Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2503/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Leyla Cavid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin bərpa olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şşəhəri 9 saylı Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2nun mülkiyyətində olan miras əmlakları olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 23A, 23B, mənzil 23 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil, ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı, buraxılış ili: 2008, ağqara rəngli “X25” markalı minik avtomobili, ** ES *** dövlət qeydiyyat nömrə nişanlı, buraxılış ili: 1992, Xaki rəngli “KAMAZ 55111” markalı yük avtomobili, ** SR *** dövlət qeydiyyat nömrə nişanlı, buraxılış ili: 1997, yaşıl rəngli “Nissan Pathfinder” markalı minik avtomobili və banklarda qalmış pul mirasının qəbul edilməsi üçün üzrlü səbəbdən ötürülmüş müddətin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı X2 xx.xx.2022-ci il tarixində yaşadığı ünvan 2 ünvanındakı fərdi evdə vəfat etmiş, xx.xx.2022-ci il tarixində dəfn edilmişdir. Mərhum atasının ölüm faktının qeydə alınmasından sonra iddiaçıya məlum olmuşdur ki, atasının vərəsəsi olaraq Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 23A, 23B, mənzil 23 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil, ** ZA *** dövlət qeydiyyat nömrə nişanlı, buraxılış ili: 2008, ağ-qara rəngli “X25” markalı minik avtomobili, ** ES *** dövlət qeydiyyat nömrə nişanlı, buraxılış ili: 1992, Xaki rəngli “KAMAZ 55111” markalı yük avtomobili, ** SR *** dövlət qeydiyyat nömrə nişanlı, buraxılış ili: 1997, yaşıl rəngli “Nissan Pathfinder” markalı minik avtomobili və banklarda qalmış pulu miras qalmışdır. İddiaçı mirasın açılması üçün notariusa müraciət etdikdə məlum olmuşdur ki, iddiaçının doğum haqqında şəhadətnaməsində atası Mustafayev soyadı deyil, anasının Dostuyeva soyadı yazıldığından iddiaçı atasının qanun üzrə vərəsəsi ola bilmir. Belə ki, adi bir səhv, savadsızlıq və diqqətsizlik nəticəsində onun doğum haqqında şəhadətnaməsində atalıq faktı müəyyən olunmamışdır. Bundan sonra iddiaçı Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət edib və bildirdilər ki, atalıq faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməlidir. Eyni zamanda mərhum atasının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Bakı 6 saylı Asan Xidmətinin qeydiyyat şöbəsinə müraciət etsə də, iddiaçıya məhkəməyə müraciət etməli olduğunu bildiriblər. İddiaçı məhkəməyə müraciət etdikdən sonra atasının övladlığa qardaşı oğlu, eyni zamanda əmisi oğlu olan X11 “atalığın etiraf edilməsi faktının müəyyən olunması” faktını süni şəkildə mübahisələndirərək hüquq barədə süni mübahisə yaratmaqla iki il yeddi ay müddətində qəsdən, bilərəkdən, qərəzli olaraq iddiaçını məhkəmələrdə ləngitməklə maneələr yaratmışdır. Məhkəmənin diqqətinə elə çatdırılır ki, xx.xx.2022-ci il tarixində Suraxanı Rayon Məhkəməsində xüsusi icraat qaydasında başlamış mülki iş daha sonra mediasiyadan keçməklə Səbail Rayon Məhkəməsində iddia icraatı qaydasında davam etmiş, qarşı tərəfin qanunsuz müdaxilələri nəticəsində iki dəfə apellyasiya məhkəməsində və iki dəfə Ali Məhkəmədə olmaqla, nəhayət AR Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(102)-161/2025 saylı Qərarı ilə “atalığın etiraf edilməsi faktının müəyyən olunması” tələbinə dair iddia tələbi ədalətli şəkildə təmin olunmuşdur. Elə bu səbəbdən də iddiaçı ondan asılı olmayan, qarşı tərəfin qərəzli, qəsdən və bilərəkdən qurmuş olduğu maneələrə görə atasının miras əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmş müddəti məcburi şəkildə, üzrlü olaraq buraxmalı olmuşdur. “Atalığın etiraf edilməsi faktının müəyyən olunması” tələbinə dair AR Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(102)- 161/2025 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra iddiaçı sənədlərini yenilədikdən sonra qardaşlığı tərəfindən ondan qabaq mirasın açıldığı AR Ədliyyə Nazirliyi, Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət etsə də ona “miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir” cavab yazaraq imtina edildi və məhkəməyə müraciət etməli olduğu iddiaçıya izah edildi. Yuxarıda göstərilən və Notariat haqqında qanunun 40cı maddəsini, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 102, 107 bəndini nəzərə alaraq Notariat hərəkətinin aparılmasından imtina edilməsi və qərardan məhkəməyə şikayət verilməsi qaydası haqqında vətəndaş İddiaçı izah edilməsinə dair” qərar verdilər. İddiaçı hesab edir ki, o, miras əmlakının qəbulu ilə əlaqədar müddəti üzrlü səbəbdən ötürmüşdür. Ona görə də miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddətin buraxılmış hesab edildiyindən həmin buraxılmış müddətin üzrlü səbəbdən buraxılması və bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxs X11 məhkəmə iclaslarına gəlməmişdilər, lakin cavabdeh məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəblərdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 4220 №-li notarial hərəkətlərinin aparmaqdan imtina edilməsi barədə qərarından görünür ki, ərizəçi İddiaçı miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinə baxılmış, notariat hərəkətlərinin aparılmasından miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün imtina edilmişdir. - 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 299368 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 444 nömrə ilə qeyd aparılmışdır. - Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 957020 nömrəli xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. X2, anası X12r. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 475393 nömrəli xx.xx.2025-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1984-cü ildə X9 doğulmuş X16 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-325/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi X16 maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. X3 ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-161/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3833/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) 2(103)- 3833/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə X16 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, X16 X10 qarşı “atalığın etiraf edilməsi faktının müəyyən olunması” tələbinin təmin edilməsi, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.1960-cı il təvəllüdlü X8 xx.xx.1984-cü il tarixdə anadan olmuş X16 atası olması faktının (atalığın etiraf olunması faktı) müəyyən olunması və iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 100 manat, ekspertiza tədqiqatı üçün ödənilmiş 2300 manatın X4 alınıb X17 verilməsi qət olunmuşdur. -Azərbaycan Beynəlxalq Bankı ASC-nin 9 saylı Notariat Ofisinin sorğusuna cavab olaraq ünvanlandığı məktubdan görünür ki, X8 adına "xxxx" ASC-nin Sabunçu filialında ******************** saylı bank hesabı var, hesabın qalığı 3.585,07 manat, Suraxanı filialında ******************** saylı hesabın qalığı 0.56 AZN təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X1 Rafiq Mustafa oğlunun vərəsəsidir və şəhadətnamələr üzrə miras əmlaklardan tam hissədə pay almalıdır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-161/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən mərhum X6 İddiaçı atası olması müəyyən edilmişdir. Hazırda mərhum X5 qalma miras əmlakın qəbul edilməsi vaxtının ötürülməsinin üzrlü hesab edilməsini xahiş edən İddiaçı həmin müddəti ötürülməsinin səbəbini özünün doğum haqqında şəhadətnaməsində soyadının fərqli olması və valideynlərinin rəsmi deyil, faktiki nikahlarından anadan olması səbəbindən mərhum Rafiq Mustafayevin onun atası olmasını təsdiq etmək üçün məhkəməyə müraciət etməsi və uzun çəkən məhkəmə prosesləri nəticəsində olduğu ilə əsaslandırmışdır. Belə ki, iddiaçı göstərdiyi halları təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; xx.xx.2023-cü il tarixədək qüvvədə olan 1246-cı maddənin tələbinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Hazırki mübahisəli işin hallarından göründüyü kimi, miras qoyan X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin bərpa olunması tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı hazırki mübahisəyə şamil olunmur. Belə olanda İddiaçı miras əmlakı qəbul edilməsi üçün Mülki Məcəllənin 1246-cı maddəsi ilə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürüb-ötürməməsi aydınlaşdırılmalıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi əsas götürüb, hesab edir ki, X8 xx.xx.2022-ci il tarixdə öldükdən sonra ona məxsus miras əmlakın qəbul edilməsi üçün iddiaçı notariat ofisinə müraciət etsə də, lakin həmin zaman o, valideynlərinin faktiki nikah münasibətlərindən anadan olduğu, doğum haqqında şəhadətnamədə soyadının fərqli olması səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. İddiaçının miras qoyanın övladı olması hər hansı başqa qaydada müəyyən olunmadığı üçün iddiaçı atalıq faktının müəyyən edilməsi və daha sonra faktla bağlı mübahisə olduğu üçün atalığın etiraf edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş, nətiəcədə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Sonda onun iddiası təmin edilmiş və xx.xx.2025-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə qüvvəsini almışdır. Sonradan iddiaçı notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün müraciət etsə də, lakin mirasın qəbul edilmə müddətinin ötürülməsi səbəbindən ona şəhadətnamə verilməsindən imtina edilmişdir. Nəticədə iddiaçı müddətin bərpası barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçı mərhum atasının xx.xx.2022-ci il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan üzrlü səbəblərdən müddəti ötürdüyündən, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X5 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməli və mərhum X5 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisinin üzərinə qoyulmalıdır Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisinin üzərinə İddiaçı mərhum X7 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi həvalə edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2503/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2503/2025
09.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver