Məhkəmə qərarları › İş №e-2(005)-2397/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2397/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2397/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc alınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4000 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla, 81 manat pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin 2021-ci il istehsallı, “SYM Jet 14 49cc” markalı, Göy (parıltısız) rəngli, LXMXCA101NXB14620 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Satıcı” İddiaçı MMC ilə Cavabdeh2 arasında 12/23 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində öz əksini tapmış nəqliyyat vasitəsini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 5500 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə digər Cavabdeh1 arasında 12/23 saylı, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli girov müqaviləsinə əsasən 2021-ci il istehsallı, “SYM Jet 14 49cc” markalı, Göy (parıltısız) rəngli, LXMXCA101NXB14620 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMCyə girov kimi təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 4000 manat təşkil edir. Cavabdehlərə dəfələrlə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdehlər ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadırlar. Daha sonra iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4400 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla, 81 manat pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin 2021-ci il istehsallı, “SYM Jet 14 49cc” markalı, Göy (parıltısız) rəngli, LXMXCA101NXB14620 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, qeyd edilən mopedi dostu üçün almış, lakin dostu moped ilə qəzaya düşdüyündən aylıq ödənişləri edə bilməmişdir. Ödənişlərin edilməsi üçün iddiaçıdan yeni ödəniş qrafikinin açılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlər isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Pretenziya məktublarından görünür ki, cavabdehlərdən əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir; xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli nisyə alqı-satqı müqaviləsinin və onun tərkib hissəsi olan Əlavəyə əsasən İddiaçı MMC Cavabdeh2 5500 manat dəyərində 2021-ci il istehsallı, “SYM Jet 14 49cc” markalı, Göy (parıltısız) rəngli, LXMXCA101NXB14620 ban nömrəli nəqliyyat vasitəsini ilkin ödəniş 700 manat olmaqla, 12 ay müddətinə hər ay 400 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır; İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 12/23 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; xx.xx.2023-cü il tarixli 12/23 saylı girov müqaviləsinə əsasən girov qoyan Cavabdeh2 girov saxlayan İddiaçı MMC qarşısında 01 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi 2021-ci il istehsallı, “SYM Jet 14 49cc” markalı, Göy (parıltısız) rəngli, LXMXCA101NXB14620 ban nömrəli nəqliyyat vasitəsini girov kimi təqdim etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 700 manat ilkin ödəniş və 400 manat aylıq ödəniş edilmiş, nəticədə onun 4400 manat əsas; gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 81 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.7-ci maddəsinə əsasən. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 -ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə əşyanın hissə-hissə ödənilməsi barədə nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, iddiaçı 2021-ci il istehsallı, “SYM Jet 14 49cc” markalı, Göy (parıltısız) rəngli, LXMXCA101NXB14620 ban nömrəli nəqliyyat vasitəsini Cavabdeh2 mülkiyyətinə vermək, cavabdeh isə əşyaların qiymətinin hissə-hissə ödənilməsi (nisyə satış) barədə razılığa gəliblər. Odur ki, hazırkı iddia tələbi müqavilədən irəli gələn tələbdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı MMC ilə Cavabdeh2 arasında girov, İddiaçı MMC ilə Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış həmin müqavilələr qanunvericiliyin tələblərinə əsasən etibarlıdır, etibarsızlığa səbəb olacaq hər hansı digər faktları tərəflər təqdim etməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən tərəflər arasında etibarlı müqavilə münasibəti mövcud olmuşdur. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqısatqı nisyə alğı-satqı müqaviləsinə 01 saylı əlavəyə əsasən alıcı ümumi dəyəri 5500 manat təşkil edən nəqliyyat vasitəsinin dəyərini cədvəldə müəyyən edilmiş qaydada ödəməli, satıcı isə hissəvi ödənişlər ilə bağlı ödənişin həyata keçirilməsini təsdiq edən sənədləri alıcıya təqdim etməlidir. İşin halları və iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə təsdiq edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan nəqliyyat vasitəsini cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində nəqliyyat vasitəsini əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, ödəməkdən yayınmışdır. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliyi icra etməməsi barədə maliyyə arayışı təqdim etmiş, həmin sənədə əsasən cavabdeh ilkin ödəniş olaraq 700 manat, xx.xx.2023-cü il tarixə 400 manat olmaqla, ümumilikdə 1100 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişin həyata keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Bundan başqa Cavabdeh1 ilə iddiaçı arasında həmin öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmışdır ki, bununla da onun digər cavabdehin öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə iddiaçı qarşısında birgə məsuliyyəti yaranmışdır. Nəticədə cavabdehlərin alqı-satqı müqaviləsi üzrə 4400 manat əsas borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. İddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pulun cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, gecikməyə görə hesablanmış 81 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulması hissəsində də tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmçinin iddiaçı məhkəmədən tələbin girov qoyulmuş cavabdehə məxsus nəqliyyat vasitəsinə yönəldilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı girov predmetinə tutma yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin nəqliyyat vasitəsinin girov qoyulmasına dair müqavilə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanmışdır və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bu vəziyyətdə iddiaçı tutmanın girov predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. (Mülki Məcəllənin 298.3-cü maddəsi). Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tutmanın girov predmetinə yönəldilməsi zamanı girov predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət yoxdur. Çünki, hazırkı iş üzrə girov müqaviləsinin predmetini moped təşkil etməklə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların siyahısı”na əsasən rəsmi reyestrdə qeydə alınmalı olan əmlak növlərinə aid olmadığından tərəflər arasında ipoteka müqaviləsi bağlanmamışdır. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulandan fərqli olaraq yalnız girov predmeti olan əşyalarla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində belə bir tələb nəzərdə tutulmamışdır. Eyni zamanda, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə göstərilməli olduğu birbaşa qeyd edilsə də (maddə 10.5) girov müqavilələrində ilkin satış qiymətinin müqavilədə göstərilməli olduğu Azərbaycan Respublikasının Mülki Məcəlləsində (maddə 280.2) nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə hazırkı iş üzrə girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə zərurət görmür və hesab edir ki, bu məsələ qətnamənin icrası mərhələsində həll olunmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4400 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 81 manat pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh2 məxsus 2021-ci il istehsallı, “SYM Jet 14 49cc” markalı, Göy (parıltısız) rəngli, LXMXCA101NXB14620 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməli, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə qalıq borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4400 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 81 manat pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-in xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus 2021-ci il istehsallı, “SYM Jet 14 49cc” markalı, Göy (parıltısız) rəngli, LXMXCA101NXB14620 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilsin. Girov qoyulmuş əşyanın satışından götürülən məbləğ borc məbləğini ödəməzsə, qalıq borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar