Məhkəmə qərarları › İş №e-2(005)-2515/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2515/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2515/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********70764 İPHONE 14 markalı telefon, APPLE ADAPTER üçün 477.43 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 47.74 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4 ədəd ANTİFRİZ KONSENTRAT üçün 118.48 manat ödənilməmiş hissə, 11.85 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd PEMCO ANTİFREEZE üçün 24.33 manat ödənilməmiş hissə, 2.43 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4 ədəd NANKANG NS-25 təkər üçün 602.72 manat ödənilməmiş hissə, 60.27 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ƏDƏD SUPER LEİCHTLAUF MÜHƏRRİK YAĞ üçün 200 manat ödənilməmiş hissə, 20 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********32963 İPHONE 15 PRO MAX markalı telefon, PAKET XXL xidməti üçün, 3887.54 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 388.75 manat dəbbə, ümumilikdə 5.888,75 manat borc, 78,89 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********70764 İPHONE 14 markalı telefon, APPLE ADAPTER, İmei kod **********88824 XİAOMİ POCO X5 PRO markalı telefon, 4 ədəd ANTİFRİZ KONSENTRAT, 2 ədəd PEMCO ANTİFREEZE, 4 ədəd NANKANG NS-25 təkər, 2 ƏDƏD SUPER LEİCHTLAUF MÜHƏRRİK YAĞİ, İmei kod**********32963 İPHONE 15 PRO MAX markalı telefon, PAKET XXL xidmətailmış və nəticədə 5888.75 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2909.88 manat (18 ay x 161.66 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********70764 İPHONE 14 markalı telefon, APPLE ADAPTERüçün ümumilikdə, 548.77 manat olmaqla ondan, 477.43 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 47.74 manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 205.08 manat (12 ay x 17.09 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd ANTİFRİZ KONSENTRATüçün ümumilikdə, 130.33 manat olmaqla ondan, 118.48 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.85 manat dəbbə; xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 55.92 manat (6 ay x 9.32 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd PEMCO ANTİFREEZEüçün ümumilikdə, 26.76 manat olmaqla ondan, 24.33 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.43 manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 724.32 manat (18 ay x 40.24 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd NANKANG NS-25 təkərüçün ümumilikdə, 662.99 manat olmaqla ondan, 602.72 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60.27 manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 240 manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) 2 ƏDƏD SUPER LEİCHTLAUF MÜHƏRRİK YAĞİ üçün ümumilikdə, 220.00 manat olmaqla ondan, 200 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4797.54 manat (18 ay x 236.53 manat + 540 manat ilkin ödəniş) olan İmei kod **********32963 İPHONE 15 PRO MAX markalı telefon, PAKET XXL xidməti üçün ümumilikdə, 4299.89 manat olmaqla ondan, 3887.54 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 388.75 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3622.24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, borcun ödənilməsinin maaşına yönəldilməsini xahiş edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09632237 nömrəli müqavilənin surətindən, İmei kod **********70764 İPHONE 14 markalı telefon, APPLE ADAPTER xidməti müştəriyə təqdim edilmişdir. -xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixində bağlanmış 09632237 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. - "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13984226 nömrəli müqaviləyə əsasən, 4 ədəd ANTİFRİZ KONSENTRAT xidməti müştəriyə təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixində bağlanmış 13984226 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. - "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən, 2 ədəd PEMCO ANTİFREEZE xidməti müştəriyə təqdim edilmişdir. -xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixində bağlanmış ********* saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. -"xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03757825 müqaviləyə əsasən, 4 ədəd NANKANG NS-25 təkər xidməti müştəriyə təqdim edilmişdir. -xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixində bağlanmış 03757825 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. -"xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 14026834 nömrəli müqaviləyə əsasən, 2 ƏDƏD SUPER LEİCHTLAUF MÜHƏRRİK YAĞ xidməti müştəriyə təqdim edilmişdir. -xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixində bağlanmış 14026834 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. -"xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 14272121 nömrəli müqaviləyə əsasən, İmei kod **********32963 İPHONE 15 PRO MAX markalı telefon, PAKET XXL xidməti müştəriyə təqdim edilmişdir. -xx.xx.2024-cü il tarixlibildirişə əsasən, xx.xx.2024-cü il tarixində bağlanmış 14272121 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və 'Müştəri' tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'-a tam sahiblik hüququ 'Müştəri'-yə keçir. - xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, 6 müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 5.310,5 manat, İnnovativ Layihələr Mərkəzi Rüsumu 47,2 manat, dəbbə pulu 531,05 manat olmaqla ümumilikdə ödənilməmiş məbləğ 5888.75 manat təşkil edir. -xx.xx.2025-ci il tarixli arayışa əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei kod **********70764 İPHONE 14 markalı telefon üçün 23,6 manat, İmei kod **********32963 İPHONE 15 PRO MAX markalı telefon üçün 23,6 manat olmaqla, mobil telefonların açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 47,2 manat pul ödənilmişdir. - xx.xx.2025 tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh "xxxx" MMC ilə aranızda bağlanmış xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "Pemco" markalı 2 ədəd antifriz, "Konsentrat" markalı 4 ədəd antifriz, "Super Leichtlauf" markalı 2 ədəd mühərrik yağı, "Apple" markalı 2 ədəd telefon, adapter, "Nankang" markalı 4 ədəd təkər almısınız. Lakin aldığı malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirmisiniz, yəni "ödəniş cədvəli"ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən tam şəkildə icra edilmədiyindən, onun iddiaçı qarşısında hazırkı iddiadan irəli gələn pul öhdəliyi yaranmışdır. Yəni iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh özü də məhkəmə iclasında iddiaçıya olan pul öhdəliyini yerinə yetirmədiyini məhkəmə iclasında etiraf etmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 5.310,5 manat əsas borc cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının müqavilələr üzrə dəbbə borcunun tutulmasına dair hissələrinə hüquqi qiyəmt verərək, hesab edir ki, iddia tələbləri qeyd edilən hissələrdə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, müqavilələr üzrə dəbbə pulu yaranmış borc məbləğlərinə mütənasib olmadığından həmin cərimə məbləğləri azaldılmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış 47,74 manat dəbbə pulu azaldılaraq 15 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 60,27 manat dəbbə pulu azaldılaraq 15 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 20 manat dəbbə pulu 10 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 388,75 manat dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, maliyyə arayışını və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, Cavabdeh "xxxx" MMC-nin xeyrinə hər altı müqavilə üzrə 5.310,5 manat manat əsas, 90 manat dəbbə pulu cəmi 5400,5 manat borc məbləğində pul vəsaiti tutulmalıdır. Bundan əlavə məhkəmə iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03487114 nömrəli müqavilənin 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, iddiaçı tələb etdiyi İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsumu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 78,89 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə altı müqavilə üzrə 5.310,5 manat əsas, 90 manat dəbbə pulu olmaqla cəmi 5400,5 manat borc və 78,89 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar