barədə protokola əsasən avtomobil ipoteka saxlayan tərəfindən məcburən, çarəszlikdən alınmışdır, əks halda ipotekaya xitam riski ola bilərdi. Büün göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini məhəmədən xahiş edirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ASC-nin nümayəndələri etiraz ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflərə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-11260/2016 saylı qətnaməsi ilə İddiaçı və X1 müştərək qaydada 10936.03 ABŞ dolları əsas borc, 1269.58 ABŞ dolları faiz borcu, 50.80 ABŞ dolları cərimə, cəmi 12256.41 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq "xxxx" ASC yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi avtomobilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsaitdən borcun ödənilməsi qət edilmişdir; "xxxx" MMC-nin 15 noyabr 2019-cu il tarixli, 19-175 saylı Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin 52/20 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu, Sabunçu rayon Məhkəməsinin 2(008)-11260 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqi əsasında aparılmış qiymətləndirməyə əsasən “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin qiyməti 11000 manat təşkil edib; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 9/4701 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1600 kub/sm, “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 12500 manat müəyyən olunur; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-86/2021 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı məxsus olan Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında "xxxx" MMCnin xx.xx.2019-cu il tarixli, 19-175 saylı hesabatı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4204/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-86/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Sabunçu Rayon Məhkəməsinin 2(008)-11260/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 01/307 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirməyə dair təklif məktubunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərildiyi, İddiaçın tərəfindən qiymətləndirmənin nəticələrinin ləğvi barədə şikayət verilməsinə görə hərracın dayandırıldığı qeyd olunbmuş, məhkəmə prosesi başa çatdığı üçün hərracın qaldığı yerdən davam etdirilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsi, "xxxx" ASC və İddiaçı ünvanlanmış məktubdan aydın olur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli hərracın davam etdirilməsi haqqında məktubuna əsasən İddiaçı məxsus Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracı qaldığı mərhələdən davam edir. Qeyd olunan əmlakın təkrar hərracının baş tutumaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc olunmuşdur. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış məktuba dair xəbərnamədən aydın olur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli hərracın davam etdirilməsi haqqında məktubu İddiaçı çatmamışdır. Məktubun alınmama səbəbi kimi “köçüb” qrafasının seçilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının 10 yanvar 2020-ci il tarixli, 01/32 saylı “Hərracın keçirilməsinə dair” bildirişindən görünür ki, “Chevrolet Aveo” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ilkin hərrac 21 yanvar 2020-ci il tarixdə, saat 11:00-dan 17:00-dək ünvan 6 ünvanında keçiriləcək. İlkin satış qiyməti 11000-15%=9350 (doqquz min üç yüz əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının 24 yanvar 2020-ci il tarixli, 01/73 saylı “Hərracın keçirilməsinə dair” bildirişindən görünür ki, “Chevrolet Aveo” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair təkrar hərrac 05 fevral 202-ci il tarixdə, saat 11:00-dan 17:00-dək ünvan 6 ünvanında keçiriləcək. İlkin satış qiyməti 11000-15%=9350 (doqquz min üç yüz əlli) manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, Cavabdeh2 ASC, İddiaçı və X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixlərdə hərracın keçiriləcəyi barədə məlumat qeyd olunmuşdur. Birldirişlər İddiaçı tərəfindən alınmamışdır. “Birja yenilikləri” qəzetinin 10-16 yanvar 2020-ci il, 24-30 yanvar 2020-ci il və 01 mart 2022-ci il tarixli nömrələrində İddiaçı məxsus Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair keçirilən hərracların yeri, vaxtı və nəticələri barədə məlumatlar əks olunmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “İpoteka predmetinin əldə olunmasına dair” 07 devral 2020-ci il tarixli təklif məktubunun surətindən görünür ki, borclu İddiaçı məxsus ipoteka yüklü “Chevrolet Aveo” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkrar hərracının baş tutmaması bildirilir, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 7012.50 (yeddi min on iki manat əlli qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunur Bank "xxxx" (Azərbaycan) ASC-nin “Təklifin qəbulu haqqında” 03 mart 2020-ci il tarixli məktubunun surətindən görünür ki, ipoteka qoyan İddiaçı məxsus Chevrolet Aveo markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil təkrar hərracda satılmadığına görə tələbkar “Bank” balansına almağa razılıq verir. “İcraatın dayandırılması haqqında” 16 mart 2020-ci il tarixli Qərarın surətindən görünür ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-11260 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Tağıyev X4 Rayon Məhkəməsinə apellyasiya şikayəti verdiyindən, icraatın dayandırılması qərara alınmışdır. Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli 08/04 nömrəli protokolun surətindən göürünür ki, Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 11000 manat olmaqla, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 7012.5 manata tələbkar Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından aydın olur ki, “Chevrolet Aveo” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixli AB77512 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə daxil olmuş, xx.xx.2022-ci il tarixdə hərrac prokoluna əsasən İddiaçı mülkiyyəti kimi qeydiyyatdan çıxmışdır. Nəqliyyat vasitəsi 77PZ269 nömrə nişanı ilə, xx.xx.2022-ci il tarixli, BB277215 nömrəli şəhadətnamə ilə Cavabdeh2 ASC-nin mülkiyyəti kimi qeydə alınmışdır. Nəqliyyat vasitəsi 77EP659 dövlət qeydiyyat nişanı ilə, xx.xx.2022-ci il tarixli BB277216 nömrəli şəhadətnamə ilə BDYPİ K.N.N 77PZ269 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyəti kimi qeydə alınmışdır. Nəqliyyat vasitəsi 77EP659 dövlət qeydiyyat nişanı ilə, xx.xx.2022-ci il tarixli, BA232075 nömrəli şəhadətnamə ilə BYDPİ alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyəti kimi qeydə alınmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyyən edilmişdir ki, İddiaçı ilə Bank "xxxx" arasında 117085-1-8700 nömrəli, 12 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Bank” “kredit alan” a 18164 dollar məbləğində kredit verməyi, “kredit alan” isə verilmiş krediti qəbul edib,müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və kediti qaytarmağı, habelə kreditdən istifadəyə görə “Bank”a 17 faiz ödəməyi öhdəsinə götürür. 12 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı ilə "xxxx"arasında bağlanmış 117085-1-8700 nömrəli, 12 sentyabr 2013-cü il tarixli avtomobil kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyət hüququ əsasnda məxsus olan “Chevrolet Aveo” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-11260/2016 saylı, 19 dekabr 2016-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" nin iddiası təmin edilmiş, İddiaçı və X1 müştərək qaydada 10936.03 ABŞ dolları əsas borc, 1269.58 ABŞ dolları faiz borcu, 50.80 ABŞ dolları cərimə, cəmi 12256.41 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq "xxxx" ASC yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus “Chevrolet Aveo” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi avtomobilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsaitdən borcun ödənilməsi qət edilmişdir. Yuxarı instansiya məhkəmələri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinnidəyişdirmədən qüvvədə saxlamışdır. Daha sonra Sumqayıt şəhəri icra idarəsinin 52/20 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” Hesabat tərtib edilmişdir. İddiaşı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın ləğvi tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri səbail Rayon Məhkəməsinin 2(009)-86/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus “Chevrolet Aveo” makalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında "xxxx" MMC-nin 15 noyabr 2019-cu il tarixli, 19-175 saylı hesabatın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 4204/2021 saylı qətnaməsi ilə hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir. Sumqayıt şəhər icra idarəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən 21 yanvar 2020-ci il tarixdə keçirilən ilkin hərracda ipoteka predmetinin ilkin satış qiyməti 11000 manat müəyyən edilmiş, hərrac baş tutmamışdır. Təkrar hərracda ipoteka predmetinin qiyməti 9350 (11000-15%=9350) manat məbləğində müəyyən edilmiş, hərrac yenə baş tutmamışdır. Bundan sonra keçirilən təkrar hərrac da baş tutmadığından "xxxx" MMC tərəfindən ipoteka saxlayan xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-yə ipoteka predmetini 7012.5 (11000-25%=7012.5) manat məbləğində əldə olunması təklif olunmuşdur. ”Bank VTB” tərəfindən təklif qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokol imzalanmışdır. Daha sonra nəqliyyat vasitəsinin 28 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 9500 manata satılmışdır.23 noyabr 2022-ci il tarixdə Cavabdeh3 tərəfindən 11700 manat məbləğ müqabilində Cavabdeh4 satılmışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sumayıt şəhəri İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun icra hərəkətlərinin qanunsuz hesab edilməsi, keçirilmiş hərracın nəticələrinin, o cümlədən 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilmədi, “Chevrolet Aveo” markalı 99FL512 dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilmədi və ipotekaya xitam verilməsi, “Chevrolet aveo” markalı avtomobilə dair "xxxx" ASc ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli və Cavabdeh3 ilə X8 arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir 43.8-ci maddəsinə əsasən, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 48.1-1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 15.5. Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin, beynəlxalq məhkəmələrin və iqtisad məhkəmələrinin aktlarının məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və bu Məcəllə ilə müəyyən olunur. Məhkəmə ilk növbədə iddia tələblərinin “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki mülki işin materiallarından görünür ki, 21 yanvar 2020-ci il tarixli hərracda ipoteka predmetinin ilkin satış qiyməti 11000 (on bir min) manat məbləğində müəyyən edilmiş, 5 fevral 2021-ci il tarixli təkrar hərracda isə 11000-15%=9350 (doqquz min üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Daha sonra iddiaçının qiymətləndirməni mübahisələndirməsi ilə bağlı icraat dayandırılsa da, 18 mart 2022-ci il tarixli hərracın yekunları barədə protokolda yenə də qiymət 110000-25%=7012.5 (yeddi min on iki manat əlli qəpik) məbləğində müəyyənləşdirilərək bank tərəfindən qəbul edilmişdir. Halbuki həmin vaxt artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə hesabatının ləğv edilməsinə, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyinə əsasən ipoteka predmetinin orta bazar qiymətinin 12500 (on iki min beş yüz) manat olmasına baxmayaraq, icra məmuru hərracı dayandırıldığı yerdən davam etdirilməsi barədə hərrac təşkilatına müraciət etmiş, bank isə ipoteka predmetini əldə etmişdir. Beləliklə, məhkəmə qətnaməsi nəzərə alınmamışdır. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Eyni zamanda hərrac təşkilatı ipoteka qoyana bildirişin göndərilməsi və kütləvi informasiya vasitələrinə elanın dərc edilməsi ilə bağlı müddəaları da pozaraq, müddətlərə riayət etməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1ci maddəsinə əsasən, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Lakin mülki işin materiallarına əlavə edilmiş “Birja yenilikləri” qəzetinin surətlərindən görünür ki, 21 yanvar 2020-ci ildə baş tutan hərracın keçirilməsi barədə elan 10-16 yanvar 2020-ci il tarixdə verilmiş – yəni hərracın keçirilməsinə cəmi 10 gün qalmış; 5 fevral 2020-ci il tarixli təkrar hərracın keçirilməsi barədə elan isə 24-30 yanvar 2020-ci il tarixdə verilmişdir – yəni, hərracın keçirilməsinə cəmi 12 gün qalmış. Məhkəmə iddia ərizəsinin bildirişlərin iddiaçıya çatdırılmaması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Mülki işin materialları ilə təsdiq edilir ki, bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin hərrac təşkilatı tərəfindən yenə də müddətlərə riayət edilməmiş, bildirişlər 10 yanvar 2020-ci il və 24 yanvar 2020-c il tarixlərində göndərilmiş, bununla da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə göstərilən halların hərracın keçirilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin pozuntusu kimi qiymətləndirir və hesab edir ki, hərracın nəticələri barədə 18 mart 2022-ci il tarixli protokol etibarsız hesab edilməlidir. İddia tələbinin “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı icra məmurunun icra sənədi üzrə hərəkətlərindən narazı qaldığı halda, məhkəmə qətnaməsini çıxaran məhkəməyə şikayət edə bilər. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, məhz məhkəmə qətnaməsi qəbul edən məhkəmə qətnamənin icrasına nəzarəti həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərininvaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Sadalananlara əsasən, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin “ipotekaya xitam verilməsi” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ipotekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsində sadalanmışdır. Hazırki mülki iş üzrə həmin hallardan heç biri müəyyən edilmir. Eyni zamanda iddia ərizəsində göstərilənin əksinə olaraq, “ipoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinin pozulması da müəyyən edilmir; belə ki, hərracın baş tutması barədə elan “Birja yenilikləri” barədə qəzetin 01 mart 2022-ci il tarixli sayında dərc edilmiş, protokol isə 18 mart 2022-ci il tarixdə imzalanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. İddia tələbinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə hissəsi ilə əlaqədar, aşağıdakıları qeyd edir. MM-nin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-nin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Qanunvericiliyin qeyd edilən normalarından mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). «X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər uzrə muxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli suruldukdə və bu cür mubahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu muəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə muəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarında göstərmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydaların icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır”. Beləliklə, Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcı olması mülki işin materialları ilə təsdiq edildiyindən, əksini sübut edə biləcək dəlillər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki bu hissədə də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Cavabdeh2 ASC, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, Cavabdeh3, Cavabdeh4 qarşı “hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməs, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipoetkaya xitam verilməsi tələbinə dair” iddiası qismən təmin edilməli, 18 mart 2022-ci il tarixli “X5 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Həracın yekunları” barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokol etibarsız hesab edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 18 mart 2022-ci il tarixli “X5 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Həracın yekunları” barədə 08/04 nömrəli, 18 mart 2022-ci il tarixli protokol etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-236/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-236/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver