Məhkəmə qərarları › İş №e-2(005)-2466/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2466/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2466/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli 132972 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 516,48 (beş yüz on altı manat 48 qəpik) manat əsas borc, 136,5 (yüz otuz altı manat 50 qəpik) manat cərimə borcu olmaqla cəmi 652,98 (altı yüz əlli iki manat 98 qəpik) manat borcun, xx.xx.2022-ci il tarixli, 134041 saylı digər nisyə alqı-satqı müqaviləsi üzrə 1098,88 (min doxsan səkkiz manat 88 qəpik) manat əsas, 297 (iki yüz doxsan yeddi) manat cərimə borcu olmaqla cəmi 1395,88 (min üç yüz doxsan beş manat 88 qəpik) manat borc olmaqla iki müqavilə üzrə ümumilikdə 2048,86 (iki min qırx səkkiz manat 86 qəpik) manat borcun və 40,49 (qırx manat 49 qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlamış xx.xx.2021-ci il tarixli, 132972 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 776,52 manata nisyə mobil telefon satmışdır. Cavabdeh həmin məbləği hər ay 64,71 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 27-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 4 ay toplam olaraq 260 manat ödəniş etmiş və qalıq 516,48 manat borcunu ödəməkdən yayınmışdır. Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 134041 saylı digər nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 1318,9 manata nisyə notebook satmışdır. Cavabdeh həmin məbləği hər ay 109,91 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 15-dək ödəməyi öz üzərinə ğötürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh odəniş cədvəli üzrə 2 ay toplam olaraq 220 manat odəniş etmiş və qalıq 1098,88 manat borcunu ödəməkdən yayınmışdır. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı odəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bününla baglı cavabdehlərə borcün odənilməsinə dair dəfələrlə onlara məxsüs mobil və ev telefon nomrələrinə şifahi xəbərdarlıqlar edilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq müqavilələr üzrə yaranmış borcü ödəməkdən yayınmış xx.xx.2022-ci ildə xəbərdarlıq məktübü göndərilərək xx.xx.2021-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 516,48 azn əsas, həmin gün üçün hesablanmış 24,7 (64,71x1%=0,65x38gün=24,7) manat cərimə borcü olmaqla cəmi 541,18 manat borc, xx.xx.2022-ci il tarixdə baglanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 1098,88 azn əsas, həmin gün üçün hesablanmış 22 (109,91x1%=1,1x20gün=22) manat cərimə borcü olmaqla cəmi 1120,88 manat borc olmaqla ümümilikdə 1662,06 manat borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olünan borcü ödəməkdən yayınmış və nəticədə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 516,48 manat əsas, xx.xx.2022-ci il tarixədək hesablanmış 136,5 (64,71x1%=0,65x210gün=136,5) manat cərimə borcü olmaqla cəmi 652,98 (altı yüz əlli iki manat 98 qəpik) manat borc, xx.xx.2022-ci il tarixdə baglanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 1098,88 manat əsas, xx.xx.2023-cü il tarixədək hesablanmış 297 (109,91x1%=1,1x270gün=297) manat cərimə borcü olmaqla cəmi 1395,88 (min üç yüz doxsan beş manat 88 qəpik) manat borc olmaqla hər iki müqavilə üzrə ümümilikdə 2048,86 (iki min qırx səkkiz manat 86 qəpik) manat borcu yaranmışdır. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh tərəfindən qəbul edilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: - Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 132972 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 776,52 manata nisyə mobil telefon satmışdır. - Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 134041 saylı digər nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 1318,9 manata nisyə notebook satmışdır. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Samsung A52 4/128GB” modelli, **********10974 İMEİ kodlu telefon alıcıya təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Lenovo V145-15AST 15.6 (81MT006YİH)” modelli, smp1v0p1j İMEİ kodlu Notebook bütün ləvazimatıilə birlikdə alıcıya təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli hər iki müqaviləyə əsasən "xxxx" MMC-yə 1395,98 (min üç yüz doxsan beş manat 98 qəpik) manat borcu var. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh göndərilmiş xəbərdarlıqdan görünür ki, cavabdehlə bağlanmış müddətli alqı-satqı müqavilələrinə əsasən yaranmış borcu ödəməsi tələb olunur. - xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40,49 (qırx manat 49 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40,49 (qırx manat 49 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4. maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2021-ci il tarixli 132972 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 516,48 (beş yüz on altı manat 48 qəpik) manat əsas borc, 136,5 (yüz otuz altı manat 50 qəpik) manat cərimə borcu olmaqla cəmi 652,98 (altı yüz əlli iki manat 98 qəpik) manat borcun, xx.xx.2022-ci il tarixli, 134041 saylı digər nisyə alqı-satqı müqaviləsi üzrə 1098,88 (min doxsan səkkiz manat 88 qəpik) manat əsas, 297 (iki yüz doxsan yeddi) manat cərimə borcu olmaqla cəmi 1395,88 (min üç yüz doxsan beş manat 88 qəpik) manat borc olmaqla iki müqavilə üzrə ümumilikdə 2048,86 (iki min qırx səkkiz manat 86 qəpik) manat borc və 40,49 (qırx manat 49 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 132972 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 516,48 (beş yüz on altı manat 48 qəpik) manat əsas borc, 136,5 (yüz otuz altı manat 50 qəpik) manat cərimə borcu olmaqla cəmi 652,98 (altı yüz əlli iki manat 98 qəpik) manat borcun, xx.xx.2022-ci il tarixli, 134041 saylı digər nisyə alqı-satqı müqaviləsi üzrə 1098,88 (min doxsan səkkiz manat 88 qəpik) manat əsas, 297 (iki yüz doxsan yeddi) manat cərimə borcu olmaqla cəmi 1395,88 (min üç yüz doxsan beş manat 88 qəpik) manat borc olmaqla iki müqavilə üzrə ümumilikdə 2048,86 (iki min qırx səkkiz manat 86 qəpik) manat borc və 40,49 (qırx manat 49 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar