Məhkəmə qərarları › İş №e-2(005)-2519/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2519/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2519/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi-X2 iştirakları ilə, İddiaçı2 və İddiaçı1 cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 oglu cavabdehlər “xxxx” MMC-yə, “xxxx” ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(106)24/2018 saylı icra vərəqəsi əsasında ünvan 1 cavabdeh “xxxx” MMC-nin təşkil etdiyi hərracların etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, Şirvan Apellyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(106)24/2018 saylı icra vərəqəsinə görə “cavabdeh İddiaçı2 ilə Cavabdeh2 ASC arasında bağlanmış 18.10.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı2 cəmi 58.785,82 ABŞ dolları pulun Cavabdeh2 ASC-yə verilməsi, cavabdeh İddiaçı1 məxsus olan Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 36 saylı evin 58 saylı mənzilinə tutmanın yönədilməsi, mənzilin bazar dəyərinin 280.000 manat müəyyən edilməsi, əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi” qət edilmişdir. 12.11.2018-ci il tarixdə verilmiş bu icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyev “xxxx” MMC-yə 15.04.2019-ci il tarixdə 40989/18 nömrəli hərracın keçirilməsi haqqında sifariş ünvanlayaraq, ünvan 1 280.000 manat ilkin qiyməti ilə hərracın keçirilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-nin 30.03.2021-ci il tarixli 01/1785 saylı ipoteka predmetinin əldə olunmasına dair təklif məktubundan məlum olur ki, sözügedən mənzil üzrə icra orqanının 27.01.2021-ci il tarixli başqa bir sifariş məktubu da olmuşdur. Həmin məktubdan sonra hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Daha sonra, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 178.500 manat olmaqla ipoteka saxlayana, yəni Cavabdeh2 ASC-yə təklif olunmuşdur. İcra məmurunun verdiyi məlumata görə, ipoteka saxlayan təklifi qəbul etmişdir. Hesab edir ki, hərracın keçirilməsi və ipoteka predmetinin ipoteka saxlayana təklif olunması qanunsuz baş vermişdir və onun nəticələri etibarsız sayılmalıdır. İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olinmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi-X3 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Hərrac Mərkəzi Cavabdeh1nə məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Hərrac Mərkəzi Cavabdeh1 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-24/2018 saylı 13.04.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı2 ilə "Cavabdeh2" ASC-nin İnvest filialı arasında bağlanmış 18 oktyabr 2015-ci il tarixli, İ-01/0Q22C4 saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdeh İddiaçı2 əsas borca görə 50000 (əlli min) ABŞ dolları, faiz borcu üzrə 6,785,82 (altı min yeddi yüz səksən beş ABŞ dolları səksən iki sent) ABŞ dolları və 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 58.785,82 (əlli səkkiz min yeddi yüz səksən beş ABŞ dolları, səksən iki sent) ABŞ dolları (tutuldığu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq "Cavabdeh2" ASC-yə verilməsi, cavabdeh İddiaçı1 məxsus olan Bakı şəhəri, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 36 nömrəli evin 58 saylı mənzilə tutma yönəldilsin, əmlak açıq hərracda satılsın, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın, əmlajgn satışından əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı2 "Cavabdeh2" ASC-yə olan 58.785,82 (əlil səkkiz min yeddi yüz səksən beş ABŞ dolları, səksən iki sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat dövlət rüsumu ödənilməsi, ipoteka predmefı olan cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllə, ev 36 ünvanında yerləşən yeni tikili binanın, 4-cü mərtəbəsində yerləşən, 157.9 kv.m. ümumi, 108.9 kv.m. yaşayış və 49.0 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı, 58 nömrəli mənzilin bazar dəyəri 280000 (iki yüz səksən min) manat müəyyən edilməsi, ekspertiza xərcini təşkil edən 110 (yüz on) manat iş üzrə iddiaçı Cavabdeh2 ASC-dən alınaraq alınaraq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. İpoteka predmetinin əldə olunmasına dair 30.03.2021-ci il tarixli, 01/1785 saylı təklifdən görünür ki, Yasamal rayon icra və probasiya şöbəsinin №17/72-40989/18-1940 saylı 27.01.2021 tarixli sifariş məktubu əsasən ipoteka yüklü Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşmlı küçəsi 488-489-cu məhəllə, ev 36-nın 4-cü mərtəbəsində 58 saylı mənzilinin hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 178500 (bir yüz yetmiş səkkiz min beş yüz) manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetiııi əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 02.02.2021-ci il tarixli 01/51 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 488-489-cu məhəllə, ev 36-nın 4-cü mərtəbəsində 58 saylı mənzilin açıq auksion formasında hərracın keçirilməsi 26 fevral 2021-ci il tarixə saat 11:00-17:00-a növbəlik əsasında təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 02.02.2021-ci il tarixli 01/51 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 488-489-cu məhəllə, ev 36-nın 4-cü mərtəbəsində 58 saylı mənzilin açıq auksion formasında hərracın keçirilməsi 17 mart 2021-ci il tarixə saat 11:00-17:00-a növbəlik əsasında təyin edilmişdir; İşdə olan kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarından görünür ki, İddiaçı1 bildirlər çatdırılmışdır. “Birja yenilikləri” qəzetinin 30 mart 2021-ci il tarixli buraxılışının surətindən görünür ki, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 488-489-cu məhəllə, ev 36-nın 4-cü mərtəbəsində 58 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin 01 mart 2021-ci il tarixli buraxılışının surətindən görünür ki, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 488-489-cu məhəllə, ev 36-nın 4-cü mərtəbəsində 58 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 02.04.2021-ci il tarixli hərracın yekunları barədə 28/05 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı1 məxsus olan Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 488-489-cu məhəllə, ev 36-nın 4-cü mərtəbəsində 58 saylı mənzilin ilkin satış qiyməti 280000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 238000 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 178500 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. Buna dair 02.04.2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 488-489-cu məhəllə, ev 36-nın 4-cü mərtəbəsində 58 saylı mənzilin açıq auksion formasında satışa çixarılmasına dair keçiriləcək hərracın vaxtı və yeri barədə iddiaçı məlumatlandırılmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 hazırkı iddiası əsassızdır, iddiaçılar iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər “xxxx” MMC-yə, “xxxx” ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar