Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2537/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: lizinq müqaviləsi üzrə pul) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 noyabr 2023-cü il tarixli AZL-1129 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2025-ci il tarixə ödənilməmiş 291.65 manat gecikdirilmiş əsas, 246.08 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 224.63 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 424.80 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1345 manat, ümumilikdə 2532.16 manat borc və ödənilmiş 45.33 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli AZL-1129 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543.51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-***dövlət qeydiyyat nişanlı avtomobil 10 fevral 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 424.80 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü AR X1 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir: 1. xx.xx.2025-ci il tarixli İXP6839356 saylı protokola görə 40 manat; 2. xx.xx.2024-cü il tarixli EQ23843224 saylı protokola görə 64 manat; 3. xx.xx.2024-cü il tarixli EQ21232561 saylı protokola görə 16 manat; 4. xx.xx.2024-cü il tarixli EQ21232563 saylı protokola görə 16 manat; 5. xx.xx.2024-cü il tarixli EQ21232693 saylı protokola görə 16 manat; 6. xx.xx.2024-cü il tarixli EQ21232566 saylı protokola görə 16 manat; 7. xx.xx.2024-cü il tarixli EQ21232562 saylı protokola görə 16 manat; 8. xx.xx.2024-cü il tarixli EQ21232580 saylı protokola görə 16 manat; 9. xx.xx.2024-cü il tarixli EQ21232458 saylı protokola görə 80 manat; 10. xx.xx.2024-cü il tarixli EQ21232435 saylı protokola görə 16 manat; 11. xx.xx.2024-cü il tarixli EQ21232454 saylı protokola görə 16 manat; 12. xx.xx.2024-cü il tarixli EQ21232345 saylı protokola görə 80 manat; 13. xx.xx.2024-cü il tarixli EQ21232338 saylı protokola görə 16 manat; 14. xx.xx.2024-cü il tarixli EQ21232339 saylı protokola görə 16 manat; 15. xx.xx.2024-cü il tarixli EQ21232340 saylı protokola görə 320 manat; 16. xx.xx.2024-cü il tarixli EQ21232199 saylı protokola görə 64 manat; 17. xx.xx.2024-cü il tarixli EQ21232107 saylı protokola görə 64 manat; 18. xx.xx.2024-cü il tarixli EQ21232093 saylı protokola görə 80 manat; 19. xx.xx.2024-cü il tarixli EQ20385537 saylı protokola görə 16 manat; 20. xx.xx.2024-cü il tarixli EQ20385536 saylı protokola görə 16 manat; 21. xx.xx.2024-cü il tarixli EQ20385535 saylı protokola görə 16 manat; 22. xx.xx.2024-cü il tarixli AYNA0453916 saylı protokola görə 9 manat; 23. xx.xx.2024-cü il tarixli EQ20385532 saylı protokola görə 16 manat; 24. xx.xx.2024-cü il tarixli EQ20385533 saylı protokola görə 16 manat; 25. xx.xx.2024-cü il tarixli EQ20385529 saylı protokola görə 16 manat; 26. xx.xx.2024-cü il tarixli EQ20385531 saylı protokola görə 16 manat; 27. xx.xx.2024-cü il tarixli EQ20385526 saylı protokola görə 16 manat; 28. xx.xx.2024-cü il tarixli EQ20385521 saylı protokola görə 16 manat; 29. xx.xx.2024-cü il tarixli EQ20385517 saylı protokola görə 16 manat; 30. xx.xx.2024-cü il tarixli EQ21232016 saylı protokola görə 16 manat; 31. xx.xx.2024-cü il tarixli EQ21232009 saylı protokola görə 16 manat; 32. xx.xx.2024-cü il tarixli EQ21231997 saylı protokola görə 16 manat; 33. xx.xx.2024-cü il tarixli EQ21231996 saylı protokola görə 16 manat; 34. xx.xx.2024-cü il tarixli EQ21231999 saylı protokola görə 16 manat; 35. xx.xx.2024-cü il tarixli EQ21231995 saylı protokola görə 80 manat; 36. xx.xx.2024-cü il tarixli EQ21232000 saylı protokola görə 16 manat; 37. xx.xx.2024-cü il tarixli EQ21231993 saylı protokola görə 16 manat; 38. xx.xx.2024-cü il tarixli EQ21231990 saylı protokola görə 16 manat; 39. xx.xx.2024-cü il tarixli AYNA0139576 saylı protokola görə 16 manat. Yuxarıda qeyd edilən protokollara görə ümumilikdə 1345 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda Cavabdeh AZL-1129saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2025-ci il tarixə ümumilikdə 762.36 manat məbləğində gecikmə borcu yaranmışdır. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Guseinov Gasan iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən “Chevrolet Cobalt LTZ” markalı avtomobil cavabdehin istifadəsinə verilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə avtomobil şirkətə geri qaytarılmışdır və qüsur aktı ilə müəyyən edilmişdir ki, avtomobilə 424,80 manat zərər dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2537/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. - AZL-1129 saylı xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsindən və Əlavə №1-dən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan, qiyməti 25850 manat oland 1 ədəd tünd göy metallik rəngli “Chevrolet Cobalt LTZ” markalı avtomobil Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, qiyməti 25850 manat oland 1 ədəd tünd göy metallik rəngli “Chevrolet Cobalt LTZ” markalı avtomobil Cavabdeh təhvil verilmişdir. -AZL-1129 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, Cavabdeh 1 ədəd tünd göy metallik rəngli “Chevrolet Cobalt LTZ” markalı avtomobili 25850 manata 60 ay müddətinə illik 16% ödəmək şərti ilə almışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 30 noyabr 2023-cü il tarixli AZL-1129 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 10 fevral 2025-ci il tarixə gecikdirilmiş əsas borcu 291,65 manat, 246,08 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 224,63 manat cərimə, ümumilikdə borcu 762,36 manat təşkil edir. - İddiaçı MMC Servis mərkəzinin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 424,80 manat ziyan dəymişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 987 №-li xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müəyyən olunur ki, yaranmış borc və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Ödəniş qəbzlərindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı yol verilmiş inzibati xətaya görə X2 İdarəsi tərəfindən müəyyən edilmiş inzibati qaydada cərimələr İddiaçı MMC tərəfindən ümumilikdə 1345 manat məbləğində pul ödənilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında AZL-1129 saylı xx.xx.2023-cü il tarixli “Daxili lizinq” müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə 60 ay müddətinə illik 16% mükafat hesablanmaqla lizinqə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən onun iddiaçıya görə 10 fevral 2025-ci il tarixə ödənilməmiş 291.65 manat gecikdirilmiş əsas, 246.08 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 224.63 manat dəbbə pulu borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki lizinq predmeti iddiaçı tərəfindən təhvil alınmış, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə qüsur aktı tərtib edilərək lizinq predmeti olan nəqliyyat vasitəsinə 424,80 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən lizinq müqaviləsi üzrə yaranmış borcu, habelə lizinq predmetinə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748.6.4-cü maddəsinə əsasən lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. -748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. -748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. -750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmış (MM m. 747.1.), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh (lizinq alan) tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyənləşdirilmiş əşyadan müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) istifadə hüququna malik olduğu kimi, eyni zamanda müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan əsas, mükafat və cərimə borcunu ödəməlidir. İddiaçı həmçiinin inzibati xəta haqqında protokollara görə ödənilmiş 1345 manat məbləğində pulun cavabdehdən öz xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında AZL-1129 saylı xx.xx.2023-cü il tarixli müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh aralarında bağlanmış müqaviləyə əsasən “Chevrolet Cobalt LTZ” markalı minik avtomobilini müvəqqəti lizinqə verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə yol hərəkəti haqqında qanunun tələblərinə riayət etməmiş və ona inzibati xəta haqqında protokollar tərtib edilmiş, cərimə olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzləri ilə müəyyən olunur ki, inzibati xəta haqqında protokollara görə ümumilikdə 1345 manat ödəniş edilmişdir. Məhkəmə iddianın avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə bildirir ki, cavab müvəqqəti istifadəsinə verilmiş “AZƏRMAŞ LİZİNQ" MMCnin mülkiyyətində olan, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 10 fevral 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 424.80 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə məhkəməyə iddia tələbinə dair mülahizə və etirazını göndərməmiş, hər hansı bir məbləği mübahisələndirməmişdir. Məhkəmədə lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 424.80 manat ilə bağlı iddiaçı şirkətin nümayəndəsinin izahatını təkzib edəcək sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən avtomobilin təmirbərpası üçün tələb edilən 424.80 manat pul vəsaitinin tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45,33 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30 noyabr 2023-cü il tarixli AZL-1129 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2025-ci il tarixə ödənilməmiş 291.65 (iki yüz doxsan bir manat altmış beş qəpik) manat gecikdirilmiş əsas, 246.08 (iki yüz qırx altı manat səkkiz qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 224.63 (iki yüz iyirmi dörd manat altmış üç qəpik) manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 424.80 (dörd yüz iyirmi dörd manat səksən qəpik) manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1345 (min üç yüz qırx beş) manat, ümumilikdə 2532.16 (iki min beş yüz otuz iki manat on altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45.33 (qırx beş manat otuz üç qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 30 noyabr 2023-cü il tarixli AZL-1129 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2025-ci il tarixə ödənilməmiş 291.65 (iki yüz doxsan bir manat altmış beş qəpik) manat gecikdirilmiş əsas, 246.08 (iki yüz qırx altı manat səkkiz qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 224.63 (iki yüz iyirmi dörd manat altmış üç qəpik) manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 424.80 (dörd yüz iyirmi dörd manat səksən qəpik) manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1345 (min üç yüz qırx beş) manat, ümumilikdə 2532.16 (iki min beş yüz otuz iki manat on altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45.33 (qırx beş manat otuz üç qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2537/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-2537/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver